Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Atam dedi ki, seni Bakıya aparıb it kimi zencirleyecem" – 17 yaşlı qızın qan donduran hekayesi

"Atam dedi ki, səni Bakıya aparıb it kimi zəncirləyəcəm" - 17 yaşlı qızın qan donduran hekayəsi

13/02/2016

12:24


13.02.2016 / 12:02 xeber –

“Mənə əxlaqsız videolar göstərirdi ki, bax, sənin anandı”

Ayselin valideynləri ayrılanda 12 yaşındaydı. Özündən kiçik qardaşı, bir də bacısı vardı. Aysel və 9 yaşlı qardaşı Vüsala əvvəldən ata nənəsi baxıb. Ona görə də bu ayrılıq onlar üçün elə də fərq etmir. Amma Leylaya asan olmur. Ayselin atası evini arvadına verib 2 yaşındakı Leylanı da götürüb ata yurduna geri dönür. Anası da qapıya qıfıl vurub öz ata evinə dönür. Hər şey bundan sonra başlayır.

 

 

Apreldə  Ayselin 17 yaşı olacaq. Bir aya yaxındır “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına sığınıb. Bura Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən göndərilib.

 

 

 

Qarşımda balaca qızcığaz oturub. Toxumağı çox sevir. Özü üçün corab toxumağa çalışır. Hərdən barmağını ipdən çəkib uzun qara saçlarına sığal çəkir, yaşından irəli gələn ədasıyla göz qaşını oynada-oynada bu günə qədər yaşadıqlarını danışır.

 

 

 

– Anam 16, atam 17 yaşı olanda qoşulub qaçıblar. Mən dünyaya gələndə anamın 17 yaşı olub. Doğulan gündən atamın məni görməyə gözü yoxuydu. Çox pis davranırdı, daim döyürdü, söyürdü. Ayrılandan sonra mənə qarşı münasibəti daha da pisləşdi.

 

 

Ayselgilin ailəsi Ağdaş rayonundandı. Ərindən ayrılsa da, Nüsrət keçmiş arvadını harda görsə, tutub döyürmüş. Bir müddət sonra Nüsrət keçmiş qayınatasından polisə şikayət edir.

 

 

– Özü özünü bıçaqlayıb şər atdı ki, guya babam onu bıçaqlayıb. Anamın yanına getmək istəyirdim, atam qoymurdu. Döyməkdən betər, dəhşət işlədirdi məni. Əkin əkdirirdi, yer bellədirdi. O vaxtdan ayağımda damar genişlənməsi yaranıb.

 

 

Bir müddət sonra Nüsrət yenidən evlənir. Kənddən gənc yaşda dul qalmış qadınla, özü də qeyri-rəsmi.

 

 

– Qadın bizə yaxşı davranırdı. Amma atam hədəqəsindən çıxmışdı. Anama qarşı münasibətim dəyişsin deyə, mənə əxlaqsız videolar göstərirdi ki, bu sənin anandı. Mən də inanmırdım. Beş-altı aydan sonra elə oldu ki, anamla barışdılar. Qaytardı atasının evinə. Bizdən gedəndə o qadın hamiləydi. Sonradan o uşağı abort etdirdilər.

 

 

– Bu qədər hadisədən sonra anan niyə atanla barışdı?

 

 

– Balaca evdə qardaşlarının ailəsiylə ona çox çətiniydi. Dayım arvadları yola vermirdilər. Məcbur barışdı. Bacım da körpə idi. Anasız durmurdu. Atam anamla barışandan sonra bütün nəsil ondan imtina etdi, dindirmədilər. Çünki ayrılanda nənəm atama çox dedi ki, get arvadınla barış, ailəni dağıtma. Atam eşitmədi, babamı polisə verdi, anam haqqında əxlaqsız sözlər dedi. Nənəm də dedi, elə ki, belədi, onda barışsan sən adda oğlumuz yoxdu.

 

 

 

– Məktəbə getmirdin bəs?

 

 

– Gedirdim. Daha doğrusu adım gedirdi. Özüm günlərlə getmirdim. Ona qədər dərslərimi çox gözəl oxuyurdum. Yaxşı əl qabiliyyətim var. Rəssamlığı sevirdim. Diplomlarım belə vardı. 9 illiyi bitirəndən sonra atan məktəbdən çıxardı məni.

 

 

 

Beləcə Ayselin o ailədə günləri bir-birindən pis keçir. 2015-ci ilin yayında o, atasından cəmi 4 yaş kiçik kişiylə nişanlanır.

 

 

– Oğlan məndən 15 yaş böyük idi. Dayımla da yaşıd. Mənimsə, 16 yaşım vardı. Elçi gələn günü axşamı nənəmgilə yığışdılar. Atam dedi ki, verəcəm. Onda mən ağladım ki, istəmirəm. Atam məni döydü, yerlə sürüdü. Evdəki böyük televizoru aşırdı üstümə. Məni atamın əlindən əmim aldı. Xəstəxanaya apardılar. Həkim dedi, təcili əməliyyat olunmazsa, kor bağırsağı partlayacaq. Atam elətdirmək istəmirdi, anamın təkidi ilə əməliyyat olundum. 3-4 gün sonra gəldim evə. Hələ tikişlərim sökülməmişdi. Yaramı tuta-tuta hərlənirdim. Elə vəziyyətdə mənə kələm əkdirdi. Yaram qanadı, nənəm dərman bağladı. İki gün sonra tikişimi sökdülər, elə həmin də məni verdi. Oğlan atamgilin qohumlarıydı. Bir az da pullu idilər. Oğlana da demişdim ki, onu istəmirəm. Deyirdi, olsun, mən istəyirəm, bəsdi. Nişan oldu. Həmin gün gecə nişan paltarım əynimdən çıxmamış yenə məni döydü. Əmim gördü, o da atamı döydü.

 

 

 

Nişan olsa da, Aysel heç cürə nişanlısına alışa bilmir. Görüşlərdən imtina edir, oğlana yaxınlıq vermir. Bunu görən əmisinin oğlu Ayselgilə gəlir və…

 

 

– Böyük əmim Qarabağ müharibəsi əlilidir. Ondan hamı çəkinir. O vaxtkı məsələdən sonra hamı atamla barışsa da, tək o əmim barışmadı. Onun oğlunun mənə yazığı gəldi və oğlan evinin nişanda gətirdiyi çamadanları küçəyə tökdü. Amma xeyri olmadı. Atam yenə nişanı qaytarmadı. Bundan bir müddət sonra oğlangil bizi qonaq çağırdılar. Qayınanam mənə dedi ki, sabah qonşuda toy olacaq, hazırlaş səni də aparacam. Atamın da acığı tutdu ki, məni çağırmayıblar, qızımın orda nə işi var? Qayınanam da dedi ki, qızı bizə vermisən, bizi çağırıblar.

 

 

Oğlangildən gələndən sonra atasıyla anasının mübahisə etdiyini görür. Qudasının hərəkətindən pərt olan Nüsrət acığını qızından çıxmaq istəyir.

 

 

– Gördüm anam atama yalvarır. Atamın da əlində balta var. Anamı itələyib üstümə gəldi, baltanı başına qaldıranda mən əyildim. Balta arxamdakı xalçaya saplandı. Qardaşım necə qorxdusa, qolları tutuldu, bacım da qışqırmağa başladı. Anam atamın qollarını tutdu ki, qaç. Qaçdım babamgilə.

 

 

 

O gündən sonra Ayselin həyatında qaçdı-qovdular başlayır.

 

 

– Babamgildən 102-yə zəng elədim. Polislər gəldi. Balaca əmim məni çox istəyirdi, mənə dedi ki, şikayətini geri götür, mən sənə söz verirəm, bir daha səni döyməyəcək.

 

 

Bir daha döyülməyəcəyinə inanan balaca qızcığaz şikayətini geri götürür.

 

 

 

– Ondan sonra əmim məni apardı evinə. Əmim evdə olmayanda atam gəlib məni döyüb gedirdi. Nişanlımgil də əmimgilə gəlib gedirdilər. Məni döydüyünə görə, onlar da atamı danışdırmırdılar. Nişanlımın atası mənim üstümdə atamla dalaşmışdı. Nişanlımgil əmimgilə gəlmişdilər ki, atam da gəldi gördü. Dedi, qızı məndən alıb əmisinin evində gəlib görürsünüz?! Nişanda gətirdikləri çamadanları atdı küçəyə. Nişan qayıtdı.

 

 

Ayselin əmisigildəki rahat həyatı çox sürmür. Atası məcbur evə qaytarır.

 

 

– Əmim evliydi. Mən gəlin bacıma kömək edirdim. Yaxşı yola gedirdik. Atamın da paxıllığı tuturdu. Əmim yeyib-içən adamıydı. Evlərinə dostları gəlirdi. Atam söz çıxartdı ki, guya dostları o evə mənə görə gəlir.

 

 

Bu bəhanəylə 2015-in avqustunda Nüsrət Ayseli Bakıya gətirir.

 

 

 

– Nişan qayıdandan sonra atamgil köçdü Bakıya. Bir tək qardaşım kənddə qaldı. Oğlanın ata-anası arada zəng edirdilər ki, barışıq olsun. Atam da barışmaq istəyirdi. Mən yenə ağladım. Bakıda Eldar əmimgillə bir həyətdə qalırdıq. O qoymadı. Ondan sonra yenə məni döyməyə başladı. İçirdi gəlirdi, məni döyürdü. Siqareti qurtarırdı, gecə saat 2-də məni mağazaya göndərirdi. Artıq bezmişdim. Dəfələrlə evdən qaçmaq istəyirdim. Masazırı da tanımırdım deyə heç yerə qaça bilmirdim. Neçə dəfə məni döyəndə qonşular həyətə yığılmışdılar. Kimə hirslənsə, acığını məndən çıxırdı.

 

 

 

Həmin ilin payızında Nüsrətin atası rəhmətə gedir.

 

 

– Kəndə qayıtmaq istəmirdi. Bilirdi ki, kəndə gedən kimi onu polisə verəcəm. Yasa görə məcbur kəndə qayıtdıq. Babam yeddisi çıxanda atamı işdən çağırdılar. Bizi də aparmağa pulu olmadı. Biz kənddə qaldıq. Sonradan mamam Bakıya dönəndə, mən kənddə qalmaq istədim. Anam atama zəng elədi ki, gəlmir. Dedim, ya onu polisə verəcəm, ya burda qalacam! Dedi, dəymə, özüm gəlirəm.

 

 

 

Atasının kəndə gəldiyini eşidən Aysel yenə evdən qaçır.

 

 

 

– Atamın əmisi qızı Məhəbbət xalagildə gizləndim. Gecə onlarda qaldım. O, məni axtarıb tapmadı. Əmim oğlundan xahiş etdim ki, mənə telefon tapsın. Məni tutub eləsə, 102-yə zəng edim. Dedi mənim telefonum yoxdu, sən Bəhlula de. Bəhlul da əmim oğlunun xalası oğludu. Onunla da dost kimiydik. Məhəbbət xalanın oğlunun telefonundan Bəhlula zəng elədim. O, mənə telefon göndərdi. Məhəbbət xalanın oğlu görüb ki, atam əlində bıçaq onların evi tərəfə gedir. Kimsə yerimi xəbər verib. Mənə yazdı ki, Aysel, qaç, atan gəlir! Ordan da qaçdım İsmayıl dayıgilə.

 

 

 

İsmayıl dayı Ayseli evinin zirzəmisində gizlədir.

 

 

– Atam İsmayıl dayıgilə də gəldi. Zirzəmidən çıxmadım. Qapını döyüb-döyüb getdilər. Sonra mənə zəng etdilər ki, hardasan. Yalandan dedim ki, minmişəm maşına, Ləkiyə tərəf gedirəm. Onlar da inanıb çıxıb getdilər evə. Mən də qaldım İsmayıl dayının zirzəmisində. Düşündüm, burda nə qədər qalmaq olar? Telefonu götürüb, zəng etdim polisə.

 

 

 

Polislər isə Ayseli də götürüb gedirlər Nüsrətin evinə.

 

 

– Atam məni görən kimi başladı qışqırmağa ki, telefonu ver. Bəhlulun mənə telefon verməyini yozmuşdular. Guya bizim aramızda nəsə var. Bəhlul mənim dostum idi. Onun öz sevdiyi vardı. Polisin maşının təpikləməyə başladı. Polis məni də götürüb gətirdi şöbəyə. Atam da gəldi. Hamını da inandırmışdı ki, guya Bəhlulla mənim aramda nəsə var. Anam daxil kimsə mənə inanmırdı. Polis atama dedi, siz qardaşların əlindən boğaza yığılmışıq. Dəqiqə başı şöbədəsiniz. Atam da polisə söydü, məni göstərib dedi, bu qız bu gün bu şöbədən çıxan kimi başını kəsəcəm! Bunu deyən kimi polis atamı tutub saldı nəzarətə.

 

 

 

Həmin gecə ata-bala Ağdaş rayon Polis Şöbəsində qalırlar.

 

 

– Səhəri məni ana babama verdilər. Babam gətirdi məni evinə. Sonra Bakıdakı Elnur əmimin arvadı zəng elədi ki, şikayətini geri götür, gəl bizə, biz sənə baxacağıq. Mən də inandım, ərizəmi geri götürdüm. Atam bizi Bakıya yola saldı. Mən onunla eyni maşında getmək istəmədim deyə, məni, bacımı və anamı ayrı maşınla göndərdi. Bir-iki gün əmimgildə qalandan sonra atam gəlib məni evə apardı. Söz verdi ki, daha döyməyəcək.

 

 

Verdiyi sözə baxmayaraq, Nüsrət Ayseli yenə döyür. Bundan sonra Aysel dəfələrlə evdən qaçır, atası tutub gətirir. Hər evə dönüşdə də Aysel bir əvvəlkindən də bərk döyülür. Nəhayət o, bir təhər gəlib rayona çıxır. Kənddə onu Bəhlul qarşılayıb, onu qohumugilə aparır.

 

 

– Bir-neçə gün qaldım onlarda. Sonra ata nənəmlə ana babam dalımca gəldilər, balaca əmimgilə gətirdilər. Atamın dayısı Rusiyada rəhmətə gedəndə atamgil yenə kəndə gələsi oldular. Dayısının üçü çıxandan sonra qardaşıma dedi ki, mənə zəncir gətir, bunu Bakıya aparıb it kimi zəncirləyəcəm. Həmin gecə evdən qaçdım qəbiristanlığa. Gecə düşdü, qorxmağa başladım. Hamı yatandan sonra qayıtdım əmimgilə. Gəlinbacım dedi, atan səni axtarır. Qaçdım İslam əmigilə. Gəlinbacım əmimə deyib, o da gəlib məni götürdü. Bir qədər əmimgildə qaldım. Bakıdakı əmim, dayısının cümə axşamına gələndə mənə tapşırdı ki, hazırlaş, səni Bakıya aparacam.

 

 

 

Həmin gecə Aysel yenə evdən qaçır. Qonşu kəndə.

 

 

 

– Bakıdakı bibim qızının rayona gəldiyini bilirdim. Əmisigilə qonaq gəlmişdi. Gecə evdən qaçdım, yolda qarşıma atamın dostu çıxdı. O, məni polisə gətirdi.

 

 

 

 

 

 

– Polis mənə dedi ki, biz səni ailənə verməliyik. Atan sənin qəyyumundu. Ordan getdim prokurorluğa. Prokurorluqdan təkrar şöbəyə göndərdilər ki, get, ərizə yaz. Gəldim, ərizə yazdım. 1-2 gün şöbədə qaldım. Sonra göndərdilər Ağdaş rayon İcra Hakimiyyətinə. Ordan atamı, anamı çağırdılar. Gəlmədilər. Atam hamını inandırıb ki, guya mən oğlana qoşulmuşam. Hamı məndən üz döndərdi. Heç bir qohumum məni qəbul etmədi. Orda xadimə qadın vardı, tək yaşayırdı. Dedilər, 2-3 günlük məni evində saxlasın. O qadın  mənə yaxşı baxdı. Sonra Bakıya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə zəng etdilər. Ordan Tural bəylə, Vəfa xanımla danışdım. Bazar günü olduğundan Komitə işləmirdi. Dayım qızının evində gecələyib, birinci gün Komitəyə getdim. Anam da mənimlə gəldi. Anamı danladılar ki, uşağı təhsildən yayındırmısınız. Anam hər şeyi dandı, günahı mənim üstümə atdı.

 

 

 

Uzun sözün qısası, atası yenə Ayseli tapır və evlərinə aparır. Bu dəfə indiyə qədər etdiyi hər şeyin qısasını Ayseldən çıxır. Ən pis söyüşlərlə onu təhqir edir. Hər kəsdən ümidi kəsilən Aysel atasında qurtulmaq üçün son şansını sınayır.

 

 

 

– Məni otağa salıb, qapını bağlamışdı. Birdən yadıma düşdü ki, pəncərənin dəmir barmaqlığı yoxdu. Bacımı da geyindirib pəncərədən çıxdım. Anamın iş yerinə getdim. Mən ora çatanda Komitədən Vəfa xanım anama zəng elədi. Anam telefonu mənə vermək istəməyəndə, zorla telefonu alıb Vəfa xanımla danışdım. Dedi, gəl komitəyə, ərizə yaz. Səni sığortalayaq. Anam dedi, yumurta alım,  bacınla yeyin. Yalandan dedim, yaxşı. Yumurtaları bacıma verib, evə ötürdüm. İcra hakimiyyətindən mənə pul vermişdilər. Evdəkilər əlimdən almasın deyə pulu saçımda gizlətmişdim. Gəldim Komitəyə. Uşaq evlərinə zəng elədilər, bir tək Gəncədə yer oldu. O da dedilər ki, əgər anası uşaqlarıyla gəlsə, qəbul edərik. Tək qəbul eləmirik. Anama zəng elədilər, anam qəbul eləmədi. Ondan sonra “Təmiz Dünya”ya zəng elədilər.

 

 

Elə həmin gündən, yanvarın 22-dən burda qalır. Həyatından isə razıdı. Atasından qurtulduğu üçün sevinir. Arzusu? Arzusu isə təhsil almaqdı…

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website