Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Bir azdan esir ermeni qızları getirecekdiler…” – Bir şeklin tarixçesi

“Bir azdan əsir erməni qızları gətirəcəkdilər...” - Bir şəklin tarixçəsi

05/02/2016

16:58


05.02.2016 / 16:55 xeber –

“Onu 10 metrliyimdə vurdular, gözümün qabağında öldü…”

 

 

 

 

DÖRDÜNCÜ GÖRÜŞ, BEŞİNCİ YAZI

 

Əvvəli: I yazı, II yazı, III yazı, IV yazı

 

 

Murad Musayev gəncliyini yaşıdları kimi səngərdə keçirib. Sevinc, sevgi, həyəcan… Bütün bu duyğuları müharibə onun üçün eyni hissə çevirib – qalib gəlmək, sağ qalmaq…

 

Yazılarımda Ağdamla bağlı nə lazım olursa, ondan soruşuram. Bəzən yorulub, – “Sənə bir sirr açım, amma heç kimə demə! Adam əzab çəkməkdən iyrənir…” – deyir…

 

Hərdən “Əsir düşərgəsi” üçün müsahib axtaranda ondan da kömək istəmişəm. Cavabı belə olub: “Elə deyirsən ki, mənə əsir tap, elə bil mən “konslager” rəisi-zadam… Hardan tapım?…” 

 

Hərdən isə əhvalı yaxşı olur. Bax, onda veteran dostumun dilindən Qarabağı dinləmək elə Qarabağa getmək kimidir. O qədər ətraflı, dəqiq məlumata sahibdir ki, mən ondan Qarabağ haqqında heç yerdə oxumadığım, heç kimdən duymadıqlarımı eşitmişəm.

 

Tarixçəsini axtardığım şəkil Ağdamda çəkildiyi üçün ona da müraciət etdim:

 

– Əlimdə bir şəkil var… O şəkli “oxumaq” lazımdır…

 

– Bəsdir də! Sənə dedim axı, o şəkil Qarağacı qəbiristanının şəkli deyil! Neçə aydır bir şəkil əlindən düşmür. O Margot Buffdur, nədir, gedib Ağdamın kəndlərindən bir-iki şəkil çəkib gətirib, sən indi neçə ay özünə gəlməyəcəksən?

 

– Axı…

 

– Yox ey, sən qaqana qulaq as! Qarağacıda olmusan?

 

– Yooxxx…

 

– Mən isə olmuşam! Qaqan oraları beş barmağı kimi tanıyır. Mənim də doğmalarım orada dəfn olunub… Qarağacıda elə başdaşları olmayıb. Burada məzarlar çox seyrəkdir, hiss olunur ki, kənd qəbiristanlığıdır. Bir də ki, hələ Ağdam işğal edilməmiş, atışmada başdaşılarının çoxu dağılmışdı… Amma sən narahat olma e, məzarlar ki, yerindədir!

 

– Murad…

 

– Nə Murad? İndi də o biri şəkilə keçirsən? Bax, bajı, qaqan səni əmin eləyir, o xarabalıqdakı ərik ağacı sən deyən ərik ağacı deyil. Hardan bilirəm? Sən deyən ərik ağacı olsa, yelləncək də asılardı… Görürsən, o ağacdan yelləncək-zad asılmayıb…

 

Murad adəti üzrə mənə təsəlli verib, Azadlıq Radiosunun əməkdaşı Margot Buffun Ağdamdan çəkdiyi, məni yerlə-yeksan edən şəkillərdən fikrimi yayındırırdı. Ona bu dəfə mövzunun başqa şəkillə bağlı olduğunu dedim:

 

– Murad, əsirlikdən qayıdan qadınlar…

 

– Onlar dəhşət idi… Təsəvvür elə, bir dəfə əsirlikdən qayıdan qadınları nə kökdə gördüksə, az qala havalanmışdıq. Bizimkilər də getmişdi Bakıdan girov erməni qızları var idi, onları gətirməyə ki, dəyişsinlər. İndi bilirik ki, bir azdan erməni qızları gətirəcəklər, özü də girovdurlar. Bizimkiləri görüb, nə hala düşmüşüksə, qəzəbimizdən durmadan deyirik, qoy gətirsinlər, gör onların başına nə oyun açacağıq! Biz bir tərəfə, cavan idik, çox söz deyə bilərdik, amma aramızda bir qəssab Vəli var idi, belə məqamlarda çox amansız idi. Qızların gəlişini elə gözləyirdi, dedik indi yəqin dərilərini soyacaq! Maşın gəldi, hamımız irəlilədik. Qızlar maşından düşdü, olardı 10-12 yaşları… Üzlərindəki ifadəni görməliydin… Bizi görəndə gözlərində necə bir qorxu yaranmışdı. Qorxu da deyildi… Müharibənin ən ağır günlərini yaşamışam, dəfələrlə ölümlə üz-üzə qalmışam, mərmilər dostlarımı parça-parça edib əlini-qolunu qucağıma atıb, amma mən heç vaxt, heç yerdə, heç kimdə o vahiməli baxışları görməmişəm…

 

Təsəvvür elə ki, biz qəzəblə boy-boya düzülmüşük, ermənilərin əlindən zəncir çeynəyirik. Bizi qınamaq olmaz, bir az əvvəl əsirlikdən qayıdan qadınlarımızı görmüşük, çırtma vursan, qanımız çıxmaz! Qarşımızda isə bu çəlimsiz, zəif qızlar bir-birinə qısılıb elə ürkək-ürkək bizə baxırdılar ki… biz cəhənnəm, bayaqdan “asacam-kəsəcəm” deyən Vəli kişinin gözləri doldu… Bir də gördük, Vəli kişi necə zülüm-zülüm ağlayır… Onların o ürkək hallarına baxıb necə hönkürürdü Vəli, ilahi… Heç yadımdan çıxarda bilmirəm… Bax, əsir qadın belə bir şeydir… Ən amansız adam belə ona əl qaldıra bilmir… Bunlar necə mənəviyyata sahibdirlər ki, bizim qadınları nə kökdə qaytarırdılar…

 

– O qızlar necə oldu?

 

– Heç nə! Bir adam onlara toxunmadı, başımızı aşağı salıb, geri qayıtdıq. Sağ-salamat qaytarıb verdilər, əvəzində əsir aldılar…

 

– Heç orada aranızda gündəlik yazan olurdu?

 

– Nə vaxt, nə də hövsələ var idi yazmağa. Gündəliyi “ştabda” oturan, yazı-pozu ilə məşğul olan adam yaza bilər. Biz çox gənc idik, qayğısız günlər qəfil bitmiş, hamımız könüllü döyüşə yollanmışdıq. Döyüşür, vaxt da tapanda yatırdıq…

 

– Dedin ki, mərmilər dostlarımı parça-parça edib, əlini-qolunu qucağıma atırdı…

 

– Müharibədə belə şeylər çox olub. Döyüşə yollanırdın, bir az əvvəl dərdini bölüşdüyün, dost, qardaş dediyin əsgər yoldaşın yanında həlak olurdu və sən heç nə eləyə bilmirdin… Canpolad haqqında eşitmisən?

 

– Milli Qəhrəman… “Qatır Məmməd” – Yaqub Rzayevin oğlu?

 

– Hə… Rəhmətlik…

 

– Üstünə Canpolad yazılan tankı xatırlayıram… Xocalıdan olan Məmmədovlar ailəsinin həyat hekayəsini yazanda Canpoladın taleyini bir az araşdırmışdım… Bilirəm ki, 23 yaşı olub, yeni ailə qurubmuş… Ata olmasına lap az qalıbmış…

 

– O qədər gənc idi ki… Xocalı xəbəri gələndə hamımız silahlanıb, Qaraqaya istiqamətinə yollandıq… Canpoladı da orada vurdular… Canpolad parça-parça olmuşdu… Bədənini hissə-hissə qucağa yığıb gətirdilər…

 

– Kim? Kim gətirdi?

 

– Rafael Abbasov… Dəmirçi Rafael deyirdik… O da çox qorxmaz, igid əsgər idi. Ağdamın Seyidli kəndindəndir. Bizim batalyonda komandirin müavini idi, “Qatır Məmməd”in silah-sursat üzrə müavini. Rəhmətliyin iki müavini var idi, biri o haqqında danışdığım Vəli, biri də bu Rafael… Bütün döyüşü idarə edirdi. Canyatağı, Gülyatağı, Xramordu onun rəhbərliyi ilə almışdıq… Rolu çox böyük idi!

 

– Onunla görüşmək istəyirəm…

 

Zəng edib, görüş təyin edirəm. Xocalıları xilas etməyə gedərkən döyüşdən bir qucaq oğul, bir qucaq qəhrəman, bir qucaq dostla qayıdan insanı görməyə tələsirəm… Qarşımda cüssəli Qarabağ qazisi dayanıb. Səsi, addımları mənə əsl komandirlə söhbət  etdiyimi deyir. O illərdən danışırıq:

 

– Müharibəyə gedəndə 33-34 yaşım olardı, artıq iki uşağım var idi… 1988-ci ildən hərəkatın içində idim, iki dəfə yaralanmışam. Böyük qardaşım da iki dəfə yaralanıb. Özü də Murmanskdan gəlmişdi…

 

– Bilirəm… Füzuli Məmmədov. Ev-eşiyini, ailə-uşağını atıb könüllü döyüşməyə gəlmişdi…

 

– Hə, 10 il orada yaşamışdı… Neyləyə bilərdik, müharibəydi də…

 

– Xocalı hadisələrini xatırlamağınızı istəyirəm…

 

– Fevralın 25-dən 26-na keçən gecə idi… Cəmi-cümlətanı 60-80 top mərmimiz var idi. Mən də döyüşdə sağ ayağımdan yaralanmışdım. Səhər tezdən uşaqlar gəlib məni evdən götürdülər…

 

Muradın onun haqqında dediklərini xatırlayıram: “Rafael bilirsən necə oğuldur? Döyüşdə sağ ayağından yaralandı, uşaqların içində açıb sarımağa qoymadı… Dedi, uşaqların içində olmaz! Məni yaralı göstərməyin! Axsaya-axsaya qalxıb döyüşə davam elədi…”

 

– Səhər tezdən… saat hardasa 4 olardı… Uşaqlar məni evdən götürdülər ki, ermənilər Xocalıya hücum edib… vəziyyət yaxşı deyil. O vaxt da bizim cəmi bir topumuz var idi… O da nə top, “Buluddağıdan…”

 

– O necə olur?

 

– Kənd təsərrüfatında istifadə olunur… Buludu dağıdıb, yağış yağdırmaq üçün… Onu çevirib, hərbi top kimi istifadə edirdik… Onunda olsa-olsa 80 mərmisi var idi…

 

– Qarşıda isə Rusiyanın 366-cı motoatıcı alayının bütün texnikası…

 

– Bəli… Tək “366” da deyildi, ümumiyyətlə, ermənilər müharibəyə əvvəldən yaxşı hazırlaşmışdılar. Ağdamdan Əsgərana gedən yolda bir postları var idi, əvvəllər ora polis postu olmuşdu. Ən güclü mövqelər orada idi. Oranı işğaldan azad edəndə mən baxdım, məəttəl qaldım. “Blindajlar”, yerin altında yatmaq üçün qazmaların üstünü möhkəm örtmüşdülər… Bir sözlə, yüksək peşəkarlıqla müharibəyə hazırlaşmış, hücumun hər tərəfin ölçüb-biçmişdilər. Hazır idilər də! Əvvəldən bilirdilər nə edəcəklərini… Biz isə hazır deyildik… Açıq danışmaq lazımdır, bu işlər qəfil alındı, pərakəndə batalyonlar və s. Ermənilər həmişə yolları tən ortadan çəkərdilər. Elə bil ki, maşınla gedəndə dönüb qayıtmağa yer olmasın. Gərək arxaya-arxaya qayıdasan…

 

Rəhmətlik Xəlil Rzanın oğlu Təbriz mənim gözümün qabağında öldü… Haradasa 10 metrliyimdə… Bax, mən orada gördüm ermənilərin çəkdiyi yollar nə idi… İlahi, illərcə necə gözümüzün qabağında planlayıblar, xəbərimiz olmayıb…

 

Ona görə belə əminliklə deyirəm ki, o vaxt biz Əsgərana girəndə mən gördüm ki, bunlar müharibəyə çoxdan hazırlanan adamlardırlar.

 

– Əsgəranda nə gördünüz?

 

– Deməli, Əsgərandan Ağdama tərəf gələn yoldur, sağ hissəsindən yol Ağdama gəlir, sola qalxanda isə Qılıncbağ deyilən yer var, ora gedir. Ora da zamanında Ağdamın yaylağı olub, sonra yavaş-yavaş bizimkiləri çıxardıblar, ancaq ermənilər məskunlaşıb… Qılıncbağdan da Xanabada keçirsən… Burada gördüm ki, yolu traktorlarla necə qazıblar, ancaq səngərlərdir… Bilirdilər… Hər addımlarını planlamışdılar… Bizim isə beş tankımız var idi, üçünü Şirin Mirzəyevin batalyonuna vermişdik. İki tankımız qalmışdı, birində mən olurdum…

 

– O birində isə Canpolad…

 

– Hə…

 

Canpoladın adını çəkməyimlə bir anın içində bayaqdan söhbət etdiyim cüssəli insandan qarşımda heç nə qalmadı. Sanki onun bütün gücü əriyib getdi… Stəkan tutduğu əli əsməyə başladı, gözləri doldu, səsi titrədi… Gözlərini məndən yayındırıb, tavana baxır, var gücü ilə göz yaşlarının gözündən kənara çıxmasına, yanağından axmasına mane olmağa çalışırdı… Mən isə onun titrəyən qolları arasında bir qucaq oğul görürdüm…

 

Beşinci yazının sonu

 

Davamı olacaq…

mənbə :
lent.az




Xəbərə 1 şərh yazılıb.

  1. konul, 05/02/2016:

    Men oxuduqca cox pis oldun..ilahi insanlar.o dehseti yasayib…Allah ailelerine sebir versin..:(

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website