Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Suriyadakı Azerbaycan vetendaşları ile bağlı axtarış sorğusu açılmayıb – Deniz Duran

Suriyadakı Azərbaycan vətəndaşları ilə bağlı axtarış sorğusu açılmayıb - Dəniz Duran

25/02/2016

14:00


25.02.2016 / 13:56 xeber –

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri, xanım Dəniz Duran səlahiyyət müddətinin başa çatması ilə əlaqədar APA-ya müsahibə verib.

 

– Dəniz xanım, BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsində 3 il  fəaliyyət göstərdiniz. Artıq səlahiyyət müddətiniz başa çatır. Bu müddət ərzində BQXK-nın fəaliyyətini necə qiymətləndirirsiniz? Son 3 ildə nümayəndəlik Azərbaycanda hansı işləri görüb?

 

– Bu üç il ərzində diqqətimizi iki əsas fəaliyyətimiz üzərində cəmləşdirməyə davam etmişik: cəbhə xəttinə yaxın icmalarda yaşayan mülki əhali, itkin düşmüş şəxslər və onların ailələri. İşçi heyətimiz cəbhə xəttinə yaxın icmalara hər həftə səfər edərək atəşlərə daha çox məruz qalan və aztəminatlı bəzi kəndlərə iqtisadi dəstək göstərirlər. Bundan əlavə, evləri hərbi mövqelərə çox yaxın olan ailələrə evlərinin cəbhə xəttinə çıxan qapı və pəncərələrini kərpiclə hörməkdə və istiqamətini dəyişməkdə kömək edirik. Bəzi hallarda isə evlərinin bir hissəsinin qarşısında kiçik mühafizə divarı tikirik ki, atışmalar başlayanda həmin ailələrin evlərində ən azı bir təhlükəsiz otaq olsun. Onların atışma zamanı ata biləcəyi ən təhlükəli addım evdən qaçmaqdır. BQXK-nın dəstəyi ilə evlərinin qapı və pəncərələrinin istiqamətini dəyişdirməklə, onlar atışma sona çatana kimi təhlükəsiz otaqda gizlənib gözləyə bilərlər.

 

BQXK-ya əvvəllər səfər edə bilmədiyi bəzi kəndlərə getmək icazəsi 2014-cü ildə verilib. Hökumətin bizə göstərdiyi bu etimadı yüksək qiymətləndirdik və daha çox ehtiyacı olan insanlara proqramlarımızı təklif edə bildik. 2014-cü ildən gərginliyin artdığını və bunun cəbhə xəttinə yaxın yaşayan insanlara təsirini görə bilirik. Mülki şəxs atışma və ya mina insidenti nəticəsində yaralanarsa, BQXK-nın nümayəndələri ona baş çəkir və öz köməyini təklif edir. Bu kömək bəzi hallarda maliyyə yardımı, bəzi hallarda isə onlara kömək edə biləcək xidmət təminatçıları ilə vəziyyətlərinin müzakirə edilməsi formasında olur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri də münaqişənin birbaşa təsirinə məruz qalmış qurbanların vəziyyətini yaxından izləyir. Təəssüflər olsun ki, AzQAC və BQXK son üç il ərzində yardımın bu forması ilə çox məşğul olub. 2014-cü ildən bəri vəziyyətin gərginləşdiyinin və bunun yaxınlıqdakı kəndlərə göstərdiyi təsirinin şahidi olmuşuq.

 

İtkin düşmüş şəxslərin probleminə gəldikdə isə, bu sahədəki işimizi itkinlərin ailələri, o cümlədən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə davam etdirmişik. Bildiyiniz kimi, bir çox insan müharibə nəticəsində öz əzizini itirib, bu insanlar çox qəribə vəziyyətlə üzləşirlər, onlar ailə üzvünün hələ də sağ olduğuna inanmaq istəyirlər, lakin təəssüf ki, bu qədər müddətdən sonra onların əzizi çox güman ki, həyatda deyil, lakin ailələrə bu ölüm barəsində rəsmi məlumat verilməyib. Beləliklə, bütün ailə, xüsusilə də analar və həyat yoldaşları əzizlərinin başına nə gəldiyini dəqiq bilməyərək qeyri-müəyyən vəziyyətdə yaşayırlar. Bu vəziyyət psixoloji cəhətdən çox ağırdır. BQXK həmin ailələrə onlarla eyni kədəri bölüşən insanlarla görüşməkdə kömək edir və üzləşdikləri bəzi gündəlik problemlərin həll edilməsi üçün onları müşayiət edir. BQXK itkin düşmüş qohumu olan ailələrin vəziyyətini həqiqətən də anlaya biləcək və onların keçirdiyi hisslərə şərik olacaq şəxsləri, xüsusilə ana və həyat yoldaşlarını seçir. Biz bu qadınlara müşayiətçi olmaları və hər bir ailənin vəziyyətindən və ehtiyaclarından asılı olaraq lazım olan müxtəlif yardımı göstərmələri üçün təlim keçirik.

 

Bu il BQXK itkin düşmüş şəxslərin bioloji qohumlarından bioloji nümunələr toplamağa başlayıb. Bu nümunələr Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalında saxlanılır ki, bir gün eksqumasiya edilə biləcək insan qalıqlarını DNT nümunələrinin müqayisəsi vasitəsilə identifikasiya etmək və ailələrinə qaytarmaq mümkün olsun. Bunun nəticəsində, bəzi ailələr bir gün əzizlərinin taleyini öyrənə və həqiqi yas prosesinə başlaya biləcəklər. Bütün bioloji nümunələrin toplanılması illər tələb edəcək. Təxminən 3700 azərbaycanlı itkin düşüb və identifikasiyanın aparılması üçün hər bir itkinin 3-6 bioloji ailə üzvündən nümunə götürülməlidir. Bu, BQXK və Dövlət Komissiyasının birlikdə həyata keçirdiyi nəhəng bir işdir.

 

Biz bir şeyi də anlamalıyıq ki, ailələrin bəziləri heç vaxt suallarına cavab tapmayacaq və itkin düşmüş şəxslərin bəzisi tapılmayacaq. Kədərli reallıq budur ki, onların çoxu, bəlkə də əksəriyyəti həyatda deyil, onların ölüm şəraiti naməlum qalacaq və meyitləri heç vaxt tapılmayacaq. BQXK əvvəllər də bir çox müharibələrdə bunun şahidi olub. Bu səbəbdən də ailələrin keçirdiklərini anlamaq, bunun öhdəsindən gəlməkdə onlara kömək etmək və onların itkisini tanımaq olduqca vacibdir.

 

Ümumilikdə, Azərbaycanda çox iş görməyə davam edə bilmişik, çünki bu münaqişə hələ də həll olunmayıb və insanlar onun dəhşətli nəticələrindən hələ də əziyyət çəkir. Bu qədər iş görməyə müvəffəq ola bilməyimizin səbəblərindən biri də hökumətin bizə fəaliyyət göstərməyə və ölkədəki humanitar missiyamızı həyata keçirməyə icazə verməsidir.

 

Biz, həmçinin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin tabeliyində saxlanılan şəxslərə baş çəkirik, 2015-ci ildə isə hökumətlə “Həbs yerlərinə baş çəkmək hüququnu nəzərdə tutan” Sazişi yeniləmişik. Bu isə bizə həm saxlayan orqanlara, həm də məhbus və onların ailələrinə göstərdiyimiz bu xidməti davam etdirmək imkanı verir.

 

– Sizin rəhbərliyiniz dövründə Azərbaycan və Ermənistan tərəfindən neçə əsir qaytarılıb?

 

– BQXK 2013-cü ilin yanvar ayından Azərbaycandan Ermənistana 12 nəfərin repatriasiyasına şərait yaradıb. Bunlardan ikisi insan meyiti olub. Bundan əlavə, təmas xəttində təhvilvermə əməliyyatları həyata keçirilib. Azərbaycan tərəfi 2 nəfəri qaytarıb, 2 nəfəri isə qəbul edib.

 

– Hazırda Azərbaycan və Ermənistan tərəfində neçə şəxs saxlanılır?

 

– Hazırda Dağlıq Qarabağda iki azərbaycanlı saxlanılır, Azərbaycan tərəfi isə bir erməni hərbi əsiri saxlayır. Bəzən daha çox insanın saxlanıldığı barəsində şayələr və ya bəyanatlər olur, bəzən isə onların gizlədildiyi iddia edilir. BQXK hər iki tərəfdən insanların gizlədildiyi barədə iddiaları tez-tez eşidir. Bu cür iddiaları eşitdikdə, həmişə konkret məlumat verilməsini istəyirik. Bu halda bizə verilən məlumat belə olur: “Kimsə dedi ki, kimisə tanıyır…” Beləliklə, heç vaxt bu iddiaların doğru olduğu barəsində göstərici olmayıb.

 

BQXK bu cür bəyanatların ailələri necə incitdiyini öz gözləri ilə görür. Belə ki, bu cür bəyanatlar ailələri əzizinin bəlkə də hardasa sağ olduğu və əziyyət çəkdiyi barəsində düşünməyə vadar edir. Təəssüf ki, itkinlərin çoxunun həyatda olmadığı hesab edilməlidir, bu cür bəyanatlar isə ailələr üçün çox ağrıdıcıdır. BQXK-ya hər hansı tutarlı məlumat verilsə, biz bu məsələni diqqətlə nəzərdən keçirəcəyik. Lakin indiyiə kimi heç kim güclü iddialar verməyib.

 

– Hazırda sizin siyahınızda itkin düşmüş şəxs kimi neçə nəfər qeydiyyatdadır?

 

– Ailələrin itkin düşmüş qohumları barəsində məlumat əldə etmək üçün müraciət etdiyi zaman BQXK-nın Bakı, Yerevan və Dağlıq Qarabağdakı ofisləri itkin düşmüş şəxsləri qeydiyyata alır. BQXK bütün tərəflərdən təxminən 4500 itkin düşmüş şəxsi qeydiyyata alıb. Təxminən 3700 nəfər Bakı Nümayəndəliyi, Yerevan Nümayəndəliyi və Dağlıq Qarabağ Missiyası tərəfindən isə 400 nəfərə yaxın şəxs qeydiyyata alınıb.

 

– BQXK-nın Azərbaycandakı nümayəndəliyi fəaliyyət göstərdiyi illər ərzində neçə şəxsin əsirlikdən azad olunmasına yardım edib?

 

– Müharibənin ilk illərində vəziyyət qarışıq idi, çox sayda insan tutulub, sonra geri qaytarılırdı. BQXK-nın həmin dövr üçün dəqiq statistikası olmadığından, dəqiq rəqəmlər deyə bilmərik. Lakin təxmini hesablamalarımıza görə 700-dən çox insan BQXK-nın köməkliyi ilə evinə qayıdıb.

 

Müharibənin ilk illərində bir çox insan saxlanılıb, daha sonra dəyişdirilib və geri qaytarılıb, bəzən bunlar hətta ayrı-ayrı insanlarla danışıqlar aparan ailələr tərəfindən həyata keçirilirdi. Belə proseslərin çoxu BQXK-nın iştirakı olmadan baş verib. “Girov” sözündən belə bir qarışıq vaxtda istifadə olunmağa başlanıb. Halbuki Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar insanların tutulması və saxlanılmasını münaqişə tərəfləri həyata keçirir və bu məqamlar Cenevrə Konvensiyaları ilə tənzimlənir. Bu insanları “girov” yox, internə edilmiş mülki şəxslər və ya hərbi əsirlər (əgər hərbiçidirlərsə) adlandırmaq daha düzgündür. Girov sözündən hələ də istifadə edildiyini görürük, lakin Cenevrə Konvensiyalarında olan terminlərdən istifadə etmək daha düzgündür.

 

– Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmaları ilə bağlı hansı işlər görülür?

 

– Onların qaytarılması ilə bağlı BQXK-dan çox şey gözlənilsə də, unutmamalıyıq ki, BQXK saxlanılan şəxslərin qaytarılması ilə bağlı heç bir qərar vermir. Belə ki, bu qərar saxlayan tərəfdən asılıdır. BQXK-nın bütün təşkilatlar kimi öz fəaliyyyət çərçivəsi var və Cenevrə Konvensiyalarına qoşulmuş dövlətlərin bizə həvalə etdiyi bu çərçivə əsasında işləyirik. Qeyd etmək lazımdır ki, Cenevrə Konvensiyalarını demək olar ki, bütün dövlətlər imzalayıb və ratifikasiya edib. Bizim üçün fəaliyyət çərçivəsi saxlanma şəraitini və rəftarı nəzərdən keçirmək və onların ailələri ilə əlaqə saxlamasına imkan yaratmaqdır. Biz isə bu işimizi həyata keçiririk və ehtiyac olana qədər də həyata keçirməyə davam edəcəyik.

 

– Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə “Skype” vasitəsi ilə əlaqə yaratmaları üçün tərəflərə müraciət olunubmu? Bu istiqamətdə hansı işlər görülür?

 

– İnformasiya vasitələrində Skype zəngləri barəsindəki bəyanatlari görmüşük. BQXK mandat və ya fəaliyyət çərçivəsinə əsasən saxlanılan şəxslə ailəsi arasında əlaqələri bərpa edir və davamlı olmasına çalışır. Ailə əlaqələrini, ailələr və məhbuslar arasındakı məktublar mübadiləsi vasitəsilə qururuq (Qızıl Xaç məktubları). Qızıl Xaç məktublarından savayı digər əlaqə vasitələri saxlayan tərəflə müzakirə edilməlidir, biz isə münaqişə tərəfləri ilə apardığımız ikitərəfli konfidensial müzakirələrimizi açıqlamırıq.

 

– Suriya hadisələri başlayandan çoxlu sayda Azərbaycan vətəndaşının orada döyüşlərdə iştirak etdiyinə dair məlumatlar var.Həmin şəxslərin taleyinə aydınlıq gətirilməsi barədə sizə hər hansı müraciət edən olubmu? Ümumiyyətlə, həmin insanların taleyi ilə maraqlanırsınızmı?

 

– BQXK Suriyadakı Azərbaycan vətəndaşları ilə bağlı axtarış sorğusu açmayıb. Bu o deməkdir ki, bir ailədən başqa, heç kəs bizə müraciət etməyib. Bizə yalnız 2014-cü ildə bir ailə müraciət edib, lakin işin davam etdirilməsi üçün ailədə çox az məlumat var idi.

 

Oradakı vəziyyət həm təhlükəsizlik, həm də ərazilərə giriş baxımından dəyişkən olaraq qalır. Bu isə tam miqyaslı axtarış fəaliyyətlərini həyata keçirməyi olduqca çətinləşdirir. Beləliklə, ailələrin əlində əzizləri barəsində əhəmiyyətli və yeni məlumat olmasa, axtarış cəhdlərinin uğurla sona çatmasının imkanı azdır.

 

– Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbəri dəyişdirilib. Bildiyimizə görə, səlahiyyət müddətinizin başa çatması ilə əlaqədar Dövlət Komissiyasının yeni rəhbəri Mədət Quliyevlə də görüşübsüz. Onunla hansı məsələləri müzakirə etdiniz?

 

– Bizim Dövlət Komissiyasının hazırkı başçısı Mədət Quliyevlə əvvəllər də əməkdaşlığımız olub. Bildiyiniz kimi, Mədət Quliyev əvvəllər Azərbaycanın ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi idi. O, həmin vəzifədə olanda bizim onunla uzunmüddətli və konstruktiv əməkdaşlığımız olub. Yeni təyinatından sonra onunla görüşdük, təbrik etdik. Mədət Quliyevlə yeni vəzifəsində də konstruktiv əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.

 

– Azərbaycanı nə vaxt tərk edirsiniz?

 

– Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə yeni təyin olunmuş rəhbər Elena Aymone Sessera artıq Bakıdadır. Hazırda təhvil-təslim prosesi gedir. Azərbaycanı martın 4-də tərk edəcəyəm.

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles