Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Test sistemi qalacaq" – TQDK sedrinden ittihamlıara CAVAB

"Test sistemi qalacaq" - TQDK sədrindən ittihamlıara CAVAB

03/03/2016

13:26


03.03.2016 / 13:19 xeber –

 

"Mərkəzləşdirilmiş imtahanlar indi necə təşkil olunursa – şəffaf, insan faktorundan azad – elə də təşkil olunacaq, insan faktoru yoxlamanın nəticələrinə təsir göstərməyəcək. Biz buna zəmanət veririk. Azərbaycanda kütləvi test imtahanları şəffaf, əsl biliyi qiymətləndirən bir üsuldur. Hazırda bu sistemlə əlaqədar mövcud qanunvericilikdə hər hansı dəyişikliyin aparılması müzakirə mövzusu deyil".  Lent.az-ın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Trend-ə müsahibəsində deyib.

 

– Son zamanlar test sistemi ilə bağlı tənqidi fikirlər səslənir. Sizcə, bu gün daha çox tənqid hədəfi olan qəbul imtahanları ilə bağlı hansısa islahatların aparılmasına ehtiyac var?

 

– Biz həmişə imtahanın mahiyyətini, məzmununu, formasını elmi müstəvidə müzakirə edirik. Həmin müzakirələrin keçirildiyi seminarlarda iştirak açıqdır. Bu seminarlarda müzakirə edilən məsələlər daha sonra bu sahədə müəyyən qərarverici funksiyaları olan qurumlar arasında hüquqi müstəvidə müzakirə edilir. Yalnız bu müzakirələrdən sonra həmin qərarlar Ədliyyə Nazirliyində hüquqi sənəd kimi qeydiyyatdan keçir və biz buna riayət etməyə başlayırıq. Məsələn, bu ilki qəbul qaydaları Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra ƏN-də qeydiyyatdan keçib.

 

Düzdür, dərsliklər dəyişdirilir, biz onların əsasında hansısa mövzuları ya qəbul proqramlarından çıxarırıq, ya oraya daxil edirik. Amma qəbul imtahanları ilə bağlı əsas istiqamətdə hansısa islahatların aparılmasına ehtiyac yoxdur. Düzdür, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsinə dair Fəaliyyət planında 12 – illik təhsil sisteminə keçid nəzərdə tutulub, lakin keçid mexanizmi hələlik hazırlanmayıb. Məktəblərdə şagirdlərə eyni metodika tədris olunur, onlara eyni proqram üzrə dərs keçirlər. Biz bunu dəyişdirə bilmərik. Hər bir dövlət qurumunun öz işi var, hər kəs də öz işini görür.

 

– Bəs, hansı dövr üçün qəbul imtahanı ilə bağlı ciddi islahatların aparılmasına ehtiyac olmayacaq?

 

 

– Ən azı 3 il ərzində. 2008-ci ildə Nazirlər Kabineti tərəfindən yeni kurrikulum və qiymətləndirmə standartları təsdiqlənib. Artıq 8 ildir ki, orta məktəblərdə yeni kurrikulumla tədris aparılır. Biz özümüz hələ 2012-ci ildə məsələ qaldırmışdıq ki, həmin şagirdlər üçün qəbul imtahanı yalnız test əsasında aparılmalı deyil, onlar üçün ayrı növ imtahanlar da olmalıdır. Buna hazır olmaq üçün müvafiq işlər görülməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanı ilə TQDK-ya monitorinq imtahanlarının keçirilməsi həvalə olundu və Komissiya 2013-cü ildən 5-11-ci siniflərdə monitorinq imtahanlarının keçirilməsinə başladı. Monitorinq imtahanlarında 2013-cü ildə 23052, 2014-cü ildə – 41675, 2015-ci ildə 42945 şagird iştirak edib.

 

– Başqa növ imtahanlar hansı formada ola bilər?

 

– Biz indi bunun necə ola biləcəyini müzakirə etməmişdən əvvəl gərək orta məktəblərdə şagirdlər üçün keçirilən monitorinq imtahanlarının elmi nəticələrini müzakirə edək. Başqa növ imtahanları da aparmaq üçün biz gərək bu uşaqların biliyini elmi nöqteyi-nəzərdən 5-6-7-ci siniflərdə yoxlayaraq müəyyənləşdirək ki, onlar proqramı nə qədər mənimsəyirlər və dövlət tərəfindən qəbul olunan həmin o qiymətləndirmə standartları necə işləyir? Tərəzi işləkdir, yoxsa yox? Çünki o təhsil standartlarını biz dəyişdirə bilmərik, onlar qəbul olunub, dövlət sənədidir. Onlara əsasən də dərsliklər yazılıb.

 

– Artıq 3 ildir ki, monitorinq imtahanları keçirilir və müəyyən elmi nəticələr əldə edilib. Monitorinq imtahanlarının nəticələri gələcəkdə abituriyentlər üçün qəbul imtahanının hansı formada keçirilə bilməsinə imkan verir?

 

– Onlar üçün də mərkəzləşdirilmiş imtahanlar keçiriləcək. Təbii ki, gələcəkdə hər abituriyentə aid olan individual kitabça olacaq. Kitabçadakı sualların bir hissəsi testlər olacaq, abituriyentlər onların cavablarını “Cavab kartı”nda qeyd edə biləcəklər. Kitabçanın qalan hissəsində isə esse formasında olan tapşırıq, müxtəlif növ açıq suallar, bacarıq və kompetensiyaları ölçməyə imkan verən tapşırıqlar olacaq. Bunun insan faktoru olmadan yoxlanılması texnologiyasını artıq biz işləmişik və monitorinq imtahanı zamanı onu tətbiq edirik. İkinci bir məsələ yazı işlərini yoxlamaq üçün müəllimlərin-markerlərin hazırlanması ilə bağlıdır. Biz 2012-ci ildən bunu da edirik. Artıq ölkə üzrə təxminən 2000 müəllim buna hazırdır. TQDK-ya isə hər bir fəndən 3 min, cəmi isə minimum 10-15 min hazırlanmış müəllim lazımdır. Digər tərəfdən, markerlər bizdə hələ ki, iki fənn – “Ana dili” və “Riyaziyyat” üzrə hazırlanıb. Növbəti mərhələdə hansı fənn üzrə markerlərin hazırlanacağı 9-cu sinif üzrə buraxılış imtahanında 3-cü fənn kimi hansı fənnin təsdiq olunacağından asılı olacaq. Amma mənə elə gəlir ki, Təhsil Nazirliyi buraxılış imtahanlarının fənlərinin sayını çoxaltmağa elə də meylli deyil. Buna görə də biz 9-cu siniflər üçün hələ iki fənn üzrə buraxılış imtahanı keçiririk. İstəyirəm ki, ictimaiyyət yadına salsın ki, şagirdlərin 8 fənn üzrə buraxılış imtahanı verdikləri vaxtlar da olub. Onun nə ilə nəticələndiyini yenidən təkrar demək istəmirəm. O imtahanlar (o imtahanları biz keçirmirdik) faktiki olaraq, bilik səviyyəsini müəyyənləşdirmirdi. 2012-ci ildən Prezident İlham Əliyevin fərmanına əsasən, buraxılış imtahanlarının keçirilməsi TQDK-ya tapşırıldı. Biz buraxılış imtahanlarını iki fəndən keçirməyə başladıq, mükəmməl də imtahan keçirildi, bu gün də keçirilir. Buraxılış imtahanlarının nəticələrinin qəbul imtahanlarının nəticələri ilə yüksək korrelyasiyası mövcuddur. Lakin onların çətinlik dərəcəsi fərqlidir. Buraxılış imtahanlarında yaxşı uşaqları seçmək istəyiriksə, onların çətinlik dərəcəsini bir az artırmalıyıq. Amma məktəblərimiz buna hələ hazır deyil. Mənə elə gəlir ki, bu, yalnız 3 ildən sonra – kurrikulumla təhsil alanlar 11-ci sinfi bitirdikdən sonra mümkün ola biləcək. Güman edirəm ki, o vaxtadək 12 – illik təhsil sisteminə keçidlə bağlı məsələlər də müəyyənləşəcək.

 

-Onda belə çıxır ki, gələcək üçün də test sisteminin ləğvi nəzərdə tutulmur?

 

– Mərkəzləşdirilmiş imtahanlar indi necə təşkil olunursa – şəffaf, insan faktorundan azad – elə də təşkil olunacaq, insan faktoru yoxlamanın nəticələrinə təsir göstərməyəcək. Biz buna zəmanət veririk. Azərbaycanda kütləvi test imtahanları şəffaf, əsl biliyi qiymətləndirən bir üsuldur. Hazırda bu sistemlə əlaqədar mövcud qanunvericilikdə hər hansı dəyişikliyin aparılması müzakirə mövzusu deyil. Bu sistem qalacaq. Tapşırıqların forması, məzmunu isə proqramlardan və dövlət tərəfindən qəbul olunan normativ sənədlərdən asılıdır. Biz hələ o sənədlərlə işləyirik ki, onlar indiki proqrama aiddir. 3 ildən sonra isə biz yeni standartlara uyğun yeni növ imtahanları aparmağa hazırıq. Mən ona da söz verirəm ki, yazı işlərinin, açıq testlərin olmasına baxmayaraq, o imtahanların nəticələrinə heç zaman insan faktoru təsir göstərməyəcək. Belə texnologiya da bizdə hazırdır, monitorinq imtahanlarında istifadə olunaraq sınaqdan keçirilib.

 

– Təhsil naziri Mikayıl Cabbarov hesab edir ki, qəbul imtahanlarının hazırkı forması əmək bazarı üçün müasir, uğurlu məzunun seçilməsinə imkan vermir…

 

– Birincisi, ali təhsilli gənclər əmək bazarına bakalavr səviyyəsini başa vurduqdan sonra buraxılırlar. Demək, əmək bazarına tələb olunan həmin xüsusiyyətləri universitetlərdə formalaşdırmaq mümkündür. İndi bu istiqamətdə çox miqyaslı işlər aparılır, SABAH proqramı icra edilir. Amma SABAH proqramı əsasında oxuyan tələbələr bütün tələbələrin az faizini təşkil edir. Nə üçün? Çünki hamını bu proqrama cəlb etmək kifayət qədər çox vəsait tələb edir. İkincisi, 9-cu sinfi bitirəndən sonra şagirdlərin 20%-i əmək bazarına heç bir qəbul imtahanı vermədən qoşulur. Onlar həmin əmək bazarının tələbinə uyğun deyillər, bu xüsusiyyətlər şagirdlərdə 9-cu sinfədək formalaşsaydı, onlar məktəbdən çıxmazdılar. 11-ci sinif üzrə buraxılış imtahanında 2-3 qiyməti alanlar da ali məktəbə sənəd vermirlər. 11-ci sinfi bitirən məzunların 23%-i ali məktəbə sənəd vermir, amma əmək bazarına qoşulur. Demək, hər il 1-ci sinfə gedənlərin ən azı – 43%-i heç qəbul imtahanlarına qədər gəlib çatmır. Onlar da əmək bazarını formalaşdırırlar. Onların kompetensiyalarını məktəb formalaşdırmalıdır. Bizim qəbul imtahanlarına gəlib çatanların 18%-i aşağı bal toplayaraq ali məktəbə qəbul olunmur, onlar da əmək bazarına qatılır. Hər il birinci sinfə gedənlərin yalnız 26%-i 11 ildən sonra ali məktəbə qəbul olunur. İndi deyin, hansı rəqəm daha çoxdur – 61% yoxsa 26%? (qalan 10% – peşə liseylərinə və kolleclərə qəbul olanlar, 3% – 9-cu sinfə gəlib çatmayanlar təşkil edir.) Cavab göz qabağındadır. Ona görə də burada hər şeyi test imtahanının üstünə atmaq olmaz. Əsas məsələ odur ki, orta məktəbin 9-cu sinfini bitirən və ya 11-ci sinfi bitirərək ali məktəbə sənəd verən insanlar müvafiq tələblərə uyğun olaraq, savadlı olsunlar, müasir informasiya texnologiyalarını mənimsəsinlər, indiki dövrün tələblərinə uyğun kompetensiyalara sahib olsunlar. Dövlətimiz bunun üçün hər bir şərait yaradıb, mühüm təhsil layihələri həyata keçirilir, müasir standartlara cavab verən məktəb binaları inşa olunur, məktəblərin İT texnologiyaları ilə təminatı üçün çox böyük vəsait xərclənir, yeni dərsliklər istifadəyə verilir, mütəmadi olaraq müəllimlərin treninqləri keçirilir və s.

 

– İradlardan biri də budur ki, test imtahanının çatışmazlığı məzunun taleyinin 3 saatda həll edilməsidir. Siz bunu çatışmazlıq hesab edirsiniz?

 

– Mən bu iradı yaxşı başa düşürəm. Kimsə bir gün xəstə ola bilər və onun həmin günkü nəticəsi real nəticəsindən fərqli ola bilər. Yaxşı olardı ki, qəbul imtahanlarını ildə heç olmasa, 2-3 dəfə keçirmək imkanımız olsun və beləliklə, hər kəs öz vaxtını özü seçsin. Hazırda əvvəlki və bu ilki ilin məzunları üçün qəbul imtahanları ayrı-ayrı vaxtlarda keçirilir. Aydın məsələdir ki, bu ilki məzunlar ancaq proqramı tam keçdikdən sonra imtahanda iştirak edə bilərlər. Ancaq hər bir uşağa bir ildə 2-3 dəfə imtahanda iştirak etməyə və onun ən yaxşı nəticəsinin nəzərə alınmasına imkan vermək çoxlu maliyyə vəsaiti tələb edəcək. SAT imtahanları ildə 3-4 dəfə keçirilir, amma hər bir iştirakçı bir imtahanda iştirak etmək üçün 80-90 dollar ödəyir. Türkiyədə qəbul imtahanlarının ayrı-ayrı mərhələləri ödənişli olmaqla ümumilikdə təxminən 40-50 dollar təşkil edir. Bizim imtahanlarda iştirak üçün isə rüsum 2 manatdır. Bir abituriyentin imtahan verməsi dövlətə təxminən 20 manata başa gəlir. Buna görə də rüsumlar imtahanların xərcinin cüzi hissəsini təşkil edir. Abituriyentlər üçün il ərzində bir necə dəfə imtahan keçirmək üçün bizim xərclərimiz artmalıdır.

 

– Əgər abituriyentin sağlamlıq durumu ilə bağlı müəyyən istisna hallar nəzərə alınmazsa, 3 saat abituriyentin özünün bilik səviyyəsini göstərməsinə kifayət edirmi?

 

– 3 saat abituriyentin öz biliyini göstərməsi üçün tam normaldır. İmtahan 3 – 3,5 saatdan çox ola bilməz. Əsas odur ki, sualların sayı fənlər üzrə 25-30-dan az olmamalı, suallar proqramı əhatə etməlidir. Belə halda bizim abituriyentləri bir-birindən fərqləndirmək imkanımız olur. Test imtahanı uşaqların biliyini müəyyənləşdirmək, onları bilik səviyyəsinə görə sıralamaq üçün kifayət qədər standartlaşdırılmış, şəffaf imtahandır. Burada ayrı söhbət ola bilməz. Biz testdən fərqli- ayrı üsulla da imtahan keçiririk. Müəyyən sahələrdə yazı işləri tətbiq edirik, müəyyən sahələrdə – qabiliyyət imtahanlarında şifahi imtahanlar olur. Amma kütləvi şəkildə keçirilən imtahanlarda (ən kütləvi imtahanlar da buraxılış və qəbul imtahanlarıdır) daha dəqiq üsula o zaman keçmək lazım ola bilər ki, ilkin seçim, yəni testlə keçirilən imtahan zamanı iştirak edən 100 min abituriyentin 80 mini 400 baldan yuxarı nəticə göstərsin. İndi vəziyyət belə deyil. Ancaq əgər belə olarsa, onda həmin abituriyentlərin bilik səviyyəsi təqribən eyni olduğundan onlar arasında başqa – müxtəlif ixtisaslar üzrə lazım olan fərqli xüsusiyyətlərə əsasən ayrı bir imtahan da keçirməyə ehtiyac duyardıq. Ancaq keçən il dövlət ali məktəbləri üzrə plan yerlərinin 12%, özəl ali məktəblər üzrə plan yerlərinin 50%-i faizi vakant qalmışdı. Buna görə də 200 baldan yuxarı nəticə göstərən hər bir abituriyent həmin plan yerlərinə daxil ola bilərdi.

 

– Bu gün testin məzmununu yararlı hesab etməyən mütəxəssislər var. Təhsil naziri də bu fikirdədir ki, test imtahanlarında nitq, ritorika, yazı vərdişlərini, hər hansı seçim variantları ilə məhdudlaşmayan düşüncə, tənqidi düşünmək tərzini özündə əks etdirən sualların olması daha yaxşı olardı. Sizcə, belə bir dəyişikliklərin edilməsinin vaxtı çatmayıb?

 

– Biz artıq 3 ildir ki, kurrikulum üzrə yeni qiymətləndirmə tapşırıqlarını nəşr edərək istifadəyə vermişik. Həmin tapşırıqlar məhz tənqidi təfəkkür, yazı vərdişləri, yaradıcı yanaşma bacarıqlarını yoxlayırlar. Əgər bununla tanış olsalar, görərlər ki, şagirdlərə monitorinq imtahanlarında testlə yanaşı, açıq suallar, yazı işləri, mətn üzrə işlər, təfəkkürü formalaşdıran tapşırıqlar da verilir. Amma bu tapşırıqları monitorinq imtahanlarında istifadə etdiyimiz zaman əldə olunan statistikaya baxın. Biz gərək əvvəlcə bunu elmi müstəvidə müzakirə edək. Artıq bizim tərəfimizdən bu işlər aparılır. 2014-cü ilə dair nəticələr ictimaiyyətə təqdim olunub və saytımızda (http://tqdk.gov.az/activities/monitorinq-exam/) yerləşdirilib. Bu material daha geniş şəkildə Təhsil Nazirliyinə təqdim edilib. 2015-ci ilə aid olan materiallar da bu yaxınlarda ictimaiyyətin diqqətinə çatdırılacaq. Biz yeniliklər edirik, ancaq bunu görmək istəmirlər, bizə məsləhət görürlər ki, bunu dəyişmək lazımdır. Bir misal gətirim: Biz 2005-ci ildə ilk dəfə magistraturaya qəbul imtahanını tamamilə yeni formada keçirəndə – bakalavrların məntiqi təfəkkürünü yoxlayanda bizə çox saylı iradlar tutuldu ki, bu, lazım deyil. İndi isə müəyyən olunub ki, nəinki magistr olmaq istəyən bakalavrların, hətta bakalavr olmaq istəyən abituriyentlərin də məntiqi təfəkkürünü yoxlamaq lazımdır. Bu fikirlər indi səslənilir. Bunu tətbiq etmək üçün şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək lazımdır. Kurrikulum islahatı da elə buna yönəlmişdi. Ancaq bu, nə dərəcədə özünü təsdiq edə bilib? Mən təklif edərdim ki, mütəxəssislər 6-7-ci sinif şagirdləri arasında Azərbaycan bölməsi üzrə “Ana dili”, rus bölməsi üzrə “Rus dili” və “Riyaziyyat” fənni üzrə monitorinq imtahanlarının nəticələri ilə tanış olsunlar və fikirlərini bildirsinlər. Sözün düzü, monitorinq imtahanlarının elmi nəticələrinin açıqlanmasından sonra bu məsələnin elmi müstəvidə geniş müzakirə olunacağını gözləyirdim. Amma bizə bu materialla əlaqədar sual ünvanlanmadı. Bu məsələləri bizimlə müzakirə etmək istəyənlər 2015-ci ildə keçirilmiş monitorinq imtahanlarının 400 səhifəlik nəticəsini oxumalıdırlar. Biz bütün mütəxəssisləri müzakirələrə dəvət edirik.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles