10.03.2016 / 04:46 xeber –
Türkiyənin Marmaris rayonunun Bördübet səmtində meşə yanır.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, hələ ki, yanğını söndürmək mümkün olmayıb. Hadisə yerinə ətraf rayonlardan da yanğınsöndürənlər cəlb olunub. Yanğının martın 9-u axşam satlarında bilinməyən səbəblərdən baş verdiyi bildirilir.
Qeyd edilir ki, ərazidən havaya yüksələn tüstünü görənlər yanğınsöndürənlərə zəng ediblər. Yanğın baş verən meşəyə dərhal yanğınsöndürən maşınlar göndərilib.
Əsən külək yanğının söndürülməsinə mane olur. Alov 30 hektar ərzini əhatə edir.
mənbə :
lent.az
Şərh yaz.