Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Qüdret Hesenquliyev: "Kazinoların eleyhine olanların çoxu spirtli içki içir" – SÖHBƏT

Qüdrət Həsənquliyev: "Kazinoların əleyhinə olanların çoxu spirtli içki içir" - SÖHBƏT

12/03/2016

12:14


12.03.2016 / 12:12 xeber –

“Başqa fikrə düşən başıboşlar isə indiyə qədər yalnız özlərinə və yaxınlarına məhrumiyyətlər yaratmağa nail olublar”

 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

 

– Son günlər medianın gündəmindəki əsas məsələ Ukraynanın "Qordon" agentliyində ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalardır. Sizcə, bu cür informasiyaların yayılmasının səbəbi nədir? 

 

– Sözün doğrusu, bu informasiyalar mənə az inandırıcı göründü. Amma hər bir halda müvafiq dövlət orqanları var və düşünürəm ki, onlar bu məsələyə aydınlıq gətirməlidirlər. Belə informasiyaların diqqətdən kənarda qaldığını düşünmürəm. Yəqin ki, bu məsələlər araşdırılacaq. 

 

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, hakimiyyət komandası 1-2 nəfərdən ibarət deyil. Bu komandada çox güclü və təcrübəli siyasi fiqurlar var. Başqa fikrə düşən başıboşlar isə indiyə qədər yalnız özlərinə və yaxınlarına məhrumiyyətlər yaratmağa nail olublar. Prezidentin komandasında hakimiyyəti və dövləti qoruyacaq şəxsi dostluq münasibətlərində olduğu çox cəsarətli və bacarıqlı insanlar var. Ona görə də bu kimi iddiaların hətta təsdiqini tapacağı təqdirdə belə, iddia olunduğu kimi hakimiyyət komandasına ciddi təhlükə yaradacağını düşünmürəm. 

 

Son vaxtlar həm də kadr islahatları aparılır, gənc kadrlar irəli çəkilir. Mən deyərdim ki, sonuncu da daxil olmaqla, bu təyinatlar əsasən uğurludur. Azərbaycana hazırda yaxşı perspektiv vəd edən siyasi məqamlardan biri ondan ibarətdir ki, iqtidar güclüdür və prezident xarizmatik lider kimi öz komandasına tam nəzarət edə bilir, həmçinin xalqdan da dəstək alır. Bu, ona görə yaxşı perspektiv vəd edən bir məqamdır ki, ölkədə islahatların həyata keçirilməsinə çox böyük ehtiyac var. Həm ölkədə, həm də hakimiyyətin daxilində sabitlik təmin olunmayacağı təqdirdə, islahatlar nəinki müsbət nəticə verməz, əksinə xaosa səbəb ola bilər. Ümumiyyətlə, sabitlik pozulsa, dövlətçiliyimiz böyuk təhlükə ilə üzləşəcək. Bu baxımdan xalqın özü də sabitliyi qorumalıdır  ki, islahatlar uğurla davam etdirilsin. Əlbəttə, islahatların nəticələrindən həmişə narazı qalanlar var. Bu, dünyanın ən uğurlu islahatlar aparan ölkələrində də baş verir. İslahatlar kimlərinsə marağına toxunur və həmin adamlar dərhal  təxribat fəaliyyətinə başlayırlar. Onu da nəzərə alaq ki, Azərbaycan şərqlə qərbin arasında dəhliz rolunu oynayır və təbii ehtiyatlarla zəngin, strateji əhəmiyyətə malik ölkədir. Regionda və dünyada bu ölkəni nəzarətə almaq, siyasi hakimiyyətini yönəltmək istəyən böyük güclər var. Sözsüz ki, onlar da sakit dayanmayıblar və heç vaxt da dayanmayacaqlar. Ona görə də düşünürəm ki, Azərbaycan həm xarici, həm də daxili siyasətini elə qurmalıdır ki, ölkədə sabitlik qorunub saxlansın və qeyri-neft sektoru inkişaf etsin. Məncə, bu istiqamətdə işlər aparılır, bizim də tənqid etdiyimiz konkret məqamlar var, amma ümumən bu istiqamətdə işlər gedir və sürətləndirilməlidir. 

 

– İslahatlarla bağlı təklif etdiyiniz məqamlar hansılardır?

 

– Düşünürəm ki, qeyri-neft sektorunun inkişafı üçün sahibkarlara ucuz kreditlərin verilməsi təcili təmin olunmalıdır. Fikrimcə, bu istiqamətdə işlər qənaətbəxş deyil. Dövlət Neft Fondunu təkcə ona görə yaratmamışdıq ki, ölkənin pulu azalanda oradan pul götürüb xərcləyək. Bu fond həm də ona görə yaranıb ki, hansısa məqamda ölkənin maliyyə sistemində problemlər yaranarsa, o zaman bu sistemin yenidən qurulmasına, ölkə iqtisadiyyatının maliyyələşdirilməsi istiqamətində addımlar atılsın. Prezident də vaxtilə hökumət qarşısında bununla bağlı konkret tapşırıqlar qoymuşdu. Amma indi Neft Fondunun vəsaitləri əsasən manatın məzənnəsinin sabit saxlanmasına xərclənir. Ancaq həmin vəsaitin bir hissəsinin Azərbaycan banklarında yerləşdirilməsi və aşağı faizlə sahibkarlara verilməsi qeyri-neft sektorunun inkişafına təkan ola bilər. 

 

Həmçinin ədliyyə sistemində islahatlar sürətləndirilməlidir. Xarici investorlar hüququn və məhkəmə sisteminin onların yatırdığı sərmayələrin toxunulmazlığına qarant olduğuna  inanmalıdırlar. Əks halda, onları ölkəyə investisiya yatırmağa razı salmaq çətin olacaq. Həmçinin Azərbaycan vətəndaşları da banklara yatırdıqları pulları qanunvericiliyə uyğun olaraq geri götürə biləcəklərinə əmin olmalıdırlar. Məsələn, “Bank of Azərbaycan” 3 ildən artıqdır ki, müflis olmuşdu. Amma rəsmən müflis elan olunmurdu ki, insanlar heç olmasa, sığortalanmış 30 min manatını götürə bilsinlər. Milli Məclisin iclasında da məsələ qaldırdım ki, ilk növbədə qanunun aliliyi təmin olunmalıdır və insanlar əmin olmalıdır ki, sabah bir hadisə baş versə, onlar qanunvericiliyə uyğun olaraq əmlaklarını qoruya biləcəklər. Biz son vaxtlar gözəl qanunlar qəbul etdik, bütün əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə sığortalandı. Amma insanlarda əminlik olmalıdır ki, sabah bank müflis olanda qanuna uyğun olaraq vaxtında müvafiq qərarlar qəbul olunacaq və onlar əmanətlərini doğrudan da geri ala biləcəklər. Bu baxımdan qanunun aliliyinin gücləndirilməsi istiqamətində, xüsusilə də məhkəmə hakimiyyəti ilə bağlı müvafiq addımlar atılmalıdır. 

 

– Milli Məclisin iclasında kazinoların fəaliyyətinin bərpa olunması ilə bağlı çıxışınız geniş müzakirələrə səbəb oldu. Bu təklifin əleyhdarları bunun ölkənin milli-mənəvi, dinidəyərlərinə ciddi zərbə olacağını deyirlər… 

 

– Əvvəla, milli-mənəvi, dini dəyərlərdən danışıb bu təklifin əleyhinə olanlardan çoxu spirtli içki qəbul edir. İslam dinində elə spirtli içkilərin qəbul olunması ən böyük qadağadır. İkincisi, çox vaxt hökuməti qınayırlar ki, niyə qərb standartlarına uyğun bir cəmiyyət qurulması istiqamətində addımlar atmır? Qərbin ən inkişaf etmiş ölkələrinin paytaxtlarını götürsək, hamısında kazinolar da, gecə klubları da var və bu, cəmiyyətin bir hissəsidir. Mən təklifi səsləndirərkən də demişəm ki, yaradılacaq kazinolara ciddi nəzarət olunmalıdır. Bu, turizm bölgələrində olmalıdır. İkincisi, o kazinolara Azərbaycan vətəndaşları da buraxıla bilər, amma əgər bu, bizim vətəndaşlar üçün məqbul sayılmırsa, yalnız xarici vətəndaşlar üçün edilə bilər. İran, Türkiyə, Orta Asiya, Rusiya, Gürcüstanın özündən çoxlu turist cəlb etmək mümkündür. Çünki əksər hallarda adamlar öz ölkələrində deyil, başqa ölkədə kazinoya getməyə üstünlük verirlər. Bizim turizm bölgələrinə birbaşa aviareyslər açılır, bunu ərəb ölkələri üçün də təşkil etmək olar. Bu baxımdan düşünürəm ki, bu tipli kazinolar açmaqla ölkəyə turist cəlb edə bilərik. Mən heç vaxt çıxışımda deməmişəm ki, kazino açan kimi Azərbaycanda turizm inkişaf edəcək. Ancaq təbii ki, bu da turizmin elementlərdən biridir. Turizmin inkişafı üçün qiymətlərin aşağı salınması, vizanın aradan qaldırılması, xidmət keyfiyyətinin artırılması, digər turizm elementlərinin yerində olmasına ehtiyac var. Kazino da o turizm elementlərindən yalnız biridir. Adamlar var ki, məhz kazinosu olan ölkəni, oteli seçirlər və bu yolla ölkəyə xeyli əlavə valyuta gəlir. Yəni indiki şərait tələb edir ki, ölkəyə valyuta gətirə biləcək bütün vasitələrdən istifadə olunsun. 

 

– Novruz bayramı ərəfəsində növbəti əfv fərmanı gözlənilir. Siz Milli Məclisdə çıxışınızda bildirdiniz ki, əfv fərmanında hazırda həbsdə olan və ictimai-siyasi fəallığı ilə tanınmış şəxslərin adının olmamasında maraqlı olanlar var. Kimləri nəzərdə tuturdunuz? 

 

– Diqqət yetirmisinizsə, Əfv Komissiyasının iclaslarının keçiriləcəyi barədə elan veriləndən sonra dərhal “Azadlıq” qəzeti başda olmaqla, bir çox qəzetlərdə yazıldı ki, Azərbaycan hökuməti siyasi məhbusları azad etməyə, islahatlar həyata keçirməyə məcbur edilir. Sanki bunlar bir növ qıcıq yaratmaqla, iqtidarı bu addımı atmaqdan çəkindirməyə çalışırlar. Həbsdə olnaların ailələri, uşaqları, qohumları var. Cəmiyyət o adamları lənətləməli və qınamalıdır ki, bu cür təxribatçı məqalələr yazmaqla, bəyanatlar verməklə əslində, öz siyasətlərini kiminsə faciəsi və bədbəxtliyi üzərində qururlar. Həmin adamların azad edilməməsi bunlar üçün hökumətin əleyhinə kampaniya aparmaq üçün fürsətdir. Buna yol vermək olmaz. Ona görə ki, o məhbusların tək özləri yox, həm da ailələri, uşaqları böyük əziyyət çəkirlər. 

 

Həm də siyasətlə məşğul olmuş, ictimai-siyasi həyatda olan həmin adamlar təyin olunmuş cəzalarının bir hissəsini çəkiblər. Ona görə də həbsində siyasi motivlərin olması iddia olunan insanların belə bu humanizmdən faydalanması, dövlətin qayğısını hiss etmələri yaxşı olar. Həmçinin bundan istifadə edib, Azərbaycanın adını mənfi hesabatlara daxil edən təşkilatların da əlindən bu arqumentləri alınar. Çünki beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları bu arqumentlə dövlətin imicini korlayırlar. Dünyada Azərbaycan haqqında qanunun aliliyi, insan haqları ilə bağlı məlumat əldə etmək istəyəndə heç vaxt bizim ölkədəki təşkilatların məlumatlarını oxumurlar. Bu reallıqdır və biz mövcud reallıqları qəbul etməliyik. Mən uzun illərdir siyasətdəyəm və bilirəm ki, beynəlxalq təşkilatlar onları maliyyələşdirən böyük dövlətlərin barmağının işarəsi ilə bu və ya digər ölkəyə daha çox diqqət yetirirlər. Yəni, onlar sabah bu təşkilatlara Türkmənistan, Rusiya, yaxud Gürcüstandakı vəziyyətə daha çox diqqət yetirməyi tapşırsalar, bütün diqqət bu yerlərə yönələcək. Mən bunu çox gözəl bilirəm və bu da dünyanın, müasir dövrün acı reallıqlarıdır. Biz bu acı reallıqları başqa məsələlərdə də görürük və qəbul edirik. Məsələn, bizim torpaqlarımız işğal olunub, işğalda rol oynayan ölkələri vasitəçi kimi qəbul edirik. Ermənistanı dəstəkləyən ölkələri – Fransanı, Rusiyanı, ABŞ-ı ATƏT-in Minsk Qrupunun üzvləri kimi qəbul etmişik. Həm də bilirik ki, məhz bu ölkələrdə güclü erməni lobbisi var. Ancaq bu reallıqla barışmışıq. Ona görə də deyirəm ki, bir reallığı qəbul edib, digərini qəbul etməmək mümkün deyil. Elə reallıq var ki, orda söhbət Qarabağın itirilməsindən gedirsə, əlbəttə, biz hamını rədd edə bilərik, ölkənin suverenliyinin itirilməsindən söhbət gedirsə, yenə də hamıya etiraz edə bilərik. 3-4 nəfər vətəndaşımızı azadlığa buraxmaq isə dövlətin təhlükəsizliyinə, ölkədə siyasi sabitliyin pozulmasına heç bir təhlükə yaratmır. Əminəm ki, xalqımız da sabitliyi pozacaq heç bir təşəbbüsü dəstəkləməz.

 

Başqa bir məqam da odur ki, xaricdən idarə olunanlar da başa düşüb ki, onları hər hansı xarici dəstək qoruya bilməz. Ona görə də Novruz bayramı ərəfəsində hüquq-müdafiə təşkilatları tərəfindən həbs olunmasında siyasi motivlərin olduğu iddia olunan bütün məhbusları əfv etməyə çağırdım.

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles