Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Xuraman Qasımova: “Adımı çox yüksek qiymetlendirir, qoruyuram”

Xuraman Qasımova: “Adımı çox yüksək qiymətləndirir, qoruyuram”

15/03/2016

12:36


15.03.2016 / 12:35 xeber –

 

 

…Həyat onsuz da çox çətindir. Böyük bacım Fidan xanımla mən bu çətin həyatda çətin sənəti seçdik…

 

…Səhnə gözəllikdir, səhnə cazibədardır. Bu sənəti seçəndən sonra gördük ki, bu yol başqalarına göründüyü kimi asan yol deyil. Ürəyimizi, bütün istəyimizi, bacarığımızı sənətə qoyaraq, gərgin zəhmət çəkərək bu yolda addımlamağa başladıq. Və o zirvələri fəth etməyi bacardıq. Baxmayaraq ki, çox çətin idi, çünki həyat, ümumiyyətlə, təzadlıdır. Bilirsiniz, ağ günlər də olur, itkilər də, xəstəliklər də, gözəl günlər də… Və onların hər birinin, hər çətinliyin qəlbimizdə, canımızda izi qalır. Təbii ki, ən böyük faciə ailəmizdə böyüklərimizi itirmək, yaxınlarımızı itirmək və yaxud xəstəliklər oldu. Amma bizə iradə kömək edirdi. Fidan xanım məni dəstəkləyirdi, mən onu dəstəkləyirdim, ümid, iradə köməyimizə gəlirdi. İradə çox möhkəm olmalıdır ki, ayaqda dura biləsən. Həyat davam edir axı…

 

…Əgər seçdiyin sənətdə öndə olmaq istəyirsənsə, bütün iradəni toplamalısan. Həyat bizi sınayır. Həyat bizi sınadı da. O çətinliklərdən biz bacarıqla çıxmağa nail olduq…

 

… Azərbaycanın xalq artisti, mənim böyük bacım Fidan xanım Qasımova üçün bu yol  ikiqat çətin idi. Çünki ilk yolu o keçirdi. Mən onun ardınca gedirdim. Ona görə də  mənim üçün daha asan idi. Amma mən onun başını hər zaman uca etdim. Həm məktəbdə, həm konservatoriyada, həm səhnədə…

 

…Fidan xanım yaxşı şagird olmuşdu, çox gözəl tələbə olmuşdu, dərslərinə çox diqqət verirdi. Bir musiqiçi kimi çox ciddi idi. Bacımla, təbii ki, fəxr edirəm. O mənim qürurumdur, yoldaşımdır, sirdaşımdır, canımdır. Mənim musiqiçi kimi yetişməyimdə Fidan xanımın böyük rolu olub. Mən bunu televiziya proqramlarında deyəndə  bəzilərinin xoşuna gəlmir ki, niyə sən hər zaman məhz Fidan xanımı tərifləyirsən? Çünki Fidan xanım doğrudan da, böyük sənətkardır. Bilirsiniz, mən onun bacısı kimi yox, bir yaxını kimi yox, bir musiqiçi kimi bunu dərk edirəm, başa düşürəm. Ona görə də onun qarşısında baş əyirəm. Mən ondan məsləhət alıram. O mənim yolgöstərənimdir.

 

…Fidan xanımla 3-4 yaş fərqimiz var. Amma mən ondan bir yaş kiçik olsam belə, yenə o mənim böyüyümdür. Kiçiklər ailədə, bilirsiniz, hər zaman ərköyün olurlar. O, hansısa bir əsəri öyrənməyə saatlarla vaxt sərf edirdi. Ona görə yox ki,  çətinliklə öyrənirdi, yox. O əsərin üzərində hər nöqtəsinə, hər cizgisinə qədər məsuliyyətlə çalışırdı. Ona görə mükəmməl alınırdı. Gözəl bir əsər ortaya çıxırdı. Amma o öyrənir, məşq edirdi, mən isə artıq, əzbər bilirdim. Ona görə mənim üçün asan idi. Və mən ondan, bax, bu zəhmətkeşliyi, ciddiliyi öyrənmişəm. Fidan xanım çox ciddidir sənətdə. Ümumiyyətlə, yüzlərlə solo konsertlərimiz olub, burada, xaricdə. Bütün proqramları təbii ki, biz birgə qurmuşuq. Amma seçilən əsərlərin əksəriyyətini Fidan xanım təklif edib…

 

…Bacım çox tələbkardır. Biz birgə məşq edirik və o istəyir ki, hər şey mükəmməl alınsın. O məni məşqlərdə heç bir zaman yormur. Mən onunla, o da mənimlə zövqlə məşq edirik. Çünki ruslarda belə bir kəlmə var: «нет предела совершенствa» (kamilliyin hüdudu yoxdur). Ona görə, nə qədər gözəl alınsa da, istəyirik ki, ondan da gözəl alınsın. Mən istəyirəm ki, məşqlərdə Fidan xanım məni yorsun. O bir musiqiçi kimi, hər şeyi çox gözəl düzür, çox gözəl hiss edir. Ona görə mən ona hər şeydə birincilik vermişəm. Ona böyük hörmətim var, sevirəm, nəfəs alıram bacımla. O mənim qürurumdur. Həyatda kimimiz var artıq? Mən və o. O və mən. Və bilirsiniz, biz heç vaxt bir yerdə darıxmırıq. Biz neçə illərdir, birgəyik.

 

… Səhnə fəaliyyətimizin yubileyində Ulu öndərimizin bizim haqqımızda dediyi o gözəl, səmimi sözləri eşitmək çox  təsirli idi. Bax mən indi Sizinlə danışdığım dəqiqələrdə belə həyəcan keçirirəm. Heç bilmirdik və düşünmürdük ki, Heydər Əliyev konsertimizin sonunda səhnəyə çıxacaq və nə isə söyləyəcək. Amma Ulu öndər haqqımızda o qədər yüksək fikirlər söylədi ki, biz, özümüzdən asılı olmayaraq, kövrəldik. O dəqiqələrdə ikimiz də ağladıq. Çünki ulu öndərimiz zərgər kimi hər daşın qiymətini bilirdi. O bizi uşaqlıq dövrümüzdən gözəl tanıyaraq bilirdi ki, hansı ailədə boya-başa çatmışıq, necə zəhmət çəkmişik. Yəni bunlar  boş-boşuna olmayıb. Heç vaxt biz tələsməmişik.

 

… Biz uğurlarımızı qazana-qazana düşünmürdük ki, əvəzində nə isə olacaq, nə isə alacağıq. Fəxri admı, mükafatmı, diplommu… Bu, bizi maraqlandırmırdı. Yurdumuzdan uzaqlarda vətənimizi nüfuzlu musiqi yarışmalarında, müsabiqələrdə təmsil edərkən, sadəcə, yalnız öndə olmağı, qələbə qazanmağı düşünürdük. Amma sonra nə olacaq, bilmirdik. Baltikyanı ölkələrində bizi çox sevirdilər. Orada klassik musiqiyə çox önəm verirdilər. Bu ölkələrin, eləcə də, Orta Asiya ölkələrinin nümayəndələri deyirdilər ki, vaxtında ölkənizdə sizə qiymət verməsəydilər, biz ölkənizi qabaqlayıb sizə fəxri adlar verəcəkdik. SSRİ zamanında böyük bir ölkəni təmsil etmək  çox çətin idi. Biz həmin o dövrdə hər şey qazandıq. Müstəqilliyimizi qazanandan sonra artıq bütün fəxri adlarımız var idi və sonuncu ordenlərimizi bizə indiki möhtərəm prezidentimiz – atasının yadigarı, atasının bacarıqlı oğlu İlham Heydər oğlu təqdim etdi. Biz ona çox təşəkkür edirik. O da bizim əməyimizə çox yüksək qiymət verir.

 

…Roma Papası ikinci Pavelin də bizi qiymətləndirən ordenləri var. Ötən ilin avqustunda İngiltərədən çox gözəl bir xəbər gəldi ki, Kembricin dünya ensiklopediyasında dünya mədəniyyətində böyük iz qoymuş və töhfələr vermiş sənətçilər sırasına Azərbaycanın Xalq artisti, klassik opera müğənnisi Fidan Qasımovanın da adı düşüb. Bu, çox böyük bir uğurdur.

 

…Opera sənəti mürəkkəb bir sənətdir. Orada obraz yaratmaq kinoda obraz yaratmaqdan bir az fərqlənir. Bu daha çətindir. Həm təbii olmalısan, həm tamaşaçıları inandırmalısan, həm diqqətlə özünə qulaq asmalısan, yəni hər şeyə fikir verməlisən. Görünüş, hərəkətlər süni yox, təbii olmalıdır. Əgər səsin yerindədirsə, xəstə deyilsənsə, ümumiyyətlə, səsin sənə tabe olursa, daha doğrusu, o hissləri, nüansları çatdırmağı bacarırsansa, deməli, sən obrazı yarada  bilmisən. Mən o qədər də çətinlik çəkmədim. Həmçinin Fidan xanım da. Mən bəzən eyni rolu daha hərəkətli oynayırdım, Fidan xanım musiqini daşıyaraq oynayırdı. Amma təbiilik çox vacibdir. Onda tamaşaçı  sənə inanır. Amma tək səsini göstərməklə, bağışlayın ifadəmə görə, bağırmaqla, yüksək notları götürməklə onları təəccübləndirmək istəyirsənsə, heç nə alınmayacaq. İndi heç kəsi belə şeylərlə təəccübləndirmək mümkün deyil. Əksinə, həyat dəyişən kimi səs texnikası da, ifa texnikası da dəyişir. İndi əksinə, məsələn “forte”dən “pianissimo”ya keçməyə daha çox üstünlük verilir. Bu da böyük bir ustalıq tələb edir. Bunu hər kəs bacarmır. Belə şeylər tamaşaçıları daha çox duyğulandırır, sənin ustalığını, bacarığını daha qabarıq göstərir.

 

…Bir əsər də olsa, beş əsər də olsa, əgər məşq eləməsəm, özümü hazırlamasam, səhnəyə çıxmaram. Çünki adımı çox yüksək qiymətləndirirəm, qoruyuram. Xalq mahnımızı da, bəstəkar mahnımızı da ifa etsəm, mən bütün ciddiliyimlə onu hazırlayıram. Səhnədə hər şey ola bilər. Biz canlı insanlarıq. Rusiyada Rixter adlı unikal bir pianoçu vardı. Təkrarolunmaz bir pianoçu. Bir dəfə Moskva Konservatoriyasının böyük zalında Rixterin konsertinə getmişdim. Gözəl, möhtəşəm bir ifa göstərdiyi məqamda birdən-birə hansısa bir səhifəni unutdu, durdu, səhnədən çıxdı. Tamaşaçılar yüksək mədəniyyət göstərərək səbirlə ifaçını gözlədilər. Rixter  üç dəqiqədən sonra təkrar səhnəyə döndü, oturdu və davam etdi. Çünki bu, həyatdır, bu, insandır, bu robot deyil ki. Səhnədə hər şey ola bilər. Həyatında böyük həyəcanlar keçirən məşhur Mariya Kallas nə qədər olub ki, sinirli halda səhnəyə çıxıb, bir səhnəni başlayıb oxumağa, sona qədər çatdırmayıb, ifanı əvəzedici davam etdirib. Belə insanları, artıq qəbul ediblərsə, seviblərsə, onlara hər şeyi keçmək olar.

 

…Bizdən öncə bütün operaların əksəriyyəti rus dilində və yaxud Azərbaycan dilində ifa olunurdu. Biz, demək olar, ilk müğənnilərik ki, bu qanunu yaratdıq. Çünki tez-tez xaricə gedirdik, görürdük ki, əsər öz dilində ifa olunmalıdır və bu dili əzbərləmək lazımdır. Alman dilini mükəmməl bilmirsən, fransız dilini mükəmməl bilmirsən, italyan dili daha yaxındır, onu, heç olmasa, bir az bilirsən, ingilis dilini bilirsən. Amma yapon dili belə olsa, əgər Yaponiyadan gəlmiş 3 nəfər qonaq belə orada səni dinləyirsə, sən yanlış oxumamalısan. O səhv etdiyini dərhal başa düşəcək. Bax bu ciddilik, bilmirəm bizdə haradandır. Tələbələrimizə də bunları tövsiyə edirik. Deyirəm ki, siz elə bilməyin ki, əşi, nə olar, keçərlər, başa düşməzlər, kim başa düşər, mən orada nəyi nə elədim, necə dedim? Deyirəm yox, heç bir zaman belə düşünməyin. Əgər orada Çindən gəlmiş və yaxud Argentinadan gəlmiş xarici dili bilən bir nəfər belə varsa, onun yanında çox ayıb olar. Odur ki, dili mükəmməl öyrənin.

 

…Bu yaxınlarda ustad  dərsləri vermək üçün İtaliyadan bizə  qonaq gəlmişdi. Mən hər şeyi təşkil elədim, özüm də dərslərdə oturdum. Ustad dərsi aparan qonaq hər cür, bacarıqlı-bacarıqsız tələbələrimizi dinlədi, sonda vidalaşanda dedi ki, mən çox xarici ölkələrə ustad dərsləri verməyə gedirəm, amma, ilk dəfədir, bax, belə doğru hazırlanmış, hər sinif üçün, hər kurs üçün proqramları və  səslərinə uyğun əsərləri düzgün seçilmiş tələbələr gördüm. O dedi ki,  Azərbaycanda çox gözəl səslər var. Bu da bizim təbiətimizdən qaynaqlanır. Gənclər çox şeyi öyrənməlidirlər, ömür boyu öyrənməlidirlər. Ustad dərsi aparan xanım onu da dedi ki, siz doğru yoldasınız. Belə tərifləri bizə ilk dəfə demirlər. Amma İtaliyadan gələn müəllimlər deyəndə, təbii ki, çox sevinirik. Çünki biz Ulu Öndərimiz Heydər Əliyevə, vaxtilə, söz vermişdik ki, Azərbaycanda gənclərə bu sənəti öyrədəcəyik. Heydər Əliyev vaxtilə istəyirdi ki, Fidan xanımın və mənim şəxsi məktəbimiz olsun və biz orada ölkəmiz üçün gənc opera ifaçıları nəsli yetişdirək. Çünki xalqımız çox istedadlıdır. Bizim vokal üzrə oxumaq, bu sənətlə ciddi məşğul olmaq istəyənlərimiz də az deyil. Heydər Əliyev bunu bizə tapşırmışdı. Biz söz verdik ki, əgər məktəbimiz olsa, biz sözümüzə əməl edəcəyik. İndi Musiqi Akademiyasında dərs deyirik. İmkanlar o qədər də çox deyil, çünki qəbul etmək imkanımız azdır. İnşallah, bundan sonra, bəlkə, yenə nə isə dəyişdi və imkanlarımız artdı. Artıq Azərbaycanın gənc ifaçılarını özünüz görürsünüz. Onların dünya səhnələrinə çıxmaları, uğur qazanmaları bizi çox sevindirir.

 

…Gənclərdə çalışqanlığı bəyənirəm. İstəyirəm ki, onlar çox çalışsınlar. Amma gənc yaşlarından özlərindən çox tez razı qalmaları xoşuma gəlmir. Ona görə yox ki, mən özümdən başqa, yaxud da Fidan xanımdan başqa heç kimi qəbul etmirəm. Bəzən bizə belə bir irad tuturlar ki, bəli, əlbəttə, Qasımova bacıları özlərindən başqa heç kəsi sevməzlər, yalnız özlərini sevirlər. Amma mən Sizə bu ekran qarşısında da deyirəm ki, bu, belə deyil. Çünki əgər bu, belə olsaydı, biz indi burada olmazdıq.

 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website