Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

İlhame Quliyevanın kömekçisinden növbeti QALMAQALLI MƏKTUB: "Hemin qanlı paltar…"

İlhamə Quliyevanın köməkçisindən növbəti QALMAQALLI MƏKTUB: "Həmin qanlı paltar..."

09/02/2016

14:26


09.02.2016 / 14:20 xeber –

Müğənni İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynova musavat.com-a növbəti məktub yollayıb. Soyğunçuluğa cəhd ittihamı ilə üz-üzə qalan, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan M.Hüseynova məktubunda müğənnini yalan danışmaqda ittiham edir. 

 

Məktubu bəzi ixtisarlarla təqdim edirik: “İlhamə Quliyevanın aldığı nəfəsdən başqa dedikləri hamısı yalandır. Belə ki, İ.Quliyevanın evində onun “bandası” tərəfindən mənliyim alçaldılıb, təhqir edilib və adi telefonla çəkilən süjeti ATV kanalı qarşı tərəf kimi mənə zəng etmədən, fikrimi bilmədən efirə verib və ictimaiyyətdə mənə qarşı mənfi rəy yaradıb. Bu hansı qanuna uyğundur? Bəs MTRŞ-nın rəhbəri Nuşirəvan Məhərrəmli niyə bu süjetin qanunsuz olaraq efirə getməyinə indiyəcən göz yumur? Yuxarıda adları çəkilən hər bir verilişin heyəti və aparıcıları qanun qarşısında cavab verəcəklər”. 

 

M.Hüseynova məktubunda müğənniyə keçmişi ilə bağlı suallar da ünvanlayıb: “İlhamə hər dəfə müsahibələrində məni qulluqçusu, xadiməsi kimi təqdim edir. Qulluqçu və xadiməçi olmaq ayıb deyil, onlar halal zəhmətilə, alın təriylə pul qazanırlar. Daha sənin kimi kimlərisə şərləyərək əsassız təzminatlar almırlar. Əgər sənin qulluqçun idimsə mənim dövlət tədbirlərində, xarici səfərlərdə, səyahət və qonaqlıqlarda, sənin əvəzində televiziyalarda nə işim var idi? Məgər qulluqçunu efirlərdə jurnalist-şairə kimi təqdim edirlər? Mən sənə qədər də efirlərdə jurnalist-şairə kimi çıxış etmişəm. Və iş fəaliyyətimə görə telekanallardan biri məni yüksək maaşla işə götürmək istəyəndə də sən razılaşmayıb məni öz yanına çağırdın. Onda hələ iş birliyimiz olmadığına görə səni yaxşı tanımırdım. İlhamə, deyəsən sən keçmişdə kim olduğunu yadından çıxartmısan? Güzgüyə bax, keçmişini xatırla və yadına sal ki, oxuduğun institutdan niyə və nəyə görə qovulmusan?” 

 

 

M.Hüseynova məktubunda bıçaqlanması haqda yazır: “Xalqın səni artıq necə tanıdığını isə internet saytlarında, statuslarda onların yazdıqları rəylərdən görə bilərsən. Sənin nəinki məni, sənətilə sevilən digər xanım sənətçiləri də görməyə gözün yoxdur. Səndə tamah, nəfs və pula hərislik o qədərdir ki, hər kəsi şərləyib pul təzminatı kəsdirməyə çalışırsan. Necə ki, mənim də istintaqımın ilk günündə 45 min manat bizdən pul tələb edirdin. Nazpəri Dostəliyevadan ağzında şirə qaldığından Elza Seyidcahanın da üstünə haqsız yerə şığıdın. Budurmu ATV kanalının sənin timsalında vurğuladığı mədəniyyətimizin sərvəti. Mədəniyyət Nazirliyi bir kənara qalıb İ.Quliyeva mədəniyyəti idarə edir. İstənilən aparıcı və müğənnini efirdən uzaqlaşdırır və ya hansı müğənnilərisə efirə çıxmağa qadağa qoydurur. Biz görmüşük ki, bu yaşda olan ahıllardan gənc nəsil ibrət götürər. Bu isə 73 yaşında adını məcburən AzTV-yə yazdırıb yüksək maaş alır. İ.Quliyeva “Arxadan vurulan zərbə” kinosunda “qurd Cəbrayıl”-in (Fəttah obrazı) qadın surətidir ki, mən də onun yəqin ki, son qurbanı oldum. Ataraq mənim ayağıma vurduğu səlist bıçaq zərbəsi buna bariz nümunədir. Bu haqda mənim təsdiqedici ekspert rəyim də var”.

 

 

M.Hüseynova İ.Quliyevanın onu tutdurmasının səbəbinə də aydınlıq gətirdi: “Əslində, İlhamə ekrana çıxıb mənim xalqım, mənim dövlətim, mənim kimim… və s. deməsi yalan və süni sözlərdir. Çünki evdə dövlətimizin mötəbər, yüksək xanımların televiziyada görəndə onları söyür, haqlarında nalayiq sözlər işlədirdi. Mən iradımı bildirəndə isə üstümə qışqıraraq “sən səsini kəs! Efirdə deməyimə baxma, məcburam, ondan zəhləm gedir” – deyirdi. İlhamə  Quliyevanı yaxından tanıyan hər bir kəs bilir ki, o, özünü nəinki Azərbaycanda, Qafqaz və bütün türk dünyasında ən birinci xanım hesab edir. Ona görə də hər kəsə yuxarıdan aşağı baxaraq öndə gedən xanımları görməyə gözü yoxdur. Həmin ərəfədə rəfiqəm Kəmalə Rüstəmovaya pul lazım olduğundan mən bankdan kredit götürərək üst-üstə 5 min manat ona pul vermişdim. Kəmalə mənimlə bir iki dəfə İlhamənin evinə getdiyindən onlar artıq bir-birlərini tanıyırdılar. İlhamə oğulluğu Orxanı isə heç evinin kandarına belə buraxmırdı. Orxana da pul lazım olduğuna görə dostu Vüqar Bəkirovun vasitəsilə İlhaməyə sifarişlər göndərirdi. Nəhayət Orxanla Vüqar İlhaməyə və mənə qarşı birgə plan qururlar. Kəmalə Rüstəmovanın da bu plandan xəbəri olur və ona da sərf edir ki, mən tutulum, beləcə bankdan götürüb ona verdiyim 5 min manatı rahatca mənimsəsin. Ona görə də Orxanla Vüqara qoşulur. Kəmalənin mənə qarşı belə edəcəyini heç ağlıma da gətirməzdim. Orxanla Vüqarın iyrənc və yalançı planları həyata keçəndən sonra İlhamə mənimlə mübahisə etdi, qışqırdı və onunla da mən ayrılaraq çıxıb evə gəldim, İlhamə ilə işləməyə son qoydum. Səhəri gün Kəmalə bu işin belə qurtardığını görüb İlhaməyə deyir ki, sənin səsini, o “adam” haqda dediyin nalayiq sözləri Mehriban telefonuna yazıb. 

 

Onun bütün titulları əlindən alınaraq həbs olunacaq. Ona görə də əvvəlcədən tədbir görüb öz “bandasını” evə toplayır. Kəmalə Rüstəmova da həmin gün mənə zəng edib şirin dillə ora çağıraraq bildirdi ki, İlhamə üzr istəyib səninlə barışmaq istəyir. Kəmalə and-aman edib məni ora çağırdı. Mən Kəmaləyə inanıb, İ.Quliyevanın evinə getdim. ATV-nin yayımladığı süjetdə gördüyünüz kimi mən içəri girən kimi mənə elə ilk şillə vuran da Kəmalə oldu. İlhamə də onun məni vuran əllərindən öpüb sağ ol, canım dedi. Mən nə baş verdiyini anlamadığımdan şokda idim. Qalanlarını isə onların necə məni təhdid və təhqir etmələri artıq ATV-dən başqa hər kəsə bəllidir. Sumkamdan Vüqar 300 manatı götürərək güldü. O pul isə mənim həyat yoldaşımın dərman pulu idi.

 

Daha sonra İlhamənin bandasının üzvlərindən imkanlı müğənnilər haqda ona məlumat çatdıran jurnalist Faiq Ələkbərli və özünü prezidentin qohumu kimi təqdim edən Aidə adlı qadın da var idi. Onlar tez mənim telefonumu götürüb o biri otağa keçdilər. Otaqdan qayıdandan sonra İ.Quliyeva stolun üstündəki bıçağı zərbə ilə mənə atdı. Bıçaq mənim ayaq nahiyəmin yuxarı hissəsindən batıb zədələdiyindən çoxlu qan axmağa başladı. Yara dərin olduğundan yod vursalar da qan dayanmırdı. Yaramın qanını sildiyim paltar büsbütün qan idi. Həmin qanlı paltar da İlhamənin evindədir. Çox güman ki, indi onu yoxa çıxardıb. Halımın getdikcə pis olduğunu görüb neçə saatdan sonra telefonumu da özümə verib məni evdən buraxdılar və bu barədə bir kimsəyə deməyəcəyim haqda məni hədələdilər. Onlar telefonumda özlərinə lazım olan nömrə və yazıları silmişdilər. İlhamənin hegemonluğundan və ona arxa dayanan bir neçə nəfər yüksək orqan işçilərindən çəkinib bu barədə heç kimə bildirmədim. Lakin səhəri Bakı Şəhəri Baş Polis İdarəsinə istintaqa çağırılanda mən də gedib aldığım bıçaq xəsarətinin ekspert rəyini çıxartdırdım. Bakı Şəhər BPİ-də izahatımı alandan bir gün sonra məni hələlik evə buraxdılar. Yoldaşımın dərmanlarına pul lazım olduğu üçün axşam rəfiqəmgilə getməli oldum. Gecə saat 2 radələrində rəfiqəm məni öz maşını ilə evə gətirərkən binanın həyətində İlhamənin, Orxanın və Vüqarın dayanıb məni gözlədiyini görüb qorxumdan bilmədim nə edim. 

 

Bizim maşının üstünə gəlirdilər. Rəfiqəm tez maşının qapılarının düyməsini içəridən bağlayaraq mənə dedi ki, tez “102”-yə zəng et. Mən əllərim əsə-əsə zəng etdim. İlhamə maşının qabaq hissəsini əllərilə bərk-bərk döyərək qışqırırdı ki, səni mən tutdurub içəri atdırmışam, hansı köpəkoğlu cürət edib səni buraxıb! Rəfiqəm vəziyyətin gərgin olduğunu görüb gecənin o saatında əlini siqnalın üstünə qoyub birdəfəyə ətrafa səs saldı. Bizim binadan başqa qonşuluqda olan 3 binanın da sakinləri kimi balkona, kimi həyətə çıxıb nə baş verdiyini anlamaq istəyirdilər. Həm çoxlu insanların toplaşdığını, həm də polisin gələcəyini eşidib İlhaməgil maşına oturub tələsik getdilər. Lakin polislər gəlmədiyindən mən qorxumdan maşından çıxmırdım. Qonşu binada yaşayan polis müstəntiqi də səsə gəlib nə baş verdiyini biləndən sonra polisə zəng edib niyə hadisə yerinə gəlmədiklərini soruşdu. Polisdən bildirdilər ki, özləri təzədən zəng edib dedilər ki, hər şey yaxşıdır, gəlməyin. Bunu isə Vüqar bizim həyətdən çıxan kimi polisə zəng edib yalandan deyib ki, biz zəng eləmişdik, indi də zəng etdim ki, hər şey yaxşıdır, sağ olun. Həyətdəki polis işçisi bunun yalan olduğunu deyəndən sonra 5-ci bölmənin polisləri gəlib məni maşından düşürdüb evə apardılar. Polislər bu haqda akt tərtib edib istintaqa təhvil verdilər. Həmin gecə keçirdiyim stress və qorxudan üstümə 2 dəfə təcili yardım gəldi. Bundan bir neçə gün sonra Bakı Şəhər Prokurorluğuna çağırılmışam və orada da ağır maddə ilə haqqımda həbs-qətimkan tədbiri seçilib. İ. Quliyeva hüquq-mühafizə orqanlarında çalışan yüksək vəzifəli bir iki dostuna arxalanaraq bu hegemonluğu edir. Mənim bir qardaşım şəhid, biri də Qarabağ uğrunda əlil oldu ki, İlhamə kimilər və ona havadar olanlar tutduqları mövqedən istifadə edərək günahlı-günahsız bizləri azadlıqdan məhrum etsinlər? Dövlətimizin qanunlarına hörmətlə yanaşıram və əminəm ki, aparılan istintaq ədalətlə yekunlaşaraq əsl cinayətkar öz cəzasını alacaq”.

 

 

Məktub müəllifi müğənninin 4 nömrə telefon “nömrə”sinin detallarını yazır: “Bəli, İlhamə Quliyeva ətrafda elə imic yaratmışdı ki, guya istədiyi vaxt 4 rəqəmlə zəng edib prezidentlə danışır. Hər hansı bir məkanda görüşdüyü orta məmurlarla da söhbət əsnasında razılıq olaraq deyirdi ki, “prezidentlə danışanda bu haqda deyərəm”. Bunun doğruluğunu onun ətrafında olan hər bir kəs bilir. İndi mən həqiqəti sübutla deyəndən sonra İlhamənin və ona havadar olanların aqibəti necə olacaq?” 

 

M.Hüseynova müğənnini ifşa edəcək səs yazısının əlində olduğunu da qeyd edir: “İlhamə Quliyeva, elə bilirsən, sənin səs yazman yoxdur? Düşün ki, o səsyazma ilə səni nə gözləyir? Sənin həmin söyüşlərinin səsyazması artıq istintaqa təqdim olunub”.

 

Məktub müəllifi Elza Seyidcahanın şeirinə şeirlə cavab verir: “Elza Seyidcahanın şeirinə dəstək olaraq bu günlərdə yazdığım “Nə yazım” adlı şeirimi də ünvanlayıram:

 

Hər şeir yazanda titrəyir əlim,

Bilmirəm nə yazım, nədən başlayım.

Bu baş alıb gedən haqsızlıqdanmı,

Yoxsa ki, tüfeyli insandan yazım.

Çoxunda qalmayıb nə namus, nə ar,

Hər elin, obanın bir cür dərdi var.

Vətən, millət deyib özünü öyən,

Yoxsa cildə girmiş iblisdən yazım?

Gözü ac insan heç zaman doymaz,

Kimsənin qeydinə, halına qalmaz.

Hörmət anlamayan, qanmaz, utanmaz,

Tək özünü sevən xəbisdən yazım".

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles