Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Vüqar Bayramov: “Merkezi Bank qabaqlayıcı addımlar atmasa, manat bayram günlerinde dollara nisbeten deyer itirecek”

Vüqar Bayramov: “Mərkəzi Bank qabaqlayıcı addımlar atmasa, manat bayram günlərində dollara nisbətən dəyər itirəcək”

02/03/2016

20:10


02.03.2016 / 20:10 xeber –

 

“Kompensasiya mexanizmi olmadan dollarla olan problemli kreditlərin artmasının qarşısını almaq mümkün olmayacaq”…

 

“Əgər bank verdiyi krediti geri ala bilmirsə, öz öhdəliklərini də yerinə yetirə bilməyəcək”…

 

“İllik 12 faizdən çox olmayan bütün əmanətlər məbləğindən asılı olmayaraq növbəti 3 il ərzində sığortalanması kifayət qədər radikal addımdır”…

 

“Hazırda banklarda olan əmanətlərin həcmi bütövlükdə 7 milyard manatdır”…

 

“Azərbaycanda dollarlaşma səviyyəsi kifayət qədər böyükdür”…

 

“Birinci devalvasiyadan sonra, xüsusən də ondan 6-7 ay öncədən etibarən banklar dollarla kredit verməyə üstünlük verirdilər”…

 

“Dollarla kreditin verilməsini tam qadağan etmək mümkün deyil, lakin məhdudiyyət qoymaq mümkündür”…

 

“Manatla olan əmanətlərin MB tərəfindən vaxtında indeksasiyası dolara tələbatı azaldardı”…

 

“Banklar vətəndaşdan dollarla depozit götürürsə, onu manata çevirib kredit verməyəcək, bunu gözləmək sadəlövhlükdür”…

 

“Mərkəzi Bank inzibati yolla yox, islahatlar çərçivəsində həm əmanətləri manatla cəlb edə bilər, həm də manat kreditlərini artıra bilər, bu, vətəndaşların və bankların risklərini azaldar”…

 

“Azərbaycanda banklar özləri də krediti olan vətəndaşa digər bankdan kredit verməyə maraqlıdır, ona görə də problemlərin səbəbkarı elə banklar özüdür”…

 

“Dünyanın heç yerində bankın lisenziyası alınıb 3 günə sonra özünə qaytarılmır”…

 

“MB bayram günlərində,  hətta  şənbə-bazar günlərində valyutaya təminatın ödənilməsi ilə bağlı real addımlar atmalıdır”…

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

 

Vüqar Bayramov ikinci devalvasiyadan sonra xarici valyuta ilə verilən kreditlərə kompensasiya mexanizminin tətbiq edilməsini vacib sayır: “Dollarla olan kreditlərin manatla ifadəsində kəskin artımlar müşahidə olunur. Məsələn, birinci devalvasiyadan əvvəl 10 min dollar kredit götürən vətəndaşın aldığı məbləğin manatla ifadəsi 7800 manat idisə, son iki devalvasiya nəticəsində bu rəqəm 15600 manata qədər yüksəlib, faizləri də nəzərə alsaq, artıq həmin kredit məbləği 20 mindən artıqdır. Amma vətəndaşın əməkhaqqında artım müşahidə olunmayıb. Nəzərə alsaq ki, vətəndaşın digər xərcləri də artıb, onun 20 min manatı qaytarmaq imkanları artıq məhduddur. Kompensasiya mexanizmi olmadan dollarla olan problemli kreditlərin artmasının qarşısını almaq mümkün olmayacaq. Bu həm vətəndaşlar üçün, həm də banklar baxımından vacibdir. Əgər bank verdiyi krediti geri ala bilmirsə, öz öhdəliklərini də yerinə yetirə bilməyəcək. Kreditlərin ödənilməsində yubanmalar müşayiət olunduqca, vətəndaş depozitlərinin saxlanılmasına da inam azalır”.

 

Qonaq əmanətlərin sığortalanması ilə bağlı məhdudiyyət və şərtlərin aradan qaldırılmasını müsbət addım hesab edir: “Artıq əmanət faizi illik 12 faizdən çox olmayan bütün əmanətlər məbləğindən asılı olmayaraq növbəti 3 il ərzində sığortalanır. Bunun özəlliyi ondan ibarətdir ki, əgər həmin əmanəti bank qaytara bilməyəcəksə, Əmanətlərin Sığortalanması Fondu qaytaracaq. ƏSF-nin vəsaiti kifayət qədər olmadıqda, Milli Bankdan vəsait  sərf olunacaq. Bu zaman hətta qiymətli kağızlar bazarına daxil olmaqla vəsaiti cəlb etmə imkanına malik olacaq. Hazırda banklarda olan əmanətlərin ümumi həcmi 7 milyard manatdır. Əmanətlərin 85 faizdən çoxu dollarladır. Azərbaycanda dollarlaşma səviyyəsi kifayət qədər böyükdür. Devalvasiyadan bir müddət öncə 2014-cü ilin ortalarına doğru, bankların dollar təklifi daha da artmışdı. Banklar krediti valyuta strukturuna uyğun olaraq verir. Bankın bəlli miqdarda manatı və dolları var və ona uyğun da krediti təklif edir. Manatın ən güclü vaxtlarında belə dollarla kredit verilirdi. Birinci devalvasiyadan sonra, xüsusən də ondan 6-7 ay öncə başlayaraq banklar dollarla kredit verməyə üstünlük verdilər”.

 

 

Ekspert bankalrın dollarla kredit təklif etməsinə məhdudiyyətlərin olmasını məqsədəuyğun hesab edir: “Ölkədə ödəniş vasitəsi manat olsa da, borclanma və banklar tərəfindən kreditlərin verilməsi dollarla həyata keçirilə bilər. Bəzi ölkələrdə dollarla kredit vermədə məhdudiyyət qoyulub, amma Azərbaycanda bu yoxdur.  Dollarla kreditin verilməsini tam qadağan etmək mümkün deyil, lakin məhdudiyyət qoymaq mümkündür. Bunun üçün isə Mərkəzi Bank tərəfindən addımların atılmasına ehtiyac var. Əlbəttə, burada söhbət qanunvericilikdə məhdudlaşdırmadan getmir. Sorğular da göstərir ki, vətəndaş manatla kredit almaqda maraqlıdır, amma əmanəti bankda dollarla saxlayırlar. Təbii ki, vətəndaşı manatla əmanət saxlamağa təşviq etmək mümkündür və bunun yolları var. Qazaxıstanda və digər ölkələrdə olduğu kimi, MB təşviqedici metodlarla həm vətəndaşların manatla depozit saxlamasını stimullaşdıra bilər, həm də kommersiya bankları tərəfindən manatla kreditlərin verilməsini həyata keçirə bilər. Bunun üçün MB Qazaxıstanda olduğu kimi, manatla olan əmanətləri indeksasiya edə bilər. Bunun mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaş indiki halda pulunu bankda yerləşdirir. Manatla olan bu məbləğ manat dollara indeksasiya olunur. Qoyduğu kursa uyğun olaraq, manatın məbləği düşdükcə, vətəndaşın itirdiyi məbləği, yəni fərqi MB ödəyir. Vətəndaşlar da pulunu dollar və ya manatla saxlamağa tərəddüd edir. İndeksasiya ona gətirib çıxarır ki, MB fərqi ödədiyinə görə, vətəndaş əmin olur ki, manat güclənsə də, zəifləsə də vəsaiti dəyər itirməyəcək. Bu ona səbəb olacaq ki, vətəndaşlar pulu evdə saxlamayacaq. Həmin pul bankda manat formasında saxlanılacaq, bu zaman pul aktiv iqtisadiyyata daxil olur, təhlükə riski aradan qalxır, dollara tələb yaranmır. Hal-hazırda evdə saxlanan pullar dollarladır”.

 

 

Vüqar Bayramov bakların daha çox dollarla kredit  təklif etməsinin obyektiv səbəblərindən də danışıb: “Kreditlərin dollarla yox, daha çox manatla verilməsi də çox vacib məqamdır. Azərbaycanda əmək haqqımız manatladırsa, biz manatla xərcimizi hesablaya bilməliyik.  Əgər kreditlər və ödənişlər manatla olursa, vətəndaş bilir ki, kursun dəyişməsindən asılı olmayaraq, onun aylıq ödənişi sabit qalacaq, məzənnənin düşüb-qalxmasının fərqi yoxdur. Banklar vətəndaşdan dollarla depozit götürürsə, onu manata çevirib kredit verməyəcək, bunu gözləmək sadəlövhlükdür. MB mərkəzləşdirilmiş kredit resursların həcmini artırmalıdır, imkan verməlidir ki, kommersiya bankları MB-dan daha çox manatla, uçot dərəcəsinə uyğun kredit götürsün, və həmin vəsaiti vətəndaşlara versin. Bankın əgər manatla borcu varsa, borcunu manatla qaytaracaqsa, vətəndaşa manatla kredit verəndə narahat olmur. Amma bank dollarla kredit alıb, ona manata vətəndaşa verəndə təbii ki, kursun dəyişməsi ona təsir edir. MB islahatlar çərçivəsində həm əmanətlərin manatla qoyulmasına nail ola bilər, həm də bankların daha çox manatla kredit verməsini təmin və təşkil edə bilər. Bu da bank sektoru üçün dəstək ola bilər, vətəndaşlar üçünsə riskləri aşağı salar”.

 

 

Ekspert kredit borcunu ödəyə bilməyən vətəndaşların məsuliyyətə cəlb olunmasına da münasibət bildirib: “Texniki baxımdan kredit borcunu ödəyən insanların həbs edilməsi mümkün deyil. Ölkədə 2,5 milyon nəfərin krediti var. 1,3 milyon insan zamin durub. Bu o deməkdir ki, təxminən 4 milyon insanın banklara öhdəliyi var. Bu qədər insanın beş faizində problem olsa belə, onları həbs etmək mümkün deyil”.

 

 

Vüqar Bayramov əksər vətəndaşların bank kreditlərinin təkrar kredit hesabına ödəməsini təhlükəli hal olduğunu bildirib: “Uzun müddət Azərbaycanda borcu borcla ödəmək, yəni piramida prinsipindən istifadə olunub. Bu qorxulu haldır. Piramida prinsipi ciddi problemdir. Beynəlxalq təcrübədə ödəmə qabiliyyəti imkan versə də, ödənişlərdə yubanma olmasa da, bir banka krediti olan vətəndaşa böyük məbləğdə borc verilmir. Lakin Azərbaycanda banklar özləri də buna maraqlıdır, ona görə də problemlərin səbəbkarı elə banklar özüdür, son vaxtlar banklar sanki kredit vermə yarışına girmişdilər. Nəticədə ölkə əhalisinin üçdə biri borclandı, həmin borcları qaytarmaqda problemlər yarandı. MB müdaxilə edəndə artıq gec idi. Bank sektoru iqtisadiyyatın mühərrikidir. Ona görə də bank sektorunun sağlamlaşdırılması, qorunması və müdafiəsinə ehtiyac var. Ona görə də MB real addımlar atmalıdır, müşahidəçi olmamalıdır. Bank sektoruna nəzarəti gücləndirməlidir. Dünyanın heç yerində bankın lisenziyası alınıb 3 günə sonra özünə qaytarılmır”.

 

 

Vüqar Bayramov qarşıdakı müddət ərzində valyuta məzənnəsində dəyişikliklərin gözlənilməsinə də münasibət bildirib: “MB bayram günlərində,  hətta  şənbə-bazar günlərində valyutaya təminatın ödənilməsi ilə bağlı real addımlar atmalıdır. Valyuta dəyişmə məntəqələrinin ləğv olunması doğru addım deyildi. Otellərdə valyuta dəyişmə məntəqələri olmalıdır. Məcbur qalıb xarici qonaq qara bazara gedəcək. Bayram günlərində qara bazar yaranacaq. Əgər Mərkəzi Bank tərəfindən qabaqlayıcı addımlara atılmasa, o zaman manat bayram günlərində dollara nisbətən dəyər itirəcək”.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles