Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Mescidler, xestexanalar, yuyat yerleri dolmuşdu" – BİR ŞƏKLİN TARİXÇƏSİ

"Məscidlər, xəstəxanalar, yuyat yerləri dolmuşdu" - BİR ŞƏKLİN TARİXÇƏSİ

11/02/2016

12:02


11.02.2016 / 12:00 xeber –

“Dedi mərminin məni para-para eləməyini istəmirəm…”

DÖRDÜNCÜ GÖRÜŞ, ALTINCI YAZI

 

Əvvəli: I yazı, II yazı, III yazı, IV yazı, V yazı

 

UAZ Rafaelin evinin qabağında dayananda hava tam işıqlanmamışdı. Səhərin açılmasına xeyli var idi… Hərbçilər təlaşla onu yuxudan oyatdılar:

 

– Rafael, gecə Xocalıya hücum ediblər. Vəziyyət çox pisdir! Camaat orada çarəsiz qalıb… Xəbər gələn kimi Canpolad tankını minib getdi… O biri tankımız qalıb…

 

Son döyüşdə ayağından yaralanan Rafael yeriyə bilmirdi. Hərbçilər onu qucaqlarında maşına mindirib, hərbi hissəyə gətirdilər. Bir neçə dəqiqədən sonra Rafael öz tankında Ağdamın Şelli kəndinə girdi…

 

Rafaelgil Şelliyə çatanda, Canpolad artıq burada idi. Tanklar yan-yana dayandı. Onlar döyüşçü yoldaşından başqa, həm də yaxın dost idilər. Məsələn, batalyonda heç kim bilməsə də, Rafael bilirdi ki, bu gün Canpoladın 24 yaşı tamam olur… Amma günə elə gərgin başlamışdılar ki, bu, heç birinin yadına düşmürdü…

 

Rafaelin olduğu tankın pulemyotu atmırdı… Canpolada göstəriş verdi:

 

– Cakı, bizim “puşka” atmır. Sən Əsgəranın polis postuna bir – ikisini vur, başları qarışsın görək neyləyirik!

 

***

 

– Canpolad polis postunu nişan alıb, bir neçə dəfə atdı. Elə bu vaxt yaşlı bir kişi əlində şlyapasını yelləyə-yelləyə üstümüzə qaçıb qışqırmağa başladı ki, “qardaşlar, kömək edin!” Yaxınlaşdı, gördük nə haldadır… Səhv etmirəmsə, müəllim idi. Dedi bəs bizimkiləri tutub Naxçivanikdəki fermaya doldurublar, qapını da bağlayıblar… Bütün batalyon keçdi hücuma. Canpoladla ayrıldıq… O, Naxçivanik, mən isə Qaraqaya tərəfdən girib, xocalıları mühasirədən çıxarmağa yollandıq…

 

– Fermadakı adamları çıxarda bildilər?

 

– Bizim uşaqlar o fermadan 130-a yaxın Xocalı sakinini çıxardıb, Ağdama, Şelliyə göndərdilər… Bir də şlemofondan səs eşitdim, Canpolad deyirdi ki, “Seyid, sür, sür üstündən keç…”

 

– Seyid kim idi?

 

– Bizdə mexanik idi… O da rəhmətə getdi… Əhmədavar kəndindən idi… Canpoladın səsi kəsildi, bir neçə saniyə keçdi Seyid dedi “Rafael, Canpoladı vurdular”.  Sən demə, Canpoladgil erməninin BMP-sini vurarlar. BMP xarab olar, amma “navodçik” sağ qalar. Rəhmətlik də dirənib ki, sür üstündən keç ki, irəliləyək. Elə keçmək istəyəndə “navodçik” vurmuşdu… Seyid şlemofondan dedi ki, vəziyyət pisdir, tankı çıxarda bilmirik… Komanda verdim, Qaraqayadan dönüb Naxçivanikə gəldik… Üstümüzə də sanki dolu yağırdı… Elə bil ki, onlar yuxarıda idi, biz isə aşağıda… Ovuc içi kimi görürdülər bizi… Ümumiyyətlə, həmişə elə olub. Yaşayış yerinə görə həmişə onlar dağlıq yerlərdə məskunlaşıblar, hücum vaxtı bu çox önəmli idi… Ona görə də… onlar qalib gəldi…

 

Nə isə, Canpoladın tankını mənim tankıma qoşub, döyüş meydanından çıxartdıq…

 

***

 

İllər sonra yer üzündə insanı xatırladan cəmi iki tarix qalır – doğum günü, ölüm günü… Canpolad o qədər az yaşadı, özündən sonra o qədər az xatirə buraxdı ki, hətta ondan qalan tarix belə eyni oldu… 24 yaşı tamam olan günü ən çox qorxduğu silahla öldürüldü…

 

İndi onun paralanmış bədənini geri gətirən dostları Canpoladın ölüm haqda dediyi sözləri xatırlayardılar: “Ölümdən qorxmuram! Amma bircə mərmi ilə ölməyim. Mərminin məni para-para eləməyini istəmirəm…”

 

Rafael döyüşə qatıldığı ilk gündən çiyin-çiyinə dayandığı dostunun paralanmış bədənini tankın üstündən yığıb, təcili yardıma yerləşdirdi… İndi o nə top-tüfəng səsini eşidirdi, nə ətrafda deyilənləri, nə də ayağındakı yarasının sızıltısını hiss eləyirdi. Qulağında ancaq Canpoladın sözləri idi: “Mərminin məni para-para eləməyini istəmirəm…”

 

Təcili yardıma onu evlərinə aparmasını tapşırdılar… Ana olmasına cəmi bir neçə ay qalan xanımı Canpoladı gözləyirdi… Bu gün necə olsa, mütləq vaxt tapıb evə gələcəkdi… Bilirdi… Ona görə də tezdən oyanıb, hazırlığa başlamışdı… Amma onun belə tez, dan yeri sökülməmiş gələcəyini ağlına da gətirmirdi…

 

Rafael sanki Canpoladı yox, öz canından qopardığı bir parçanı göndərmişdi… İndi o də yarımcan idi… Hələ daha ağır mərhələ qarşıda idi. Canpoladın ölümünü atasına xəbər vermək lazım idi. Bir ataya necə demək olar ki, oğlun ölüb…

 

***

 

…Yaqub Rzayev qərargahda idi. Rafael hələ tankda ikən ratsiyadan səsi gəldi… Amma cavab verə bilmir, boğulurdu… Necə desin, haradan başlasın… Yaqub Rafaeli bu çətin durumdan xilas etdi:

 

– Bilirəm, Rafael… Bilirəm… Sən bunu mənə demə, özüm bilirəm… Bu axşam yuxusunu görmüşdüm… Bilirəm… Canpolad ölüb…

 

***

 

– Aparıb dəfn elədik… Yaqub dedi mənim oğlum burada ölənlərin heç birindən artıq deyil…

 

– Yaqub Rzayevin Canpoladin hüzründə belə iştirak etmədiyini deyirlər…

 

– Hüzrdə mən oturdum. Yaqub hərbi hissəni tərk eləmədi… Bir gündə nə qədər cəsur uşaqlarımızı itirmişdik… Canpolad, Xosrov… Hərəsi 15 döyüşçüyə bərabər əsgərlər idi…

 

– Xosrov kim idi?

 

– Şellidən idi, Xosrov Məmmədov… Əvvəllər bizdə döyüşürdü, Şelli batalyonu yaranandan sonra keçdi ora. Onu da həmən döyüşdə öldürdülər… İki qızı qaldı… 11 batalyon idi, hamısı itki verdi…

 

– Bir az Canpoladdan danışmağınızı istəyirəm…

 

– Canpolad ən çox mənimlə dostluq edirdi. Hara getsək, birlikdə gedirdik. Silah-sursat arxasınca dəfələrlə Bakıya, Lənkərana getmişdik… Yaşda məndən kiçik idi, həmişə hörmətimi saxlayaradı, xətrimi də çox istəyirdi… Canpolad da xətri istəməli uşaq idi… Hamı çox istəyirdi onu… İşə elə can yandırırdı ki… Məsələn, bir silah tapıb gətirirdiksə Canpolad yatmayacaqdı… Onu söküb, tökəcəkdi… Yenidən yığacaqdı… Həmən günləri ancaq o silah haqqında danışardı, bunu belə ataq, filan eləyək deyirdi… Çox maraqlı uşaq idi, çox… Övladının üzünü də görə bilmədi… Yaqub uşağın adını Atatürk qoydu… Sonra Milli Qəhrəman adı verdilər… Bizim batalyondan iki Milli Qəhrəman var…

 

– O biri kimdir?

 

– Baxşeyiş Paşayev. Ağdamın Əhmədavar kəndindən idi… Həmən günü, xocalıların çıxarılmasında o da çox əziyyət çəkdi…

 

– Onun neçə yaşı var idi?

 

– Bizdən xeyli böyük idi. 1936-cı ildən idi. Müharibənin ilk günlərindən döyüşənlərdən idi… Əla nişançı, mükəmməl kəşfiyyatçı idi. Əjdaha idi! Hərdən cavan uşaqlara baxıb deyirdi “ə, Rafael, bunların cavanlığı belədi, qocalığı necə olacaq?” Xramort, Fərrux, Aranzəmin, Naxçıvanik, Xanabad döyüşlərində cəsurcasına döyüşmüşdü. Canpoladdan bir neçə ay sonra rəhmətə getdi. İyulun 12-si idi. Ermənilər Xanabada hücum edəndə əks-hücumla onların 7 postunu azad etdik. Elə o döyüşdə də şəhid oldu…

 

Söhbətimiz davam edirdi ki, Qarabağ qazisi, Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudun Məmmədov gəlib çıxdı:

 

F.M: – Nə yaxşı bu haqda maraqlanırsınız. Adətən jurnalistlər Xocalıda baş verənlərdən yazır, amma oradan əhalinin necə xilas edildiyini heç kim demir, soruşmur…

 

– Mən də bununla maraqlanıram. Bu dəfə rakursu dəyişib, Xocalıya Ağdamdan baxmaq istəyirəm…

 

F.M: – Bircə bunu deməyim kifayətdir ki, təkcə həmən döyüşdə, yəni xocalıları mühasirədən azad edib Ağdama gətirmək üçün erməni və Rusiyanın 366-cı motoatıcı alayı ilə döyüşdə 75 şəhid verdik… Bütün batalyonlarımız orada idi, hamımızın da itkisi oldu…

 

R.A: – O vaxta qədər də döyüşlərdə itkimiz olurdu, amma çox olanda 3-4 nəfər… İlk dəfə idi ki, Ağdam bir döyüşdə bu qədər şəhid verirdi… Bizim döyüşçülər o az, bəsit silahlarına rəğmən əllərindən gələni etdilər. Məsələn, televizorda adətən rəhmətlik Çingiz Mustafayevin meyitlərin daşınmasından çəkdiyi kadrları göstərirlər, amma heç vaxt heç kim demir ki, Çingiz ora tək getməmişdi. Ora necə gedilib, bu razılıq necə əldə edilib, o meyitləri kim daşıyıb gətirib… Adlarını çəkən yoxdur…

 

F.M: – Təəssüflə deyirəm ki, xocalıların mühasirədən çıxarılmasında şəhid olan əsgərləri xatırlayan yoxdur…

 

R.A: – Yadımdadır… Hava elə soyuq idi ki, elə bil Allah da qarğımızdı… Canpoladı dəfn eləmişdik, səhərisi günü tezdən gördük Qaraqaya tərəfdən dörd nəfər gəlir. Uşaqlara dedim atmayın, yəqin bizimkilərdir, yoxsa o tərəfdən başqa kim gələsidir ki… Yaşlı qadınla kişi idi, bir də iki cavan gəlin. Çox olsa, 20 yaşları olardı… Nə haldaydı o insanlar… Uşaqlara dedim isti çay gətirin, kişi dedi çay nədir, boğazımdan çay keçməz… Dedi bu gəlinlərin ikisi də mənim gəlinlərimdir. İkisinin də həyat yoldaşı qaldı Qaraqayanın altında… Biri də yaralıdır… Gətirə bilmədik, hava işıqlaşırdı deyə bizə dedilər elə gəlinləri necəsə birtəhər buradan çıxardın…

 

– Dəhliz yox idi axı, mühasirəni necə yara biliblər?

 

R.A: – 366-cı alay Xocalıya hücum etdi. Xocalını darmadağın dağıdandan sonra təxminən 60 km geri çəkildi. Artıq erməni ilə üz-üzəyik. Biz artıq təkbaşına 3 rayonla vuruşurduq… Adamlar da o məsafədən keçib gələ bilirdi… İndi bildik ki, Qaraqayanın altında hələ adam var, gedib çıxartmalıyıq.

 

F.M: – Qaraqaya da elə yerdir ki, yuxarısı ermənilərin postudur, aşağıda isə xocalılar… Yəni köməyə kim getsə, ölümə gedəcəyini bilir…

 

R.A: – Seçib ən yaxşı uşaqlardan beşini yolladım. Aradan yarım saat keçdi, necə bir atışma düşdüsə, uşaqlar dedi bizimkiləri qırdılar… Batalyondan nə qədər şəhid vermişik, gücümüz zəifləyir axı. Dedim indi beş nəfərimizi də belə itirdik… Sən demə bizimkilər Qaraqayadan yaralıları çıxardıblar, haradasa 200-250 metr gəliblər… Bir iş yaxşı idi ki, Qarqar çayının sol tərəfində 2 metr hündürlüyündə bənd vurmuşdular ki, çay narlığı basmasın. Oradan o tərəfə Şelli kəndinin nar bağıydı. Uşaqlar da ora ilə gəlirlər… Biz də qabaqlarına gedib birtəhər kömək edib, çəkib çıxartdıq onları… Yaxşı ki, itki vermədik…

 

– Qardaşları gətirib çıxarda bildiniz?

 

R.A: – İkisini də gətirdik… Yeddi gün sonra isə bir qadın gəlib çıxadı, yanında da 15-16 yaşlarında iki uşaq… Camaat meşələrə dağılmışdı, kimi gəlib biz tərəfə çıxırdı, kimi də onlar tərəfə…

 

F.M: – Yəni hadisədən sonra artıq meşələrə qaçanlar yol tapıb gələ bilirdi. O vaxta qədər isə mühasirədə idilər. Hadisə gecəsi ermənilər Qaraqaya tərəfdən xocalılara qəsdən xüsusi dəhliz açmışdılar. Amma o dəhliz yox, tələ idi. Camaata oranı nişan veriblər ki, gəlin, bu tərəfə, Ağdama yol açmışıq… Şelli istiqamətində… Guya camaata çıxmaq üçün dəhliz yaradıblar. Hamını o istiqamətə yönəldirəndən sonra isə camaatı verdilər pulemyotun qabağına… Güllə-boran edib qırdılar yazıq milləti… Ermənilər indi də danışanda utanmadan deyirlər “dəhliz verdik”… Orada məqsəd xocalılara dəhliz vermək yox, kütləvi qırğın həyata keçirmək idi. İndi erməni deyir “dəhliz verdik”, biz isə deyirik dəhliz yox idi. Üstəlik, orada döyüş olduğunu da demirik, onda sual yaranır ki, bəs xilas ola bilən xocalıları mühasirədən kim çıxartdı? Qaraqayada kütləvi şəkildə öldürülənlərin də meyitlərini bizim batalyonlar çıxardıb Ağdam məscidinə gətirirdi…

 

R.A: – Kimin evdə 14-15 yaşlı qardaşı vardısa, onlar da gəlib bizə meyit daşımaqda kömək edirdi…

 

F.M: – Bir sözlə, səfərbər olmuşduq. Bilirdik ki, dövlət yoxdur, gözümüzü çəkmişdik. Bütün yük xalqın çiynində idi. Məscidlər, xəstəxanalar, yuyat yerləri dolmuşdu… Kimi evindən isti paltar, bint, dərman daşıyırdı, kimi qazan-qazan yeməklər bişirib gətirirdi.

 

R.A: – Öz gücümüzə… Nə yalan deyək, müharibəyə hazır deyildik… Mən rus ordusunda xidmət edib gəlmişdim, bilirdim ki, vahid komandanlıq nə deməkdir… Orduda pərakəndəlik olmaz…

 

– İndi necə, hazırıq?

 

F.M: – Yox, bu dəfə hazırıq! Ordumuzda forma da var, məzmun da! İndi ordumuz elə səviyyədədir ki, səhər yuxudan oyanıb xəbər tuta bilərik ki, Azərbaycan ordusu Xankəndini mühasirəyə alıb. Qüvvələrin bərabərliyi baxımından o dərəcədə yüksəyik. Bunu mütləq demək lazımdır ki, biz erməni ilə yox, rusla vuruşmuşuq. Birbaşa, qabaq-qabağa rusların ordusu ilə döyüşürdük. Rus torpaqları alıb verirdi erməniyə, müdafiədə erməni dayanırdı… Bizim isə rus ordusu qarşısında dayanmağa gücümüz yox idi. Amma indi vəziyyət dəyişib. Təmas xəttində ara qarışan kimi Şirin Mirzəyevçilər zəng edir ki, “deyirlər müharibə başlayır, gəl gedək…” Hələ bir əsgərimiz var idi, Qaxdandı. Çox cəsur döyüşçüdür. Adı da Azaddır…

 

– Ləhcəsindən uşağın erməni hesab etdiyi Azad?

– Ay sağ ol! Rey öz xatirələrində yazmışdı bunu. Yadınızda, 2014-cü ilin avqustunda bir az səs-küy yaranmışdı, onda Azad zəng vurdu ki, eşitmişəm batalyonu toplayırsınız. Bax, Reyə də demişəm, mənə xəbər verməsəniz, sizi bağışlamayacağam…

 

– Siz doğrudan batalyonu toplayırdınız?

 

– Yox ey, heç elə şey yoxdur. Sadəcə arada uşaqlarla oturanda söhbət edirik ki, müharibə yenidən başlasa, toplanıb getməliyik. Bizim təcrübəmiz var, o torpaqları qarış-qarış tanıyırıq. Dediyim odur ki, bu dəqiqə xalq müharibəyə, torpaqları işğaldan azad etməyə hazırdır…

 

***

 

Dördüncü görüşüm də başa çatdı… Onlar müharibə başlayacağı təqdirdə döyüşə yollanacaqlarını deyirdilər… Şahid oldum ki, məğlub kişilərin gözündəki kədəri ancaq tezliklə müharibə olacağı ümidi gizlədə bilir…

 

Dördüncü görüşün sonu…

 

(Davamı olacaq…)

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website