Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Polkovnik Aftandil Namazovdan ŞOK ittihamlar – “Hospitalda hətta cərrah əlcəyi belə çatışmır…”

Polkovnik Aftandil Namazovdan ŞOK ittihamlar – “Hospitalda hətta cərrah əlcəyi belə çatışmır…”


22:14

hekim
“Sizə müraciətimin başlıca mətləbi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Tofiq Tağıyevin səriştəsiz və amansız fəaliyyəti ilə bağlıdır. Bəri başdan deyim ki, o, Silahlı Qüvvələr üçün çox təsadüfi bir insandır. Hərbi həkimlikdən bixəbər olan bu şəxs 54 yaşında baş leytenant rütbəsində ordu sistemində mühüm sayılan bir posta təyin edilmişdir. Hərbi qanunvericiliyə zidd olaraq, bir ildə iki dəfə hərbi rütbəsi artırılmışdır. Sual oluna bilər: hansı nümunəvi xidmətə, hansı qəhrəmanlıq nümunəsinə görə onun rütbəsi vaxtından xeyli əvvəl verilmişdir? Bu suala kimsə əsaslı cavab verə bilməz.”

Bu fikirlər ehtiyatda olan tibb xidməti polkovniki Aftandil Namazovun prezident İlham Əliyevə müraciətindən götürülüb. “Moderator.az” saytında dərc olunan müraciətdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi Tofiq Tağıyevlə bağlı ciddi ittihamlar irəli sürülüb.

Belə ki, Aftandil Namazovun yazdığına görə, Baş Klinik Hospitalının rəisi vəzifəyə keçdiyi ilk gündən peşəkar hərbi həkimlərə qənim kəsilib: “Tofiq Tağıyev vəzifəyə təyin edildiyi gündən etibarən, milli hərbi təbabətimizin nəcib mənəvi ənənələrini canıyananlıqla qoruyub inkişaf etdirən istedadlı və zəngin təcrübəli hərbi həkimlərin amansız qənimi kimi fəaliyyət göstərir. Neçə-neçə illərin sınağından çıxmış səriştəli həkimlər çıxdaş edilir və komandanlıq tərəfindən bu xoşagəlməz hallara göz yumulur. Əslində bu fəaliyyət deyil, manqurt siyasətidir. Dünya şöhrətli Sankt-Peterburq Hərbi Ali Tibb Akademiyasının 15 məzunundan bu gün hospitalımızda cəmi ikisi qalmışdır. Tofiq Tağıyev məqsədli şəkildə onların “soyqırım”ı ilə məşğuldur. Qalan peşəkar hərbi həkimlər də hədəf altındadır”.
hekım
Müraciətdə daha sonra Baş Klinik Hospitalının rəisi Tofiq Tağıyevə əməllərindəki qanunsuzluqlarla bağlı konkrert ittihamlar irəli sürülür. Onun saxta yollarla dövlətdən lazım olduğundan 2 qat artıq dərman aldığını, ancaq buna baxmayaraq hospitalda əsgər və zabitlərimizin müalicəsi üçün dərman tapılmadığını bildirib: “Hospitalımız öz tarixində görünməyən bir maddi-mənəvi böhranla üz-üzə qalmışdır. Xəstə əsgər və zabitlərimizi müalicə etmək üçün dərman qıtlığı hökm sürür. Qeyrətli həkimlər öz döyüşçüsünü müalicə etmək naminə dərmanları öz cibinin pulu ilə alırlar. Əsgər ailələri məcbur edilir ki, övladına dərmanı öz hesablarına alsınlar. Buna nə ad vermək olar?! Hospitalımızın tarixində heç vaxt belə dərman qıtlığı olmamışdır. İş o yerə çatmışdır ki, hospitalda hətta cərrah əlcəyi çatışmır. Saxta kotirovka sorğusu ilə dərmanları ikiqat artığına alaraq, dövlətin vəsaitini kül kimi göyə sovurur və sövdələşdiyi firmalardan rahatca öz payını əldə edir. Alınan dərmanları istifadəyə verməyərək vaxtı uzadır, yararlılıq müddəti keçən kimi hesabdan silir və süni yollarla gəlir qazanır. Hər bir məsələyə biznes iştahası ilə yanaşır. Ona görə də, 24 il bundan əvvəl yaranmış hospitalın qazandığı nüfuz qısa vaxtda Tofiq Tağıyevin yöndəmsiz hərbçiliyi, antivətənçilik siyasəti və iyrənc biznes iştahası ucbatından itirilmişdir. Bu acılı problemin müəllifi Tofiq Tağıyevdir. Ona görə ki, hərbi rütbə almaqda ildırım sürəti ilə irəliləyən Tofiq Tağıyev, öz fəaliyyətini şəxsi iddialar əsasında həyata keçirir, hərbi strukturu özəl struktur kimi idarə edir, yalnız özünü düşünür, danışığında etik normaları gözləmir, ağzından daim küçə söyüşləri çıxır və bəla burasındadır ki, ona “dur” deyən yoxdur.”
klınık

Daha sonra müraciətdə hospitalda vakant yer olmasına baxmayaraq, Tofiq Tağıyevin təcrübəli işçiləri heç bir qanuni əsas olmadan işə götürlmədiyi vurğulanır: “Mən bu yaxınlarda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Urologiya şöbəsinin rəisi və Silahlı Qüvvələrin Baş uroloqu vəzifəsindən yaşa görə ehtiyata buraxılmışam. Özəl klinikalarda özümə iş tapmaq mənim üçün problem deyil. Lakin mən doğma orduya, xalq döyüşçülərinə xidmət etmək üçün doğulmuş bir hərbi həkiməm. Ömrümün 35 il 8 ayını hərbçi kimi keçirmişəm. Özümü ordusuz təsəvvür edə bilmirəm. Ümumiyyətlə, ölkəmizdə stajlı hərbi həkimlər azdır. Peşəkar hərbi həkimlər təxminən 45-48 yaşlarında püxtələşirlər. Bu müddət ərzində onlarda kifayət qədər kamilləşmə prosesi gedir. Ona görə də cavan və yaşlı kadrların birgə fəaliyyəti çox zəruri sayılır. Bu məqsədlə Tofiq Tağıyevə hospitalımızda hal-hazırda urologiya şöbəsində vakant olan mülki həkim vəzifəsində çalışmaq istəyimi açıqladım. “Hospitala mülki həkim lazım deyil” deyə, mənə birbaşa “yox” cavabı verildi. Bu cavab, necə deyərlər, ağa qara deməyə adətkərdə olan erməni məntiqinə əsaslanmış bir cavabdır. Sual oluna bilər: 35 ildən çox hərbçi həyatı yaşayan hərbi həkim məgər ehtiyata buraxılan kimi mülki həkim olur? Bu birtərəfli fikri yalnız Tofiq Tağıyev düşünə bilər. Axı, hərbi komandanlıq missiyası hara, hərbçilik əlifbasını bilməyən Tofiq Tağıyev hara?! Mən libasımı dəyişsəm də, bütün varlığımla hərbçiyəm. Əlbəttə, o, məni anlamaq səviyyəsində deyil.

Əsaslı cavab üçün təsadüfi hospital rəisinin qəbul otağının qapısında 40 dəqiqə gözləməli oldum və mənə çox biganə münasibət göstərildi. Kənar adamlar qəbul olundu, lakin ordu həyatında canını-qanını qoymuş bir zabit kimi mən qapının arxasında qaldım. Belə biganəliyin acısını dadan təkcə mən deyiləm. Təcrübəli həkimlərin hamısına bu acını növbə ilə yaşadırlar. Ən dəhşətli hal bir də odur ki, bizim kimi orduda şərəfli ömür sürənlərə göstərilən bu laqeydlik gənc zabitlərin gözü qarşısında baş verir. Buna görə çox sarsıntı keçirən gənclərin mənəvi aləmində ümidsizlik toxumu indidən cücərməyə başlayır.
Bu gün hospitalımızda hərbi təbabət sahəsində “Ekstrakorporal” daşsındırma aparatı üzrə sertifikatı olan yeganə hərbi həkim mənəm. Bu sertifikatı təcrübəli alman mütəxəssislərin treninqində almışam. İndi həmin dəyərli aparat istifadəsiz qalmışdır. Görəsən, Tofiq Tağıyevin bu günahını kim bağışlayacaq?
Tofiq Tağıyev təcrübəli hərbi həkimlərin min bir hiylə yolu ilə yaşa görə ehtiyata buraxılmasını düzüb-qoşur. Bəs, nə üçün özü barədə düşünmür? 56 yaşını haqlamış bu təsadüfi rəisdən hospitalımız vaxtında xilas olmasa, onun dağıdıcılıq fəaliyyətinin acı nəticələrini aradan qaldırmaq çox müşkül məsələyə çevriləcəkdir”.
hekim1
Müraciətdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi işçilərə qul kimi münasibət göstərməkdə də ittiham edilir: “Möhtərəm Prezident, bir fikrimi də ayrıca vurğulamaq istəyirəm ki, Tofiq Tağıyev Sizin dediyiniz kimi ədabaz məmurlar sırasındadır. Özünə çox dəbdəbəli kabinet yaradıb. Qəbula gələnləri kamera ilə izləyir. Xoşuna gələni qəbul edir, öz əqidəsinə uyğun olmayanları isə bəhanə ilə qapı arxasında saxlayır və son nəticədə qəbul etmir. Hospitalımızın tarixində hələ bu səviyyədə ədabaz rəis olmamışdır. Belə xarakter heç bir halda hərbi həyat fəlsəfəsinə daxil edilə bilməz. Mənəvi dünyamızda pozulmaz sayılan hərbi əxlaq normaları onun üçün çox yad hesab edilir”.

Müraciətin sonunda Prezidentdən Ali Baş Komandan kimi Baş Klinik Hospitalının rəisi ilə bağlı tədbir görülməsini təmin etmək xahiş olunur: “Belə davam etsə, hərbi həkimlərin, əsgər və zabit ailələrinin içini didib-dağıdan imdad harayının səsi bütün aləmi bürüyəcək…

Möhtərəm cənab Prezidentimiz, açıqladığım bəladan xilas olmaq üçün Sizdən bir yol tapmağı, bir yol açmağı xahiş edirik.”

V.Nəsibov




Xəbərə 3 şərh yazılıb.

  1. Mələk, 25/02/2016:

    Tamamilə narazıyam bu yazılardan.Məndə o hospitalda işləyirəm.Hələ mən cənab komandirimiz Tofiq Tağıyev kimi yaxşı insan görməmişəm.söhbət hardan hara gəlməkdən getmir,MTN naziridə yüksək vəzifələrdən keçib,sondakı gizlin işləri bəllidi.siz bele düşünən olmusuz hərbimizi?_yəqin hərbiçi kimi yüksək maaş almıyacaqsız artıq,sizi narahat edən ancaq bu ola bilər.qayda-qanun var başqalarıda işləməlidi axı,guya six qayıtsaz hər şey əla olacaq,başqa təcrübəli həkim yoxdur?_gözəl həkimlərimiz hospitalımızda çoxdur.
    Qeyd edim ki,Tofiq Tağıyev hospitalımıza komandir təyin edildiyi andan bir çoxlarına qənim kəsilə bilər.Bəli,ama bu bir çoxlarının müftə pul yeməsinin,pulunnan hərbiçi olanların və.s qarşını almağındadır.yaxşı deyiblər düz söz acı olar.o üzdən də cənab komandirimiz Tofiq Tağıyev çoxlarına xoş getmir,çünki onu kimi insanllar azdır və əvvəlki kimi istədiklərini edə bilmirlər.
    Aftandil doctur sizə başqa işdə işləmək problem deyilsə hospitalın qayğısına çox qalmayın məncə…

  2. Mələk, 25/02/2016:

    Bundan öncəki komandirlər haqda niyə söz etmirsiz?çünki sizə sərf edirdilər və onlar tibb bacısını belə 3000manat məbləğində hərbiyə keçirirdilər.siz deyirsiz filan həkimlərdən cəmi iki nəfər qalıb.Bəlkə hospitalda komandir sizinçün qırmızı kitab yaratsın.Həkimin savadlanması üçün heçdə 40il işləməsi şərt deyil,bacarığı olmayan60ildə işləsə mənasızdır.Birdəki yeni işçilərin yetişməsi üçün yeniləri işləməlidir.

  3. Mələk, 25/02/2016:

    Tofiq Tağıyev böyük karropsiyanın qarşını məharətlə almışdır.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles