Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Məhkəmədə anası və qardaşı 17 yaşlı Alyonadan imtina etdi…

Məhkəmədə anası və qardaşı 17 yaşlı Alyonadan imtina etdi…

11/02/2016

23:45

alyona
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onu zorlamağa cəhd edən qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Qardaşını öldürüb, qollarını kəsib basdıran yeniyetmənin məhkəməsində tükürpədici ailə dramı açıqlandı
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə ifadələr elan olunub. Bu zaman Alyona Baxışova cinayəti etiraf edib və məhkəməyə verdiyi ifadəni təsdiq edib.

Qeyd edək ki, Alyona Baxışova ilkin baxış iclasında ifadə verən zaman hadisəni nəql edib. O, qardaşını tək öldürdüyünü demişdi. Sonrakı iclaslarda isə Alyona Baxışova ifadəsini dəyişərək cinayətin qonşuluqda yaşayan Ələsgər Səlimov tərəfindən törədildiyini demişdi. Məhkəməyə dəvət olunan Ələsgər Səlimov isə ruhi xəstədir. Bununla bağlı tibbi arayış verib.

“Gecə saat 3-4 olardı, otağıma girib üstümə cumdu”

Alyona Baxışova məhkəməyə ilk ifadəsində ittiham üzrə özünü təqsirli bilib və qardaşı Baxış Baxışovun ona əxlaqsız təklif elədiyini, bu səbəbdən onu balta ilə öldürdüyünü demişdi: “Atam biz uşaq olanda rəhmətə gedib. Ata nənəm, anam, iki qardaşımla birgə yaşayırıq. Baxış hamımızdan böyük idi. Əsgər gedib gəlmişdi. Ortancıl uşağam, məndən də balaca Rafiq adlı qardaşım var. Ailədə hər zaman səs-küy olurdu. Baxış hərbi xidmətdən gələndən sonra tez-tez mənə sataşırdı. Ağlına gələni deyir, təhqir edir, vururdu. Bu barədə anama məlumat vermişdim”.

Təqsirləndirilən şəxs ifadəsinin bu yerində qardaşının zoofiliyaya meylli olduğunu və bunu iki dəfə gördüyünü, hətta anasının da buna görə oğlunu tənbehlədiyini bildirib (A.Baxışova ifadəsində bu məqamla bağlı detalları açıq şəkildə nəql etsə də, etik baxımdan dediyi kimi vermək mümkün deyil).
Alyona Baxışova deyib ki, hadisədən sonra qardaşı ilə münasibətləri daha da pisləşib. “Məni tez-tez döyməyə başladı. Təhqir edirdi. Hadisə günü gecə hamı yatmışdı. Öz otağımdaydım. Saat 3-4 arası olardı. Otağıma girdi. Üstümə cumdu. Əlini saçlarıma atdı. Karnizin dəmiri ilə onun başına zərbə vurdum. Həyətə qaçdım. Dalımca gəldi. Gizləndim. Amma tapdı. Gözləri çönmüşdü. Odun olan yerdən baltanı götürdüm. Qorxmuşdum. O üzərimə gələndə balta ilə başına iki zərbə vurdum. Yerə yıxıldı. Bir anlıq ayıldım. Bilmədim, neyləyəm. Həyətin küncündə yeri qazıb onu basdırdım. Yer qan olmuşdu. Yarım saat ərzində onu basdırdım. Əynimdəki paltarı çıxarıb yandırdım. Telefonu məndə idi. Baxışın nömrəsi ilə nənəmə mesaj yazdım ki, SDK-da işləməyə getmişəm. Davamlı olaraq hər gün mesaj yazırdım. Anam, nənəm polisə itkin düşməklə bağlı ərizə yazmışdı. Hadisədən 7 ay keçdi. Baxışı basdırdığım yerdən su keçirdi. Onu daha uzaq bir yerə basdırmalıydım. Evdən xeyli uzaqda bostan sahəmiz vardı. Orada yer qazdım. Hava qaralandan sonra qonşudan aldığım araba ilə onu birinci basdırdığım yerdən çıxardım. Arabaya yerləşsin deyə, ayaqlarını və qollarını kəsdim. Onu birtəhər aparıb orda basdırdım. Bu vaxtı məni balaca qardaşım Rafiq gördü. Rafiqə dedim ki, pomidor əkirəm. Bir müddət vaxt keçdi. Baxışın telefonu evdə tapıldı. Artıq məndən şübhələnmişdilər. Nənəmlə Qusara getmişdim. Sahə inspektoru Rövşən müəllim gəlib məni tutdu. Baxışı öldürmək niyyətim yox idi. Özümü qorumaq istəyirdim. Üstümə gəlirdi. Özümü müdafiə edirdim”.- deyə Alyona ifadəsində deyib.

“Qızım özbaşınalıq edirdi”

Zərərçəkmişin hüquqi varisi qismində anası Bacıxanım Baxışova ifadə verib. O, ifadəsində oğlunun günahı olmadığını deyib: “Ərim öləndən sonra onları çətinliklə böyütmüşəm. Onlara həm ata, həm də ana olmuşam. Alyonanın hərəkətləri heç xoşuma gəlmirdi. Özü üçün yaşayırdı. Özbaşınalıq edirdi. Özü yemək bişirib, özü yeyər, bizi saymazdı. Dilim qurusa, bir çay istəsəm, onu da gətirməzdi ki, öz ayağın var, get gətir. Özbaşına Qusarın özünə, toya gedirdi. Bir də gördün gecənin bir yarısı evə gəlirdi. Eyni evdə ayrı respublikada yaşayırdı. Oğlum Baxış sakit, ağıllı uşaq idi. Əsgərlikdən fəxri diplomla gəlmişdi. Fəhlə işləyirdi. Qazandıqlarının hamısını evə gətirirdi. Alyona ilə yola getmirdi. Alyonanın özbaşınalığı ona pis təsir edirdi. Alyona qoyunları naxıra aparırdı. Buna görə dəfələrlə dalaşıblar. Mən də Alyonaya deyirdim ki, qoyuna getmə, qız uşağısan. O, bizi saymırdı. Yaddaşım zəifdi, pullarımı oğurlayırdı. Dəfələrlə üstümə bıçaqla gəlib, məni döyüb”.

“Oğlunun manyak olduğunu öz gözünlə görmüsən”

Bu zaman Alyona Baxışova yerindən müdaxilə edib: “Yalan danışma, anamsan, amma haqqıma girmə. Oğlunun manyak olduğunu öz gözünlə görmüsən. Oğlunu öldürdüm deyə, mənə acıqlı olub, şər atma burda. Mən nə vaxt tək Qusara getmişəm? Məktəblə, müəllimlərimlə getmişəm. Qoyuna ona görə gedirdim ki, sənin oğlun getmirdi. Allahın olsun. Mənə çörək vermədiyin günlər olub. Çörəyi qonşumuz Sənubər xaladan alırdım. Mənə tezliklə atamın yanına getməyimi arzulayırdım, qarğışlar edirdin. Baxışı özün deyirdin ki, döy, nə tez çıxdı yadından. Mən səni nə vaxt döymüşəm, niyə yalan danışırsan, adam anasını döyər? Göydəki baxır axı, yalan danışma”.

B.Baxışova hadisə günü ilə bağlı da ifadə verib: “Gecə yatmışdıq. Səhər durdum, Baxışı soruşdum. Dedilər, yoxdur. Sonra Alyona dedi ki, nənəmə mesaj yazıb ki, SDK-ya işləməyə gedib. Əsgər yoldaşıgildə qalır. Təəccübləndim. Çünki məndən xəbərsiz o, heç yerə getməzdi. Polisə məlumat verdik. Üstündən 7-8 ay keçəndən sonra telefon evdən tapıldı. Ondan 10-15 gün sonra balaca oğlum Rafiq sümüklərini bostandan tapdı. Alyonanın öldürdüyü ortaya çıxdı. Allah onun bəlasını versin, mənim gül kimi oğlumu öldürdü. Üzünü belə görmək istəmirəm. Ömürlük həbs edin. Bir də çölə çıxmasın. Övladlıqdan silmişəm onu”.

Bundan sonra o, hakim və prokurorun suallarına cavab verib. Suallara cavab olaraq qeyd edib ki, Alyonanın hansısa bir oğlanla danışdığını, görüşdüyünü, hər hansı bir ədəbsiz hərəkət etdiyini görməyib. Hakim bildirib ki, tibbi ekspertizada A.Baxışovanın heç kimlə cinsi münasibətdə olmadığı təsdiqlənib.

“Mənim Alyona adlı bacım yoxdur”

Daha sonra Alyona Baxışovanın qardaşı Rafiq Baxışov ifadə verib. O, ifadəsində qardaşının sümüklərini torpaqdan tapdığını deyib: “Qardaşım sakit təbiətli idi. Aramızda ciddi bir problem olmayıb. Bacımla son zamanlar yola getmirdi. Dalaşırdılar. Qardaşımın pis bir hərəkətini görməmişəm. Bir gün Alyonanın bostanda axşamçağı yeri bellədiyini gördüm. Soruşdum, pomidor əkdiyini dedi. Bir müddət keçmişdi. Bostanda gəzəndə qəribə iy gəldi. Torpağı qazdım, yerdən sümüklər tapdım. Polisə məlumat verdim. Məlum oldu ki, bu sümüklər qardaşımındır. Mənim Alyona adlı bacım yoxdur. Onunla danışmaq, bir də üzünü görmək istəmirəm. Lənət olsun”.
Ailənin qonşusu Sənubər Tayibova ifadəsində bu ailənin səs-küylü olduğunu deyib: “Evlərində həmişə dava-dalaş olurdu. Ona görə heç kim onların işlərinə qarışmırdı. Alyona özünə qapanıq qız idi. Heç kimlə işi olmazdı. Onun kiminləsə gəzdiyinə, görüşdüyünü eşitməmişəm. Anaları Bacıxanım çox danışır. Ağzının danışığını bilməz. Dəfələrlə onunla küsmüşük. Olub ki, uşaqlara yemək verməyib, qız gəlib, mən çörək vermişəm. Bir dəfə mənim qızımın nişanı idi. Uşaqların nənəsi bizdə idi. Baxış içib piyan olmuşdu. Bağda ağzına gələn söyüşləri söyürdü. Ailə bir az səs-küylü olduğundan işlərinə qarışmırdım”.

Qeyd edək ki, hadisə 2014-cü il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Rəşad VAQİFOĞLU




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website