Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Ermeninin başına kelağayı bağlayıb, qaçırtdım…” – İNTERNAT DRAMI

“Erməninin başına kəlağayı bağlayıb, qaçırtdım...” – İNTERNAT DRAMI

26/03/2016

16:56


26.03.2016 / 16:53 xeber –

Vüsalə Məmmədovanın təqdimatında dəhşətli dram: “Anam diplomat olub, sovetlər dağılanda qaçıb xaricə…”

(Əvvəli: I hissə II hissə)

 

III hissə

 

Direktor heç nə olmayıbmış kimi Raya xanımı çağırdıb, Cabiri sinfə aparmağı tapşırdı…

 

Cabir bir az əvvəl ağlayaraq girdiyi sinfə heç vaxt olmadığı qədər xoşbəxt girdi. Dəlixanaya aparılmadığı üçün sevincindən az qala uçurdu. Müəllimənin “Nelya Arturovna səni niyə çağırmışdı” sualına şəstlə, bu günə qədər heç kimin onun dilindən eşitmədiyi əda ilə cavab verdi:

 

– Atam gəlmişdi, ona görə!

 

– Nə?! Atan gəlmişdi?

 

– Bəli!

 

Cabir partanın arxasına elə bir təşəxxüslə getdi ki, sanki bütün sinfə, məktəbə car çəkirdi ki, baxın, dünənə qədər sizin üçün bir əşyadan fərqim yox idi, varam-yoxam, – heç fərqimə də varmırdınız. Amma indi arxamca atam gəlib! Nə olsun ki, məni özü ilə aparmayıb?! Əsas odur ki, o var və gəlib! Əsas olanı odur ki, mən də bütün uşaqlar kimi atadan-anadan yaranmışam! Cabirin ağlı, fikri, ürəyi göylərdə uçurdu. Buna görə də müəllimin təəccüblə “Sənin atan var ki?” sualını eşitmədi. İndi onun gözü önündə balaca, lap balaca gitara dayanmışdı. Bir az əvvəl onu qucaqlayan naməlum kişinin köynəyinin yaxalığında gördüyü kiçik, qızılı gitara sancaq! Əsas odur ki, onun atası var və yaxalığına qızılı rəngdə gitara sancaq bağlayır! Bu səadət Cabirə bir ömür xoşbəxt yaşamağa bəs idi. Bir də dəlixanaya qaytarılmamaq! Ona bu yer üzündə başqa heç nə lazım deyildi!

 

Cabirin ədası, davranışı müəllimin fikrini dərsdən ayırırdı. Uşağın belə əminliklə danışmasından sanki indi inanmışdı ki, Cabiri də dünyaya insan gətirib. Uşaqlardan birini lövhədə dərsi danışa-danışa qoyaraq, yenidən soruşdu:

 

– Cabir, dedin ki atan gəlmişdi?

 

– Bəli! Nelya Arturovnanın kabinetində bir kişi var idi, ağlayırdı, o mənim atamdır!

 

Cabir heç özü də bilmirdi bu sözləri ona hansı qüvvə dedirdir. Amma yeni il gecəsi etdiyi duadan sonra əmin idi ki, allah o adamı Cabir üçün göndərib. Əgər yox idisə də, xüsusi olaraq bu gün üçün, bir dəfə onu görmək üçün yaradıb, buraya göndərib.

 

– Atan necə adamdır, yaraşıqlıdır?

 

– Bəli, mənə oxşayır! Arıqdır, ağ köynək geyinmişdi. Mən də ağ köynək sevirəm. Hə, bir də atamın gitarası da var idi!

 

– Gitaraçıdır?

 

– Ağ köynəyinin yaxalığında qızılı gitara sancaq var idi…

 

– Anan da gəlmişdi?

 

– Yox, gəlməmişdi…

 

On bir yaşlı Cabir həyatında ilk dəfə idi ki, bütün suallara belə əminliklə, qürurla, cavab verirdi. Cümlələri elə rahat tələffüz edirdi ki, düşünürdü, əgər indiyə qədər onun da bir doğması olsaydı, heç danışığında problem də olmazdı. Yoxsa kimsəsi yox idi, dili açılsa kiminlə danışacaqdı, kimdən danışacaqdı, kimin üçün danışacaqdı…

 

Bu bir neçə saniyə sürən görüşdən aldığı fəhm Cabiri tamam başqa insana çevirmişdi. “Gitaralı” adam bir də internata gəlmədi, heç kim də onun haqqında danışmadı. Amma onun varlığını bircə dəfə hiss etmək, Cabirin ömrünün növbəti illərində ona dayaq oldu.

 

***

 

– O adam o vaxt məni özü ilə aparsa, həyatımda hər şey başqa cür ola bilərdi…

 

– Nelya Arturovna sonra da sizə onun kimliyi haqda heç nə demədi?

 

– Heç vaxt! Heç deyərdi? Həyatda onun qədər qəddar, amansız, uşaqlara nifrət edən qadın görməmişəm. Buna baxmayaraq, mən ona yaxşılıq etdim və qadın baxa-baxa qaldı…

 

– Necə?

 

– Sovet hakimiyyəti dağılanda uşaq evlərində, internatlarda uşaqlara qan udduran ruslar, ermənilər ölkəni tərk edirdi. Bir gün dəhlizdən keçəndə pəncərədən gördüm həyət doludur adamla, əllərində də taxta parçaları. Nardaran, Mərdəkan, Maştağa camaatı hamısı tökülüb gəlib Nelya Arturovnanın arxasınca. Hamı bilir ki, buranın direktoru ermənidir və uşaqlara nə əzablar verir… Elə bu vaxt şkafın arxasından səsi gəldi, məni çağırdı ki, kömək et, yoxsa məni öldürəcəklər.

 

– Məktəbdə ona kömək edəcək heç kim yox idi?

 

– Qəfil gəlmişdilər, hazırlıqsız yaxalanmışdı, qaçıb şkafın arxasına girmişdi. Bizdə Tutu xala var idi, xadimə idi. Həmişə kəlağayı bağlayırdı, onun kəlağayısını aldım…

 

– O da verdi?

 

– Bilmədi nə üçün istəyirəm. Xasiyyətimə bələd idi, elə bilirdi aparıb qızların kuklalarına bağlayıb, oynayacağam. Çox vaxt belə edirdim axı… Tutu xalanın kəlağayısını gətirib Nelya Arturovnanın başına bağladım. Qolundan yapışdım, guya ki, valideynimdi… Biz məktəbdən çıxanda o belini büküb, başını aşağı saldı. Məktəbə hücum edən kişilər soruşdu ki, oğlum, bu qadın kimdi, dedim nənəmdi, məni evə aparır… Onlar qaldı məktəbdə, biz avtobusa oturub, getdik…

 

– Hara getdiniz?

 

– Əri azərbaycanlı idi, Mərdəkanda yaşayırdılar. 72 saylı avtobusla getdik. Məhəllələrinə çatanda da gizləndi, mən gedib ərinə dedim gizləndiyi yeri, əri gəldi arxasınca, həmən gecə Azərbaycanı tərk etdilər. İlk dəfə idi ki, şəhərdə sərbəst gəzirdim… Yenidən 72-yə minib geri qayıtdım. Heç kim bilmədi ki, mənə illərlə əzab verən, zülm edən bir qadını xilas etdim. İndi düşünürəm, heç o vaxt özümdən soruşmadım da ki, niyə belə edirsən? Qoy alsınlar heyfini… Nelya Arturovna özü də məəttəl qalmışdı…

 

– Onda neçə yaşınız var idi?

 

– Böyük idim artıq, haradasa on üç yaşım olardı…

 

– Neyla Arturovnanın yerinə kim təyin olundu?

 

– Vəli müəllim… İnternatda qoyun, inək saxlayırdı… O da bir cür gülməli idi… Amma əsas odur ki, erməni direktor gedəndən sonra mənim həyatım yaxşı mənada dəyişdi. Düzdür, məktəbi bitirənə kimi ev uşaqları hamısı məni iqnor edib. Amma ən azından döyülmürdük… Direktor azərbaycanlı idi, uşaqlar arasında ayrı-seçkilik qoyulmurdu, hətta özümüzə qarşı diqqət, qayğı da görürdük… Nelya Arturovnanın dövründə bizə soyuq yanaşan müəllimlər, dayələr indi səmimi davranırdılar.

 

***

 

İnsanlarda milli ruh oyanmışdı. Dünənə qədər qapazaltı etdikləri kimsəsizlərə belə insan kimi yanaşmağa başlamışdılar. Hətta tərbiyəçi Cabbar müəllim bir gün Cabirlə Tofiqi yanına çağırdı:

 

– Uşaqlar, qarşıma məqsəd qoymuşam, sizin ailənizi axtaracağam. Görüm kimsiniz, kimlərdənsiniz… Bir kimsəniz varmı həyatda…

 

Uşaqlar ikisi də xorla soruşdu:

 

– Bu mümkündür?

 

– Əlbəttə! Dünənə qədər maraqlana bilməzdik. İndi zəmanə dəyişib, gəldiyiniz uşaq evinə gedib, arxivlərə baş vurmaq lazımdır.

 

– Mən Mərdəkana başqa uşaq evindən gəlmişəm, – Cabir ümidsizcəsinə dilləndi.

 

– Mərdəkana haradan gəldiyini öyrənmək asandır, ora da gedib araşdıracağam görüm ora haradan gəlib çıxmısan. Uşaqlar, ümidinizi üzməyin, siz burada dünyaya gəlməmisiniz. Sizin də bir kimsəniz, valideyniniz var. Araşdıracağam! Artıq böyüyürsünüz, tezliklə buradan çıxıb gedəcəksiniz, bir-iki aya da məhv olacaqsınız. Ölməyinizi, həbsə düşməyinizi istəmirəm…

 

Cabbar müəllim müdrik görkəm alıb danışdıqca, Cabirlə Tofiqin gözlərində qığılcım yanırdı. Onlar nə ölməyi, nə həbsi düşünmürdülər, dəlixanaya aparmasınlar, onlara bəsdir. Amma kimliklərini araşdırmaq! Bu, heç vaxt ağıllarına gələcək bir şey deyildi.

 

Bu söhbətdən sonra Cabirlə Tofiq harada Cabbarı görürdülərsə qaçıb yanına gəlir, par-par yanan sual dolu gözlərini onun ağzına zilləyirdilər. Uşaqlar Cabbarın bir gün mütləq şad xəbər gətirəcəyinə inanırdılar. Onlara valideyn himayəsindən məhrum olan uşaq kimi aldıqları bir rubl müavinəti də Cabbar müəllim alıb saxlayır, uşaqları ekskursiyaya, gəzməyə aparanda özlərinə verirdi. Hətta bu səfərlərdən sonra Cabbar müəllim Cabirin kiçik bir sirrindən də xəbər tutmuşdu. Cabirin elə çox gizlətməli nəyisə yox idi, cəmi bir sirri var idi…

 

…Cabir paralel sinifdəki qızlarla dostluq edir, onların kuklaları üçün nələrsə tikib qoşur, başını qatırdı. Uşaqlar futbol oynayanda o sinifdə valı qoşub, Zeynəb Xanlarovanı dinləyirdi.

 

Bazar günləri isə işləyirdi. Onun sirri də elə bu idi. Səhər yeməyindən sonra qeyb olurdu. Onun pirləri sevdiyini düşünən müəllimlər yenə ziyarətə getdiyini zənn edir, axtarmırdılar. Necə də olsa, hər dəfəsində axşam yatmazdan əvvəl həyətdə sıraya düzüləndə Cabir öz yerində olurdu axı…

 

Cabirin iş yeri kənd camaatının istixanasında şitil ayırıb, dəstələmək idi. Çörək pulunu qərənfil satmaqla qazanan insanlar bir yeşik şitili ayırıb dəstələyən uşağa bir rubl verirdilər. Ləng işləsən, bir yeşiyi ayıra bilməsən, 90, ya 80 qəpik alacaqdın. Günün sonuna yaxın Cabirin əl-ayağı bir-birinə dolaşmağa başlayırdı. Oğlan həm bir rubl qazanmaq, həm də axşam sıraya düzülmək vaxtına qədər internata çatmaq üçün ciddi-cəhdlə çalışırdı. Uşaqlıqdan vərdişi idi, həyəcanlanan kimi dırnaqlarını yeyirdi. Şitillərin zəhərli olduğunu başa düşməyən oğlan tələsdiyindən əlini ağzından çəkib, gözünü ovxalayırdı…

 

Beləcə, axşam uşaqlar sıraya düzülən vaxta cibində bir rubl, üzü, dodaqları, gözləri qızarmış, şişmiş, səpmiş halda özünü çatdırırdı… Kimsə buna fikir vermirdi. Əsas odur ki, uşaq sayında əskiklik olmasın, xəstə də olsa, sırada dayansınlar… Cabbar isə uşağın bu zəhmətkeşliyini öz-özünə dəyərləndirir, onun sirrini qoruyurdu:

 

– Onsuz da buradan çıxandan sonra necə olacağı bilinmir, qoy heç olmasa indidən bərkə-boşa düşsün, pul qazanmağı öyrənsin, – deyirdi.

 

Ekskursiyaya, ya gəzməyə gedəndə də Cabir uşaqlardan ayrılıb, mağazaya girir, yeni musiqi valları və ekran-efir qəzeti alırdı. Hər dəfə də getməzdən əvvəl Cabbar müəllimə üz tuturdu:

 

– Cabbar müəllim, mənim sizdə nə qədər pulum var?

 

– Beş manat! Amma bilirəm, mənə dedilər ki, səndə pul var, nə qədərdir? – bic-bic gülürdü.

 

– On manat! – Cabir sadəlövhcəsinə deyirdi.

 

– İndi onu aparıb val alacaqsan, hə?

 

– Bəli, yeni vallar alacağam.

 

– Hə, bir də ekran-efir almağı unutma! – Cabbar pul qədri bilməyən uşaqla zarafatından qalmırdı.

 

Tərbiyəçinin sırf bu sirri qoruması, on manatı hardan alıb deyə Cabiri cəzalandırmaması uşaqda bir inam yaratmışdı ki, Cabbar müəllim mütləq bir gün onlara şad xəbər verəcək. Belə də oldu:

 

– Uşaqlar, yaxşı xəbərim var! Birinci Tofiqin qisməti imiş! Cabir, səninkilər Azərbaycanda deyil, sən burada doğulmamısan. Onları tapmaq bir az zaman istəyir… Hələliksə, minin maşına, gedirik Tofiqgilə!

 

Tofiqgilə! Cabbar müəllimin dilindən çıxan bu söz möcüzə kimi səslənirdi. Bu günə qədər dünyada “Tofiqgil” deyilən bir yer yox idi. Onun haqqında ancaq bir kəlmə işlənirdi: “Tofiqi dəlixanaya apardılar”, “Tofiq dəlixanadan gəldı”. İndi isə dünyada “Tofiqgil” deyilən bir məkan var idi. Tofiq həyatında ilk dəfə internatın maşınına minib dəlixanaya yox, evinə, ailəsi ilə görüşə gedirdi. Öz ailəsini tapıbmış kimi sevinən Cabir həyəcanla onun yanında əyləşib, əllərindən bərk-bərk yapışmışdı.

 

Maşın köhnə həyət evlərinin arası ilə gedib, dayandı. Tofiq dar pillələri tələsə-tələsə qalxanda, arada dayanıb Cabiri də gözləməyi unutmurdu. Qapıdan birlikdə girdilər. Deyəsən Cabbar müəllim əvvəldən bu ünvanda olmuşdu. Həm yolu yaxşı tanıyırdı, həm də bir qadın qapıda dayanıb, onları gözləyirdi. Cabbar müəllim qapıda qadınla dayanıb, pişiklərin sağa-sola qaçdığı pilləkənləri qalxan uşaqlara baxırdı. Uşaqlar nə ilə qarşılaşacaqlarını ağıllarına da gətirmədən, fərəhlə pillələrlə yuxarı, bir möcüzəyə yaxınlaşırmışlar kimi qalxırdılar. Onlar yaxınlaşanda Cabbar Tofiqi göstərdi:

 

– Bu, sizin oğlunuzdur…

 

– Bilirəm, – qadın kədərli gözləri ilə onu süzüb, qucaqladı. Cabirlə Tofiq, elə Cabbar müəllim də hamının əvəzinə sevinə bilirdilər. Ona görə də qadının kədəri bu xoşbəxt mənzərənin səadət payını azaltmadı.

 

Qadın ikinci dəfə ailə qurmuşdu, amma onlar gələnə qədər artıq ərini Tofiqə sahib çıxmağa razı salmışdı. Heç kim bilmirdi Tofiq buradan da dəlixanaya göndəriləcək, ya yox. Amma o evdə idi, ailədə idi. Anası onu bərk-bərk qucaqlamışdı, bu qolların arasından çıxıb yenidən kiməsə hücum edəcəyi inandırıcı görünmürdü. Hələ ki, görünmürdü, sonrasını kimsə bilə bilmədi.

 

Tezliklə məktəbə yeni xəbər yayıldı – “Tofiqi evlərinə apardılar!” Hamı illərlə Tofiqin harasa aparılması xəbərini o qədər eşitmişdi ki, ilk dəfə eşidəndə reaksiya vermədilər. Üstündən bir az keçəndən sorna heyrətlə “hara” soruşdular? “Evlərinə! Tofiqin anası tapılıb. Sənədlərini qaydaya salıb, oğlunu internat məktəbindən birdəfəlik apardı!”

 

***

 

– O vaxtdan Tofiqdən xəbərim olmadı. Bu gün onu görməyi çox istəyərdim. Heç bəlkə də indi Azərbaycanda deyil. O vaxt yəhudilərin çoxu köçüb getdi, anası yəhudi idi…

 

– Cabbar müəllim sizin haqqınızda heç bir məlumat tapa bilmədi?

 

– Tapdı… Atam haqqında heç bir məlumat yox idi. Anamın isə artıq ikinci ailəsi var idi, Moskvada yaşayıb, diplomat imiş, sovetlər dağılanda xaricə qaçıb…

 

– Başqa heç bir məlumat vermədi?

 

– Verdi… Cabbar müəllimin araşdırmalarından sonra bildim ki, 1976-cı ildə Moskvada dünyaya gəlmişəm. Anam… Şahsənəm Əliyeva məni Hüseyn Əliyevdən dünyaya gətirib. Atam o illərdə baş mühəndis olub… Həm də memar imiş, rəssamlığı da olub… Uşaq iflici ilə doğulduğuma görə həkimlər anama çox yaşamayacağımı deyiblər. Bu uşaqdan əlini üz, bu gün, sabah öləcək, deyiblər… Ölməsə də şikəst olacaq. Nə danışa, nə gəzə biləcək… Sənsə hələ cavansan, özünə yenidən həyat qura bilərsən deyiblər…

 

– Ola bilər ki, hamiləlik dönəmində şiddətlə qarşılaşıb?

 

– Bilmirəm. Onu bilirəm ki, atamla aralarında nə isə olubmuş… Dəqiq bilmirəm, bəlkə heç evli olmayıblar… Doğum haqqında şəhadətnamədə Şahsənəm Sabirqızı yazılıb. Görünür münasibətlərini rəsmiləşdirməyibmişlər… Mən doğulandan sonra bir ay xəstəxanada qalmışam, anam yanıma gəlib-gedib, mən günü-gündən zəifləyib, ölümcül hala düşürmüşəm. Bir ay sonra deyib ki, uşağı Moskvada qoymaq istəmirəm, Bakıya aparıram… Gətirib məni uşaq evinə verib, geriyə, Moskvaya qayıdıb… Rəsmi imtina sənədi var, öz əli ilə yazıb… Dövlət işçisi olub… Həkimlər deyib qalmayacaq… Ölümümü gözləyirmişlər… Nə bilim, belə…

 

– Sovetlər dağılandan sonra Rusiyadan hara köçdüyünü müəyyən edə bilmişdilər?

 

– Cabbar müəllim ünvanını tapa bilməmişdi… Açığı, artıq mənə maraqlı da deyildi, ana hayında deyildim… Böyüyürdüm, qabaqda məni ağır günlər gözləyirdi… Müəllimlər hamısı mənə deyirdi ki, buradan çıxmağa tələsirsən, amma vaxt gələcək yenidən bura qayıtmağı arzulayacaqsan. Çünki sənin üçün elə ən təhlükəsiz yer buradır. Cəmiyyətdə iki aydan artıq qala bilməyəcək, məhv olacaqsan… Çox zəifsən, səni çox ağır sınaqlar gözləyir. Deyirdim, eybi yox, təki mən buradan gedim. Nə olsa dözərəm, təki dəlixanaya, əlillər evinə düşməyim, ondan çox qorxurdum… O qorxum məni indiyə kimi tərk etməyib… Daha bilmirdim ki, oranı bitirib, həbsə düşəcəyik…

 

(Davamı olacaq…)

 

IV hissədə:

 

– “Əziz oğlum, mən səni sevirəm! Anan sənin həyatda olduğunu bilmir… Bəlkə də heç vaxt bilməyəcək, bəlkə də o özü artıq həyatda deyil… Bunu heç mən də bilmirəm, xəbərim yoxdur…”

 

– İçimizdə Yesenya və Mətanət adlı iki qız var idi, çox qoçaq, dilli-dilavər, vuran-tutan qızlar idi. Müəllimlərimiz deyirdilər ki, onlar heç vaxt batmazlar. Əsas Cabirdən nigaranıq ki, birinci o məhv olacaq. Amma elə ən birinci Yesenya batdı. Rus idi, Nelya Arturovna da həmişə onu qorumuşdu, internatın “atamankası” idi. Bütün internatı idarə edir, heç kimi saymırdı. Adam döydüyü üçün həbsə düşdü, ondan sonra sındı…

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website