01.03.2016 / 12:23 xeber –
Bakıda oğurluğa cəhd etmiş bir neçə nəfər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 28-də Lökbatan qəsəbəsində yerləşən İmproteks-İnduksiya MMC-yə məxsus transformatorların dolaqlarının mis və aliminium hissələrini oğurlamağa cəhd etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri – 1970-ci il təvəllüdlü, əvvəllər məhkum olunan Hüseyn Hüseynov, 1989-cu il təvəllüdlü Ceyhun Məmmədov və Mingəçevir şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Bəkirov tutulublar.
Araşdırma aparılır.
mənbə :
lent.az
Şərh yaz.