Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

İddia:“KQB agentindən Samir Şərifovla bağlı şok ittihamlar – Kremlə işləyən “üçqat agent”

İddia:“KQB agentindən Samir Şərifovla bağlı şok ittihamlar – Kremlə işləyən “üçqat agent”


13:07

samir
Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın “Qordon” agentliyinə müsahibəsində Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib. O, özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib.
Andropov adına Xarici Kəşfiyyat İnstitutunda Putinin kurs yoldaşı olmuş Yuri Şvets bütün dünya üzrə fəaliyyət göstərən və bu gün də işləməkdə davam edən sovet və Rusiya agenturası barədə yeni kitab yazmağa başlayıb.
1980-ci illərdə soyuq müharibənin qızğın vaxtlarında Şvets ABŞ–da kəşfiyyatçı olub və Sovet İttifaqının Teleqraf agentliyinin (TASS) müxbiri adı altında fəaliyyət göstərib. O, Amerikanın SSRİ–yə qəfildən mümkün nüvə zərbəsilə bağlı məlumatların toplanması və analizi ilə məşğul olurmuş.
Şvetsin ilk kitabı – “Vaşinqtonun rezidensiyası: Amerikada KQB–nin casusu kimi mənim həyatım” 1994-cü ildə ABŞ–da sığınacaq alandan dərhal sonra qələmə alınıb və müəllifi məşhurlaşdırmaqla yanaşı, həm də yaxşı satılıb.
Onun yeni kitabında haqqında danışılan Azərbaycanın yüksək vəzifəli məmuru isə maliyyə naziri Samir Şərifovdur. Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb.
– Yeni kitabınızda müxtəlif vaxtlarda Rusiya, Türkiyə və ABŞ xüsusi xidmət orqanlarına işləyən, hazırda isə yenidən Kreml tərəfindən ələ alınan üçqat agentdən bəhs edirsiniz. Üstəlik, iddia edirsiniz ki, həmin üçqat agent Azərbaycanın maliyyə naziri Samir Şərifovdur

– Bunu mən özümdən demirəm. Bu məlumat Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrin məlumatıdır. Bu məlumatların üzərində hələ FTB–nin məşhur əməkdaşı, Harkotiklərə Qarşı Mübarizə Agentliyi və daha sonra mənim biznes tərəfdaşım Bob Levinson işləmişdi.
Bobun Rusiya və Ukrayna üzrə bütün işləri praktik olaraq mənim vasitəmlə keçirdi. Biz Rusiyada yaşayan və Federal Təhlükəsizlik Xidməti tərəfindən ələ alınan bir neçə amerikalı ilə bağlı məsələnin üstünü açmışdıq, Rusiya xüsusi xidmət orqanlarının bəzi əməkdaşları ilə gizli işgüzar əlaqələr qurmuşduq, onlardan vacib agentura məlumatları alırdıq. İndi çoxlarına inanılmaz görünür, amma hələ 2003-cü ildə Rusiyanın Federal Təhlükəsizlik Xidmətində cəmi 30 min dollara bütöv agentura işini əldə etmək mümkün idi. Mən bu cür razılaşmaların baş tutduğu konkret halları da bilirəm.

– Qayıdaq Azərbaycanın maliyyə naziri Samir Şərifova. Sizin mənbəniz bu yüksək vəzifəli şəxs barədə konkret nə öyrənmişdi?
Mənbələrin sözlərinə görə, əldə olunan məlumatlar Rusiya kəşfiyyatına bu nəticəyə gəlməyə imkan verib ki, onların çoxdankı agenti, Azərbaycanın maliyyə naziri Samir Şərifov əslində üçqat agent olub və bəzən paralel olaraq, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına da işləyib. Rusiyalılar əmindilər ki, Şərifovu Türkiyə kəşfiyyatı 1989-1990-cı illərdə Cənubi Yəməndə işlədiyi vaxtlardan ələ alıb. Sonradan o, ABŞ–ın Mərkəzi Kəşfiyyat İdarəsilə əlaqələndirilib və o vaxtdan vacib informasiya mənbəyi və təsir agenti kimi Amerika və Türkiyə xüsusi xidmət orqanlarına işləməyə başlayıb.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətindəki mənbənin sözlərinə görə, Samir Şərifov karyerasına atasının köməyilə başlayıb. Onun atası da Heydər Əliyevin yaxın ətrafına daxil olan şəxs olub. Bu əlaqələr sayəsində Azərbaycan hökuməti onu Kiyev Dövlət Universitetində beynəlxalq əlaqələr fakültəsində təhsil almağa göndərib. Əvvəlcə onu Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna oxumağa göndərmək planlaşdırılıb. Lakin onun sənədləri dövlət təhlükəsizlik orqanlarından keçməyib.

KQB ilə gizli əməkdaşlıq

Kiyev Universitetində təhsil aldığı müddətdə Şərifov KQB ilə gizli əməkdaşlıq edib. Sovet İttifaqının dağılmasından az əvvəl agentura işlərinin əksəriyyəti Ukraynadan Moskvaya gətirilmişdi. Onların arasında Şərifovun da agentura işi vardı.
Şərifovun işi ilə tanış olan KQB zabitlərindən biri kompromatla ələ alınıb. Onu “qara bazar”da qanunsuz əməliyyatlar zamanı tutublar. O, xarici valyuta ilə əməliyyatlar həyata keçirirmiş. Sovet İttifaqı zamanında bu cür böyük miqyaslı əməliyyatlar 10 ilə qədər həbs cəzasına, hətta ölüm hökmünə gətirib çıxara bilərdi. Amma Şərifovun “qara bazar”dakı əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə böyük olmayıb və KQB ona göz yumub. Həticə olaraq, onun Kiyevdə təhsil aldığı dövrdə heç bir ciddi qalmaqal baş verməyib.
Kiyev Dövlət Universitetində təhsilini başa vurandan sonra Şərifov Bakıya qayıdıb və Azərbaycanın Xarici Ticarət Nazirliyinin xarici iqtisadi əlaqələr şöbəsində işləməyə başlayıb. 1988-cu ildə Heydər Əliyevin dəstəyilə o, Cənubi Yəmənə işləməyə göndərilib. Əvvəlcə tərcüməçi işləyib, daha sonra sovet hərbi texnikasının Cənubi Yəmənə göndərilməsilə məşğul olan qrupa düşüb. Bu vəzifədə o, KQB-nin xarici kəşfiyyatla məşğul olan Birinci Baş İdarəsinin nəzarəti altında agent kimi fəaliyyət göstərib. Ciddi xoşagəlməz hadisəyə qədər KQB onun əməkdaşlığından razı idi.

Şərifov Cənubi Yəməndə

Mənbənin sözlərinə görə, 1990-cı ildə sovet silahları ilə dolu iki böyük nəqliyyat Cənubi Yəmən yolunda yoxa çıxıb. KQB hərtərəfli araşdırma aparıb və müəyyənləşdirilib ki, “düşmən xarici kəşfiyyat xidməti Cənubi Yəməndə xidmət edən sovet agentinin ələ alınmasından sonra onun vasitəsilə bu nəqliyyatlar barədə xəbər tutub. Bu zaman Şərifov əsas şübhəlilərdən biri olub. Çünki KQB-nin Cənubi Yəməndəki rezidenturası onun Türkiyə kəşfiyyat xidmətinin nümuyəndələri ilə konfidensial əlaqələri barədə sübutlar əldə etmişdi. Bu əlaqələr KQB ilə razılaşdırılmamışdı. Araşdırmaların davamı və sorğu-sual üçün o, dərhal Moskvaya çağrıldı. Az sonra Sovet İttifaqı dağıldı və bu da Şərifovu xilas etdi.

2005 hadisələrində Şərifovun rolu

KQB-nin əlində Şərifovun Türkiyə kəşfiyyatı tərəfindən ələ alınması və ikiqat agentə çevrilməsi barədə birbaşa sübutlar olub. Mənbənin sözlərinə görə, Türkiyə xüsusi xidmət orqanlarının nəzarəti altında agentin nəinki geniş informasiya imkanları olub, o, hətta Azərbaycan hökumətinin tərkibinə təsir göstərməyə qadir olub. Mənbə xüsusən onu qeyd edir ki, 2005-ci ildə Bakıda bir sıra yüksək vəzifəli şəxslərin həbsilə nəticələnən dövlət çevrilişi cəhdinin “üstünün açılması” üçün də Şərifovdan istifadə olunub. Təxminən bu vaxtlarda Şərifovun “məsləhət xidmətinə görə” ona Türkiyənin “Torcas” şirkəti vasitəsilə aybaay ödənişlər edilməyə başladı. Rusiyanın xüsusi xidmət orqanları belə hesab edirlər ki, Türkiyə NATO üzvü kimi, əldə etdiyi kəşfiyyat məlumatlarını ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsilə bölüşür. Hadisələrin sonrakı inkişafı Rusiya xüsusi xidmət orqanlarında əminlik yaratdı ki, Şərifov üzərində işə ABŞ kəşfiyyatçıları da qoşulub.

1992-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinə gizli şəkildə xəbər verib ki, amerikalılar Azərbaycanın Beynəlxalq Valyuta Fonduna üzvlüyü ilə bağlı danışıqlarda Şərifovun da iştirakında israrlıdır.

BVF-nin Bakı ofisindən oğurluq

Bu, Sovet İttifaqının dağılmasından az sonra tutqun bir vaxta təsadüf edirdi. Ona görə də Azərbaycan hökumətində heç kim soruşmadı ki, amerikalılar niyə Şərifova görə canfəşanlıq edirlər. Bununla belə, Milli Təhlükəsizlik Hazirliyi buna şübhə ilə yanaşdı. Çünki Şərifov heç vaxt amerikalılarla işləməmişdi və ABŞ-la heç bir əlaqəsi olmamalı idi. Amerikalıların birdən-birə Şərifovla iş görmək istəməsi Bakıda və Moskvada böyük şübhə ilə qarşılandı. Azərbaycanın təhlükəsizlik nazirliyi Şərifovun ABŞ hökumətilə şübhəli əlaqələrini araşdırmağa başladı, lakin birdən gözlənilməz hadisə baş verdi: Beynəlxalq Valyuta Fondunun Bakı nümayəndəliyinin ofisinə gecə yarısı naməlum şəxslər daxil olaraq, 1992-ci ildəki danışıqlara aid bütün materialları oğurladılar. Şərifovla bağlı araşdırmalar yenidən tilsimə düşdü

Xələf Xələfovun vasitəçiliyi

скачанные файлыRusiya KQB-sindəki mənbənin sözlərinə görə, bir müddət sonra ABŞ-ın kəşfiyyat icmasına sızmaq mümkün oldu. Nəticədə, bir çox başqa məsələlərlə yanaşı, həm də o məlumat əldə olundu ki, Şərifov gizli agentə çevrilib. Əldə olunan məlumata əsasən, Şərifov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Yucin Boll (qanun pozuntusundan qaçmaq üçün soyad dəyişdirilib) tərəfindən, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun köməyilə ələ alınıb. Xələfovun özünün də ABŞ xüsusi xidmət orqanları ilə gizli əlaqələri vardı…

Şərifovun “xəyanəti

Şərifovun “xəyanəti” ilə bağlı əlavə araşdırmalar aparmaq məqsədilə Rusiyanın xüsusi xidmət orqanları onun ABŞ-da və Böyük Britaniyada mümkün bank hesabları barədə məlumatlar əldə etməyə cəhd göstərdilər. Bu məqsədlə onlar çirkli pulların yuyulması ilə bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırılan bir neçə işdən istifadə olunaraq, İnterpola müraciət ediblər. Sorğuların köməyilə əldə olunan məlumatlar sübut edib ki, Şərifovun ABŞ və Böyük Britaniyadakı hesabları barədə məlumatlar bu ölkələrin xüsusi xidmət orqanları tərəfindən bloklanıb.
Rusiya xüsusi xidmət orqanları Şərifovun ABŞ tərəfindən yenidən ələ alınmasından məyus olsalar da, onunla işbirliyini davam etdirmək qərarı verdilər. Çünki o, çox məlumatlı və təsir gücü olan məmur idi və bu baxımdan onunla əlaqələrə son qoymaq məqsədəuyğun deyildi. Bundan başqa, ümid vardı ki, Rusiya ilə əməkdaşlıqda maliyyə maraqları onun ABŞ-dan dəstək almaq maraqlarına üstün gələcək. Başqa sözlə, onu satın almaq qərarı verilmişdi. Həmçinin Rusiya xüsusi xidmət orqanları hesab edirdi ki, əllərində Şərifovun öz ölkəsinə ciddi ziyan vurduğunu təsdiqləyən kifayət qədər sübutlar var. Bunun sayəsində şantaj yolu ilə onu yenidən əməkdaşlığa məcbur etmək olar. Bu məqsədlə Rusiya Federal Təhlükəsizlik Xidməti Şərifova Rusiyanın “Rosoboroneksport” və “”Rosvoorujenie” kimi müəssisələrilə spesipik hesab oluan danışıqlarda kömək elədi, həmçinin ona bir neçə dəfə böyük məbləğdə ödənişlər edildi. Bu ödənişlər “Lukoil” və “Uralsib” bankındakı depozit hesablar vasitəsilə həyata keçirilib.

“Çirkli” maliyyə əməliyyatları

Rusiya xüsusi xidmət orqanları eyni zamanda, Şərifovun “çirkli” maliyyə əməliyyatlarını da izləyirdilər. Xüsusən ruslar 2009-cu ildə “Hikoil” bankın Bakı filialı vasitəsilə həyata keçirilən maliyyə əməliyyatı zamanı 600 min min barrel Azərbaycan neftinin Yeni Zelandiyanın “Semato Energy Group Limited” şirkətinə satışından Şərifovun “otkat” əldə etdiyini aşkarlamışdılar

Mənbənin məlumatından belə aydın olur ki, Xarici işlər nazirinin müavini Xələf Xələfovla birlikdə fəaliyyət göstərib…

– Üstəlik, daxil olan məlumata görə, Şərifovun ələ alınmasına faktiki xarici işlər nazirinin müavini kömək eləyib.

– Elə düşünmürsünüzmü ki, Kremllə münasibətlərin gərginləşməsilə əlaqədar Türkiyə iki azərbaycanlı naziri yenidən öz tərəfinə çəkərək ələ ala bilər?

– Nəzəri cəhətdən bu mümkündür. Lakin indiki halda, mənə elə gəlir ki, vacib sual budur: kim bu işə daha çox pul xərcləməyə hazırdır?

– Bəs kimin pulu daha çoxdur: Türkiyə, yoxsa Rusiya kəşfiyyatının?

– Qoy bu məsələni Türkiyə, ABŞ və Rusiya xüsusi xidmət orqanları aydınlaşdırsın.

– Üçqat agentlə bağlı məlumatı üzə çıxarmaqla siz hansı xal qazandırırsınız? Siz Rusiya-Türkiyə münasibətlərinin Suriyaya görə pisləşdiyini və Putinlə Ərdoğanın hər ikisinin bu məsələdə öz maraqlarından çıxış etdiyini yəqin ki, nəzərə alırsınız…

– Sözsüz ki, mən bu konteksti nəzərə alıram və başa düşürəm ki, agentura məlumatının yayılması və mənim gələcək kitabım Putin rejiminə zərbə vuracaq.

– Sizcə prezident İlham Əliyev yaxın adamının əvvəl Rusiyaya, sonra Türkiyəyə, ardınca ABŞ-a, indi yenidən Rusiyaya işlədiyini biləndə necə addım atacaq?

– Anlayışım yoxdur. Amma prezidentin indi həll etməli olduğu məsələ kifayət qədər aydındır: üç xarici ölkənin xüsusi xidmət orqanlarına işləyən yaxın məmurla necə davranmalı. Və bunlardan da biri Azərbaycana dost olmayan ölkədir.(azadlıq.info)

15
 Şərhlər (22)
VIDADI GOYCE bosh cefengiyat,bu shvets ozu en meshur satqindir,amerikada oturub,kiminse pulu ile sifarishli yazi derc edir.
Mühəndis Bircə biləydik bu Səlim Müslümov hara və kimə işləyir.Bizə işləmədiyi məlumdur…
AZZAMAN ZALIM OĞLU BIĞLARINDAN LAP ŞTİRLİTSƏ OXŞUYUR.
Köhnə Bu kimə sirrdi ki.
Fermer 100% düzdür! Çünki kend teserrüfatının inkişafını her zaman engelleyen Samir Şerifov olmuşdur. Yanı ölkenin maliyye, iqtisadi durumunu bu veziyyete salınması mehz düşünülmüş işlerin neticesidir.
lalə xalis gopdur. məqsəd isə aydındır-Azərbaycan iqtidarında hamını ləkələmək bir nəfər də olsun təmiz adam qoymamaq.Bu kimi yaramaz yazıları ayıbdır cap etmək
anar s uwagda ferasete baxe hamini…gurur duydum sonda ……..iwlediyi melum olmasin
dadaşyev İndi deyəcəklər yalandır,nə bilim olsaydı bilərdik filan.Əşi Bakının göbəyindəcə 45 qanunsuz villa tikilir,bilən olmur hansı kimindi,kimin kim olduğunu kim biləcək ki?
Teqaudcu Kiwi kewfiyyatda iwleyib yazirsiniz ki agent ))) Hmmmm cox maraqli yazidir, eyer yazilanlar tesdiqini tapsa Werifova umer!
dadaşyev Troynoy agent ee.Pay atonnan!Stalini də ötdü ki bu! Stalin gəncliyində Bakıda quldurluq eliyəndə dvoynoy agent olub.Həm qradonaçalnikə işləyib,həm də sosial-demokratlara.Tutar qatıq,tutmaz ayran yəni.İş elə gətirdi ki,qatıq tutdu,Lenin də onu MK-ya üzv eliyəndən və Lenin gorbagor olandan sonra ulduzu parladı.Qatı-qutu salıb Xalq Komissarları Sovetini partiyaya tabe etdirdi,oldu XKS-dən yuxarıda.Bunun amacı nədir görəsən?
GEBER Məqaləyə ğörə cox sağ olun . Bu ğun maraqli və mənali kecdi . Samir Sərifovda nə məlumat ola bilər ? , ki sualdir , daha doğrusu 2 manatliq qiyməti olsun . Ayibdir . Basqa sözum yoxdur.
dadaşyev Stalinə xəbər verəndə ki,Hitler bunkerində özünü öldürüb,Stalin qəzəblə yumruğunu stola çırpıb qışqırır:”Nu,doiqralsya,svoloc?”
Hasan MTN, XİN, MN işi gösterdi ki, siyasətdə sədaqət faktoru vacib olsa da, şərtidir. Üzdə sədaqətli görünənlərin mütləq əksəriyyəti “xəyanətə” meyillidir, sadəcə bunun üçün zaman və məqamın yetişməsi lazımdır. Hökümetde insanları onların üst-üstə düşən maraqları bir araya gətirir və ayırır. Və çox vaxt, yanlış olaraq bunun adını SƏDAQƏT və XƏYANƏT adlandırırlar. Bele çıxır ki, Azerbaycanı agentler idare edir. Yazıqlar olsun.!
Məğrur Bədəlli,Qarabağ əlili Hansı kəşfiyyatın agenti olduğunu bilmirəm, bilirəm ki,bizim pensiyaçı kəşfiyyatçılara ayrılan pulu yaxşıca mənimsəyir.Baxın,Prezident 26.12.20001 tarixli 613 saylı fərman verib ki,Qarabağ əlillərinə və b.kommunal və s. xidmətlərin əvəzi aylıq müavinət(26 m-t) ödənilsin.NK 09.01.2002 tarixli 2 saylı qərarla bu müavinətin verilmə qaydasında Maliyyə N-yinin DSMF-ə pul ayırmasını təsdiq edib.MN-in Aparat rəhbəri Namiq Süleymanov isə yazır ki,bəzi şəxslərə müavinət verilmir.MN-ə bunun dəxli var kimə verilir?
xxx Hansını bir az qurdalayırsan zibili çıxır
Samir 100 faiz real faktıdı.Bu adamların hərəkətinə baxın analız edin. Deyilənlər həqiqətdi.Yalandı deyənlər bunun həqiqət oıduğuni bildikləri ücün təşvişə düşüblər.
Elçin İndi başa düşdünüz dev-ya nədir, bunu niyə ediblər MB böyük miqdarda nağd valyutanı sanksiyalardan əziyyət keçən Rusiyaya verib. Sonra çatışmayan məbləği yerinə qaytarmaq üçün əhalinin cibinə əl uzadıblar. Cəmiyyətə özlərini müstəqil ekspert kimi təqdim edənlərin çoxları bunların adamlarıdı və həmin eks-rin məqsədi onların ağzı ilə millətə deva-nın neftin qiy-nin düşməsi səbəb olub məlumatını sıramaq olub.21.02.2015-də dev-ya baş verəndə neftin qiyməti neçəyə idi diyə düşünün və yaxud Gürcüstanda neftin və qazın olmamasını bilin və onlarda neyə dev-ya olmur sualını özünüzə verin.
Moranli Yazilanlar heqiqetdir,olke iqtisadiyyatini bu gune qoyanlar Samirler, Cahangirler, Elmanlar, Mamedler ve Rufetlerdir! Onlarin da hara ve kimlere ishlemeyleri melumdur,tekce Azerbaycana ishlemirler. Vezifeye teyin edende kimin kim oldugunu bilmelidirler! S.Sherifovun avtobioqrafiyasi aciqlansa her shey aydin olar.O AXC-ni tam baglamaq lazimdir, bu agentleri meydana chixaran,onlari shaxalendiren o teshkilat olubdur.
monoqrafiya Dovletin inkişafını her zaman engelleyen ve xalqi kredit burulqaninda boqan Samir Şerifov olmuşdur. ölkenin maliyye, iqtisadi durumunu bu veziyyete salınması mehz düşünülmüş eclaf işlerin neticesidir.
Emil heresi bir olkeye isleyir(veten xainleridir)
Nazim Faktlar araşdırılsa görərik ki, Mərkəzi Bankın və Maliyyə Nazirliyinin pul-maliyyə sistemində apardığı yarıtmaz siyasət xalqı hökumətdən narazı salmaq məqsədi güdür.(132 % manatın inflyasiysı).Elman Rüstəmov və Samir Şərifov çoxdan istefa verməli idilər. Yəqin cənab Prezident tədbir görəcək.
hespe Her gun memurlarin hagginda KIW-lerde muxtelif materiallar verilir, faktlarla, subutlarla. Deyek ki,KIW-ler yalan danishir,bes hesablama palatasi,bu ki,dovlete tabedir.Hec bir reaksiya yox.Bu xain,satgin kadrlarla sosializmi yixdilar,indi de mustegilliyimizi yixirlar.Olkede butun rejimlere uygunlashan xameleonlardir.Olmayan rayonun bashcisini ishden azad etmek goze kul ufurmekden bashga bir shey deyil….
Şərhinizi əlavə edin:
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)


Maksimum 512 işarə daxil edə bilərsiniz



Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles