Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

"Uçot derecesinin artırılması kredit faizlerini yükseltmemelidir" – MÜSAHİBƏ

"Uçot dərəcəsinin artırılması kredit faizlərini yüksəltməməlidir" - MÜSAHİBƏ

04/03/2016

14:28


04.03.2016 / 14:27 xeber –

Mərkəzi Bankın uçot dərəcəsini 7%-ə qaldırması xəbəri bu gün hər kəsin diqqətini çəkdi. Bəziləri ciddi narahat oldular. Bankın izahatına görə, makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yeni meylləri nəzərə alaraq, faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçiriblər. Təbii ki, bu izahat sadə vətəndaş üçün aydın olmadı.

 

Lent.az-ın Mərkəzi Bankın son qərarı və ümumiyyətlə ölkədəki bəzi nigarançılıqlara səbəb olan iqtisadi vəziyyətlə bağlı suallarını İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov cavablandırdı:

 

– Mərkəzi Bank son bir ayda ikinci dəfə uçot dərəcələrinin artırılması ilə bağlı qərar verdi. Bu qərarın qəbul edilməsi hansı məqsəddən irəli gəldi və yaxın gələcək üçün hansı nəticələr verə bilər?

 

– Mərkəzi Bank bu qərarla manatla yığımların artırılmasına çalışır. Bununla Mərkəzi Bank manatla yığımlara daha yüksək faiz təklif edir. Daha çox faiz təklif etməklə isə çalışır ki, manatla yığımlar artsın və bu da hazırkı durum üçün prioritet məsələdir. Həmçinin Mərkəzi Bank uçot dərəcəsini artırmaqla mərkəzləşdirilmiş kredit faizləri üzrə təkliflərini özü üçün cəlbedici, rentabelli etməyə çalışır. Uçot dərəcəsinin artırılması isə Mərkəzi Bankın buna uyğun olaraq bölüşdürdüyü kreditlərin daha yüksək faizlə təklif edilməsi deməkdir. Bununla da Mərkəzi Bank kommersiya banklarına daha çox kredit verməlidir ki, onların manat ehtiyatı çoxalsın və manatla daha çox kredit təklif edə bilsinlər. Burda da əsas məqsəd dollarla kreditləşmənin həcmini məhdudlaşdırmaqdır.

 

 

– Mərkəzi Bankın bu qərarı əhaliyə verilən kreditlərin faizlərinin dərəcəsinə necə təsir göstərəcək?

 

– Güman etmirəm ki, kommersiya banklarının təklif etdiyi kreditlərin faizində artımlar olsun. Çünki Mərkəzi Bankın uçot dərəcəsi 7 faizə qaldırılsa da, kommersiya banklarının verdiyi mikrokreditlərin faizi 25-dir, istehlak kreditləri isə 29 faizlə verilir. Uçot dərəcəsi artırılsa da belə, mikrokreditlərin faiz dərəcəsi ilə bağlı 3,5, istehlak kreditlərinin faizlərində isə 4,2 dəfə fərq var. Deməli Mərkəzi Bankın uçot dərəcəsinin artırılması əhaliyə verilən kreditlərin faizlərinin artmasına heç də səbəb olmalıdır. Banklar da kreditlərin faiz dərəcəsinin yuxarı həddini dəyişməməlidir.

 

– Mərkəzi Bankın uçot dərəcəsini artırması ölkədə manat kütləsinin artırılmasına xidmət etdiyi bildirilir. Bu qərardan sonra ölkədə manat kütləsi ilə bağlı vəziyyət necə olacaq?

 

– Burada Mərkəzi Bankın kommersiya banklarına mərkəzləşdirilmiş kredit verməsindən söhbət gedir. Bundan sonra Mərkəzi Bank tərəfindən mərkəzləşdirilmiş kreditlərin verilməsi artırılmalıdır. Bu ölkədə manat kütləsini artırmaq üçün əsas yoldur. Əgər Mərkəzi Bank kommersiya banklarına mərkəzləşdirilmiş kreditləri verərsə, bu bankların manat portfelinin artmasına gətirib çıxaracaq və bu sözsüz ki, dövriyyədə də manatın qəbul olunmasına şərait yaradacaq. Biz əvvəlcədən də demişdik ki, böhran iqtisadiyyatının fəlsəfəsinə uyğun olaraq Mərkəzi Bank məhdudlaşdırıcı deyil, genişləndirici siyasət həyata keçirməlidir. Mərkəzi Bank çalışmalıdır ki, real sektora isti pullar daxil olsun. Real sektora isti pulların daxil olması da kommersiya banklarının manat təminatından asılıdır. Əgər bankların manat təminatı zəifdirsə, real sektor həmin o isti pulları ala bilməyəcək. Mərkəzi Bank son uçot dərəcəsinin artırılmasından sonra birmənalı şəkildə manat kütləsinin artırılmasına başlamalıdır. Artıq manatla mərkəzləşdirilmiş kreditlərin verilməsi Mərkəzi Bank üçün də cəlbedici və rentabellidir. Və bu da real sektorun canlanmasına gətirib çıxara bilər. İndiki vəziyyətdə ölkədə real sektorun canlanmasının yeganə yolu məhz yuxarıda qeyd etdiyimiz formadadır.

 

 

– Manata olan etibarın bərpası və möhkəmləndirilməsi məqsədi ilə bundan sonra hansı addımlar atıla bilər və ya atılmalıdır?

 

– Manata inamın formalaşdırılması strateji məsələdir və qısamüddətli deyil. Bu həm də Mərkəzi Banka inamın formalaşmasından keçir. Yəni Mərkəzi Banka olan inam da tam formalaşmalıdır ki, manata da inam möhkəmlənsin. Biz əvvəldən də təklif etmişdik ki, Mərkəzi Bank manatla olan əmanətlərə güzəşt tətbiq etsin. Çox təəssüf ki, Mərkəzi Bank buna getmədi, amma bu çox vacib idi. Əgər birinci devalvasiyadan əvvəl Mərkəzi Bank manatla olan əmanətləri indeksasiya etsəydi, bu zaman nə banklardakı manatla olan əmanətlər geri çəkilərdi, nə də vətəndaşlar evdəki pullarını dollara çevirməkdə maraqlı olardı. İndeksasiya gerçəkləşsəydi manata olan təzyiq kəskin şəkildə azalardı və inam formalaşdırardı. Nəzərə alaq ki, oxşar praktika Qazaxıstan da daxil olmaqla bir sıra ölkələrdə tətbiq edilib. Düşünürəm ki, yenə də gec deyil və Mərkəzi Bank manatla olan əmanətlərin indeksasiyası üzərində düşünməlidir. Güman edirəm ki, bunun üçün yenə də imkanlar var. Ümumiyyətlə, manata olan inam çox strateji olacaq. 90-cı illərin əvvəllərində manata inam yox idi, amma sonrakı illərdə manatın davamlı möhkəmlənməsi inam formalaşdırdı və bütün yığımların demək olar ki, milli valyuta ilə həyata keçirilməsinə gətirib çıxardı. Bu həm də ölkənin qeyri-neft sektorunun inkişafından, ölkəyə valyuta axının yaranmasından asılı olan məsələdir. Ümumiyyətlə, düşünürəm ki, Mərkəzi Bankın uçot dərəcələrini artırması, mərkəzləşdirilmiş kreditləşmə sistemini yaratması manata olan inamın dəstəklənməsinə xidmət edə bilər və etməlidir. Eyni zamanda bu məsələ ölkə iqtisadiyyatının vəziyyətindən, qeyri-neft sektorunun ixrac potensialının artırılmasından asılı olacaq.

 

– Mərkəzi Bankın bəzi səlahiyyətlərini itirməsi və Maliyyə Bazarlarına Nəzarət Palatasının banklar qarşısında yeni tələblər qoyması bu sahədəki vəziyyətə necə təsir edəcək?

 

– Mərkəzi bankın səlahiyyətlərinin yeni yaradılmış palataya verilməsini doğru addım sayıram. Burada həm iqtisadi, həm də psixoloji faktorlar var. Psixoloji məqam ondan ibarətdir ki, ölkədə baş verən iki devalvasiyadan sonra Mərkəzi Bankla yanaşı, milli valyutaya və banklara olan inamın azalmasına gətirib çıxarıb. Bu səlahiyyətlərin vətəndaşların inandığı bir quruma verilməsinə ehtiyac yaranmışdı. Banklara nəzarətin gücləndirilməsinə gəlincə, bu da çox vacibdir. Problemli kreditlərin həcminin artması və dollarlaşma prosesi kimi məsələlərin qarşısını Mərkəzi Bank ala bilmədi. Səlahiyyətlərin palataya verilməsinə gəlincə, bu yeni bir qurumdur və digər qurumlardan fərqli olaraq publik hüquqi şəxsdir. Bunlar da həmin palataya yeni manevr imkanları verir. Palata həm xidmət müqaviləsi ilə insanları cəlb edə, həm borclana, hətta özü də maliyyə bazarına daxil ola bilər. Beləliklə bu palatanın səlahiyyətləri geniş olacaq. Banklara nəzarətin gücləndirilməsinə gəlincə, bunlar iqtisadiyyatın mühərrikidir. Əgər iki devalvasiyadan sonra bank sektoru mövqelərini qoruyub saxlaya bilmirsə bu ölkə iqtisadiyyatının mühərrikinin xarab olması deməkdir. Ona görə banklara nəzarətin gücləndirilməsi və bank öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin artırılmasına, verilmiş kreditlərin qaytarılması üçün yeni mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var. Əgər bank vətəndaşa verdiyi krediti geri ala bilməyəcəksə, digər vətəndaşın bu banka qoyduğu əmanəti də qaytarmaq iqtidarında olmayacaq. Ona görə də Qazaxıstanda, Qırğızıstanda olduğu kimi müəyyən kompensasiya mexanizmlərinin yaradılması, yaranmış fərqin 3 tərəf arasında bölüşdürülməsinə ehtiyac var. Yardım etmək lazımdır ki, banklar kifayət qədər böyük kredit portfelinin geri qaytara bilsin.

 

– Artıq manat mart ayında dollar qarşısında 2 faizdən artıq dəyər itirib. Dolların bahalaşması davam edə bilərmi?

 

– Bəli, ümumiyyətlə, Mərkəzi Bank qabaqlayıcı addımlar atmalıdır. Mart bayramlar ayıdır və bir həftədən artıq qeyri-iş günü olacaq. Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti artıq ləğv edildiyinə görə, yalnız bank və bank şöbələri valyuta satışı ilə məşğul olur. Yəni bu o deməkdir ki, bayram günlərində həmin bank və bank şöbələri də işləməyəcək. Dollar alıb-satmaq istəyən şəxslərə ciddi problemlər yaranacaq. Beləliklə, qara bazarın yaranma ehtimalı böyükdür. Ümumiyyətlə, ölkədə valyutadəyişmə sistemini formalaşdırmaq lazımdır. Hazırda bu sahədə çox ciddi problemlər var. Xüsusi ilə insanlar şənbə-bazar günləri banklar işləmədiyi üçün çətinlik çəkir. Əgər Mərkəzi Bank qarşıdakı istirahət günləri ilə bağlı hər hansı tədbirlər görməsə, valyutadəyişmə mexanizmi formalaşdırılmasa manatın məzənnəsinə təzyiqlərin yaranması və manatın hissediləcək dərəcədə dəyər itirməsi qaçılmazdır.

 

– Son günlərdə dünya bazarında neftin qiyməti 35-37 dollar arasında sabitləşib və bahalaşma tempi müşahidə edilir. Yaxın gələcək üçün neftin qiyməti ilə bağlı hansı proqnozlar var?

 

– Deyirlər ki, neftin qiyməti 40 dollardan artıqdırsa, iqtisadçılar, 40 dollardan aşağıdırsa bu barədə siyasətçilər proqnoz verməlidirlər. Hələ ki, neftin qiyməti siyasətçilərin proqnozlaşdıracağı səviyyədədir. İndiki vəziyyətdə neftin qiymətindəki artım bir çox ölkələrin hasilatı dondurması, OPEK-in bazara çıxarılan neftin həcminin azaldılacağı ilə bağlı açıqlamalar yayması, eyni zamanda ABŞ-da hasilatın azalması, istehlakın artması, yaz-yay mövsümi ilə bağlı benzinə tələbatın artması ilə bağlıdır. Həmçinin bir çox istehsalçı ölkələr də neftin kəskin bahalaşmasında maraqlı deyil. Çünki neft bahalaşdıqca alternativ enerji ehtiyatlarının axtarışı və şist neftindən istifadə artır. İndiki şəraitdə istehsalçı ölkələr üçün neftin qiyməti 40-50 dollar arası stabilləşərsə bu həmin ölkələr üçün cəlbedici qiymət ola bilər. Çünki bu gün əsas məqsəd qiymətin stabilləşməsidir. Neft ölkələri üçün neftin qiymətinin stabilləşməsi çox vacibdir. Həm bu ölkələr öz xərc və gəlirlərini hesablaya bilər , həm də investorlar öz gəlir-çıxarlarını müəyyənləşdirərlər. Amma bütün tədbirlərə baxmayaraq vəziyyət başqa cürdür. Dünya bazarında neftə olan tələbin 94 milyon barel olmasına baxmayaraq təklifin 97 milyon barel olması öz təsirini göstərir.

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles