Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Meşede qızı girov götürüb, yanındakı oğlanı buraxmışdılar ki…” – BİR ŞƏKLİN TARİXÇƏSİ

“Meşədə qızı girov götürüb, yanındakı oğlanı buraxmışdılar ki...” - BİR ŞƏKLİN TARİXÇƏSİ

19/02/2016

11:40


19.02.2016 / 11:37 xeber –

“Yüyürüb boynunu qucaqladım… Gördüm düz ürəyindən vurub…”

 

 

Əvvəli: I yazı, II yazı, III yazı, IV yazı, V yazı, VI yazı

 

Beşinci görüş, yeddinci yazı

 

Oxucu yəqin ki, Vəli kişini xatırlayır: “…Aramızda bir qəssab Vəli var idi, belə məqamlarda çox amansız idi. Bayaqdan “asacam-kəsəcəm” deyən Vəli kişinin gözləri doldu… Bir də gördük, Vəli kişi necə zülüm-zülüm ağlayır… Onların o ürkək hallarına baxıb necə hönkürürdü Vəli, ilahi… Heç yadımdan çıxarda bilmirəm…”

 

Vəli Babayev batalyon komandiri Yaqub Rzayevin müavini olub. Hadisələr başlayandan könüllü Ağdamın Qarağacı qəbiristanlığı istiqamətində yaratdıqları postda dayanıb…

 

– Qızım, əlimizdə ya təklülə olardı, ya da qoşalülə… Amma yenə də dayanırdıq, deyirdik birdən gecə hücum edərlər…

 

– Bəs sonradan silahı necə əldə etdiniz?

 

– 1988-ci ildən ov tüfəngi ilə dayanırdıq postda. 1991-ci ildə rus qoşunu çıxanda qanımızı gözümüzə alıb, ruslara girişdik… Rus ordusu çıxarılırdı, onlar da bundan istifadə edib, silah satırdılar. Hələ ikinci dəfə özü sifariş etdi ki, gəlsinlər nə lazımdır aparsınlar, amma hörmətimi etsinlər… Hamımız kasıb idik, öz aramızda toplaşıb əlimizdə-ovcumuzda olan puldan yığdıq, aparıb verdik, nə lazımdır götürdük… Onlar da Moskvaya deyirdi ki, silahı ermənilər götürüb. Ruslar da erməniyə heç nə demirdi…

 

– O vaxtlar neçə yaşınız var idi?

 

– Nə bilim, 50 olardı… 1938-ci ildənəm, ayı-günü bilmirəm… Həmişə deyirdilər may ayında anadan olmusan… Dörd uşağım var – iki qız, iki oğlan… Hadisələr yeni başlayanda böyük oğlum Azər rus ordusunda xidmətini başa vurub, təzəcə gəlmişdi. Onu verdim Xocalı milisinə, orada işlədi… Sonra ermənilər oğlumu girov tutdu, nə isə… Girovluqdan da birtəhər qurtardıq…

 

– Nə qədər qaldı?

 

– Çox qalmadı, az qaldı… Hələ onda müharibə yox idi, 1988-89-cu illər idi… Sonra öz yanımda, bizim batalyonda vuruşdu…

 

Eh, qızım… Qocalmışam, huşum qalmayıb… Amma o günlər hamısı yadımdadır… Necə döyüşürdük, necə ürəkli uşaqlarımız var idi… Bu gün kimi yadımdadır, bir dəfə mühasirəyə düşmüşdük, silahımız da qurtarmışdı… Oradan necə çıxdıq…

 

Neçə dəfə Əsgəranı aldıq, arxadan kömək gəlmədi… Artilleriyamız yox idi axı… Gecə ilə Əsgərandan Qarağacıya piyada, qaça-qaça qayıtdım… Yaxın da deyil, haradasa 3 km. yoldur. Dedim Yaqub, bizə 3-4 dənə qranatomyot mərmisi tap. Əsgərana girmişik, amma erməni tankı gəlsə, vura bilməyəcəyik… Yazıq dedi, Ay Vəli, nə qədər danışıram, vermirlər… Cəmi iki tank göndəriblər, onlar da gəlib Qarağacının yanında gözləyir. Bizim əmrimizdə deyil, nə qədər eləyirəm, hərəkətə keçmir… Axırda Yaqub tankçılara tapança çəkdi ki, sür qabağa! Mən də avtomatı qaldırdım… Əsgəranı almışıq deyirəm, kömək lazımdır! Dedi “Getmirəm. Mənə deyiblər ki, burada dur!”

 

– Kim demişdi, Müdafiə nazirliyi?

 

– Hə, qızım… Çarəsiz qalıb, geriyə, Əsgərana qayıtdım… Uşaqlara dedim arxadan qüvvə gəlmir, bizi qıracaqlar, çıxmaq lazımdır… Xocalı tərəfdən uğultu gəlirdi, hiss elədim ki, hazırlaşırlar… Geri çəkildik… Uşaqları yenicə aldığımız postlardan çıxartdım…  ELə yenicə aralaşmışdıq ki, qəfil ağır texnika ilə Əsgəranı necə vurdular… Uşaqları çıxartdığım postları darmadağın dağıtdılar… Onda rəhmətlik Niyaz alnımdan öpdü ki, Vəli kişi, sən nə ağıllısan, orada olsaq, qırılardıq…

 

– Müdafiə Nazirliyinin sizə mane olduğu hallar çox olurdu?

 

– Bəli… Elə Xocalı faciəsindən əvvəl… Qızım, lap təfsilatı ilə söhbət edəcəyəm… 1992-ci ilin fevralı, bizə xəbər çatdı ki, 3 gün sonra bütün dəstələr hücuma keçib, Əsgəranı götürməliyik. Xocalı mühasirədədir, vəziyyət pisdir. Biz də hazırlaşırdıq ki, Xocalını xilas edək… Rəhmətlik Yaqubu çağırdılar rayon mərkəzinə, getdi… Mən də döyüşə hazırlıq görürəm, uşaqlara silahları sildirirəm, torbalarımıza ayn-oyun yığırıq… Yaqub qayıdıb gəldi ki, “Vəli, təxirə salındı, hücum olmayacaq”. Dedim axı Xocalının vəziyyəti pisdir… Dedi, vallah deyirlər ki, hələ dayanın… Bir neçə gün gözləyin, özümüz komanda verəcəyik. Elə həmən gecə idi…

 

…Həmən gecə qarşıda dərəyə od vurmuşdular… Yaqubla yan-yana dayanıb, alova baxırdıq… Rəhmətlik dözmədi, düz üç dəfə zəng etdi ki, icazə verin Əsgərana ataq, Xocalının vəziyyəti pisdir… Dedilər Xocalının müdafiəsi möhkəmdir, öz postunuzu qoruyun…

 

– Bunu deyən kim idi?

 

– Telefonda danışan kim idi, bilmirəm. Amma bizim Müdafiə Nazirliyindən idi… Yaqub nə qədər israr etdi, dedilər olmaz! Səhərə az qalmışdı… Gördük Qarqar çayı, Əsgəran tərəfdən arvad-uşaq çığırtısı eşidilir… Elə onda Yaqub iki əli ilə başına vurdu ki, “Vay, Xocalını qırdılar…” Mən dözə bilmədim, “trevoqa” verdim, uşaqlar qalxdı…

 

İki tankdan başqa da heç nəyimiz yoxdur. Onun da birini ermənidən götürüb təmir etmişdik… Nə isə, nəyimiz var onunla getdik… Deməli, dəmiryolunun dibi ilə gedirik, orada da, ermənilərin yanacaqdoldurma məntəqəsinin yanında böyük böyürtkən kolu var… Demə bunlar da BMP-lərini həmən kolluqda gizlədiblər… Biz də bilməyib, bunların yanından keçib getmişik… Görüblər ki, gedirik… Düzdür, qranatomyotumuz yoxdur, ancaq beşaçılan avtomatla gedirik… Hava xeyli işıqlaşıb… Əsgəranın DYP postunun yanından Dərindərə başlayır, oraya yaxınlaşanda, Qarqarın yanında bir gəlin gördük…

 

Gözlərini silir, susur… Hər danışmaq istədikcə göz yaşlarında boğulur…

 

Hıçqırıqların arasından qırıq-qırıq sözləri bir yerə toplayanda məlum olur ki, Qarqar çayının kənarında qarnı yarılmış bir qadın meyiti ilə rastlaşıblar… Yanında öldürülən körpəsi… Bir də bir kişi meyiti…

 

– Qızım, bu mənzərəni görəndən sonra biz nə hala düşdük… Ölümdən qorxmadan irəlilədik… Gedib gördük Xocalıdan 90 qız-gəlini seçib o dərəyə aparırlar… Əllərindən aldıq, oradan çıxartdıq… Onları çıxardanda aralarından bir qadın dayanıb bizdən arxaya baxır. Dedik ay xala, hara baxırsan, gəl adla bu tərəfə… Əsgəranın dibində idik… Arvad isə elə baxır, dinmir…

 

Sən demə, ermənilərdən biri ayağından yaralanıb, uzanıb yerə, üstünü də xəzəllə basdırıb… Arvad da bunun silahı bizə tuşladığını görüb, qorxusundan deyə bilmir, bizə belə işarə vermək istəyir… Oradan 10 metr aralanmışdıq ki, güllə atdı… Xosrov yıxıldı… Xosrov Əhmədov, Şelli kəndindən idi, çox igid oğul idi… Yüyürüb boynunu qucaqladım… Gördüm düz ürəyindən vurub… Xosrov bircə kəlmə dedi ki, “Vəli kişi, balalarımdan muğayat ol…” Üç qızı var idi Xosrovun… Eləcə, qucağımda keçindi…

 

Elə bu vaxt kolun altından BMP ilə atdılar, yanımızdan ötüb keçdi… Dedim tankı vurdular… Canpoladın tankını…

 

– Canpoladı həmin atəş öldürdü?

 

– Hə, o öldürmüşdü… Getdi… Canpolad da belə getdi… Canpolad mənim ən çox xətrini istədiyim oğlan idi… Yaman çox istəyirdim onu… Elə də yaxşı münasibətimiz var idi ki… Çox şən, zarafatcıl uşaq idi… Gəlib arxadan atılıb minirdi boynuma… (Susur, nəyisə xatırlayıb gülümsəyir, gözləri yaşarır) Çox qorxmaz idi… Onun kimi oğul tək-tək olur… Hərbi hava qüvvələrində qulluq eləmişdi, texnikanın dilini çox gözəl bilirdi… Silah dalınca ürəklə göndərirdik, başı çıxırdı…

 

– Döyüşlərdə girov götürdüyünüz çox olurdu?

 

– Götürmüşük, çox götürmüşük. Lazım idi, qızım. Adamlarımızı dəyişmək üçün götürməliydik. Amma yaxşı baxırdıq, yemək də verirdik, içmək də. Əsasən gecələr ermənilər yaşayan kəndlərə girir, girov tuturduq…

 

Deməli, bir dəfə əlimizdə 14 erməni var. Birdən rusun BTR-i gəldi, içində də rus generalı Kovalyov. Bir də Naxçivanikin kolxoz sədri Hamlet ilə Əsgəranın milis rəisi… Yanlarında da bir erməni oğlan. Dedilər girovlar üçün danışığa gəlmişik. Erməni oğlan dedi “ara, nənəm mənə deyir türklər dədəni əsir götürüb. Get, onu qurtar, gətir. Ondan ötrü gəlmişəm”. Dedim, gəl səni aparım salım dədənin yerinə, dədəni göndərim nənənin yanına. Dedi, ara, nənəmin ürəyi partlayar, eləmə.

 

Elə bu vaxt milis xəbər gətirdi ki, Ağdamda, Abdal meşəsi tərəfdə bir “06-nın” qabağını kəsib, içindəki qızı girov götürüblər, maşını da alıb, oğlana deyiblər get, bir belə pul gətir. Elə oradaca Hamletə dedim sənə bir saat vaxt veririk. Bir saata qız burada olmasa, həmən ermənini çıxardıb güllələyəcəm. Yola saldıq, getdilər, bir saat sonra qız gəldi… Dediyim odur ki, yəni əlimizdə girov olmasa adamlarımızı dəyişə bilməzdik…

 

– Bir də ermənilər “ratsiyada” Azərbaycanca təmiz bilənləri oturdub, bizim hərbçiləri dolaşdırır, aldadırmışlar… Belə hallar bizdə də olurdu?

 

– Əlbəttə! Dey, Budaq… Laçından idi, Ağdamda döyüşürdü. Axırda ermənilər tapdı, dedilər sən Budaqsan… (Gülür) Bir də Fərman var idi, o da Yerevan ləhcəsini yaxşı bilirdi… Sovet hökumətinin vaxtında “ratsiya”nın mərkəzi Xankəndində idi. Ona görə də müharibədə biz bir-birimizlə nə danışırdıq, ermənilər xəbər tuturdu. Biz də alternativ yollar düşünüb tapırdıq.

 

– Məsələn, nə edirdiniz?

 

– Ratsiyada talış gətirib qoyduğumuz vaxtlar olub… (Gülür) Göstəriş vermişdim, bir saatdan bir parolları dəyişirdik. Hər saatda bir kəlmə danışırdın, ikinci dəfə o paroldan istifadə etmək olmazdı…

 

– Nə vaxta qədər döyüşdünüz?

 

– 1994-cü ilin axırına qədər… Sonra xəstələndim, hospitala düşdüm…

 

Vəli dayı keçdiyi döyüş yolundan danışarkən bir-bir itirdiyi dostlarını xatırlayıb, gözlərini məchula zilləyir, titrəyən səsi xırıltıya çevrilir, göz yaşlarını silir…

 

Məğlub kişilər şahiddir ki, itirdiyimiz hər qarış torpaqla bərabər bir oğul da itirmişik… Oğulu düşmən çəpəri adlandıran bizim gözümüz görə-görə “çəpərlərimiz” uçulub, dağıdılıb, o torpaqlara səpələnib… İtirdiyimiz oğullar itirdiyimiz torpaqlarda qalıb, orada kök atıb, orada bitib, boy atıblar… İndi o torpaqlardan bizə minlərlə oğul boylanır…

 

Beşinci görüşün sonu…

 

(Davamı olacaq…)

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles