Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“O, tanımadığı kişinin qollarından xilas olmağa çalışır, qışqırırdı…” – İNTERNAT DRAMI

“O, tanımadığı kişinin qollarından xilas olmağa çalışır, qışqırırdı...” - İNTERNAT DRAMI

16/03/2016

14:56


16.03.2016 / 14:55 xeber –

Vüsalə Məmmədovanın təqdimatında dəhşətli dram: “1-ci, 2-ci sinif uşaqlarına hücum edir, soyundurur, döyürdü”

 

 

(I hissə burada)

 

II hissə

 

– Bəs Tofiq? Dərmanlar ona necə təsir edirdi?

 

– O daha betər oldu… Manyaklaşdı… Yeddi yaşlı uşaq adamlara vəhşi kimi hücum edirdi…

 

– Xəstələrə?

 

– Yox. Bir palatada 30 nəfər yatırdıq. Məsələn, mənə qardaşı kimi baxırdı, sözümü eşidirdi, hücum da etmirdi… Ümumiyyətlə, xəstələrə qarşı aqressiv deyildi… Tibbi personala qarşı… Qadınlara, kişilərə… Mən xəstə idim, zəif idim, ona görə də dərmanlar mənə tez təsir edirdi. O isə güclü, sağlam uşaq idi. Buna görə də ona daha güclü dərmanlar verirdilər və iynələrdən sonra onun tutmaları olurdu… Həyatdan küsürdü… Heç nəyə reaksiya vermirdi.

 

– Sizi elə ancaq dərman verib yatırdırdılar?

 

– Yox, çox incidirdilər. Özü də necə… Ağladınsa, başına sidikli mələfə keçirib, vannaya salırdılar. Başından basır, tərpənməyə qoymurdular. “Bir də ağlayacaqsan?”deyə təkrar-təkrar soruşurdular. “Yox” deyirdin, amma nə xeyri… Görəndə ki, artıq boğuluram, buraxırdılar…

 

– Bunu ağlayanda edirdilər, yoxsa həmişə?

 

– Bu, ən çox mənə qarşı edilirdi, çünki ən çox mən ağlayırdım. Dilim tamam tutulduğundan fikrimi ağlamaqla başa salırdım deyə sidikli mələfəni başıma dolayıb suyun altında saxlayırdılar… Qorxudan daha bərkdən çığırırdım… Su ilə dolu vannanı görəndə bilirdim ki, başımı ora salıb, boğacaqlar… Bu dəhşətli idi, əvvəlcə iydən, sonra isə sudan boğulurdun… Üstündən də döyürdülər… Çox məşəqqətli illər idi… Artıq ağlamaqdan da qorxurdum…

 

– Burada nə qədər qaldınız?

 

– Sentyabrda gəldik, maya qədər burada qaldıq. Bütün ikinci sinfi xəstəxanada keçirdik deyə bilərəm…

 

– Necə oldu ki, sizi buraxdılar?

 

– Xəstəxanaya yoxlama gəldi. Tibb bacıları öz aralarında danışanda başa düşdük ki, hansısa bir memar Moskvaya şikayət yazıb ki, burada azərbaycanlı uşaqları qeyri-qanuni saxlayıb, işgəncə verirlər. Güclü yoxlama gəldi, bütün palataları gəzib, xəstələrlə tək-tək danışdılar…

 

– Sizin danışacaq halınız var idi?

 

– Həmən günü heç kimə iynə vurmamışdılar. Yatmırdıq, amma heysiz idik, key kimi… Yaxşı xatırlayıram, gələnlərin arasında Ağabəy Sultanov da var idi… Mən yataqda uzanmışdım, başımı sığallayıb soruşdu ki, bura necədir? Qorxudan ağzımı aça bilmədim. Arxadan baş həkim işarə edirdi… Cavab verə bilmədim… Dedi, bu uşağı təcili buraxın…

 

– Buraxdılar?

 

– Yoxlama gedəndən sonra Cəmilə adlı tibb bacısı gəlib qulağıma pıçıldadı ki, sabah səni buraxacaqlar. Sevindiyimdən başladım ağlamağa. Tez dedi ki, ağlama, yoxsa indi başını vannaya soxacaqlar. Dərhal səsimi  kəsdim… Səhər ikimizi də buraxdılar…

 

– Yeriyə, danışa bilirdiniz?

 

– İynələrə ara verən kimi ayaqlarımı çətinliklə də olsa hərəkət etdirə bilirdim. Az-maz danışmağa da başladım…

 

***

 

Bilgəhə qayıdış yenə Nelya Arturovnanın otağından başladı.

 

Uşaqlar ikisi də onun kabinetində qapının qarşısında bir-birinə qısılıb dayanmışdılar. Direktor yenə birinci Cabiri çağırdı.

 

Cabir əlini Tofiqin əlindən çəkib çətinliklə ona doğru yeridi. Cabir anlayırdı ki, onun həyatda qalmaq üçün başqa yolu yoxdur. Artıq ağlaya bilməzdi. Cabirin iradəli və ürkək addımlarına baxan Nelya Arturovna onun sinif rəhbəri Xalidə xanıma pıçıldayırdı:

 

– Bu uşağa elə yazığım gəlir ki… Bədbəxtdir… Onun nə günahı var ki, allah onu belə yaradıb? Amma qəribədir, həm də ona qıcıq oluram, nifrət edirəm… Görkəmi məni əsəbiləşdirir…

 

Cabir qarşısında dayananda Nelya Arturovna çantasından çıxardığı bubliki ona uzatdı:

 

– Al, ye!

 

– İiisss…..təəəə…mii…əəə…mmmm…

 

Cabir çətinliklə uzun bir sözü tələffüs edə bildiyinə sevindi. Direktor gözlüyünün üstündən tərs-tərs baxdı:

 

– Sən yenə başladın?

 

Cabir sakitcə əlini uzadıb, bubliki götürdü. Növbə Tofiqin idi. Direktor ona da konfet uzatdı. Tofiq dönüb Cabirə baxdı. Cabir itaətkarcasına bubliki dişlədi. Tofiq əlini konfeti uzatdı. Fiziki baxımdan güclü olan Tofiq sanki intuisiya ilə Cabirin mənəvi dəstəyini hiss edir, belə məqamlarda onun etdiklərini təkrarlayırdı.

 

İlk görüş qaydasında keçmişdi. Onları birbaşa sinfə, uşaqların yanına gətirdilər. İndi onlara “dəlixanadan gəlmiş” kimi baxır, uşaqlı-böyüklü hamı onları hər addımda dəlixanaya qaytarılacaqları ilə hədələyirdi…

 

Onları hər şeyin üstündə döyür, incidirdilər. On gün sonra hər fürsətdə ayrı-seçkiliklə qarşılaşan uşaqlardan biri haqda yeni xəbər məktəbə ildırım surəti ilə yayıldı:

 

– Tofiq tualetdə aşağı sinfin uşağına hücum edib, soyundurub!

 

Bir neçə gün keçmiş, hadisə təkrarlandı. Tofiq qız, oğlan demir, təklikdə qarşılaşdığı 1-ci, 2-ci sinif uşaqlarına hücum edir, soyundurur, döyürdü…

 

Çox keçmədi ki, həkim sinfə gələndə Cabir əllərini havanı cırmaqlayır kimi oynada-oynada qışqırıb ağladı:

 

– Məəə…nnn heç nə elə…mə…mi…səm…

 

Cabirə fikir verən olmadı. Onlar Tofiqi dartıb sinifdən çıxartdılar, maşına basıb, yenidən gəldiyi yerə, ruhi xəstəxanaya apardılar…

 

Onun gedişi ilə Cabir tamamən tək qaldı. Tənhalığı bəs deyilmiş kimi, üstünə bir də təklik gəlmişdi.

 

***

 

– Tofiq belə bədbəxt oldu… Manyaklaşdı… Arada buraxırdılar, gəlirdi, on-on beş gündən sonra yenə kiməsə hücum edir, tutub geri qaytarırdılar… Qadın, kişi, uşaq demirdi, kimə gəldi təcavüz edirdi… Cinsəl anlamda…

 

– Axı o çox uşaq idi… Cinsəl anlamda təcavüzün necə bir şey olduğunu haradan bilirdi?

 

– Bilmirəm… Belə edirdi… Heç kim başa düşmürdü… Uşaqları lüt soyundurub döyürdü… Müəllimlər anlaya bilmirdi ki, onda nə xəstəlik var ki, belə edir. Axı əvvəllər çox dinc, mülayim uşaq idi…

 

– Bəlkə özü oxşar hadisə ilə rastlaşmışdı. Xəstəxanada işgəncə verilərkən bəlkə özünü soyundurublar… Yaxud başqa hərəkətlərlə qarşılaşmışdı… İndi yadında qalanları başqalarına tətbiq edirdi…

 

– Böyük ehtimalla özü məruz qalıbmış eyni rəftara… Yoxsa üçdə oxuyan uşağın ağlı elə şeyləri necə kəssin ki? Deyirəm də, orada ən çox Tofiq əziyyət çəkib… Qəfil xəbər yayılırdı ki, Tofiq filankəsi soyundurdu…

 

– Dərhal da gəlib xəstəxanaya aparırdılar?

 

– Bir dəfə ilə yox, eyni hadisə iki-üç dəfə təkrarlanandan sonra aparırdılar… Bir də görürdün həkim gəldi… O içəri girən kimi mənim isterikam tuturdu… İnandırmağa çalışırdım ki, günahım yoxdur, onlarsa mənə fikir vermədən, Tofiqi dartıb aparırdılar… Axıra qədər demək olar ki, Tofiq hər il 3-4 dəfə xəstəxanaya gedib gəlirdi. Hər dəfəsində də iki aya qədər orada qalırdı…

 

– Qayıdandan sonra münasibətiniz necə olurdu?

 

– Son günə qədər qardaş kimi olmuşuq. Tofiqin qorxusundan bir uşaq mənə söz deyə bilmirdi. Mənim müdafiəmə qalxır, tərəfimi saxlayırdı. Mənə görə canını verərdi. Mən də onu çox istəyirdim, amma fiziki durumum onu müdafiə etməyə imkan vermirdi… Həmişə sırada dalda qalırdım, əlimdən tutub çəkirdi ki, gedək… Yəni təcavüzə görə soruşursunuzsa, mənə qarşı heç vaxt belə davranmayıb.

 

– Bilgəhdə olanda da Zeynəb həkim arxanızca gəlirdi?

 

– Yox, yəqin ki, ona yerimi deməmişdilər… Həmişə elə bilirdim ki, o məni axtarır. İnanırdım ki, o harada olduğumu bilsə, başıma gələnlərdən xəbər tutsa, mütləq mane olardı… Zeynəb həkim heç vaxt qoymazdı mənə elə işgəncələr versinlər…

 

***

 

Beşincisi sinifdə, tətil vaxtı bütün uşaqları valideynləri yeni ili qarşılamaq üçün aparmışdı. Tofiqi isə növbəti zorlama cəhdindən sonra ruhi xəstəxanaya göndərmişdilər. Cabir həyatda olduğu kimi, yataq otağında da tək qalmışdı. Heç olmasa Tofiq burada olsa, onunla oynaya bilərdilər… Axı sinifdəki oğlanlar ona yaxın durmurdular. Oğlanlar həyətdə futbol oynayır, qaçır, qovur, atılıb-düşürdülər. Cabirin isə hələ də yeriyəndə dizləri bir-birindən aralanmırdı. Tənəffüslərdə başqa sinfin qızları ilə oynayır, söhbət edir, onların kuklalarını oynadırdı… Bu yeni il gecəsi isə nə başqa sinfin qızları, nə də onların kuklaları var idi. O qədər tənha idi ki, elə bilirdi yer üzündə ondan başqa insan yoxdur…

 

Pəncərədə oturub həyəti bəzəyən işıqlara, şarlara, yolkalara baxır, arzulayırdı:

 

– Axı nə olar, mənim də arxamca kimsə gəlsin. Ay allah, mənim də anamı gətir, gəlib məni aparsın. – Nəsə istəmək qorxusu elə güclü idi ki, Cabir o dəqiqə də əlavə edirdi: – Bax ha, sən necə istəyirsənsə, elə olsun, əgər sonradan xoşuna gəlməsə, qoy çıxıb getsin. Amma nə olar, qoy bircə dəfə gəlsin. Axı mən onu görməyi çox istəyirəm…

 

Cabir arzularını dilinə gətirərkən “yenə dəlixanaya qaytararıq” hədələrini o qədər eşitmişdi ki, öz-özünə danışanda da bu qorxu onu tərk etmirdi. Biləklərini havada fırladaraq əlləri ilə göz yaşını silə-silə yalvarırdı:

 

– Nə olar, sən bir dəfə onu mənə göndər, bircə dəfə… Bircə dəfə göndər… Mən bilim ki, o doğrudan da var…

 

Yaşadığı dəhşətlər Zeynəb həkimlə bağlı xatirələri bir-bir uşağın yaddaşından silmişdi. Sadəcə həftə sonlarında, bayramlarda o biri uşaqları gəlib aparan var idi deyə, Cabir bilirdi ki, uşağın arxasınca gəlib onu ev deyilən yerə aparan adamın adına ana deyirlər.

 

O, ancaq qadınlar gəlib uşaqları aparanda ana arzusunda olurdu. Başqa vaxtlar isə kimliyi, keçmişi haqqında heç nə düşünmür, gələcəyi ilə bağlı heç nə arzulamırdı. Cabir həftə sonu evlərinə gedən uşaqlar arasında bir bitki kimi böyüyürdü…

 

***

 

Bayram qurtardı, tətil bitdi, dərslər başladı. Elə ilk dərs günü Raya müəllimə sinfə girdi:

 

– Cabir, Nelya Arturovnanın kabinetinə!

 

Cabirin yenə dili dolaşdı, gözləri böyüdü. Hər dəfə Nelya Arturovnanın adı gələndə Cabiri əsməcə tuturdu. Tofiqdən fərqli olaraq, onu heç vaxt dəlixanaya geri qaytarmamışdılar, amma bu qorxu onu heç vaxt tərk etməmişdi və hələ uzun illər də bütün varlığını bürüyəcəkdi… Cabir bütün ömrünü dəlixanaya qayıdacağı qorxusu ilə yaşayacaqdı. Hələ ki, Cabir ağlayır, ürkək-ürkək deyirdi:

 

– Mən heç nə eləməmişəm, heç nə…

 

– Gəl, tez ol!

 

Cabir ağlayaraq Raya müəlliməyə qoşulub, getdi. Əlləri əsə-əsə direktorun qapısını döyüb içəri keçdi. Elə qapının qabağındaca büzüşüb dayandı. Nelya Arturovna yenə öz yerində oturmuşdu. Bu dəfə qəzəbli deyildi. Kənarda, pəncərənin qarşısındakı stulda yaşlı bir kişi əyləmişdi. Direktor onu çağırdı. Cabir əvvəlkinə nisbətən, daha rahat addımlarla ona yaxınlaşdı. Oğlanı təpədən-dırnağa süzən qadın dilləndi:

 

– Böyümüsən!

 

Onun bu sözü ilə pəncərənin qarşısında əyləşən kişi hönkürdü. Yerindən qalxıb, Cabirə yaxınlaşmaq istəyəndə Nelya Arturovnanın səsi yenə sərtləşdi:

 

– Biz belə danışmamışdıq! Uşağın yanında belə şeylər etmə! Yerində otur, yaxınlaşma! – Üzünü Cabirə çevirdi:

 

– Bura sənin xoşuna gəlir?

 

Cabir ilk dəfə idi ki, böyük adamın, özü də kişinin ağladığını görürdü. Onun hönkürtüsü nə isə başqa səsə oxşayırdı. Bu, uşaq ağlamağından çox fərqlənirdi. Uşaq ağlamağında sadəcə etiraz var idi, bu kişinin hönkürtüsü isə daha çox dünyanın bir hissəsinin uçulub sökülməsini xatırladırdı… Hər halda, Cabir üçün bu belə idi… İndi Cabir məmnuniyyətlə o kişiyə qoşulub hönkürər, içində yığılıb qalan qorxunu, tənhalığın naləsini o uçulub dağılan dünyada buraxar, yüngülləşərdi… Amma onun ancaq bir cavabı vermək imkanı var idi:

 

– Gəlir…

 

– Bu gün nə yemisən?

 

– Səhər kolbasa, yumurta, sıyıq…

 

– Lap yaxşı, Cabir! Sən ağıllı oğlansan! Cabir, heç istəyirsən ki, valideynlərin gəlib səni aparsın?

 

“Gəlib səni aparsın!” Bu, Cabir üçün ən dəhşətli sözlər idi. Xüsusi ilə Nelya Arturovnanın dilindən səslənəndə. Qadın bu sözü ancaq onu dəlixanaya göndərəcəyi ilə hədələyəndə işlədirdi. İndi Cabirin bütün bədəni əsməyə başladı. Təlaşla:

 

– Yox, yox, yox! – deyib, sözünə davam edə bilmədi. Qorxudan dili də, əl-ayağı da bir-birinə dolaşdı… Bu vaxt pəncərənin qarşısında əyləşən kişi özünü onun üstünə atıb, bərk-bərk qucaqladı. Yaşlı kişinin hönkürtüsü ilə Cabirin “yox” kəlmələri bir-birinə qarışmışdı. Cabir artıq heç nəyin, heç kimin fərqində deyildi. Nelya Arturovnanın “Gəlib səni aparsın?” sualı onun qulağından çəkilmir, tanımadığı kişinin qucağından çırpınaraq çıxmağa çalışaraq, “Yox, yox, yox!” qışqırırdı…

 

Onun “Yox” kəlmələri Cabirin dəlixanaya qayıtmaq qorxusundan xəbərsiz olan naməlum kişinin ürəyini güllə kimi dəlib keçirdi… O, Cabiri bacardıqca bərk-bərk qucaqlayıb bağrına basır, Cabir isə var gücü ilə onun qolları arasından xilas olmağa çalışırdı…

 

(Davamı olacaq…)

 

III hissədə:

 

 – Elə bu vaxt şkafın arxasından Nelya Arturovnanın səsi gəldi, məni çağırdı ki, kömək et, yoxsa məni öldürəcəklər.

 

– Günün sonuna yaxın Cabirin əli-ayağı bir-birinə dolaşmağa başlayırdı. Uşaqlıqdan vərdişi idi, həyəcanlanan kimi dırnaqlarını yeyirdi. Şitillərin zəhərli olduğunu başa düşməyən oğlan tələsdiyindən əlini ağzından çəkib, gözünü ovxalayırdı…

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles