03.03.2016 / 12:12 xeber –
Direktorunun meyiti qəbiristanlıqda aşkarlanıb
Daxili İşlər Nazirliyi (DİN) Lerik rayonunda məktəb direktorunun qonşusunu bıçaqlaması və intihar etməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Lent.az xəbərinə görə, nazirliyin yaydığı məlumatda bildirilir ki, martın 2-də saat 05 radələrində Lerik rayonunun Veri Əliabad kəndində kənd sakini Adil Rəhimov (o, kənd orta məktəbinin direktorudur) aralarında olan münaqişə ilə əlaqədar həmkəndlisi Seyid Qurbanovun yaşadığı evə gəlib tüfəngdən onun istiqamətində 1 dəfə atəş açıb (güllə S.Qurbanova dəyməyib), bıçaqla ona və onun arvadı Sevdaya xəsarət yetirib hadisə yerini tərk edib. O, kəndin qəbristanlığına gedərək həmin tüfəngindən açdığı atəşlə özünü öldürüb.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən 16 kalibrli lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd qumbara və 1 ədəd mətbəx bıçağı götürülüb.
S.Qurbanov xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.
11:44
Lerik rayonunda qonşusunu bıçaqlayandan sonra intihar edən məktəb direktorunun işi ilə bağlı aparılan araşdırmanın ilkin nəticəsi açıqlanıb.
Lerik rayon Təhsil Şöbəsindən APA-ya verilən xəbərə görə, araşdırmanın ilkin nəticələrinə əsasən insident mülkiyyət üstündə olub. Hazırda məsələ ilə bağlı araşdırma və istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Lerikin Veri Əliabad kənd orta məktəbinin direktoru Adil Rəhimov şəxsi münaqişə zəminində qonşusu, 36 yaşlı Seyid Qurbanova çoxlu bıçaq zərbəsi vurub. Ağır bədən xəsarətləri alan S. Qurbanov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilir.
A.Rəhimov sonradan intihar edib. Belə ki, o, kənd qəbiristanlığında şəhid qardaşının məzarı üstündə ov tüfəngi ilə özünü güllələyib. Məktəb direktoru aldığı güllə yarasından hadisə yerindəcə ölüb.
***
Bu gün Lerikdə baş verən qanlı hadisənin bəzi detalları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, məktəb direktoru tərəfindən bıçaqlanan Seyid Qurbanov Lerikdə çobanlıq edir. O, əslində hadisənin baş verdiyi Veri Əliabad kəndindən də yaşamır. Qonşu kəndlərdən birində yaşayır. Hadisə isə direktor Adil Rəhimovgilin kəndində baş verib. Belə ki, sakinlərin sözlərinə görə, A.Rəhimovla qonşuları arasında torpaq üstündə uzun illərdən bəri davam edən mübahisə var imiş. Qonşuları A.Rəhimovun atasından qalan torpaqlara iddia edirmiş. Münaqişə də bu zəmində yaşanıb. Bıçaqlanan çoban Seyid Qurbanov isə A.Rəhimovun qonşusunun yeznəsi imiş. Bildirilir ki, baş verən mübahisənin ona birbaşa aiddiyəti olmasa da, mübahisə nəticəsində arada bıçaqlanıb.
**
13:14
Lerikdə qonşusunu bıçaqlayan məktəb direktoru intihar edib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Veri Əliabad kəndində qeydə alınıb. Kənd orta məktəbinin direktoru Adil Rəhimov kənd qəbiristanlığında şəhid qardaşının məzarı üstündə ov tüfəngi ilə özünü güllələyib.
O, aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
**
13:09
Bu gün Lerikdə baş verən qanlı hadisə ilə bağlı bəzi detallar məlum olub. Lent.az-ın məlumatına görə, kənd sakinləri bildirib ki, iki ailə arasında əvvələr heç bir münaqişə olmayıb. Bıçaqlanan Seyid Qurbanovla onu bıçaqlayan məktəb drektoru Adil Rəhimovun arasında qohumluq münasibətləri olub. Onların arasında mübahisənin nədən yarandığı hələ ki aydın deyil.
**
12:57
Lerikdə məktəb direktorunun bıçaqladığı şəxsin kimliyi dəqiqləşib. Lənkəran rayon xəstəxanasından Lent.az-a verilən xəbərə görə, bıçaqlanan şəxs 1976-cı il təvəllüdlü Seyid Balakişi oğlu Qurbanovdur. O, hazırda rayon xəstəxanasında əməliyyatdadır. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
**
12:33
Lerikdə qonşusunu bıçaqlayan məktəb direktorunun güllələnmiş meyiti tapılıb. Rayon sakinlərindən birinin Lent.az-a verdiyi məlumata görə, onun meyiti qəbiristanlıqda aşkarlanıb. Hazırda hadisənin qətl, yoxsa intihar olduğu araşdırılır.
**
Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb. Lent.az-ın "Report"a istinadən məlumatına görə, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.
Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.
Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.
mənbə :
lent.az
Şərh yaz.