Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Nurşen Quliyev: “O yaşda iki böyük sevgim olub…” – MƏKTƏB İLLƏRİ

Nurşən Quliyev: “O yaşda iki böyük sevgim olub...” - MƏKTƏB İLLƏRİ

24/02/2016

14:08


24.02.2016 / 14:06 xeber –

“Kənddən çıxanda yolda şəhid oldu, meyitini götürmək də mümkün olmadı…”

Məktəbə 1981-ci ildə gedib. Şuşa şəhəri, Malıbəyli orta kənd məktəbinə. İlk dərs gününü xatırlayanda çox həyəcanlı olduğu yadına gəlir. Deyir, məktəbə getməyi həddən artıq çox istəyirmiş. Yazıb-oxumağı erkən yaşda öyrənib. Özündən böyük bacı-qardaşlarından.  5 yaşında sərbəst yazıb-oxuyurmuş.

 

Lent.az-ın “Məktəb illəri” rubrikasının növbəti qonağı “APA Holding"in Direktorlar Şurasının sədri, APA-nın baş direktoru Nurşən Quliyevdir.

 

 

– Ailənin üçüncü övladıyam. Məndən böyük qardaşım və bacım var. Onların kitablarından, dəftərlərindən istifadə edirdim. Hətta 5 yaşımda kənd kitabxanasından kitab götürüb oxuyurdum. Yadımdadır ki, hələ məktəbə getməsəm də, böyük qardaşımın "Ədəbiyyat müntəxəbatı" kitabından Rəsul Rzanın “Lenin” poemasını əzbərləmişdim. 6 yaşlılar üçün o vaxt hazırlıq kursları vardı. Hazırlığa getmədən artıq məktəbə hazır idim. Birinci sinfin proqramının hamısını mənimsəmişdim. İlk müəllimim Dilşad müəllimə olub. Allah rəhmət eləsin! Çox sərt və tələbkarıydı. Hamımız ondan çəkinərdik. Eyni zamanda, çox peşəkar müəlliməydi. Sinifdə demək olar ki, çox az uşaq olardı oxumasın. Düşünürəm ki, uşağın yaxşı oxumasının əsas şərtlərindən biri ilk müəlliminin necə olmasıdır. Təməl necə qoyulursa, elə də davam edir.

 

İlk parta yoldaşını xatırlamasa da, bir şey yadında qalıb…

 

– Məni istədiyim adamla oturmağa qoymurdular. Həmişə pis oxuyan uşaqlarla oturtdular ki, onları mən öyrədim. Hətta müəllimə deyirdi ki, oxumayan uşaqları baş sal, hərfləri öyrət. Ona görə də parta yoldaşımı tez-tez dəyişirdi.

 

– Döyülmüsünüz?

 

– Yox, heç vaxt. Bir dəfə danlanmışam. Sinif nümayəndəsi idim. Dördüncü sinifdə oxuyurduq. Sinif rəhbərimiz dayım qızıydı. Böyük dayım isə riyaziyyat müəllimimiz… Çox tələbkar və sərt müəllimiydi. Sinifdə lövhəni silmək üçün silgi, təbaşirlə yazandan sonra əli silmək üçün dəsmal olurdu. Bunları gündəlik növbətçilər təmin etməli idi. Necə oldusa, həmin gün növbətçi dəsmalı gətirməmişdi. Dayım lövhədə işlədi, əlini silmək istəyəndə gördü, dəsmal yoxdu. Soruşdu, kimdi sinif nümayəndəsi? Qalxdım. Baxmazdı, bacısı oğlusan, qohumusan, heç kimə güzəştə getməzdi. Hətta övladlarına da. Danladı məni. Ondan sonra sinif rəhbərimə dedim, sinif nümayəndəsi olmaq istəmirəm. Olmadım da. Bir qədər sonra başqa məktəbdə oxumalı oldum. Orda da neçə dəfə təklif etdilər ki, sinif nümayəndəsi olum. Qəbul etmədim. Bir daha sinif nümayəndəsi olmadım.

 

– Məktəbi niyə dəyişdiniz?

 

– Atam Xankəndidə işləyirdi, orda da ev aldı. Xankəndinə köçdük. Beşinci sinfə sentyabrın 19-da başladım. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə. Təzə məktəbə alışmaq çox çətin oldu. Hətta sizə deyim, məktəbə getmək istəmirdim.

 

-19 gün ona görə gecikmişdiz?

 

– Yox, sənədlər gec hazır oldu. Biz şəhərə mən 4-cü sinifdə oxuyanda, martda  köçmüşdük. Amma qalan o 3-4 ayı da kənddə oxuduq, sonra köçdük ora. Ağlayırdım ki, sinif yoldaşlarımdan ayrılıb getmirəm Xankəndi məktəbinə. Amma sonra hər şey yaxşı oldu. Sevdim bu məktəbi, müəllimlərimi. Yaxşı dostlar qazandım. Sinif yoldaşım Fərmanla bu gün də yaxından dostluq edirik…

 

 

“Məktəb illəri”ndən ən çox yadda qalan xatirəsini danışır.

 

 

– Birinci sinfi bitirəndən sonra təklif olundu ki, ikinci sinfi oxumamış üçüncü sinfə keçim. Bunun üçün də komissiyadan keçməliydim. Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndidə yerləşən maarif şöbəsində məni yoxladılar və qərar verdilər ki, ikinci sinfi oxumamış üçüncü sinifdə oxuya bilərəm. Amma mən üçüncü sinfə getmədim. İkinci sinfi oxudum. Baxmayaraq ki, komissiyadan keçmişdim. Sinif yoldaşlarımdan ayrılmaq istəmədim.

 

Məktəblə bağlı xatirələrim çoxdu. Yadımdadır ki, kənd məktəbimiz həmişə vilayət üzrə bütün bilik, idman yarışlarında öndə olurdu. Kənd məktəbi olmasına baxmayaraq, oxumaq üçün hər cür şəraiti varıydı. Birinci şərt oxumağıydı. Bu da rəqabət əzmini artırırdı. Xankəndi məktəbində də eyni şəkildə. Yaxşı müəllimlərimiz vardı. Müəllimlərimin haqqını ödəmək mümkün deyil. Xankəndində sinif rəhbərimiz Leyla xanım bizə Azərbaycan dili və Ədəbiyyat dərslərini deyirdi. O, bizə Azərbaycan dili dərsində sadə cümlə işlətməyə qoymazdı. Həmişə deyirdi ki, bədii ədəbiyyatdan nümunələr tapın. Ya şeir formasında, ya nəsr formasında. Məcbur olub, bədii kitablar oxuyardıq. Bununla o bizi bir növ həm də bədii ədəbiyyat oxumağa məcbur edirdi. Müşkülat müəllimə bizə tarix, coğrafiya dərsi keçirdi. İmkan vermirdi, dərsdə boş qalaq. Dünya xəritəsini qoyurdu qabağımıza ki, öyrənin. Xəritəni bizə əzbərlətmişdi. Belə müəllimlərin sayəsində biz yaxşı yetişdik, təhsil aldıq.

 

 

Sonra Müşkülat müəllimədən daha bir xatirəsini yadına düşür.

 

 

– Xankəndidə SSRİ-nin 60 illiyi adına Pedaqoji İnstitut vardı. Oranın yuxarı kurs tələbələri bizim məktəbə təcrübə keçməyə gəlirdilər. Həmin tələbələr dərs deyirdi, sonra onların keçdiyi dərs həm bizim müəllim, həm də öz müəllimi tərəfindən qiymətləndirilirdi. Altıncı sinifdə oxuyurdum. Tələbələrdən biri dərs keçirdi, Müşkülat müəllimə nəyəsə görə sinifdən çıxmalı oldu. Uşaqlardan kimsə səs elədi. Praktikant müəllim elə bildi ki, mənəm səs eləyən. Mənə acıqlandı, dedim ki, mən deyildim. Soruşdu bəs kimiydi? Dedim, bilmirəm, amma mən deyildim. Dedi, ya deyəcəksən səs edən kimiydi, ya da özün olubsan. Dedim, deməyəcəm, amma mən deyildim. Nəsə, məni küncə qoydu. Beş dəqiqə sonra Müşkülat müəllimə qayıtdı. Məni yaman çox istəyirdi. Məni küncdə görəndə təəccübləndi. Soruşdu, uşağı niyə bura qoymusan? Praktikant müəllim də dedi ki, səs edirdi, ona görə. Müşkülat müəllim mənə dedi, keç yerinə. Praktikantın dəftərini alıb “iki” yazdı. “Sən heç vaxt yaxşı müəllim ola bilməzsən. Yaxşı ilə pisi ayıra bilmirsən”, – dedi və onun dərsini yarımçıq saxladı.

 

 

Sonra Dağlıq Qarabağ hadisələri başlayır, kəndə qayıtmalı olurlar.

 

 

-1988-ci iliydi, yeddinci sinifdə oxuyurdum. Fevralda başladı hadisələr, Xankəndidə demək olar ki, hər gün nümayişlər keçirilirdi, azərbaycanlılara qarşı təqiblər, təzyiqlər başlamışdı. Azərbaycanlıları döyür, evlərinə basqın edirdilər. Yadımdadır, atam evin qapısının arxasına elektrik cərəyanı qoşmuşdu ki, ermənilər evimizə girə bilməsinlər. Xanədəndi ilə kəndimiz çox yaxındır. Hərdən evdə gecələmək təhlükəli olduğundan kəndimizə gedib, orada qalırdıq. Bir gün kənddə gecələyəndə ermənilər evimizə girmişdilər. Evə gələndə onların evi alt-üst etdiyini, yastıqların, döşəklərin üzərinə bıçaqla xaş işarələri çəkdiklərini gördük.

 

Bir epizod da heç vaxt yadımdan çıxmaz. Bizə rus dili dərsini erməni qadın deyirdi. O qədər mehriban idi, məni o qədər çox istəyirdi ki… Amma hadisələr başlayan kimi arvadın üzü döndü. Onun belə dəyişəcəyini, azərbaycanlılara nifrət etdiyini heç gözləmirdik. Demək, hamısının içində varmış bu, sadəcə, məqam gözləyirmişlər. Artıq məktəbdə dərslər ara-sıra keçirilirdi. Valideynlər qorxudan uşaqlarını məktəbə buraxmırdılar. Beləcə, həmin ilin qalan 3-4 ayını oxumadan başa vurduq. Sonra azərbaycanlıları Xankəndidən qovmağa başladılar. Artıq birdəfəlik kəndə qayıtdıq, səkkizinci sinfi orda oxumağa başladım.

 

 

Bütün fənləri yaxşı oxusa da, onun da sevmədiyi dərslər olub.

 

 

– Kənd məktəbimizdə də dərslər çox keyfiyyətli keçirilirdi. Bütün fənləri oxuyurdum. Dərsə hazırlıqsız getmək mənim üçün ağlasığmaz bir şey idi. Amma təbii ki, bütün dərsləri eyni dərəcədə sevmirdim. Fizika, kimyaya çox marağım vardı. Əlavə məşğələlərə də gedirdim. Tibb Universitetinə hazırlaşırdım. Fizika-kimya müəllimim Nazim müəllim fizika fənni üzrə dərnək yaratmışdı. Adı indi də yadımdadır – "Kvant". Dərsdən sonra bizimlə məşğul olurdu. Hamı gözləyirdi ki, mən həkim olacam. Amma…

 

O vaxt “Azərbaycan” qəzeti artıq nəşr olunmağa başlamışdı. Baş redaktoru da Sabir Rüstəmxanlıydı. Məndən bir sinif yuxarı oxuyan dostum Sevdimalı ilə fotoqraflığa böyük marağımız vardı. O, fotoaparat da almışdı, şəkil çəkib-çıxarmağı öyrənirdik. Bu işdə də bizə Nazim müəllim kömək edirdi. Bir dəfə kəndin mənzərəli yerlərini gəzəndə qədim hamam olan yerə gəlib çıxdıq. Tarixi abidə baxımsızlıqdan yararsız hala düşmüşdü. Mən təklif elədim ki, bu barədə məqalə yazım, o da fotosunu çəksin, göndərək "Azərbaycan" qəzetinə. Çəkdi, mən də məqaləni yazdım. Zərfə qoyub, göndərdim Bakıya. Üstündən bir müddət keçəndən sonra məktəbdə xəbər yayıldı ki, məqaləm foto ilə “Azərbaycan” qəzetində çıxıb.

 

Bu hadisədən sonra jurnalistikaya meyllənir və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini seçir.

 

– O hadisə mənim həyatımda peşə seçmək istiqamətində dönüş oldu. Ondan sonra fikirləşdim, qərara gəldim ki, jurnalist olum. Ailəmiz, qohumlar hamısı jurnalistikaya getməyimə qarşı idi, həkimliyi yaraşdırırdılar mənə. Amma mən artıq qərarımı vermişdim, bütün etirazlara baxmayaraq, jurnalistikanı seçdim.

 

– Nurşən Quliyev necə şagird olub?

 

– Ağıllı, dərsini oxuyan, həm də nadinc. Dərs oxuyurdum, amma o demək deyil ki, sakit uşaq olmuşam. Çox vaxt nadincliyimi büruzə vermirdim. Danlanmağı sevməzdim. Müəllimlərim haqqımda həmişə müsbət fikirdə olublar. Dərsdən qaçmamışam. Mənim üçün məktəbə getməmək ən böyük faciə idi. Məktəbə çox bağlıydım. O vaxt dərsdən sonra günü uzadılmış qruplar vardı. Müəllimlər dərsdən sonra da uşaqlarla əlavə məşğul olurdu. Sabahın dərslərini hazırlayırdıq. Müəllim mənə deyirdi ki, sən dərsi hazırlamısan, evə gedə bilərsən. Deyirdim, yox, oturmaq istəyirəm. Dərsdən qaçmaq ağlıma belə gəlməyib. Amma sinfimiz çox nadinc idi. Bununla belə, uşaqlarımız heç vaxt bir-birini satmazdılar, həmişə bir-birinin tərəfini saxlayardılar. Yadımdadır, bir dəfə məktəbin həyətində voleybol oynayanda qızlardan biri topu elə vurdu ki, pəncərənin şüşəsini sındırdı. Böyük səs-küy çıxdı. Bizi direktorun otağına yığdılar. Nə qədər elədilər, o qızı satmadıq. Bütün sinfə töhmət verdilər (gülür).

 

Yuxarı siniflərdə oxuyanda artıq milli-azadlıq hərəkatı başlamışdı. Divar qəzetimiz vardı. “Lenin yolu”. Qəzetin redaktoru məniydim. Qəzetin adını dəyişib, “Dirçəliş” qoymuşduq. Qəzetdə SSRİ-nin, Kommunist Partiyasının əleyhinə yazılar yazırdıq, şəkillər çəkirdik. Buna görə də neçə dəfə bizi danlamışdılar, bütün sinfə töhmət vermişdilər. Amma sinif rəhbərimiz İslam müəllim həmişə bizi müdafiə edirdi. Açıq fikirli adam idi. Allah rəhmət eləsin. 20 yanvar hadisələrindən sonra kənddə şəhidlərin xatirəsinə abidə qoyulmasına qərar verilmişdi. Abidəni öz kəndçimiz Nadir mərmərdən hazırlayırdı. Dərsdən sonra ona kömək etməyə gedərdik. Hazırladı, qoydu abidəni. Gözəl alınmışdı…

 

 

Məktəb illərində sevgi, məhəbbət

 

– Məktəb illərində iki böyük sevgim olub: kitablar və futbol. Kitab oxumağı çox sevirdim, zövq alırdım. Futboldan da… Bir epizod danışım. Xankəndi məktəbində 6-cı sinifdə ikinci növbə oxuyurdum. Səhər saat 8-9-dan sinif yoldaşlarımla gedirdik məktəbə, futbol oynamağa. Özü də pulla oynayırdıq. Adamın biri 20 qəpikdən. Beş nəfərlik komanda 1 manat yığıb qoyurduq kənara udan götürürdü. Yadımdadı ki, beləcə xeyli pul qazanmışdım. Bir dəfə evdə gördülər çoxlu pulum var, inandırana kimi xeyli əziyyət çəkdim. Günlərində birində yenə futbol oynayanda güclü yağış yağmağa başladı, amma biz futbolu dayandırmadıq. Birinci dərs Rəna müəllimin dərsi idi – zoologiya. Gəldik sinfə, hamı suyun içində. Rəna müəllim çox hirsləndi. Amma məni çox istəyirdi. O biri uşaqları oturtdu, mənə dedi ki, icazə verirəm, get, paltarını dəyiş, gəl. Amma məktəb evimizə çox uzaq idi, bir dərsə gedib-qayıda bilməzdim. Onda mənə dedi ki, keç sinfin arxasındakı laboratoriya otağına, paltarlarını soyun, qızdırıcıda qurut dərs boyu. Elə də elədim, növbəti dərsə quru paltarda getdim.

 

Və son zəng

 

 

– Məktəbi kənddə bitirdim. Məktəbimiz çox aktiv idi. Müharibə gedə-gedə kəndin klubunda Şən və Hazırcavablar Klubunun gecəsini keçirirdik. Bunun ənənəsi bizdən əvvəl qoyulmuşdu, biz də davam etdirirdik. Baxmayaraq ki, vəziyyət gərgin idi, "Son zəngi" də qeyd elədik, vinetka da hazırlatdırdıq. Məktəbdə rəsmi tədbirdən sonra “Son zəng” gecəsi də təşkil elədik. Heç nəyə baxmayaraq, həyat davam edirdi. Amma vinetkam da digər fotolarım kimi kənddə qaldı. O illərin yadigarı olan 3-4 fotom var.  

 

– Yeri gəlmişkən, Sovet təhsili və indiki təhsili necə müqayisə edərdiniz?

 

– İkisinin də müsbət və mənfi tərəfləri var. Bunları müqayisə etmək uzun çəkər. Məncə, sovet təhsilinin də müsbət tərəflərini götürmək lazımdı. Sovet təhsil sistemində tələbkarlıq çox idi. Tədrisə səthi yanaşma olmazdı. Müəllimə böyük hörmət vardı. Müasir təhsilin belə bir qaydası var, sərbəstlik olsun. Bunu bəyənmirəm. Bu bir az müəllimə qarşı hörmətsizliyə, özbaşınalığa gətirir. Birdən-birə istəyirik ki, Azərbaycan cəmiyyətini ABŞ, Avropa cəmiyyətinə çevirək. Amma bunun üçün müəyyən dövr keçməlidir. Məncə, müəllim uşağı təhsil almadığına görə tənbeh edə, hətta yüngül formada vura da bilər. Yadımdadı, o vaxtlar valideynlər müəllimə deyirdilər ki, uşağımı döy, öldür, təki oxusun… İndi isə durum tamam başqadır.

 

Müharibədə keçən məktəb illəri

 

– Mən 8-ci sinifdə oxuyanda aktiv hərbi əməliyyatlar olmasa da, xırda toqquşmalar baş verirdi. Maşınlar daşa basılırdı, adamlar girov götürülürdü. Belə vəziyyətdə təhsil almaq çox çətin idi. Vəziyyət isə gündən-günə pisləşirdi. Kimsə şəhid olurdu, kimsə yaralanırdı. Bəzən günlərlə dərs olmurdu. Məktəbin yuxarı sinif şagirdləri – biz müəllimlərimizlə gecələri kəndin kənarında qazılmış səngərlərdə keçirirdik, gündüzlər dərsə gəlirdik. Dərsə davamiyyət, keyfiyyət, təbii ki, aşağı düşmüşdü. Mən məktəbi bitirəndən bir il sonra isə kəndimiz işğal olundu.

 

– Sinif yoldaşlarınızdan şəhid olan var?

 

– Var. Biz kənddən çıxanda sinif yoldaşım Elşən Fərhadov yolda şəhid oldu. Meyitini götürmək də mümkün olmadı. Meşədə qaldı…

 

REDAKSİYADAN: Bu gün Azərbaycan jurnalistikasında öz sözü və çəkisi olan istedadlı jurnalist Nurşən Quliyevin ad günüdür. Bu münasibətlə Lent.az kollektivi olaraq Nurşən bəyi təbrik edir, sağlıq, uğurlar arzulayırıq!

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles