Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Psixoloq işleyen riyaziyyat müellimi ve ya özümüzü niye öldürürük? – ARAŞDIRMA

Psixoloq işləyən riyaziyyat müəllimi və ya özümüzü niyə öldürürük? - ARAŞDIRMA

10/02/2016

16:36


10.02.2016 / 16:32 xeber –

Cəmiyyətimizin psixoloji mənzərəsi nədir, nazirliklər hansı işləri görür?

 

 

Son günlərdə ölkədə intiharlarla bağlı statistikada yenə artım nəzərə çarpır. Az qala elə gün olmur ki, kimsə özünü öldürməsin. İntihara əl atan şəxslərin yaş həddinə baxdıqda, mənzərənin təhlükəli olduğu görünür. 20-li yaşlarında, hətta əksər hallarda məktəb yaşında uşaqlar özlərini öldürür.

 

İntihar edən şəxsləri buna aparan səbəblər müxtəlifdir. Ancaq o “səbəblər” intihar edən şəxsin ölümündən sonra da aradan qalxmır. Yəni intihar problemlərdən çıxış yolu olmur, bəzən hətta onu böyüdür. Bəs, cəmiyyətimizdə bu qədər intihara meylliliyin səbəbləri nədir? Gənc insanların öz həyatlarını sonlandırması niyə bu qədər asanlaşıb? Məktəblərdə, universitetlərdə uşaqlar və gənclər arasında psixoloji maarifləndirmə aparılırmı? Onların psixoloji vəziyyəti ilə Təhsil və ya Səhiyyə Nazirlikləri, valideynlər necə maraqlanır? Hansı işləri görürlər? Cəmiyyətimizin psixoloji mənzərəsi nədir, intihar qərarı verən insanların ruhi vəziyyəti necə olur? Lent.az-ın bu araşdırmasında bu və digər suallara cavab almağa çalışmışıq.

 

“Məktəblərdə riyaziyyat müəllimi psixoloq işləyir”

 

“Elə məktəblər var ki, orada riyaziyyat, coğrafiya müəllimi psixoloq işləyir. İndi əsas problem təhsil müəssisələrində çalışan psixoloqların ancaq məktəb psixologiyasından məlumatlı olmasıdır. Onlar klinik psixologiyanı bitirmədən psixoloq kimi çalışırlar”.

 

 

Bunu Lent.az-a Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyir.  

 

Gənclər arasında kütləvi hal almış intihar hadisələrinin 4 amillə bağlı olduğunu bildirən F. İsmayılovun deyir ki, gənclik dövrü ən məsuliyyətli dövrdür, buna görə gənclər müxtəlif istiqamətdə problemlər yaşayırlar: “Onların təhsillə, şəxsi həyatla bağlı problemləri ola bilər, gələcək həyatları ilə bağlı qərar verməkdə çətinliklər yaşaya bilərlər. Üstəlik, əksərən gənclərin həyat təcrübələri o qədər də zəngin olmur. Onlardan çox şey tələb olunur, ancaq həyat bacarıqları bunları etməyə imkan vermir. Gənclər həyata çox emosional yanaşır. 30 yaşdan yuxarı insanlar daha çox ağılla yaşayır, onlarda  emosiyalar ikinci dərəcəli yer tutur. Gənclərdə isə fərqlidir. Hazırda Azərbaycanda 18-35 yaş arası intihar edənlər hardasa 60% təşkil edir”.

 

 

F. İsmayılovun fikrincə, məktəblərdə əsl psixoloq fəaliyyəti göstərmək üçün  həmin şəxs həm bakalavr, səviyyəsində psixoloji təhsil almalı, həm də əlavə olaraq 2 il klinik psixologiya üzrə magistratura səviyyəsini bitirməlidir: “Hər il demək olar ki, ayrı-ayrı universitetlərdən 150-200 nəfər psixoloq çıxır, ancaq bu, o demək deyil ki, onların hamısı psixoloq işləyə bilər.  Məndə olan məlumata görə, hazırda Bakı Dövlət Universiteti və Xəzər Universitetində klinik psixologiya üzrə proqram keçirilir.

BDU-da artıq 6 ildir bununla bağlı magistratura proqramı fəaliyyət göstərir. Hər il bu proqram üzrə təxminən 5-6 klinik psixoloq universiteti bitirir. Xəzər Universitetində isə artıq  üç ildir bu proqram keçirilir”.

 

 

Professorun sözlərinə görə, indi məktəblərdə çalışan psixoloqlar ancaq təhsil psixologiyasını, uşaqda motivasiyanı necə yaratmağı, oxumağı təkmilləşdirmək qaydalarını və s. bu kimi təhsillə bağlı yönləri bilir, ancaq onlar uşaqdakı depressiv halları duymurlar: “Çünki onlar klinik psixologiyanı bilmirlər və depressiya, təşvişli pozuntular, stress pozuntusu nədir, bunlardan məlumatsızdırlar”.

 

Bu problemin həlli üçün ilk olaraq məktəb psixoloqları üçün təlimlərin keçirilməsini vacib sayan F. İsmayılov bildirib ki, bunun üçün Təhsil Nazirliyi tərəfindən təşəbbüs göstərilməlidir, Səhiyyə Nazirliyinə müraciət etməlidirlər ki, bu nazirlik də səhiyyə mütəxəssisləri tərəfindən həmin təlimləri təşkil etsin: “Məktəb psixoloqları üçün də təlim keçməyə bütün materiallar var, hazırıq, bircə Təhsil Nazirliyinin müraciəti lazımdır. Səhiyyə Nazirliyi intihar problemi ilə çox məşğul olur və bu işə çox ciddi yanaşır. Elə ötən il ərzində bütün poliklinikalarda həkimlər üçün intiharlarla bağlı treyninq keçirilib, onlara intihara meylli xəstələri aşkar etməyin yolları  öyrədilib.

 

Bütün psixiatrlara “İntihara meylli xəstə ilə necə rəftar etmək lazımdır?”, “Müalicəsi necə olmalıdır?” mövzularda təlimlər keçirilib.  Bundan başqa, insanların yaşadığı daxili “böhran”a müdaxilə üçün psixoloji üsullar öyrədilib. İndi də İsveçrənin Karolinska Universitetinin intihar üçün profilaktik tədbirlər proqramı var ki, biz də ondan yararlanıb Azərbaycanda istifadə etmək üçün çalışırıq”.

 

Nazirlik rəsmisi onu da bildirir ki, ötən il hər bir xəstəxanada təcrübəli  klinik psixoloqların çalışması üçün əmr imzalanıb.

 

 

 

Təhsil Nazirliyindən isə Lent.az-a bildirilib ki, məktəbyaşlı uşaqların mənəvi-psixoloji tərbiyəsinin təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı yerli təhsili idarəetmə orqanlarına nazirlik tərəfindən təlimati məktub göndərilib: “Məktubda təhsilalanların həyatında hər hansı bir arzuolunmaz hadisənin qarşısının alınması üçün “məktəb-valideyn” əlaqələrinin pedaqoji əməkdaşlıq əsasında qurulması, ailələrdə mövcud olan sosial-psixoloji mühitin öyrənilməsi və zəruri hallarda valideynlərə pedaqoji yardım edilməsi, habelə şagirdlərdə həyata nikbin baxış, iradi möhkəmlik, ruh yüksəkliyi aşılayan, xüsusilə də onların ümumbəşəri dini-əxlaqi dəyərlər zəminində, görkəmli şəxsiyyətlərin, müharibə, əmək və ədəbi əsərlərin qəhrəmanlarının, eləcə də mürəkkəb və çətin məqamlarda, fövqəladə hallarda cəsarət və iradə nümayiş etdirdiklərinə görə rəğbətləndirilən həmyaşıdlarının nümunəsində tərbiyə olunmasına yönəlmiş sistemli tədbirlərin yerinə yetirilməsi, məktəblərdə psixoloji xidmətin gücləndirilməsi işinə diqqətin artırılması tapşırılıb”.

 

Nazirlikdən bildirilib ki, bununla yanaşı, məktəb psixoloqlarının fəaliyyətinin tənzimlənməsini, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsini təmin etmək üçün “Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində psixoloji xidmət haqqında Əsasnamə”nin layihəsi hazırlanıb. Layihə müzakirə olunub təsdiq edildikdən sonra yerlərə göndəriləcək.  

 

 

 

Məlumatda o da qeyd edilir ki, hazırda ümumtəhsil məktəblərində 2845 nəfər psixoloq var.

Həmçinin, təhsil müəssisələrində digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, mühəndis-texniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri və kitabxanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan vəzifələrə təyin olunmaq üçün psixoloji təhsil tələb olunur.

 

Neçə universitetdə psixologiya kafedrası var? Neçə universitetdə və məktəbdə psixoloq fəaliyyət göstərir? Məktəblərdə çalışan psixoloqların neçə faizi ixtisasca psixoloqdur?

Nazirlik artan xəttlə davam edən intihar statistikasının aşağı salınması üçün məktəblərdə, universitetlərdə və digər təhsil müəssisələrində hansı maarifləndirici tədbirlər görməyi planlayır? Təhsil müəssisələrindəki psixoloji vəziyyətə nəzarət etmək üçün öz fəaliyyətini Səhiyyə Nazirliyi ilə necə koordinasiya edir?

 

Təhsil Nazirliyinə yönəltdiyimiz bu sualların cavablarını isə ala bilmədik. Nazirlik bu barədə sorğumuza bir sutka ərzində yuxarıdakı ümumi fikirləri cavab olaraq göndərib. Sorğunun universitetlərlə bağlı hissəsinə cavab almaq üçün isə hələ bir müddət də gözləməli olduğumuzu bildirdilər.

 

İntihar edən şəxslər isə gözləmir. İpi boğazına keçirən və ya benzini üzərinə tökən adamın həyatla ölüm arasında sadəcə bir neçə saniyəsi var. Ümid edirik ki, Təhsil Nazirliyinin məktəblilər arasında psixoloji maarifləndirmə işləri bu sorğunun cavabı cavabı kimi ümumi yox, konkretdir.

 

 

Bəs, intihar kəndirinin boğaza keçirilməsinə aparan psixoloji vəziyyət necə yaranır? Bir insanın yaşamağı yox, ölümü seçməsinə hansı ruhi sarsıntı səbəb olur? Azərbaycan insanının psixoloji durumu necədir?

 

 

Psixoloq Elnur Rüstəmov deyir ki, gənclərin intihar etməsində ən əsas səbəb onların özünü aktuallaşdıra bilməməsidir: “Məsələn, intihar edən gənclərin xronologiyasına nəzər yetirsək, onların şəxsi həyatda, ailə ya da karyera ilə bağlı müəyyən qədər çətinlik, narahatlıq, sıxıntı keçirdikləri bəlli olur. Yaşanan bu hal da zaman keçdikcə onlarda ruh düşkünlüyü yaradır. Psixologiyada buna “depressiyada olma” halı deyilir və  bir müddət keçəndən sonra intihara gətirib çıxarır. Əvvəl intihar riski uzun müddət xroniki xəstəlikdən əziyyət çəkən, tənha insanlar arasında daha çox idisə, bu gün gənclər arasında  intihar geniş yayılıb. Fikir versək görərik ki, onların əksəriyyətində orqanik, fiziki bir problemi yoxdur, sadəcə düşüncə ilə bağlı müəyyən narahatlıqları var. Yenə də onlardakı özünü reallaşdıra, aktuallaşdıra bilməmə, şəxsi həyatında problem yaşama həyat tərzinə, həyat baxışına təsirini göstərmiş olur”.

 

 

E. Rüstəmovun sözlərinə görə, yaşanan bu intihar hadisələri ilə bağlı ölkənin psixoloqları tərəfindən müvafiq təkliflər paketi hazırlanıb Təhsil Nazirliyinə təqdim olunub: “Bu istiqamətdə cəmiyyəti müəyyən qədər maarifləndirmək lazımdır. Gənclər arasında özünü aktuallaşdırma, inkişaf etdirmə ilə bağlı maarifləndirmə işləri aparmaq vacibdir.  Düzdür, bu təhsildən keçən bir yoldur. Ancaq biz bəzən görürük ki, təhsil alan gənc belə özünü reallaşdıra bilmir. Yaşanan intihar  hadisələri ilə bağlı ölkənin psixoloqları tərəfindən Təhsil Nazirliyinə müvafiq təkliflər paketi hazırlanıb təqdim olunub. Burda hamımız cəmiyyətdə maarifləndirmə aparmalıyıq. Orta məktəbdə psixoloqları yetişdirmək istiqamətində müəyyən işlər aparmaq mütləqdir. Onlara  təlimlər keçirmək üçün hamımın  birgə səyi vacib sayılır. Tutaq ki, məktəblərdə psixoloqlar gedib 12 saatlıq işlərini görməklə məsuliyyətlərini yerinə yetirmiş olmurlar. Onlara müəyyən səlahiyyət vermək lazımdır. Üstəlik, orta məktəbdə çalışan psixoloqlar üçün ştat vahidi yaxşı müəyyən edilməlidir. Çünki onların əksəriyyətinin məvacibləri də az olduğu üçün motivasiyası yoxdur. Valideyn özü də burda iş aparmalıdır”.

 

 

 

“İntihar etmək istəyənlər əslində ölmək deyil, yaşadıqları acını sonlandırmaq istəyirlər”, -deyə vurğulayan psixoloq deyir ki, bir insan birdən-birə intihar etmir, əvvəlcədən onda müəyyən əlamətləri müşahidə etmək mümkündür: “Əgər yaxın bir adamın özünə qapıldığını, cəmiyyətlə ünsiyyət qurmadığını,  bütün günü evdə oturduğunu, narahatlıq keçirdiyini müşahidə ediriksə, ona mütəxəssis dəstəyi alması üçün yardım etməliyik. Və bir şeyi də deyim ki, əgər fikir vermisinizsə, özünü asaraq  intihar edənlərin əksəriyyətinin boğazında qançır izləri var. Yəni onlar ən son anda geri dönmək istəyən insanlardır, ancaq iş işdən keçmiş olur. Və yaxud bir qismi də intihar havasına girib bunu edir.

Məsələn, qalxır evinin damına, əslində isə ölmək istəmir. Biri deyir düş aşağı, biri telefonla çəkir və o insan özündən asılı olmayaraq intihar havasına düşür”.

 

 

Gənclərə yaşamağı öyrənmək, bacarmaq lazım olduğunu məsləhət görən  E.Rüstəmov insanların diqqətinə çatdırır ki, ölmək həll yolu deyil: “Əgər bir insan sağlamdırsa, dünyaya gəlibsə, şanslı bir insandır. Problem insanı böyütməlidir. Əgər bir insanın problemi varsa, onu həll edə bilirsə, böyüyür. Böyük insanların böyük problemləri olub, ancaq onlar intihar haqda düşünməyiblər. Və bu həyatda uğur qazanan insanlar da böyük bir zəhmətin, çətinliyin hesabına bu yerə gəlib çıxıblar. Ona görə mən düşünürəm ki, həyatda daha pozitiv baxmaq lazımdır”.

 

 

E. Rüstəmovun fikrincə intihar edən gənclər problemlərinin həllində düzgün istiqamət seçə bilmirlər: “Dərd varsa, dərmanı da var. Əgər problem varsa və siz ordan çıxa bilmirsinizsə, o demək deyil ki, onun həll yolu yoxdur. Bəlkə nəyisə düz fikirləşmirsiniz. Başqa cür düşünmək və yaşamağa davam etmək lazımdır”.

 

 

E. Rüstəmov qeyd edib ki, ona müraciət edənlərin təxminən 40%-i gənclərdir və onların arasında intihar etməyə meylli olanlar da var: “Onlar bir müddət dəstək alandan sonra artıq həyata sarılırlar, yaşama davam edirlər. Müraciət edən gənclərin əsas problemi güvən əskiliyi, təhsil, ailə, şəxsi həyatı ilə bağlı olur.  Statistika onu göstərir ki, hər bir insan fikrən də olsa intihar haqda düşünür. Bu, normaldır, ancaq bu fikri həyata keçirmək normal deyil”.

 

 

Yaşayın ki, yaşadasınız. Ölüm insanlıq tarixində heç vaxt çıxış yolu olmayıb. 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website