Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Ankara terroru: Türkiyeye qarşı asimmetrik savaş – TƏHLİL

Ankara terroru: Türkiyəyə qarşı asimmetrik savaş - TƏHLİL

14/03/2016

13:56


14.03.2016 / 13:54 xeber –

 

 

Türkiyə 17 fevral 2016-cı il tarixində baş vermiş Ankara terrorunun bir ayı tamam olmadan yenidən öz paytaxtının ortasında hücuma məruz qaldı. Sözü çox dolandırmadan birbaşa söyləmək olar: bu, artıq müharibədir, lakin fərqli bir müharibə. Bir dövlətin başqa bir dövlətin sərhədlərini pozaraq böyük ordularla hücuma keçib, ərazi ələ keçirməsi dövrü arxada qaldı. Əlbəttə, konvensional savaş metodları hələ qalır, lakin müasir dövrdə asimmetrik-hibrid müharibə taktikaları daha çox önə çıxıb. Bu, elə bir metoddur ki, təhlükənin haradan, nə vaxt, hansı şəkildə gələcəyini öncədən bilmək və müəyyənləşdirmək xeyli çətinləşib. Təsadüfi deyil ki, böyük dövlətlər və NATO bloku artıq təhdid dəyərləndirməsində hibrid savaş taktikalarını və texnoloji inkişafın mənfi nəticəsi kimi ortaya çıxaraq dövlətləri hazırlıqsız yaxalayan kiberhücum təhlükələrini ilk sıralara qoyur.

 

Türkiyə üçün asimmetrik hücumlar əslində yenilik deyil. 1984-cü il 15 avqust tarixli Eruh hadisəsi ilə rəsmən başlayan etnik separatçı terror o vaxtdan bəri ölkənin reallığı, gündəlik yaşamın bir parçasıdır. Yenilik odur ki, dəyişən beynəlxalq konyuktur və bunun Yaxın Şərqə təsirləri, bölgədə Türkiyə ilə həmsərhəd dövlətlərinin çöküş mərhələsinə girməsi və mərkəzi hökumətlərin zəifləyərək öz ərazilərinə nəzarəti itirmələri nəticəsində ən müxtəlif terror qruplarının münbit fiziki-ideoloji-siyasi zəmin əldə etməsi, Ədalət və İnkişaf Partiyası (Ak Parti) dönəmində Ankaranın aktiv, müdaxiləçi xarici siyasət kursu ilə özünə çoxlu düşmən qazanması kimi faktorlar hazırda əvvəlkindən fərqli reallıqlar yaradıb. PKK, zaman-zaman fəallaşan DHKP/C və digər marginal sol terror qruplarından qaynaqlanan ənənəvi təhdidlərlə yanaşı, Yaxın Şərq mənşəli qorxunc terror təşkilatları da bu gün Türkiyəni təhdid etməkdədir. Bu qruplaşmalar təkcə öz ideologiyaları və məqsədləri çərçivəsində hərəkət etmir, həm də bölgədə maraqları olan çeşidli güclərin sifarişlərini yerinə yetirən “iş icraçısı” rolunu da üzərinə götürüb. Bu gün Suriyada Türkiyənin də iştirakı ilə “vəkalət savaşı” (“proxy war”) gedir və orada maraqları Türkiyənin maraqları ilə toqquşan güclər təbii ki, təkcə bilavasitə savaş meydanında zərbə endirməklə kifayətlənmir. Ankaranın mərkəzində baş verən silsilə terror aktlarına həm də bu kontekstdən baxmaq lazımdır. Bu, adi savaşdan fərqli olaraq, hər hansı beynəlxalq normaların hüquqi təsir dairəsinə aid olmayan kirli bir savaşdır. Ardıcıl şəkildə məhz paytaxtın hədəf alınması sözsüz ki, siyasi mesajdır və bu cür aktların arxasında təkcə icraçı təşkilat dayana bilməz. Ölkənin cənub-şərq vilayətlərində terroru bitirmək üçün hərbi əməliyyatlar keçirən, qonşu dövlətlərdə baş verənlərə fəal müdaxilə edən bir dövlət öz paytaxtının ən strateji və mərkəzi nöqtələrində vurulur.

 

Bölgədə bir müddətdir İŞİD və digər radikal sələfi qruplarla iç-içə fəaliyyət göstərən PKK-nın son vaxtlar onların metodlarını mənimsəməsi də diqqət çəkir və bu da Türkiyə təhlükəsizlik strukturları üçün xoşagəlməz sürprizdir. PKK əvvəllər təhlükəsizlik qüvvələrinin keçdiyi yolları minalamaqla və onlara atıcı silahlarla hücum etməklə terror törədirdi və çox nadir hallarda mülki əhalini hədəf alırdı, indi isə bomba yüklənmiş avtomobillərlə, canlı bombalarla terror törədərək çəkinmədən mülki əhalini də hədəfə götürür. PKK-nın bəzi cənub-şərq vilayətlərinin şəhərlərində möhkəmlənərək ordu ilə həftələr, aylar sürən küçə döyüşlərinə girmə cəsarətini göstərməsi də bir növ, kamikadzelikdir və ilk baxışdan məntiqsiz görünməsinə rəğmən, arxasında ciddi məqsədlər dayanır. Əvvəla, bu yolla ordu ağır silah və texnikadan istifadə etməyə sövq edilir və şəhərlər, qəsəbələr xarabazara çevrilir, nəticədə illərlə qurub-yaratdığı evini, iş yerini itirən bölgə insanında dövlətə qarşı nifrət güclənir, bəlkə də dövlətlə olan son bağları da beləcə, qoparılır. İkincisi, İraqdan sonra Suriyada cərəyan edən proseslər regionda kürd siyasi-separatçı hərəkatı üçün çox əlverişli zəmin yaradıb və böyük kürd dövləti xəyalının gerçəkləşməsinin bu gün heç də əlçatmaz arzu olmadığı hamıya aydındır. Separatçılara və terrorçulara bir anlıq empati ilə yanaşanda bunun müdhiş bir motivasiya olduğunu anlamaq çətin olmur. Onlar könüllü şəkildə ölümə gedir və Türkiyədəki kürd probleminə beynəlxalq güclər tərəfindən regiondakı ümumi kürd məsələsi kontekstində baxılmasına nail olmaq, bu problemi lokal çərçivədən çıxararaq beynəlmiləlləşdirmək istəyirlər.   

 

Bu gün Türkiyə dövləti həm də ötən illərdə yol verdiyi yanlışlıqların acısını çəkir. “Çözüm sürəci” adlandırılan, kürd probleminin siyasi yolla həlli prosesinin PKK-nı ciddi şəkildə gücləndirdiyi gerçəklikdir. Bir tərəfdən PKK-nın dövlət tərəfindən kürd xalqının təmsilçisi qismində qeyri-rəsmi də olsa, tərəf-müqabil olaraq qəbul edilməsi terror təşkilatına müəyyən legitimlik qazandıraraq yerli kürdlər arasında onun mövqelərini daha da möhkəmləndirib, PKK-ya qoşulanların sayı xeyli artıb. Digər tərəfdən, “çözüm sürəci” boyunca fəaliyyətlərinə göz yumulan PKK İraq və Suriyadan çoxlu sayda silah-sursat, tonlarla partlayıcı maddə, yeni döyüşçülər gətirərək güney-doğunun şəhər və qəsəbələrində yerləşdirib, uzunmüddətli mübarizə üçün ərzaq ehtiyatı yaradıb, küçələrdə xəndəklər qazıb, barrikadalar qurub, hərbi eşelonların sıx hərəkət etdiyi yolları minalayıb. Bölgədəki komandanlıq, valilər dəfələrlə bu barədə Ankaraya məlumat versələr də, siyasi prosesə ziyan vuracaq addımlar atılmaması yönündə təlimat alıblar. Bu fakt Ankarada o dövrdəki “ağıl tutulması”nın miqyasını ortaya qoyur.

 

Başqa bir məqam Türkiyədə son illər əvvəlcə “Ergenekon”, “Balyoz” adı altında Silahlı Qüvvələrin daxilində, daha sonra isə “fətullahçı”, "camaatçı" adı ilə əmniyyət təşkilatının (polis) içərisində keçirilən əməliyyatlardır. Bu əməliyyatların əsaslı və ya əsassız səbəblərlə keçirildiyi məsələsinə girməyək, mövzumuz bu deyil. Nəticə ondan ibarətdir ki, ölkənin güc strukturları sözün əsl mənasında sarsıdılıb. Dövlətin on illər ərzində yetişdirdiyi, kapital qoyduğu, zəngin iş təcrübəsinə malik minlərlə peşəkar kadr bir anda öz işindən kənarlaşdırıldı, bir çoxu istintaqa çəkildi, həbs edildi. Bu fırtınadan kənarda qalan kadrlar əlbəttə ki, sayca çoxluqdadır, lakin iş yoldaşları, illərlə bir masa arxasında oturduğu dostları bir anda “xain”, “casus” kimi damğalanan insanların hansı motivasiya ilə çalışmağa davam etdiyini təsəvvür etmək çətin deyil. Halbuki, Türkiyə hüquq-mühafizə orqanları terrorizmə qarşı mübarizədə kifayət qədər təcrübə və peşəkarlıq qazanmışdı. Xüsusən əmniyyətin istihbaratı (polisin kəşfiyyatı strukturu) daxili təhdidləri önləməkdə çox peşəkar idi, ən kiçik qəsəbədə, PKK-nın çox güclü olduğu ən ucqar kənddə belə əmniyyətin istihbaratına çalışan adamlar, yerli sakinlər var idi. Onillər boyu formalaşan bu sistem bitmək-tükənmək bilməyən əməliyyatlar nəticəsində ciddi zərbə aldı. Yeni kadrlar işə cəlb edilərkən peşəkarlıqdan çox, siyasi sədaqətə, ideoloji yaxınlığa önəm verildi, dövlətin immuniteti gedərək zəiflədi…

 

Kəşfiyyat orqanı MİT isə son illər daha çox regional müdaxilə vəzifələrinin həyata keçirilməsinə səfərbər edilib və bütün gücünü ölkə sərhədlərindən kənara yönəldib. Bu da ölkə daxilində asimmetrik təhdidlərə qarşı preventiv mübarizədə zəifliyə yol açan amillərdən biridir. 

 

Türkiyədə kütləvi ölümlərlə nəticələnən terror gedərək adiləşir və həyatın bir parçasına çevrilir. Bu, çox pisdir, amma nə qədər acı olsa da, bir məqam da var ki, terror adiləşəndə əslində terrorçular da öz məqsədinə çatmır, çünki bu halda dövləti və cəmiyyəti şoka salıb qorxudaraq nəyəsə məcbur etmək vəzifəsinin icrası mümkün olmur. Türkiyə bu imtahandan da çıxacaq.

 

Şahin Cəfərli,

APA Analitik Qrupu

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles