Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

"SOCAR Petroleum SA" öten il 154 milyon dollar gelir elde edib

"SOCAR Petroleum SA" ötən il 154 milyon dollar gəlir əldə edib

22/02/2016

16:58


22.02.2016 / 16:55 xeber –

 

 "SOCAR Petroleum SA"-nın baş direktoru Həmzə Kərimovun "APA-Economics"ə müsahibəsi:

 

– Həmzə bəy, təbii ki, ötən il asan olmadı. 2015-ci il SOCAR-ın Rumıniya nümayəndəliyi, o cümlədən "SOCAR Petroleum SA" üçün necə yadda qalıb?

 

– Bu gün fəxrlə deyə bilərəm ki, SOCAR istər ölkə daxilində, istərsə də Azərbaycan hüdudlarından kənarda müəllifi olduğu bir çox iri və beynəlxalq layihələrə uğurla imza atmaqla dünya miqyasında bir brendə çevrilib. Şirkətimizin beynəlxalq aləmdə işgüzar imici durmadan yüksəlməkdədir. Bildiyimiz kimi, SOCAR 2007-ci ildən Rumıniya bazarına daxil olub. SOCAR-ın Rumıniya nümayəndəliyi şirkətimizin Avropada açılan ilk nümayəndəliyidir. Ümumiyyətlə, Şərqi Avropanın giriş qapısı hesab edilən Rumıniya ölkəmizin karbohidrogen ehtiyatlarının Şərqi və Mərkəzi Avropa, eləcə də Balkan ölkələri bazarına çıxışı üçün körpü rolunu oynamaqdadır. 2011-ci ildə SOCAR Rumıniyada növbəti uğurlu layihənin icrasına start verib. Belə ki, Rumıniya ərazisində neft məhsullarının alqı-satqısının təşkili və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə, SOCAR-ın törəmə şirkəti olan "SOCAR Petroleum SA" şirkəti təsis edilib və beləliklə bu ölkə ərazisində SOCAR brendi ilə kommersiya fəaliyyətinə başlanılıb. Həmin ilin oktyabr ayından etibarən 11 yanacaqdoldurma məntəqəsi ilə müştəriləri "Avro-5" standartlarının tələblərinə uyğun yüksək keyfiyyətli yanacaq məhsulları ilə təmin etməyə başlamışıq. Hazırda SOCAR brendi altında Rumıniya ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı artıq 32-yə çatıb. Bu il həmçinin şirkətimiz üçün əlamətdardır. "SOCAR Petroleum SA"-nın təsis olunmasının 5 ili tamam oldu. Ötən illərə nəzər salsaq deyə bilərəm ki, qısa müddət ərzində SOCAR Rumıniya bazarında möhkəmlənib. Sevindirici haldır ki, şirkət 2011-2014-cü illərdə investisiyalar həyata keçirərək 2015-ci ili xalis mənfəətlə başa vurub. Əlbəttə, əldə olunan bütün bu uğurların arxasında SOCAR rəhbərliyi ilə yanaşı, Rumıniya bazarında rəqabət qabiliyyətli, əzmlə çalışan, güclü və perspektivli "SOCAR Petroleum SA" kollektivi dayanıb.

 

– Bəs 2016-cı illə bağlı planlarınız nədən ibarətdir?

 

– Ümumiyyətlə "SOCAR Petroleum SA" yarandığı gündən daha yüksək hədəflərə çatmaq üçün qarşısına bəlli məqsədlər qoyub, Şərqi və Mərkəzi Avropa regionunda yaxın gələcək üçün nəzərdə tutulmuş inkişaf strategiyası işlənib hazırlanıb. Rumıniya bazarında neft məhsullarının pərakəndə və ya topdan satışı, eləcə də yanacaqdoldurma məntəqələri şəbəkəsinin genişləndirilməsi, onların sayının ilbəil artırılması istiqamətində uğurlu addımlar atılmaqdadır. Məlumat üçün bildirim ki, artıq 2 ildir şirkətimiz Beynəlxalq Standartlaşdırma Təşkilatının 4 sertifikatını əldə edib. Bunlar İSO 9001:2008 – Keyfiyyəti İdarəetmə Sistemi, İSO 18001:2008 – Əməyin və Sağlamlığın Mühafizəsinin İdarəetmə sistemi, İSO 14001:2005 – Ətraf Mühitin Mühafizəsi İdarəetmə sistemi və İSO 22000:2005- Qida (Ərzaq) məhsullarının Təhlükəsizliyi İdarəetmə sistemi standartlarıdır. Şirkətimiz ötən il uğurla reallaşdırdığı layihələrin bir qismini bu ildə davam etdirəcək, bununla yanaşı 2016-cı ildə bir sıra yeni layihələrimizi də təqdim edəcəyik. İcazənizlə bu layihələrin bəziləri haqqında sizə məlumat verim. Beynəlxalq Kart Satışı şirkətləri ilə əməkdaşlıq edərək beynəlxalq və yerli nəqliyyat şirkətlərini SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrimizdə yanacaqla təmin edirik, "SOCAR Acceptance card" vasitəsilə SOCAR müştəriləri məntəqələrimizin olmadığı bölgələrdə həmin kart vasitəsilə digər məntəqələrdən yanacaq əldə edə bilirlər. Hazırda "SOCAR Fleet card" layihəsi uğurla icra edilir və müştərilərimiz yanacaqdoldurma məntəqələrimizdən yanacaq doldurarkən müəyyən bonuslar da əldə etmiş olurlar. Rumıniya Nəqliyyat Nazirliyi ilə birgə reallaşdırdığımız – "Rovinieta" (yol vergisi) layihəsinə əsasən paytaxt Buxarestdən Rumıniyanın digər şəhər və rayonlarına səfər edənlər yol vergisini SOCAR kartları vasitəsi ilə və ya hər hansı formada SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrindən ala bilərlər. Əlbəttə bu il həmçinin SOCAR-ın sadiq müştəriləri üçün bəzi kampaniyaların təşkili də nəzərdə tutulub. Bu haqda məlumatlar isə mütəmadi olaraq internet və sosial şəbəkələrdə şəffaf formada qeyd edilir.

 

Şirkətimiz hər zaman ölkəmizlə bağlı sosial-mədəni tədbirlərin keçirilməsi, Azərbaycan həqiqətlərinin rumın ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən layihələrə daim dəstək olur. Beynəlxalq enerji sammitlərində, neft-qaz konfransları və sərgilərində Azərbaycanı layiqincə təmsil edir, ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər, reallaşdırılan layihələr barədə tədbir iştirakçılarına geniş məlumatlar verilir.

SOCAR-ın dəstəyi ilə Rumıniyanın dövlət və hökumət nümayəndələri, Parlamentin deputatları, bu ölkədə yaşayan həmvətənlərimiz və təhsil alan tələbələrimizin iştirakı ilə Novruz Bayramı, Respublika Günü və Müstəqillik Günü və digər bu kimi bayramlarımız qeyd olunur. 2011-ci ildən etibarən isə ənənəvi olaraq may ayının 10-da şirkətimizin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin doğum günündə "Heydər Əliyev Kuboku" mini futbol turniri təşkil olunur.

 

– Bir qədər öncə yanacaqdoldurma məntəqələrinizin fəaliyyəti və sayı barədə məlumat verdiniz. Bu il yeni məntəqələrin açılması nəzərdə tutulubmu?

 

– Rumıniya ərazisində SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin şəbəkəsi ilbəil genişlənir. Əgər 2011-ci ildə Rumıniya ərazisində SOCAR brendi altında 11 yanacaqdoldurma məntəqəsi ilə fəaliyyətə başlamışdıqsa hazırda ölkə üzrə məntəqələrin sayı 32-dir. Məntəqələrdə ümumilikdə 450-dən çox insan işlə təmin olunub. Şirkətimizin Rumıniya üzrə əhatə coğrafiyası da genişlənib, ölkənin şimal, şərq və qərbini də əhatə etməklə 15 regionda – Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud və Sibiuda yanacaqdoldurma şəbəkələrimiz fəaliyyət göstərir. Yaxın illər üçün qarşıya qoyulan əsas məqsədlərdən biri də bütün Rumıniyanı əhatə etməklə bu məntəqələrin sayını 100-ə çatdırmaq, bununla da yanacaq bazarının 10%-ə sahib olmaqdır. Bu ilin sonuna isə daha 6 yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi planlaşdırılır. İstifadəyə verilən yanacaqdoldurma məntəqələrində müştərilərə yüksək keyfiyyətli benzin və dizel tipli neft məhsulları təklif edilir, burada ənənəvi olaraq NAR kafe fəaliyyət göstərir, 24 saat pulsuz internet xidmətləri təqdim edilir. Bütün bunlarla yanaşı Rumıniyada bizim yaxın 10 il üçün də uzunmüddətli planlarımız mövcuddur. Xəzər dənizi bölgəsindən Rumıniya və digər Avropa İttifaqıölkələrinin qaz təchizatı üçün bir neçə uzunmüddətli layihələr hazırlayırıq. Azərbaycanın mavi yanacağının Avropaya nəql edəcək AGRI, TANAP və TAP layihələri buna imkan yaradacaq.

 

– Nəhəng enerji layihələrinə bir az sonra qayıdarıq. Ötən ildəki fəaliyyətinizə dair daha bir sual vermək istərdim. Biz bilirik ki, şirkət iri vergi ödəyicilərindən biridir. Sirr deyilsə, ötən il "SOCAR Petroleum SA" Rumıniya büdcəsinə nə qədər vəsait ödəyib?

 

– Ötən il "SOCAR Petroleum SA"-nın ümumi gəliri təxminən 154 milyon ABŞ dolları təşkil edib. Şirkətimiz Rumıniya büdcəsinə 3 milyon ABŞ dolları vergi ödəyib. Onu da əlavə edim ki, 2014-cü ildə Rumıniya Ticarət Qeydiyyat İdarəsinin açıqladığı məlumata görə, xarici investorlar tərəfindən Rumıniyaya yatırılan sərmayəyə görə SOCAR 50 böyük xarici investor arasında üçüncü yerdə qərarlaşıb.

 

– AGRİ layihəsi ilə bağlı son durum nə yerdədir?

 

– Bildiyiniz kimi, ötən ilin iyun ayının sonlarında Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRİ) iştirakçı ölkələrinin Energetika nazirlərinin iclası keçirilib. İclasda Böyük Britaniyanın “Penspen” şirkəti AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırmasını təqdim edib və iclasın yekunu olaraq AGRİ layihəsi üzrə Birgə Bəyannamə qəbul edilib. Yaxın gələcəkdə isə AGRİ layihəsi üzrə iştirakçı dövlətlərin Energetika nazirlərinin növbəti iclasının keçirilməsi nəzərdə tutulur. Görüşdə sözügedən layihənin gələcək perspektivləri müzakirə olunacaq.

 

–  Sonuncu sualım isə SOCAR rəhbərliyinin optimallaşdırılma siyasəti ilə bağlıdır. Bildiyimiz kimi, SOCAR xərclərinə qənaət etməyə, habelə bir sıra sosial layihələrin dayandırılması barədə qərar verilib. Bu qərar SOCAR-ın Rumıniya nümayəndəliyinin, o cümlədən sizin rəhbərlik etdiyiniz şirkətin fəaliyyətinə necə təsir edəcək?

 

– Son illər beynəlxalq aləmdə baş verən hadisələr, dünyada iqtisadi böhranın getdikcə daha da dərinləşməsi, ötən il ərzində bazarlarda neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi – bütün bunların fonunda təbii  ki, Azərbaycan və digər neft ixrac edən ölkələrin müəyyən çətinliklərlə üzləşməsi qaçılmaz idi. Əlbəttə dünya bazarlarında neftin davamlı olaraq ucuzlaşması, Azərbaycan iqtisadiyyatının lokomotivi – SOCAR-ın da öz xərclərinin optimallaşdırılması istiqamətində müəyyən addımlar atmasına gətirib çıxarıb. Bununla bağlı SOCAR prezidenti Rövnəq Abdullayev ötən ilin sonunda müvafiq əmr imzalayıb. Əmrə əsasən mövcud xərcləri sıfıra endirmək məqsədilə 2016-cı ilin yanvar ayının 1-dən SOCAR-ın nümayəndəliklərinin əksəriyyətinin fəaliyyətinin ictimai əsaslarla SOCAR-ın digər əlaqəli qurumlarına ötürülməsinin təmin edilməsi qeyd edilib.

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles