10.03.2016 / 11:08 xeber –
IV Qlobal Bakı Forumunda dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların mesajları çatdırılıb.
APA-nın məlumatına görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron müraciətində bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb. O qeyd edib ki, forum əməkdaşlıq sahəsində gözəl bir platforma yaradır: “Forumun işinə uğurlar arzulayıram”.
Daha sonra Kanadanın baş naziri Justin Trudonun videomesajı nümayiş etdirilib. O, beynəlxalq əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb: “Ümid edirəm ki, ruhlandırıcı şəkildə irəliyə doğru inkişaf edə biləcəyik”.
UNESCO baş katibi İrina Bokova videomesajında qeyd edib ki, bəşəriyyətin ümumi dəyərləri inkişaf etdirilməlidir.
mənbə :
lent.az
Şərh yaz.