Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

General Rail Rzayevin qətlinin sifarişi haradan verilib? – Şok açıqlamalar

General Rail Rzayevin qətlinin sifarişi haradan verilib? – Şok açıqlamalar


00:45

general
“Rail Rzayev qətlə yetirildi və Azərbaycanın hərbi əməkdaşlıq vektoru yenidən Rusiyaya yönəldi”

“Rail Rzayevi snayper öldürüb…MTN rəhbərliyi də cinayətin icraçı və sifarişçilərinin gizlədilməsində maraqlı olub

7 il əvvəl – 2009-cu il, fevralın 11-də Bakının mərkəzində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) komandanı, general-leytenant Rail Rzayevi başına açılan atəşlə qətlə yetirdilər.
Hadisədən sonra belə bir qənaət formalaşmışdı ki, komandanın qətlini törədən, qanlı aksiyanın icrasını tapşıran tezliklə yaxalanacaq. Bu qənaətin formalaşması əbəs deyildi – öldürülən müdafiə nazirinin müavini, ölkənin hava məkanına cavabdeh general-leytenant idi.
Amma bu baş vermədi. Əvəzində qətldən sonra generalın yaxın ətrafına daxil olan 10-a yaxın şəxs həbsə alındı, 100-lərlə şəxs istintaqa cəlb edildi. Həbslər birbaşa generalın qətlinə aid olmadı. Tutulanları oğurluq, vəzifədən sui-istifadə maddələri ilə ittiham edib cəzalandırdılar. Qatil və sifarişçi isə istintaqdan kənarda qaldı. Nəhayətdə cinayət işinin istintaqı dayandırıldı və arxivə göndərildi…
Komandana qarşı terrorun 7-ci ildönümündə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə bu mövzuda söhbətləşdik, həmin günlərə ekskurs etdik. Mərkəz rəhbəri dedi ki, həyatdan məhrum edilən Rail Rzayev Azərbaycan Silahlı Qüvvələrində təcrübəli, sözünün çəkisi olan bir general olub:

nail

– Rail Rzayev öz sahəsinin professionalı idi. Təsadüfi deyil ki, o qətlə yetirilənə qədər barəsində çox az məlumat vardı. Hərbi, təhlükəsizlik sahəsindəki professionalların mediada qabardılmasına ehtiyac da yoxdur. Yəqin ki, Rail Rzayevin qətlə yetirilməsinin səbəblərindən biri elə bu idi. Digər bir səbəbi isə həmin dövrdə Azərbaycanın hərbi əməkdaşlığında, xüsuslə də hərbi texnikanın və inventarın alınmasında kursun dəyişikliyində görürəm. Həmin vaxt hərbi əməkdaşlığın böyük bir hissəsi İsrail-Azərbaycan hərbi əməkdaşlığının payına düşür. Rail Rzayev qətlə yetirildikdən sonra müxtəlif versiyalar səsləndirildi. Guya ailəsi İsraildədir, özünün də bileti olub, ora getməli imiş və s. İsrail mövzusunun ortaya atılması təsadüfi deyildi.
Müxtəlif mənbələrin verdiyi məlumatlardan aydın olur ki, Azərbaycan-İsrail hərbi əməkdaşlığında Rail Rzayev əsas fiqurlardan olub. Azərbayacanın Rusiyadan kənar bir dövlətlə əməkdaşlığı aydın məsələdir ki, MDB məkanını öz maraq dairəsində görən şimal qonşumuz üçün heç bir halda məqbul deyildi. Rail Rzayevin qətlinin başlıca səbəblərini araşdırmaq istəyiriksə, onun qətlindən sonra nələr dəyişdi sualına da cavab axtarmalıyıq. Əvvəla, Rail Rzayevin qətlindən sonra onun dəfni tələm-tələsik həyata keçirildi. Sanki insanın artıq qətlə yetirilmiş bədəninin fiziki mövcudluğunu belə gizlətməyə çalışırdılar. Bu ranqda generalın, hərbçinin dəfni başqa bir formatda keçirilə bilərdi.

– Üstəlik, dəfnə də getmədilər…

– Təəssüf ki, bu, belə oldu.

– Səfər Əbiyev özünün müavini olan Rail Rzayevin dəfnində, 3 mərasimində iştirak etmədi. Dedilər ki, Dubayda silah sərgisindədir. Məgər Dubaydan geri dönmək üçün Rail Rzayevin qətli ciddi əsas deyildi?

– Rail Rzayevin qətli və ondan sonra baş verənlər müəmmalarla zəngindir. Müdafiə naziri harada olmasından asılı olmayaraq orada iştirak etməli idi. Dəfni 1 gün təxirə saldırmaq nə çətin iş idi ki? Müdafiə naziri bu cinayətin araşdırılmasında israrlı olmalı idi, amma olmadı. Artıq Səfər Əbiyev ölkədə deyil və inanmıram ki, ona qətllə bağlı suallar vermək istəsələr belə, o, Azərbaycana gəlib məmnuniyyətlə istintaqın suallarına cavab vermək istəyər… Rail Rzayev qətlə yetirildi və Azərbaycanın hərbi əməkdaşlıq vektoru yenidən Rusiyaya yönəldi. Bundan sonra Rusiya Azərbaycana bir sıra müasir silahlar da satdı. Azərbaycan-Rusiya hərbi əməkdaşlığının həcmi artdı.

Bu həcmi faizlə ifadə etsək, hansı rəqəm səsləndirilə bilər?

– Bəzən 90-92% rəqəmləri səsləndirilir. Düşünürəm ki, daha artıqdır. Bundan əvvəl isə bu rəqəm çox aşağı idi. Birdən-birə vəziyyət Rusiya ilə əməkdaşlığın xeyrinə dəyişdi. Deməli, bu hadisənin baş verməsinə silah bazarı uğrunda gedən mübarizənin də təsiri olmamış deyil və bəlkə də elə əsas səbəb bu olub.

– Sizcə, bu qətlin əks-sədası siyasi sferada hiss edildimi?

– Belə bir qətlin həyata keçirilməsi həm də siyasi mesajlar verildiyi deməkdir.

– Rail Rzayevin qətlindən sonrakı istintaq hərəkətləri adekvat idimi?

– Qətldən sonra baş verənlər əsasən qətlin motivindən və sifarişçisindən diqqəti yayındırmağa xidmət edirdi. Çox ziddiyyətli məlumatlar sızdırılırdı. Qətli az qala şəxsi motivlərlə bağlayırdılar. Azərbaycanın xarici partnyorları ilə bağlayırdılar. Geniş, əhatəli bir spektrdə ən müxtəlif versiyalar səsləndirilirdi. Maraqlı məqam da bu idi ki, məsələnin araşdırılmasında önəmli rol oynamalı olan Milli Təhlükəsizlik Nazirliyi sanki yaxasını kənara çəkdi. Eldar Mahmudov ortaya 4 versiya atıb kənara çəkilmişdi. Bu, MTN-in qətlin araşdırılmasında maraqlı olmadığını göstərirdi.

– Sizcə, niyə maraqlı deyildilər? Səbəb nə idi?

– Eldar Mahmudovun rəhbərlik etdiyi qurum son 10 ildə Azərbaycanın maraqlarına xidmət eləməyib. Bu adamlar ən müxtəlif xarici dairələrlə geniş rakursda əməkdaşlıq ediblər. Bütün fəaliyyətləri dövründə Azərbaycanın maraqları ən axırıncı yerdə olub.

– Belə başa düşmək olar ki, Eldar Mahmudov Rail Rzayevin qətlinin üstünün açılmaması üçün fəaliyyət göstərib?

– Mümkündür ki, MTN xaricdən aldığı sifariş əsasında bu cinayətin məhz gizlədilməsində maraqlı olub. MTN ola bilsin ki, cinayət haqda kifayət qədər məlumatlı olub, amma bu məlumatı üzə çıxarmayıb. Ona görə də 4 çaşdırıcı və bir-birinə zidd “versiya” ortaya atıldı. Milli təhlükəsizlik nazirinin səsləndirdiyi ən gülünc versiya qətlin məişət zəminində törədilə bilməsi ehtimalı idi.

– Eldar Mahmudov qətli xarici qüvvənin törətməsi versiyasını da səsləndirmişdi. Sizcə, hansı xarici qüvvədən söhbət gedirdi?

– Məsələ də ondadır ki, əgər nazir xarici qüvvə versiyasını səsləndirirsə, niyə görə istintaqa həmin xarici qüvvə ilə bağlı toplanan materiallar təqdim olunmayıb? Təqdim olunubsa, niyə araşdırma aparılmadı? Bilirsiniz ki, Eldar Mahmudov MTN rəhbərliyinə gələndən sonra “Qara Kəmər” əməliyyatı keçirildi. Bir şou çəkdilər, Hacı Məmmədovdan ələkeçməz qanqster düzəldib cəmiyyətə təqdim etdilər. Hacı Məmmədov 2005-ci ildə həbs olunub mühakimə edildikdən sonra onu MTN-in istintaq təcridxanasında saxladılar. Üstəlik, qanunvericiliyə dəyişiklik edilməsinə nail olub MTN-in istintaq təcridxanasına cəzaçəkmə müəssisəsi statusu verdirdilər. Bir çox cinayətləri Hacı Məmmədovun ayağına yazdılar. Onun törətdiyi cinayətlərlə yanaşı, törətmədiklərini də boynuna almasına nail oldular.

– Belə cinayətlərdən biri də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin Hacı Məmmədovun boynuna qoyulması idi. Sonradan bu baş tutmadı…

– Bəli, Elmar Hüseynovla bağlı hissədə baş tutmadı, amma başqa qətllərin Hacı Məmmədovun ayağına yazıldığını istisna etmirəm. Məsələn, kriminalist Rövşən Əliyevin qətli ilə bağlı kifayət qədər zidiyyətli məlumatlar var. Prokurorluğun şöbə rəisi Füzuli Məmmədovun ölümünü məişət zəminində qətl kimi təqdim etdilər. Ehtimal edirəm ki, Rail Rzayevin qətlindən əvvəl müvafiq dövlət orqanlarında belə bir hadisənin baş verəcəyi haqda məlumat olub. MTN-in keçmiş rəhbərliyi Rail Rzayevin qətli ilə bağlı çox ciddi şəkildə istintaq-əməliyyat tədbirlərinə cəlb olunmalıdır. Rail Rzayevin qətlindən əvvəl onun ətrafında həyata keçirilmiş əməliyyatlar, onunla əlaqəli izləmələr, dinləmələrlə bağlı çox ciddi sorğu-suallar aparılmalıdır. MTN-in müvafiq qurumlarında araşdırmalar aparılmalıdır. Düşünürəm ki, bu halda bir çox məsələlərə aydınlıq gələcək və Rail Rzayevin qətli ilə bağlı meydana çıxan sualların cavabları da aydınlaşacaq.

– Xatırlayırsınızsa, Rail Rzayevi Eldar Mahmudovun eyvanının altında, çoxsaylı nəzarət kameralarının “gözü” qarşısında qətlə yetirmişdilər. Belə bir halda Azərbaycan istintaqçılarının acizlik göstərib ortaya konkret nəticə çıxarmaması qeyri-professionallığın göstəricisidir, yoxsa başqa səbəblər var?

– Kameraların mövcud olduğu sahədə ölkənin hava məkanına nəzarət edən bir generalın qətlindən söhbət gedirsə, burada naşılıqdan, qeyri-peşəkarlıqdan danışmaq əsas məsələdən yayınmaqdır. İstintaq məqsədli şəkildə lazımi istiqamətdə aparılmayıb. MTN rəhbərliyi də cinayətin icraçı və sifarişçilərinin gizlədilməsində maraqlı olub. Bu gün bu məsələlər araşdırılmalıdır. Niyə görə o kameraların qeydlərində heç bir şey tapılmayıb? Əksinə, günahsız adamlar zorakılığa, işgəncələrə məruz qoyulmaqla istintaqa cəlb olundular. Diqqət edin – Rail Rzayevin qətli işinin istintaqı eynilə Neft Akademiyasında baş verən terror olayının istintaqının sxemi üzrə aparıldı. Orada da əsas iş qaldı kənarda, 3 gənci müxtəlif üsullarla şərləyib ömürlük və digər ağır cəzalara məhkum etdilər.
Bu gün həmin olayı geriyə qayıdıb araşdırmaq istəyən isə yoxdur. Baş prokuror bu yaxınlarda “MTN işi” üzrə 63 sahibkarın zərərçəkən kimi tanındığını açıqladı. Həmin açıqlamada söhbət həm də onlarla yüksək MTN rəsmisinin istintaqa cəlb olunması və həbsə alınmasından gedirdi. 1 nəfər müəmmalı şəkildə guya intihar etdi. Nəyə görə onları adi bir istintaq təcridxanasında saxlayırlar? Axı yeni yaradılmış DTX-nin istintaq təcridxanası kifayət qədər etibarlıdır. Nəyə görə bu qədər yüksək çinli MTN-çi həbsdə olduğu bir vaxtda Eldar Mahmudov hələ də istintaqa cəlb olunmayıb, onun və yaxınlarının İran xüsusi xidmət orqanları ilə əməkdaşlığını araşdırmayıb?

– Rail Rzayevin qətlindən sonra fakt üzrə Cinayət Məcəlləsinin 120.2.3-cü – zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə maddəsi ilə cinayət işi başlandı… Bu doğru idi?

– Rail Rzayevin qətli birmənalı olaraq siyasi terror olayıdır. Mətbuata da yalan məlumat ötürdülər ki, qətldə guya tapançadan istifadə olunub. Ağlasığmaz versiyalar ortaya atılırdı. Guya qətldə bir killer üçün nəzərdə tutulan, barmaq izinə reaksiya verən tapançadan istifadə edilmişdi. Bütün bunlar diqqəti məsələnin mahiyyətindən yayındırmaq üçün ortaya atılırdı. Rail Rzayevi snayper öldürüb. Ona atəş snayper silahından açılıb. Snayper qəfildən gəlib haradasa oturub atəş açmır. Snayperə qədər qurban izlənilib, onun hərəkət trayektoriyası, harada dayanacağı öyrənilib. Çünki snayper şəhərin ortasında haradan gəldi atəş açmır və aça da bilməz. Hədəfi harada vuracağını dəqiq bilir. Deməli, snayper Rail Rzayevin maşınının harada dayanacağını da dəqiq bilib. Çünki atəş hərəkətdə olan maşına açılmamışdı. Bütün bu hazırlıqlar müəyyən zaman tələb edir və bunu 1 nəfər eləmir. Heç bir halda snayper hazırlıqları tək görmür. O icraçıdır, müəyyən olunmuş zamanda və məkanda gəlib qətli icra edir. Yəni cinayətdə digər iştirakçılar da olub. O şəxslər kimlər olub? Niyə özlərini bu qədər sərbəst aparıblar?

– Rail Rzayevin qətlindən sonra Müdafiə Nazirliyinin digər generalı Nəcməddin Sadıqov olduqca sensasion sayıla biləcək açıqlama verdi. “Röyters”ə dedi ki, Rail Rzayevi qətlindən əvvəl izləyiblər. Sizcə, niyə bu məsələ qətldən əvvəl araşdırılmayıb, müvafiq tədbir görülməyib?

– Rail Rzayevin qətli ilə bağlı Müdafiə Nazirliyinin heç bir rəsmininin sözlərinin səmimiliyinə inanmaq olmaz. Amma haqlı sualdır. Əgər Rail Rzayev izlənilirsə və bunu Nəcməddin Sadıqov deyirsə, niyə məsələ prezidentə məruzə olunmayıb? Nəyə görə Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmayıb? Söhbət adi bir zabitdən getmirdi. Xarici ölkələrin nəzarət edə bilmədiyi hava məkanına rəhbərlik edən, hərbi hava qüvvələrinin komandanı Rail Rzayevdən gedirdi. Nəcməddin Sadıqov bunu nəyə görə söylədiyinə aydınlıq gətirməlidir. Ola bilər ki, Rail Rzayev izləndiyini özü Nəcməddin Sadıqova deyib. Mümkündür ki, kimsə Nəcməddin Sadıqovun yanında Rail Rzayevin izləndiyini deyib. Bunlar hər biri versiyadır və bütün versiyalar araşdırılmalı idi. Ona görə də hesab edirəm ki, Rail Rzayevin qətli ilə bağlı yenidən istintaq təyin olunmalıdır.(musavat.com




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles