Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Qayınanasının ŞOK məktubu – Rasim Salmanov vergini aldadıb,100 milyonu necə xaricə çıxarıb?

Qayınanasının ŞOK məktubu – Rasim Salmanov vergini aldadıb,100 milyonu necə xaricə çıxarıb?


02:19

ras
Pullar Cahangir Hacıyev vasitəsilə Beynəlxalq Bank üzərindən Kanada və Türkiyəyə köçürülüb

Xanımbacı İsmayılova: “Rasim Salmanov 11 milyon dollara Türkiyədə “Zorlu” ticarət mərkəzində ev, Kanadada torpaq sahələri, “Ferrari” markalı maşın və digər əmlaklar alıb”

Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin daha bir cinayəti üzə çıxıb. Məlum olub ki, məhbəsdəki bankir manatın birinci devalvasiyasından 2 gün əvvəl Beynəlxalq Bank üzərindən Kanada və Türkiyəyə 100 milyon dollardan artıq vəsaitin çıxarılmasına şərait yaradıb.

Bu maliyyə xəyanətinin şok təfsilatı haqda redaksiyamıza ilginc məlumatlar daxil olub. Vergidən yayındırılmaqla qazanılan böyük məbləğdə pul isə “Maşın bazarı”nın sahibi, “Bizim market” mağazalar şəbəkəsinin ortaqlarından olan Rasim Salmanova məxsus imiş. Gizli pul ötürmə əməliyyatının ilginc detallarını prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və digər səlahiyyət sahiblərinə ünvanladığı məktubda R.Salmanovun qayınanası Xanımbacı Qasım qızı İsmayılova qeyd edib.
Məktubda digər qanunsuzluqlar haqda da müfəssəl məlumat verilir.

“Adımdan istifadə edib nəvəmi tutdurdu”
rası
Xanımbacı İsmayılovanın yazdıqlarından aydın olur ki, kürəkəni Rasim Salmanov onun adından 17 dekabr 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi verib. Ərizə əsasında, X.İsmayılovanın nəvəsi Sahib Arif oğlu Quliyev barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb və sonuncu 1 fevral 2016-cı ildə tutulub. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır: “Rasim Salmanova verdiyim etibarnaməni ləğv etdirdim ki, adımdan hər hansı bir müraciət edə bilməsin. Həmin etibarnamənin ləğv edilməsi haqda sənədi də istintaqa təqdim etdim”.

Beynəlxalq Bankdakı araşdırmalar böyük cinayətləri üzə çıxarıb!!!

Xanımbacı İsmayılova “Bizim market”lər şəbəkəsinin rəsmi sahibidir. Yazır ki, biznesini bilavasitə kürəkəni Rasim Salmanov idarə edir. Kürəkəni ailəyə çatacaq milyonlarla pulu müxtəlif vasitələrlə Türkiyə Respublikasına, oradan da Kanadaya ötürüb.

Bu faktların üstü Beynəlxalq Bankdakı araşdırmalar zamanı açılıb. Bundan sonra Rasim Salmanov ailəni neytrallaşdırmaq qərarına gəlib: “Əvvəlcə məsələni zorakılıq və öz üsulları ilə həll etməyə çalışdı. Mənə və ailəmə hədə-qorxu gəldi. Bir gün də xəbər çıxdı ki, Rasim Salmanov bizim ailəni izlədirmiş”.

Nardaran hadisələri ailənin izləndiyini ortaya çıxardı!
rasım
Məktub müəllifi yazır ki, Nardaranda məlum hadisələr baş verəndən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) gücləndirilmiş iş rejiminə keçib. Həmin günlərdə BMCMİ əməkdaşları idarə ətrafında şübhəli şəxsləri müşahidə ediblər. Bu isə R.Salmanovun hüquq-mühafizə orqanlarının səlahiyyətlərini mənimsədiyini ortaya çıxarıb: “Nəvəm Sahib Quliyevin və ailəsinin yaşadığı evi BMCMİ-nin yanındadır. Rasim Salmanov nəvəmin evini güddürüb. Bu hadisə Nardaran hadisələri dövründə olduğuna görə idarənin ətrafında güclü nəzarət olub. Rasim Salmanovun adamları saatlarla Sahib Quliyevin mənzilini güdən zaman idarə əməkdaşları bu haldan şübhələnib. Həmin adamları tutaraq idarəyə aparıblar. Tutulanlar etiraf ediblər ki, Rasim Salmanov onlara Quliyevlər ailəsini güdmək və lazım olsa, tədbir görmək sifarişi verib. Adamlar onlara bunun müqabilində pul ödəndiyini də deyib. İdarədə araşdırma gedən zaman Rasim Salmanov Sahib Quliyevin evinə gəlib yalvarıb, səhv etdiyini boynuna alıb. Quliyevlər ailəsi bunu nəzərə alaraq BMCMİ-də ondan şikayətçi olmadılar və iş bağlandı”.

Xanımbacı İsmayılova yazır ki, R.Salmanov bundan sonra Sahib Quliyevin şərlənərək həbs olunmasına nail olub: “Guya 1989-cu il təvəllüdlü Sahib Quliyev dələduzluq yolu ilə onun milyonlarla pulunu mənimsəyib”.

Akif Çovdarovun üsullarından istifadə etməklə…

Xanımbacı İsmayılova bu halın MTN, Akif Çovdarov üsulundan fərqlənmədiyini yazır: “Rasim Salmanovun havadarları sanki insanları faşist Almaniyasındakı kimi neytrallaşdırmaq, öz haqlarını müdafiə etməkdən çəkindirmək istəyirlər. Rasim Salmanovun ailə üzvləri, həyat yoldaşı dəbdəbəli həyat tərzi sürürlər.
İlin 9 ayını xarici ölkələrdə Azərbaycanın dövlət büdcəsindən yayındırdıqları milyonlar hesabına lüks hotellərdə istirahət edirlər. Dövlət orqanları Rasim Salmanov və onun ailəsinə məxsus mənzillərdə axtarış aparsalar, dövlət büdcəmizin əsaslı bir hissəsi dolar”.

100 milyonlarla dolların hesabını Rasim Salmanovdan soran yoxdur
rasim
X.İsmayılova yazır ki, ölkədən qanunsuz olaraq çıxarılan 100 milyonlarla dolların hesabını R.Salmanovdan soran yoxdur: “Rasim Salmanov manatının birinci devalvasiyasından iki gün əvvəl, 19.02.2015-ci il tarixdə və ondan sonrakı tarixlərdə külli miqdarda maliyyə vəsaitlərini Azərbaycandan çıxarmağa nail olub. Rasim Salmanov bütün bu maliyyə fırıldaqlarını Beynəlxalq Bankın rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin köməkliyi ilə edib. Azərbaycanda qazanılan və ölkədən çıxarılan pullara Türkiyə və Kanadada müxtəlif əmlaklar alıb. Rasim Salmanov 11 milyon dollara İstanbulda, ”Zorlu” Ticarət Mərkəzində ev, Kanadanın Vankuver şəhərində dəyəri 100 milyon dollarla ölçülən evlər, çayın qırağında torpaq sahələri, “Ferrari” markalı maşın və sair əmlaklar alıb. Müxtəlif biznes sahələrinə investisiya qoyub. Qeyd etməliyəm ki, “Bizim market”lər şəbəkəsi rəsmi olaraq mənim adıma olub.

Rasim Salmanov mağazalardan gələn gəlirləri vergidən və dövlət büdcəsindən yayındırmaq, külli-miqdarda pulların izini rahatlıqla itirmək üçün əmlaklarını mənim və digər qohumlarının adına keçirib. Hətta “Bizim Market”lər şəbəkəsinin bank hesabı nəvəm Sahib Quliyevin adına olub. İl ərzində 100 milyon manat pul həmin hesaba oturub. Rasim Salmanov bu yolla dövlət nəzarətindən kənarda qalmağa çalışıb və nəvəmdən özünü müdafiə məqsədi ilə istifadə edib. Sonra onu həbs etdirib”.

“DİN rəhbərliyi işi öz nəzarətinə götürsün”

X.İsmayılova yazır ki, Rasim Salmanov bu məsələyə qədər qardaşı Rahib Salmanovu da məhkəmələrə çəkib, hüquq-mühafizə orqanlarına barəsində iddialar verib: “Qardaşına şər-böhtan ataraq külli miqdarda əmlakları ələ keçirmək istəyir. İstəyirik ki, bu məsələləri daxili işlər naziri Ramil Usubov və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov öz nəzarətlərinə götürsünlər. Çünki Rasim Salmanovun ailəmizə qarşı etdiyi qanunsuz hərəkətlər bir daha sübut edir ki, bəzi hüquq-mühafizə orqanları əməkdaşları hələ də Eldar Mahmudovun metodları və Akif Çovdarovun ənənələrini davam etdirirlər”.

İş adamı qayınanasını kor etmək istəyir?

Xanımbacı İsmayılova yazır ki, gözündən əməliyyat olunmalıdır. Amma R.Salmanov öz havadarlarının köməyi ilə onun ölkədən çıxışına qadağa qoydura bilib: “Müalicə üçün Türkiyəyə getməli olduğum halda Rasim Salmanovun sifarişi ilə müstəntiqi Vüqar İsmayılov barəmdə hərəkət məhdudiyyəti qoyub. Rasim Salmanov öz milyonlarından istifadə edib gözümün kor olmasına da nail olmağa çalışır”.(musavat.com)

Vergi “Bizim market”lər şəbəkəsindən 20 milyon tələb edib
rasimm
Qeyd edək ki, “Bizim Market”lər şəbəkəsinin vergidən böyük miqdarda pullar yayındırmasına dair bundan əvvəl də məlumatlar yayılıb. Hətta ötən il “AzPolitika.info” ya verilən məlumada bildirilirdi ki, birinci devalvasiyadan sonra “Bizim Market”lər şəbəkəsinə aid 3 mağazanın bağlanmasının səbəbi də gözlənilməz vergi hücumu ilə qarşılaşmaları, büdcədən böyük miqdarda pullar gizlədilməsinin aşkarlanması olub.

Belə ki, neftin qiymətinin düşməsi ilə bağlı büdcədə yaranması qaçılmaz olan kəsiri doldurmaq üçün xüsusi səlahiyyətlər verilən Vergilər Nazirliyinin əməkdaşları bir müddət əvvəl “Bizim Market”lər şəbəkəsinin də qapısını döyüb. Ancaq bu dəfə şəbəkənin sahibi olan məşhur iş adamı Rasim Salmanovun verrgi kimi dövlətə ödəməyə ayırdığı vəsaiti alıb çıxmayıblar. Oturub yoxlayıblar, ciddi araşdırma aparıblar. Yoxlamalar nəticəsində şəbəkənin uzun illər ərzində külli miqdarda vergidən yayındığı aşkarlanıb.

Şəbəkənin mağazalarının sayını, onların ehtimal olunan illik dövriyyəsini (əsl dövriyyə adətən gizlədilir-müəl.) və ötən illər ərzində vergidən gizlətdiklərini araşdırıb, büdcəyə ödəməli olduğu məbləği söyləyiblər – 20 MİLYON MANAT!

Məbləğ kifayət qədər böyük olsa da, şəbəkənin yüksək rütbəli himayədarının dəstəyi ilə illər uzunu vergidən yayındırdığı məbləğə adekvat olduğu iddia edilirdi.

Ölkədə vəziyyət mürəkkəbləşdikdən sonra xüsusi səlahiyyətlər verilən Vergilər Nazirliyi heç bir xahişi nəzərə almadığından və heç kimə güzəşt etmədiyindən şəbəkənin himayədarı da (onun kimliyi ilə bağlı müəyyən məlumatlar var, lakin bu məlumatları dəqiqləşdirmək çətindir-red.) bu dəfə hansısa şəkildə məsələyə müdaxilə edə bilməyib.

Rasim Salmanov tələb olunan vergini ödəməmək üşün hansı yola əl atıb?

Ancaq “Bizim Market”lər şəbəkəsinin sahibi olan Rasim Salmanovun tələb olunan vergini ödəməmək üşün başqa yola əl atdığı bildirilirdi. Belə ki, şəbəkəyə daxil olan mağazaların sayını, dövriyyənin miqyasını azaltmağa və beləliklə, verginin tələb etdiyi məbləğin böyük oluğunu göstərməyə çalışıb. Elə bu məqsədlə də şəbəkəyə daxil olan mağazaların bəzilərinin gəlirsiz olduğunu iddia edərək müvəqqəti bağlamışdı.

Eyni zamanda bu yoxlamadan sonra Salmanov qardaşları arasında qazanılmış pulların haqq-hesabınının düzgün aparılmasına dair ciddi mübahisənin yarandığına dair məlumatlar yayılmışdı. Hətta qardaşların biznesini ayırdığı, mağazaları aralarında bölüşdürdüyü də verilən məlumatlar sırasında idi.

Düzdür, qardaşların şəbəkəyə daxil olan mağazaların sayını, dövriyyənin miqyasını azaltmaq və beləliklə, verginin tələb etdiyi məbləğin böyük olduğunu göstərmək üçün qəsdən ayrıldığına dair məlumatlar yaydığı da bildirilirdi.
Ancaq qayınanasının məktubundan görünür ki, Rasim Salmanov, necə deyərlər, “bir güllə ilə 2 dovşan vurmaq” istəyib. Həm qardaşına şər-böhtan ataraq külli-miqdarda əmlakları ələ keçirmək istəyib, həm də milyonları qardaşının “yediyini” deyərək dövlətin vergisini verməmək.

Rasim Salmanovun bu yollarla vergilər naziri Fazil Məmmədovu aldadıb-aldatmadığını söyləyə bilmərik. Ancaq onun bu məqsədlə digər biznes strukturlarında da “iflas” görüntüsü yaratmağa çalışdığına dair məlumatlar yayılıb.

Rasim Salmanov “Bakı Avtonəqliyyat-2″ ASC-ni niyə gözlənilmədən bölmək istəyib?
Belə ki, Rasim Salmanov həm də Babək prospektində yerləşən və “maşın bazarı” kimi tanınan “Bakı Avtonəqliyyat-2″ ASC-nin əsas səhmdarı kimi tanınır. Hər halda ASC-nin səhmlərinin 98.7 faizi onun adınadır.
Maraqlıdır ki, Rasim Salmanov ötən il mayın 7-də gözlənilmədən “Bakı Avtonəqliyyat-2″ ASC-nin səhmdarlarının ümumi iclasını cağıraraq, 2014-cü ilin maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatını təqdim edib, ardınca da müəssisənin fəaliyyətini dayandıracağını bəyan edib. Bildirib, ki, “Bakı “Avtonəqliyyat-2″ ASC-nin (maşın bazarının yerləşdiyi ) 4.5 ha torpaq sahəsi dövlət tərəfindən hərracda başqa bir şəxsə satılıb: “Torpaq başqa bir şəxsindir, nə mən sahibiyəm, nə də siz. “Bakı Avtonəqliyyat-2″nin 4.5 ha torpağı başqa bir şəxsə məxsusdur. Amma siz də, mən də burdakı əmlakın sahibiyik. Mən 98.7 faizin sahibiyəm, siz də 1.3 faizin. Bu söz-söhbətləri qurtarmaq üçün belə qərara gəldik ki, sizə ayrıca bir yolu olan, Babək prospektindən gəlib çıxa biləcəyiniz bir əmlak verək… Biz Əmlak Komitəsinə müraciət edəcəyik. Onlar gəlib ayırıb sizə verəcəklər. Sonra “Bakı Avtonəqliyyat-2″ fəaliyyətini dayandıracaq, iclaslarımız da olmayacaq… Onda siz biləcəksiniz ki, əmlakınız nədir və nəyin yiyəsisiz. İndi oturmusuz qızılın üstündə, deyirsiz ki, buranın hamısı mənimdir. Elə deyil.”
Rasim Salmanov 2001-ci ildən özəlləşən ASC-ni niyə birdən-birə bölmək və ardınca da fəaliyyətini dayandırmaq qərarı aldığını açıqlamasa da, bunun da həmin vaxt baş verən vergi hücumu ilə bağlı olduğu istisna edilmirdi.

Hətta verginin təkcə “Bizim Market”lər şəbəkəsinə görə deyil, ümumi biznes obyektlərindən əldə etdiyi gəliri hesablayaraq, Salmanovdan büdcəyə 20 milyon ödəməyi tələb etdiyi qeyd olunurdu.

“Maşın bazarı”ndan milyonlar qazanıb, rəsmiləşdirməyib
masin
Yeri gəlmişkən qeyd edək ki, “Bakı Avtonəqliyyat-2″ ASC-nin 2014-cü il maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı və səhmdarlarının fikirləri ilə tanış olduqda, verginin insafsızlıq etdiyini demək mümkün deyil.
Belə ki, mayın 7-dəki iclasda Salmanovun mühasibi tərəfindən minoritarlara təqdim olunan sənəddə ötən il maşın bazarının gəlirinin 21 920 manat, xərcinin isə 38992 manat olduğu, təsərrüfatın ili 17072 manat zərərlə başa vurduğu göstərilib. Əvvəlki illərdə də oxşar hesabatlar təqdim olunub. Səhmdarların dediklərinə görə, 2001-ci ildən özəlləşən müəssisədən 14 il ərzində 1 qəpik də divident götürməyiblər.
Maşın bazarının ərazisindəki mağazaların neçəyə icarəyə verildiyini, burdan yığılan gündəlik və aylıq haqqları nəzərə aldıqda, büdcədən və səhmdarlardan milyonların gizlədildiyi ortaya çıxır. Məsələn , “Bizim Yol” qəzetinin ASC-nin ümumi iclasında iştiralk edən əməkdaşının yazdığına görə, səhmdarlardan Vidadi Məmmədov bildirib ki, dükan sahiblərindən 30-40 kv.m. yer üçün ayda 3 min manat icarə haqqı alınır: “Burada il ərzində milyonlarla pul qazanılır və mənimsənilir. Dövlətə, səhmdarlara ziyan vurulur, Allaha xoş getməyən işlər görülür…”
Bazarda işləyənlər də bu məlumatı təsdiqləyib, hətta 2004-cü ilin ortalarından Rasim Salmanovun gözlənilmədən yer haqlarını 150-350 manat arasında qaldırdığını iddia ediblər. Yəni, vergi əməkdaşları da rəsmi hesabatlarla deyil, bu məlumatlar əsasında hesablamalar apararaq Salmanovun üzərinə büdcəyə 20 milyon ödəmək öhdəliyi qoyub.

Ancaq Salmanov da müxtəlif yollarla bu öhdəlikdən qaçmağa çalışıb. Yuxarıda qaynanasının məktubundan da göründüyü kimi, Rasim Salmanov gəlirlərini vergidən və dövlət büdcəsindən yayındırmaq, külli-miqdarda pulların izini rahatlıqla itirmək üçün əmlaklarını digər qohumlarının adına keçirib. Hətta “Bizim Market”lər şəbəkəsinin bank hesabını belə başqasının adına açıb. Bu və digər yollarla 100 milyonlarla manat vəsaiti dövlətdən gizlədərək, xaricə çıxarıb.

Əlbəttə ki, bunu yüksək vəzifəli himayədarlarının köməyi olmadan həyata keçirə bilməzdi. Kimdir onun himayədarı?

Yazıda qeyd edilənlərlə bağlı adları çəkilən şəxsləri də dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Murad Məmmədov
AzPolitika.info




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles