Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Elmira Şabanova: “Ceyhun Mirzeyev dedi, ona getme, böyüyüm, seni alacağam” – MÜSAHİBƏ

Elmira Şabanova: “Ceyhun Mirzəyev dedi, ona getmə, böyüyüm, səni alacağam” - MÜSAHİBƏ

04/03/2016

12:06


04.03.2016 / 12:02 xeber –

 

Xalq artisti Elmira Şabanovanın APA-ya müsahibəsi

 

…Ömrünün 75-ci ilini yaşayır Elmira xanım. Zarafata salsa da, gülüb keçsə də, yaşın gətirdiyi sıxıntını hər addımında, hər kəlməsində hiss edirəm. Kompliment de, təriflə, gözəlliyini “üzünə vur”, nə xeyri, əlini qaldırır ki, yetər! İndi ona Anna Maniyaninin qrim ustalarına etirazı da təsəlli vermir: “Üzümdəki qırışlara toxunmayın, onlar mənə baha başa gəlib!”. 

 

Ömrünün ən gözəl günlərini səhnədən uzaq yaşayıb. İnciyib, uşağını götürüb evdən gedib, amma sonda yenə ailəsini tutub, övladlarını böyüdüb. “Peşman deyiləm” desə də, itirdiyi filmlərin, tamaşaların acısını çəkir, bilirəm. Onu xoşbəxt edən başqa dəyərdir: tək deyil. Övladlar, nəvələr, nəticələr kinonun gətirdiyi şöhrətdən daha gözəldir. Və Elmira Şabanova o dəyərin ləzzətini halal haqqı kimi doya-doya yaşayır…

 

Bir də söykənəcəyi başqa dəyər var: yetişdirdiyi tələbələri. O tələbələr ki, onlara nəinki müəllimə Şabanova, bütün Azərbaycan mədəniyyəti söykənir…

 

* * *

 

– Mənim həyatım gur olub, həmişə iş başında olmuşam. Kino, teatr, müəllimlik, ailə, uşaqların qayğısı… Bundan savayı, yoldaşım da rejissor idi. Onu çox istəyirdim. Kino təqdimatlarından sonra hamı yığışıb bizə gəlirdi, qonaqlıq olurdu. Bir də gördün, qapı açıldı, girdilər evə. Kimlər gəlməyib? Anar, Emin Sabitoğlu, Eldar Quliyev, Rasim Ocaqov, Rüstəm İbrahimbəyov… Tez-tələsik nə isə hazırlayırdım, biş-düş edirdim. Görünür, o cür qaçaqaç həyatdan yorulmuş kimi dincəlirəm. Hər yerdən uzaq olmaq istəyirəm. Televiziyalar verilişə çağırır, getmirəm, müsahibə vermirəm, seriallar dəvət edir, çəkilmirəm. Evdən çıxmaq istəmirəm. Belə həyat mənim ürəyimdəndir. Sən məni başa düşürsən də, nə demək istəyirəm? Necə deyim, bu həyat məni qane edir, özümü rahat, xoşbəxt hiss edirəm. İndi nəticələrim üçün yaşayıram. Təki hamıya qismət olsun. Nəticə necə şirin olurmuş, ilahi. Həmişə düşünürdüm ki, ən çox uşaqlarımı sevəcəyəm. Sonra nəvələr oldu, iki qız nəvəm ərə getdi, nəticələrim doğuldu. Canım gedir onlar üçün.

 

– Elmira xanım, sizin nənəniz fransız olub?

 

– Hə, ulu nənəm fransız idi. Babamın atası neft milyonçusu olub. Gedib Fransaya, arvadını ordan gətirib. Qadının adı Turye olub, babam onu dəyişdirib edib Dürrə. Müsəlmanlığı qəbul edib, çadra taxıb. O qadın babamın atasını çox sevib, ona görə, dinini də dəyişib, həyatını da.

 

“Ceyhun Mirzəyev dedi, o kişiyə getmə, böyüyüm, səni özüm alacağam”

 

– Deməli, ona görə sizə deyirmişlər ki, bir suyunuz fransızlara çəkir…

 

– Deyirlər, məndə fransız cizgiləri var. Sənə bir hadisəni danışım. Yoldaşım rəhmətə gedəndən sonra bizdən yuxarı mərtəbəyə fransızlar köçmüşdü. Üç nəfər idilər, Bibiheybətdə işləyib, kirayə qalırdılar. O fransızlardan biri mənə vuruldu. Fransızcanı az-çox bilirəm. Görürdüm, tez-tez bizə gəlir, deyir, evdə darıxıram. Mən də heç nə başa düşmürdüm. Gəlinim “tyotya Elmira, o kişi səni sevir”, dedi. Qəribə hadisədir. 60 yaşlı subay kişi idi. Məlum oldu, onun cavanlıqda sevdiyi qız eynən mənə oxşayıbmış. Şəklini də göstərdi, gördüm, hə, oxşayır. Oğluma dedi, sizin ananızla evlənib Tuluzaya aparmaq istəyirəm. Əlbəttə, məhəbbət olsaydı, bəlkə də gedərdim. Amma mən həmişə bir insanı sevmişəm, o da həyat yoldaşım Rüfət idi.

 

– Sizi Ceyhun Mirzəyev də sevib…  

 

– (Gülür). Ceyhun mənə vurulanda balaca uşaq idi. Qoy lap əvvəldən danışım. Allah rəhmət eləsin, SSRİ xalq artisti Məhərrəm Haşımov bizə dərs deyirdi. O, Rus Dram Teatrının direktoru idi. Tələbələrini teatra təcrübəyə aparırdı. Rüfət də teatra dostlarının yanına gəlib-gedirdi. Görürdüm, altdan-altdan mənə baxır, göz qoyur. Bir gün dedi, filmə çəkilmək istəyirsiniz? Mən də cavan qız, birinci kurs tələbəsi. Dedim, əlbəttə, istəyirəm, amma atam-anam qoymaz. Gedib danışdı, razı saldı, məni apardılar Nabrana. “Əsl dost” filminin çəkilişi gedir, yaradıcı heyətin hamısı cavan uşaqlardır. Məsələn, Eldar Quliyev yadıma düşür. Cavan assistent idi. Rüfət hamıya tapşırmışdı ki, bu qızı incitməyin, onunla evlənəcəyəm. Məndən də 17-18 yaş böyük. Ceyhun Mirzəyev də məndən beş-altı yaş balaca olardı. Bir dəfə gördüm, hamının başına dolandığı bu suyuşirin uşaq heç kimə yaxın getmir, qaşqabağını sallayıb oturub. Soruşdum, Ceyhun, nolub sənə? Birdən qayıdasan ki, o kişiyə getmə, böyüyüm səni özüm alacağam.

 

– İstəyirəm, ailənizdən danışaq. Atanız, ananız kim olub?

 

– İmkanlı ailədə böyümüşəm. Atam əvvəl zavod direktoru, sonra SSRİ Ali Sovetinin deputatı olub. Əvvəl istəyirdim Moskvada aktyorluq təhsili alım. Anam bilirdi, atamın xəbəri yox idi. Birinci imtahandan keçmişdim, ikincidə Moskvadakı qəbul komissiyasına zəng etmişdi ki, onu oxumağa qoymayacağam, imtahandan kəsin. Məni qaytardılar, gəlib Bakıda aktyorluq və rejissorluq fakültəsini oxudum. Birinci kursda ailə qurdum, uşaqlar oldu. Yoldaşım qadağa qoydu: nə kino, nə teatr. Gecələr ağlayırdım. Deyirdim, sən rejissorsan, heç olmasa, özün çək. Mehdi Məmmədov bir tərəfdən çağırır, Tofiq Kazımov o biri tərəfdən dəvət edirdi. Tofiq Kazımov “Hamlet”i hazırlayanda Amaliya Pənahova hamilə idi. Məni çağırdı ki, gəl, Ofeliyanı oyna. Rüfət razılıq vermədi. Tofiq müəllim mədəniyyət nazirinin müavini Cəfər Cəfərova demişdi, Ofeliya rolunda Elmiranı görürəm, ona da icazə vermirlər. Cəfər müəllim Rüfəti çağırdı ki, Elmira istedadlı qızdır, qoy səhnəyə çıxsın. Rüfət dediyindən dönməyib: istəmirəm mənim arvadım səhnəyə çıxsın. Cəfər müəllim əlini Rüfətin çiyninə qoyub ki, afərin. Şamil Mahmudbəyov “Romeo mənim qonşumdur” filmini çəkəndə dəvət elədi, yenə icazə ala bilmədim. Söz vermişdi, 40 yaşdan sonra icazə verəcəyəm. Sözünün üstündə kişi kimi durdu. O zaman aktrisa olmaq çox pis səslənirdi. O vaxt da olub, indi də davam edir: elə aktrisalar var, bizim adımızı ləkələyirlər. Ailəyə ki xəyanət elədin, elə bil, oğurluq etmisən. Ailəsi, uşaqları olan aktrisa gərək möhkəm olsun. Rüfət məni ona görə çox istəyirdi ki, inanırdı. Hətta tələbələrim mənə vurulurdu. (Gülür).

 

“Tələbələrim dünyasını dəyişəndə çox pis oluram. Deyirəm, ilahi, mən nə çox yaşamışam”

 

– Tələbələriniz kimlər olub?

 

– Sən de ki, kimlər olmayıb. Rasim Balayev, Nuriyyə Əhmədova, Şahmar Ələkbərov, Həsən Əbluc, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, Musiqili Teatrın direktoru Əliqismət Lalayev. Çox e, çox olub. Tələbələrim dünyasını dəyişəndə çox pis oluram. Deyirəm, İlahi, mən nə çox yaşamışam.

 

– Film təklifləri var?

 

– İndiki rejissorlarla bir az ehtiyatla davranıram. İlqar Safatın “İçərişəhər”, Elçin Musaoğlunun “40-cı qapı” filmlərində çəkildim. İstedadlı uşaqlardır, üstəlik, Elçin mənim tələbəmdir, ona görə razılıq verdim. Bilirsiniz, aktyoru aktyor edən ssenaridir, dramaturgiyadır. Məsələn, Yuli Qusman bir dəfə məni dəvət etdi, qəbul etmədim. Nə ssenari xoşuma gəldi, nə rolum. Oğlum Fuad Şabanov Moskvada seriallar çəkir. O vaxt Qusmanla bir yerdə işləyirdi. Qusman da bir az səs-küylü adamdır, aktrisaların üstünə qışqırır, ona görə Fuad razı olmadı. Bizim ailə hamısı kino xadimidir. Qızım Leyla Film Fondunda işləyir, Fuad Moskvada filmlər çəkir, neçə serialı “ORT” və “RTR” kanallarında nümayiş olunub. “Düşünülməmiş həyat” serialının hazırda böyük reytinqi var. Amma Fuadın arzusudur ki, Azərbaycan üçün filmlər çəksin. Məsələn, Qafqaz Albaniyası haqqında kino çəkmək istəyir, amma vəsait böyükdür deyə, sponsor axtarır. Bilirsən, indi zəmanə dəyişib. Əvvəllər son sözü rejissor deyirdi. İndi filmin sahibi prodüserdir. Rasim Ocaqov “Otel otağı” filmini çəkəndə məni Fəxrəddin Manafovun arvadı rolunda çəkmək istəyirdi. Kərimin arvadı Tamilla. Özü də Rasim məni yoxladı, sonra məlum oldu ki, filmin prodüseri öz adamının çəkilməyini təklif edib.

 

– “Təhminə” filmində Rasim Ocaqovdan Zaurun anası rolunu istəmisiniz, verməyib?

 

– Hə, istəmişəm. Onda hələ Zərnigar Ağakişiyeva söhbəti yox idi. Məni Aliyə roluna dəvət edəndə, dedim, Rasim müəllim, Zaurun anası rolunda kimi çəkəcəksiniz? Məni çəkin də. O da cavab verdi ki, Elmira, nə danışırsan, sənin üzündə o qədər nur var, Təhminəyə qayınanalıq edə bilməzsən.

 

– Yazıçılardan kimləri oxumusunuz?

 

– Natiq Rəsulzadə mənim üçün çox maraqlıdır, onun ssenariləri xoşuma gəlir. Oğlum Natiq Rəsulzadənin “Ev” povesti əsasında yazdığı ssenariyə film çəkmək istəyirdi, Bakıda keçmədi. Mən Əbülfəs Qarayevi çox istəyirəm. O, mənə çox kömək edib. Xalq artisti adını 2006-cı ildə almışam. Halbuki, neçə illər əvvəl almalı idim. Bu da nəyə görə olub? Keçmiş nazir Polad Bülbüloğlu ilə aramızda konflikt yaranmışdı. Məlik Dadaşov Rus Dram Teatrında işləyəndə məni ora dəvət eləmişdi. Sonra direktor oldu. Poladla Məlikin arası yox idi. O vaxt mən Məlik Dadaşovu müdafiə elədim, oldum Polad Bülbüloğlu ilə düşmən. Amma Əbülfəs Qarayev gələn kimi məni çağırdı ki, sizə xalq artisti adı üçün təqdimat yazıram. Amma nazirliyin kino şöbəsi ilə… Nə isə, danışmaq istəmirəm, dərinə getməyək. Kinostudiyanın direktoru Müşfiq Hətəmovu çox istəyirəm, münasibətimiz də əladır. Müşfiq çox yaxşı oğlandır, ona işlərində uğurlar arzu edirəm.

 

– Aktrisalardan kiminlə əlaqəniz var?

 

– Ağasadıq Gəraybəylinin qızı Zemfira Gəraybəyli ilə məktəbdə bir yerdə oxumuşuq, indi də münasibətimizi saxlayırıq. Ağasadıq Gəraybəyli çox yaxşı aktyor idi, çox yaxşı ailə başçısı idi. Bilirsiniz, məndə pis xasiyyət var: məni axtarmırlar, mən də zəng etmirəm.

 

– Sonuncu qonorarınızı hansı filmdən almısınız?

 

– İlqar Safatın “İçərişəhər” filmindən. Yaxşı qonorar verdi mənə. Fuad Poladovdur, Fəxrəddin Manafovdur, mənəm… biz xırda-xuruş qonorara filmə getmirik. Cavan vaxtlarım olsaydı, bəlkə beş manata da çəkilərdim, amma indi o yaş deyil axı. Məsələn, seriallardan zəng vururlar ki, sizi çəkmək istəyirik. Qəsdən elə qonorar deyirəm, bir də zəng vurmurlar. Tutalım, deyirəm gününə 300-500 verin, çəkilim. Bu, kapriz deyil. Sadəcə, çəkilmək istəmirəm. Güzgünü görməyəndə yadımdan çıxır ki, qocalmışam. Elə ki güzgü qabağına keçdim, deyirəm, yox, mən camaat qabağına çıxa bilmərəm. Qocalığa nifrət edirəm.

 

– Ümid edirəm, rejissorlar sizi filmlərə dəvət edəcəklər. İçinizdəki bu qocalıq kompleksini sındırmaq lazımdır…

 

– Hə, komplekslərim var. Hər ili sonuncu ilim kimi yaşayıram, o dünyaya təşrif aparmağa hazırlaşıram. İnan, evdən çıxmaq mənim üçün dəhşətdir. 

 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website