Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Əflatun Amaşov: “Bezi saytlar yalan melumatlarla gelir elde edir” – MÜSAHİBƏ

Əflatun Amaşov: “Bəzi saytlar yalan məlumatlarla gəlir əldə edir” - MÜSAHİBƏ

04/02/2016

17:16


04.02.2016 / 17:12 xeber –

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun APA-ya müsahibəsi

 

– 2015-ci il Azərbaycan jurnalistikası üçün ilk növbədə nə ilə yadda qaldı?

 

– Əlbəttə, ilk növbədə Azərbaycan mətbuatının 140 illik yubileyinin keçirilməsini qeyd etməliyik. Məlum olduğu kimi, cənab prezidentin bununla bağlı sərəncamı oldu. Sənədə əsasən, ölkəmizin müxtəlif bölgələrində yubiley tədbirləri təşkil edildi. Dövlət başçısının növbəti sərəncamları ilə mediamızın inkişafında xidmətləri ilə seçilən şəxslər fəxri adlarla, orden və medallarla, diplomlarla təltif edildilər. Bu, Azərbaycan milli mətbuatının 130 illik yubileyi ilə başlanan xoş ənənənin bir növ davamı baxımından əhəmiyyətli idi.

Digər tərəfdən, dövlət təltifləri jurnalistikanın cəmiyyətdəki yeri və roluna ali səviyyədə verilən dəyərin növbəti dəfə isbatı idi. Əlbəttə, təltiflər eyni zamanda ayrı-ayrı media təmsilçilərinin fərdi uğuru sayılmalıdır. Düşünürəm ki, onların peşələrinə daha həssas yanaşmaları üçün əlavə stimul yarandı, məsuliyyətləri bir qədər də artdı. Bu isə bütövlükdə cəmiyyət üçün faydadır. Məsuliyyətdən doğan peşəkarlıq əzmi cəmiyyətin daha dolğun şəkildə məlumatlandırılması nöqteyi-nəzərdən önəmlidir.

 

– Sizcə, ötən bir ildə jurnalistikanın cəmiyyətə təsiri nədən ibarət oldu? Bu istiqamətdə dəyərləndirmə aparmağınızı istərdik.

 

– Bu baxımdan nələrisə qabartmaq mümkündür. Müsbət təsirlərlə yanaşı, mənfiləri də vurğulamaq lazımdır. Düşünürəm ki, 2015-ci ildə media cəmiyyəti daha yaxından duymağı bacardı. Jurnalistlərin müxtəlif mövzulardakı təqdimatları bütövlükdə cəmiyyətin ruhundan irəli gəldi. Əlbəttə, cəmiyyətin istək və arzularının nə dərəcədə ifadə olunması da əsas məsələdir. Yəni jurnalistin bir hadisə və prosesi görməsi bəzən əsas məsələ olmur. O olayı müxtəlif tərzdə təqdim edə bilər. Elə burada da dövriyyəyə peşəkarlıq girir. Zənnimcə, peşəkarlıq heç də o deyil ki, hər şeyi olduğu kimi çatdırasan və ya ümumiyyətlə çatdırasan. Çünki bəzən baş vermiş bir hadisənin çatdırılması zərurəti özünü doğrultmur. Xəbərin təsiri ilə sonradan nələrin yaşanacağını götür-qoy etmək lazım gəlir. Demək ki, peşəkarlıqda əsas şərt duyumdur. Jurnalist ilk növbədə cəmiyyətin ahəngini duymalıdır. Məsələn, məlum «MTN işi» ilə bağlı məlumat yayan media təmsilçisi üçün mühüm dövlət məqamında baş vermiş özbaşınalıqları insanlara çatdırmaq vəzifəsi nə dərəcədə prioritetdirsə, bir qurumun timsalında vətəndaşların bütövlükdə dövlətə etimadının sarsılmasının yolverilməzliyini düşünmək bir o qədər zəruridir.

«MTN işi»ndən söz açdım. Hesab edirəm ki, 2015-ci ildə media-cəmiyyət təsiri müstəvisində dəyərləndirilməli olan bu sayaq hadisələr az olmadı. İki dəfə devalvasiya baş verdi. Nardaranda bir qrup təxribatçı terrorçu dəstənin zərərsizləşdirilməsi, Günəşli yatağındakı yanğın faciəsi medianı iş üslubuna təsirsiz ötüşmədi. Bir anlıq parlament seçkisini də düşünək. Diqqət yetirsəniz görərsiniz ki, bu istiqamətdə pozitiv cəhətlər daha çoxdur. Çünki medianın seçki prosesini işıqlandırmasına dair təcrübə var.

 

Jurnalistlər bütün sahələrdə hazırlıqlı olmalıdırlar. Onlar nə qədər çox hazırlıqlı olsalar, cəmiyyətə təsirləri bir o qədər pozitiv xarakter daşıyar. Pozitiv təsir deyərkən burada peşəkarlıq heç də ondan ibarət deyil ki, media hansısa hadisənin mahiyyətini təhrif edərək yanlış yönləndirməyə yol versin. Nə də yalnız xoş olanları çatdırmaq kimi peşəkarlıq üslubu var. Ölkədə müsbət işlər görülürsə, mənfi təmayüllər də yox deyil. Sadəcə mənfilərin təqdimat tərzi cəmiyyətin müsbət işləri gerçəkləşdirmək əzmini ikinci plana atmamalıdır. Hər bir halda cəmiyyət mütərəqqiliyə doğru səfərbər olmalıdır. Zənnimcə, təzahür formasından asılı olmayaraq, 2015-ci ildə medianın səfərbəredici funksiyası ön planda idi. 

 

– Əflatun müəllim, 2015-ci il rəhbərlik etdiyiniz Azərbaycan Mətbuat Şurası üçün nə ilə yadda qaldı?

 

– Ötən il Azərbaycan Respublikasının prezidenti İlham Əliyev milli mətbuatımızın 140 illik yubileyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini qəbul etdi. O, İdarə Heyətinin dövlət təltiflərinə layiq gördüyü üzvlərini şəxsən mükafatlandırdı. Cənab prezident görüşdəki çıxışında Şuranın cəmiyyətdəki yeri və rolunu yüksək qiymətləndirdi. Bu bizim üçün ötən ilin ən yadda qalan anı idi.

 

Bir qədər öncə milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı prezident sərəncamından söz açdım. Həmin sərəncamda Mətbuat Şurasının da adı sənədin icrasına məsul qurumlar sırasında yer alırdı. Bu cəhət də son dərəcə önəmli idi.

 

Mən bir məsələni xüsusi vurğulamaq istərdim. Jurnalistika ümumən həssas sahədir. Yadıma gəlir ki, Mətbuat Şurasını formalaşdıranda bir çoxları bunun əksinə gedirdi. Belə rəy var idi ki, media azaddırsa, onun fəaliyyətinin ictimai əsaslarla olsa belə tənzimlənməsinə ehtiyac yoxdur. Əlbəttə, Şura model baxımından mətbuatın özünütənzimləməsi idi və bu gün də öz ampulasına sadiqdir. Sadəcə burada medianın təşkilatlanması məsələsi də vacibdir. Bu təşkilatlanma imkan verir ki, media ilə ayrı-ayrı dövlət qurumları arasında meydana çıxan problemlər səmərəli şəkildə həllini tapsın. Eyni zamanda medianın özünün istər dövlət, istərsə də cəmiyyət tərəfindən dəstəklənməsi həyata keçsin. Cənab prezident çıxışında Mətbuat Şurasının missiyasını qiymətləndirərkən bu məqama çox incəliklə toxundu. Bu o deməkdir ki, Şuranın ictimailik dərəcəsi dövlətin ictimai fəaliyyət müstəvisi ilə uzlaşır. Əlbəttə, belə bir nəticənin əldə edilməsi bütövlükdə media cameəsinin uğurudur.

 

Bu gün ölkə başçısı medianı hətta hakimiyyətin ikinci qolu kimi dəyərləndirir. Media fəaliyyətini dövlət idarəçiliyinin alternativ forma və metodu olaraq qiymətləndirir. Jurnalistikanı əsl həqiqətlərin aşkara çıxarılmasının, hadisə və proseslərin mahiyyətinə nəzər salınmasının müəyyən mənada indiqatoru sayır. Bu, böyük inamdır və Azərbaycan mediası da çalışmalıdır ki, dövlət başçısının etimadını hər zaman doğrultsun.

 

– Mətbuat Şurasının iş istiqamətləri baxımından nələri vurğulamaq istərdiniz…

 

– Mətbuat Şurasının iş prinsipləri dəyişməzdir – şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılması. Bu barədə geniş hesabatımızı yaxın günlərdə cəmiyyətə təqdim edəcəyik. Qısaca onu deyim ki, ötən il Mətbuat Şurasına daxil olan şikayətlərin sayı 659-dur. Ayrı-ayrı media orqanlarının fəaliyyətindən şikayətlərin sayı isə 310-dur.

Ötən ilin nəticələrinin təhlili göstərir ki, hələ də jurnalistikadan sui-istifadə halları yetərincədir. Tənqid obyekti kimi seçilən şəxslərə münasibətdə təmənnalı münasibət, şantaj, böhtan kimi xoşagəlməz hallar qalmaqdadır. Bu, Şuraya daxil olan şikayətlərin motivindən aydın görünür. Təsəvvür edin ki, şikayətlərin təxminən üçdə ikisində müəlliflər belə hallardan narazılıqlarını ifadə edirlər. Əlbəttə, ictimai qınaq tədbirlərimizi davam etdiririk. Ancaq ümumən düşünürəm ki, mövcud istiqamətdə əsaslı dönüşün olması üçün konkret hüquqi mexanizmlərin müəyyənləşdirilməsinin vaxtı çatıb.

 

Mediadan sui-istifadəyə yol verənlərin böyük əksəriyyəti fəaliyyətini internet müstəvisinə keçirib. Təsnifata diqqət yetirsək görərik ki, internet xəbər portallarından şikayətlər ümumi şikayətlərin 38,8 faizini təşkil edir. Keçən il bu rəqəm 30 faizə çatmırdı.

 

İnternet media orqanları ilə bağlı hazırkı göstəricinin Şuranın çıxardığı qərarlara da birbaşa təsiri var. Belə ki, 2015-ci ildə qəbul etdiyimiz 31 qərarda 23 internet media orqanının adı çəkilir. Şikayətçi bir müraciətində bəzən 2-3 internet saytdan narazılıq bildirir. İnternet saytların tənqid hədəflərinə münasibətdə «korporativ həmrəyliyi» qəzetləri xeyli üstələyib. Bir şəxs haqqında məlumat bir internet saytda yayımlanır, ardıca daha beş-altı sayt da həmin xəbəri səhifəsində yerləşdirir. Yenə də deyirəm ki, bu sayaq halların qarşısının alınması üçün ictimai qınaqla kifayətlənmək azdır.

 

İnternetin sürətlə yayıldığı indiki məqamda hər gün bir-iki yeni xəbər saytının adını eşidirik. Mütləq əksəriyyətinin də məqsədi bəllidir – ayrı-ayrı şəxsləri aşağılamaqla, onlarla bağlı yalanları gündəmə gətirməklə maddi gəlir əldə etmək. Belələri həqiqi jurnalistika dəyərlərini arxa plana atmaqla peşəni nüfuzdan salırlar. Peşənin nüfuzdan salınması isə jurnalistikanın sivil cəmiyyət, demokratik dövlət quruculuğu prosesindəki önəmini heçə endirir. Buna görə də konkret qətiyyətli addımlar atılmalıdır və düşünürəm ki, yaxın gələcəkdə mövcud istiqamətdə əməli fəaliyyət həyata keçiriləcək. Jurnalistika cəmiyyət və dövlət üçün vacib sahədirsə, ona münasibət də həssas olmalıdır.

 

Mətbuat Şurasının fəaliyyətindəki növbəti məqam ayrı-ayrı hüquqi normativ aktların və digər qanunvericilik sənədlərinin hazırlanmasında iştirakdır. Şura 2015-ci ildə 12 dövlət sənədinə səlahiyyətləri çərçivəsində rəy bildirib.

 

Şura ötən il keçirilmiş mitinq və aksiyalarda jurnalistlərin peşə vəzifəsini yerinə yetirmələrinin monitorinqini aparıb. Seçki günü MŞ-nin öncədən müəyyənləşdirilmiş telefon nömrələri «qaynar xətt» rejimində fəaliyyət göstərib.

 

Mətbuat Şurası ali məktəblərin jurnalistika fakültəsinə bakalavr və magistr qəbulu prosesində iştirak edib. Qurumun İdarə Heyətinin üzvləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaratdığı qabiliyyət imtahanı komissiyasında təmsil olunublar.

 

Mətbuat Şurası ötən il müxtəlif dövlət qurumları ilə birgə jurnalistlər üçün 2 müsabiqə təşkil edib. Qurumun fəaliyyət dairəsinə həmçinin mətbuatımızda xidmətləri olan şəxslərlə bağlı yubiley tədbirlərinin təşkili, sənədli filmləri çəkilişi, müxtəlif mövzularda tematik toplantıların düzənlənməsi də daxildir. Bütün bunlar yekun hesabatda ətraflı şəkildə əksini tapıb.

 

– Əflatun müəllim, 2015-ci ilin şəxsən Sizin üçün də əlamətdar olduğunu qeyd etmək mümkündür. Milli Məclisə deputat seçildiniz. Məsuliyyət yükünüz artdı…

 

– Deputat seçilməyim həyatımın ən böyük uğurudur. Bu mənada cənab prezidentin sərəncamı ilə «3-cü dərəcəli Vətənə xidmətə görə» medalı ilə təltif olunmağımı da vurğulaya bilərəm. Fürsətdən istifadə edib, dövlət başçısına və məni dəstəkləyən hər kəsə yenidən dərin minnətdarlığımı bildirirəm.

 

Əlbəttə, məsuliyyətim daha da artdı. Həm seçicilər, həm də media təmsilçiləri qarşısında. Seçki kampaniyası zamanı 62 saylı Saatlı seçki dairəsinə daxil olan kəndlərin demək olar, əksəriyyətində olmuşdum. Əhalinin qayğıları var. Onların şəxsi müstəvidə meydana çıxan çətinliklərindən tutmuş ümumi problemlərinədək hər məqamı nəzərə almaq lazımdır. İnsanları dinləmək, dərdlərinə şərik çıxmaq şərtdir. Digər tərəfdən isə parlamentdəki jurnalist deputatlardan biriyəm. Bu da media qarşısında məsuliyyət deməkdir. Üstəlik jurnalist deputat Azərbaycan Mətbuat Şurasına da rəhbərlik edirsə, məsuliyyət daha artıq olmalıdır. Qarşıdakı beşillikdə bizi gərgin işlər gözləyir. Güman edirəm ki, öhdəsindən gəlməyi bacaracağıq.

 

– 2016-cı ili jurnalistika baxımından necə görürsünüz?

 

– 2016-cı ildə də media sahəsində həyata keçirilən dövlət siyasəti davamlı olacaq. Bu il biz jurnalistlər üçün inşa edilməkdə olan binanın sakinlərinin ixtiyarına verilməsini gözləyirik. Güman edirəm ki, mövcud sahədə hər hansı problem ola bilməz. 250-dən artıq jurnalistin 2017-ci ili öz mənzilində qarşılayacağına inanırıq.

El ilə gələn dərd toy-bayram olur, – deyib atalarımız. Əlbəttə, 2016-cı il asan il olmayacaq. İqtisadi müstəvidə baş verən proseslərin, manatın devalvasiyasından yaranan vəziyyətin jurnalistlərimizin də həyatına təsirsiz ötüşməyəcəyi aydındır. Məlum olduğu kimi, qəzet kağızı və çap xərcləri xeyli artıb. Üstəlik ölkəyə gətirilən qəzet kağızı ilə yanaşı, hazır çap məhsullarının üzərinə də 2005-ci ildə ləğv edilmiş əlavə dəyər vergisinin tətbiqinə başlanılıb. Bu məsələlərlə bağlı parlamentdə çıxış etmişəm. Şuranın İdarə Heyətinin sonuncu iclasında da yaranmış problem barədə diskussiyalar getdi. Mətbuat Şurası olaraq hesab edirik ki, problemə dövlət səviyyəsində münasibət bildirilməlidir. İnanırıq ki, belə də olacaq.

 

Yəhudilərin bir sözü də var ki, hər çıxılmaz vəziyyətdən iki çıxış yolu var. Düşünürəm ki, cəmiyyətimiz və onun tərkib hissəsi olan mediamız yaranmış xoşagəlməz durumdan çıxa biləcək.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles