25.03.2016 / 07:38 xeber –
Şimali Koreya lideri Kim Çen In artilleriya qoşunlarının genişmiqyaslı təlimi çərçivəsində çıxışı zamanı hərbçiləri hücum əmri verilən kimi Seuldakı hökumət qurumlarına zərbələr endirməyə hazır olmağa çağırıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Renhap” agentliyi məlumat yayıb.
“Şimali Koreya Cənubi Koreyanın dövlət qurumlarını amansızcasına məhv etməklə ölkənin birləşməsinə nail olmalıdır”, – deyə Kim Çen In bildirib. Onun sözlərinə görə, ordunun döyüş ruhu və hazırlığı daim yüksək səviyyədə saxlanılmalıdır.
mənbə :
lent.az
Şərh yaz.