Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Vidadi Babanlı: "Semed Vurğun dedi ki, sene heyat dersi lazımdır"

Vidadi Babanlı: "Səməd Vurğun dedi ki, sənə həyat dərsi lazımdır"

29/03/2016

13:04


29.03.2016 / 12:01 xeber –

…Mən uşaqlıqdan ədəbiyyat həvəskarı idim. 4-cü, 5-ci sinifdən cızma-qara edirdim, şerlər, filanlar yazırdım. Amma atam buna  əhəmiyyət vermirdi. Ona görə ki, mənim böyük əmim var idi, Əli Talib adında, o da şer yazmaq həvəsinə düşmüşdü, amma ondan şair alınmamışdı. Ona görə də atam bunun əleyhinə idi, deyirdi ki, hər yazan şair, yazıçı ola bilməz. Ona istedad lazımdır. Mən 10-cu sinfi bitirəndə Tiflis şəhərində təzə ali məktəb açılmışdı – Dəmiryolu Mühəndisliyi İnstitutu. Atam məni ora göndərdi ki, get, bala, dəmiryolçu ol, mühəndis ol, mühəndisin gələcəyi var, yaxşı pul qazanacaqsan, yaxşı dolanacaqsan, şer yazmaqdan əl çək.

 

…Mən atamın sözündən çıxa bilmədim, getdim Tiflisə. 2-ci semestrdən sonra sənədlərimi götürdüm, Tiflisdən Bakıya – Azərbaycan Dövlət Universitetinə göndərdim. Avqustun ortaları idi, yoldaşlarımla getmişdim söhbət etməyə.  Evə bir az gec gəldim. Gəldim gördüm ki, atam çox hirsli oturub. Kişi  siyirtmədən bir zərf götürdü üzümə çırpdı. Bununla da  hirsi soyumadı, durdu mənə bir şillə çəkdi. Ona qədər məni heç zaman vurmamışdı, çünki mən anadan olandan 2-3 ay sonra anam rəhmətə getmişdi, yetim  qalmışdım. Ona görə də mənim xətrimə dəymirdilər. Kişi deyinə-deyinə çölə çıxdı, gözümün yaşını sildim, ayağımın altına baxdım. Zərfin üstündə Azərbaycan Dövlət Universiteti sözünü oxudum. Gözümün yaşını bir də sildim, əyildim zərfi yerdən götürdüm, açdım. Göndərişin axırıncı cümləsinə diqqət yetirdim. Gördüm yazıblar ki, sentyabrın 1-dən oxumağa gələ bilərsən.

 

… Kimlər poeziya yolunda mənə dəstək olub? Cəfər Xəndan var idi, o sonra universitetin rektoru oldu. Cəfər Xəndan ədəbiyyatşünas idi, məşhur alim idi. O, universitetdə dərnək aparırdı. İslam Səfərli və başqaları o dərnəyin üzvləri idilər. Mənim həmin dərnəkdə 2 şeirim bəyənilmişdi. Onları Cəfər Xəndan “Azərbaycan gəncləri” qəzetində çap etdirmişdi.

 

Səməd Vurğundan, Allah qəni-qəni rəhmət eləsin, biz cavanlar çox şey görüb-götürürdük. O vaxt Mirzə İbrahimov Yazıçılar İttifaqının sədri idi. Mirzə müəllim “Gənclər günü” adında bir dərnək yaratmışdı. Biz, o dərnəyə gedirdik. Dərnəkdə şerlər, hekayələr oxuyurduq. Bəyəndikləri yazıları çapa verirdilər, bəyənmədiklərinə düzəlişlər etdirirdilər. Onda Səməd Vurğun da, Süleyman Rəhimov da, Süleyman Rüstəm də, bütün o dövrün şair və yazıçıları da həmin dərnəyə gəlib məşğələlərdə iştirak edirdilər. Biz cavanlar gözləyirdik ki, Səməd Vurğun nə vaxt gələcək, şeirimizi onun iştirakı ilə oxuyaq. Çünki onu daha çox  bəyənirdik, daha çox sevirdik və ondan xeyir-dua almaq istəyirdik. Səməd Vurğundan xeyir-dua aldığım üçün bir az ürəyim sakitləşmişdi ki, deməli, məndən nə isə alınacaq.

 

… Sonuncu kursdayıq. Bizim təyinatımız verilməlidir. Getdim Yazıçılar İttifaqına. Onda İttifaqın sədri Səməd Vurğun idi. Səməd Vurğundan məsləhət almaq istəyirdim. Mənim də ürəyimdə tutduğum əsas təmənna bu idi ki, bəlkə, Bakıda qalmağa imkan ola, şairin mənə bir köməyi dəyə. Səməd Vurğun: "A bala, sən – dedi,- skamyadan durub gəlib skamyada oturmusan. Yəni orta məktəbi bitirib gəlmisən oxumağa, işləməmisən. Sən həyatı bilmirsən. Sənə həyat dərsi lazımdır. Başqa dərsləri, başqa elmləri sonradan kitabdan öyrənmək olar. Amma şair üçün, yazıçı üçün həyat biliyi əsasdır. Sənin həyat biliyin, müşahidələrin olmasa, səndən heç nə alınmaz. Ona görə də mən məsləhət bilirəm, gedəsən rayonda 2-3 il işləyəsən. Həyat təcrübəsi qazanasan, həyata bir baxışın ola, görəsən həyat necədir, ondan sonra qayıdıb gələsən, yaradıcılıqla məşğul olasan”.

 

Səməd Vurğun bunu dedi, heç gözləmədi ki, mən nə deyəcəyəm, nə xahiş edəcəyəm. Dalınca da dedi ki, get Muğana, Sabirabad rayonuna. Orada həyat bir az daha qaynardır, get oralarda müşahidələr apar. Orada işlə, oranın da Maarif şöbəsinin müdiri mənim dostumdur. Tapşıraram, səndən göz-qulaq olar. Mənim daha heç bir sözüm qalmadı deməyə. Könülsüz sağollaşıb çıxdım. Yolda, hətta, bir az da özümü danladım ki, nahaq gəlirdim yanına…

 

…Aradan bir həftə keçdi. Təyinat bölgüsü ilə əlaqədar bizi rektorun qəbuluna çağırdılar. 30-dan çox tələbə idik. Hamının familiyası oxundu, ikinci mənim familiyam idi, mənim familiyam oxunmadı. Qurtaranda, Abdulla Qarayev rəhmətlik dedi ki, kimin daha nə sualı, nə sözü var. Mən də yaxında oturmuşdum. Əlimi qaldırdım, kişi döndü baxdı, dedi, a bala, nə istəyirsən? Durdum ayağa, dedim ki, Abdulla müəllim, bağışlayın, mənim adım oxunmadı. Rektor gülümsündü, dedi, a bala, səni biz burada aspiranturada saxlamaq istəyirik. Mən də yaxşı oxuyurdum. Həm də bir az ictimaiyyətçi idim, bayramlarda-filanda, yığıncaqlarda şer oxuyurdum, çıxışlar edirdim. O vaxt hər adamı aspiranturada saxlamırdılar. Gərək təşəkkür edib oturaydım. Mən isə durmuşam  ayaq üstə, dümdüz. Kişi belə kinayə ilə üzümə baxdı: “Daha nə sözün var”- dedi. Dedim, professor bağışlayın, bu günlərdə Səməd Vurğunun yanında olmuşdum, ondan məsləhət almaq üçün, o mənə məsləhət gördü ki, gedib 2-3 il rayonda işləyim. Belə deyəndə kişinin rəngi bir az  da dəyişdi. Sən demə, aspiranturada məni özü saxlatdırıbmış. Ona kimi yerdən, o vaxt Maarif komissarlığı deyirdilər, oranın bir nümayəndəsi dedi ki, Səməd Vurğun kimi böyük bir şairimizin məsləhətindən çıxmaq olmaz. İndi ki, deyir, qoyun, getsin rayonda işləsin. Rektor da dedi, özü bilər. Soruşdu ki, hara getmək istəyirsən, hansı rayona, dedim Sabirabada. Sabirabad deyəndə hamı bir-birinə baxdı, gördüm bir təbəssüm qondu bunların dodaqlarına, nə isə ironik bir təbəssüm… Mən də nə görmüşəm, nə tanıyıram Sabirabadı? Sən demə, ən geridə qalmış rayonlarımızdan biri imiş o vaxt. Bilirsiniz də, rayonlarımızda vəziyyət nə yerdə idi… Gəldim oranın vəziyyətini gördüm bir şer yazdım.

 

Gəlin söhbət açım Sabirabaddan,

Buraya xam gələn, aldanar gedər,

Hürkər uşaq kimi öz kölgəsindən,

 Döyükə- döyükə yollanar gedər.

 

 Olmaz bazarında tərəzi çəki,

 Nə yollar təmizdir, nə də bir səki,

Gəlinlər başında gəzdirir yükü,

 Əlləri yanında sallanar gedər.

 

Vidadi, şairsən, olmaz yalanın,

Özü dərdə düşər dərdə salanın,

Axır onu bildim, burda qalanın,

Saçına dən düşər, çallanar gedər.

 

Bunu yazmışam, bu şeir şagirdlərin dilinə düşüb. Məktəbdən çıxanda, gedəndə, gələndə oxuyurlar. Bir də aradan bir ay keçmiş Maarif şöbəsinin müdiri, Mirqasım Əfəndiyev var idi, Səməd Vurğunun dostu, o məni yanına çağırdı. Məni çox yaxşı qəbul eləmişdi rayona gələndə. Dedi, Vidadi, səndən şikayət var. Dedim, nə şikayət Mirqasım müəllim? Dedi, səndən buranın yerli ziyalıları Mərkəzi Komitəyə, bir də Maarif Komissarlığına şikayət yazıblar ki, bu gəlib burada həyatı öyrənmək əvəzinə, Muğan kimi yeri tərifləmək əvəzinə, həcv edib, buranın camaatını ələ salıb. Mən qaldım belə, pis vəziyyətdə, özü də bilirsiniz, o cür şeylərə görə adamı tuturdular, incidib işdən çıxarırdılar. Kişi gördü ki, mən belə donub qalmışam, qımışdı, dedi ki, vallah narahat olma, mən birinci katiblə danışmışam, ona vəziyyəti demişəm, anlatmışam ki, şairsən də, şair gördüyünü yazar. Sonralar buradan yaxşı şerlər yazarsan və birinci katibə də o cür deyərsən.

 

…Mən Sabirabadda bir il işləyəndən sonra qayıtdım gəldim Bakıya. “Azərbaycan müəllimi” qəzetində işə düzəldim, ədəbi işçi işlədim və bu ərəfədə, Moskvada Qorki adına Ədəbiyyat İnstitutu var idi, SSRİ Yazıçılar İttifaqının nəzdində, məni göndərdilər ora oxumağa. Mən də həvəslə getdim. Getdim ki, həm də rus dilini mükəmməl öyrənim və rus dilinin vasitəsi ilə dünya ədəbiyyatı ilə tanış olum.  Çünki bizdə Azərbaycan dilinə tərcümələr, bilirsiniz də, o vaxt az idi, yox dərəcəsində idi. Bu niyyətlə getdim. Orada bir aya yaxın idi oxumuşdum, bir də dedilər ki, səni rektor çağırır. Qorxa-qorxa gəldim rektorun yanına. Seryogin adında bir nəfər idi. Məni ədəblə qarşıladı. Qayıtdı dedi ki, biz burada aspirantura açırıq, mən də görürəm, sizin qiymətləriniz yaxşıdır. Gəlin, Sizi aspiranturaya götürək, yerimiz də var, adam axtarırıq. O vaxt tələbə 220 manat təqaüd alırdı, amma aspirantın təqaüdü 350 manat idi. Bu pula görə, pul məni daha çox həvəsləndirdi, razılıq verdim.

 

…İndi mənim gətirdiyim pul da qurtarıb, xərcliyim də qurtarıb, təqaüd də vermirlər, çünki hələ aspirantura məsələsi də Maarif Komissarlığında təsdiq olunub gəlməlidir. Qalmışam belə, pulsuz. Hirsimdən ağladım. Qayıtmağa nə pulum var, nə bir tanışım var, gedib ondan pul alam, geri qayıdam.

 

Bir də axşam dərsdən çıxıb qayıdanda Salam Qədirzadə gəldi, dedi, Vidadi, təbrik edirəm səni. Mən nə isə könülsüz-könülsüz qalxdım oturdum. Dedim, nə münasibətlə? Dedi ki, sənin “Smena” jurnalında şerlərin çıxıb. Dedim, ay balam, mən Bakıdan Moskvaya təzə gəlmişəm, heç yeri tanımıram, heç bir redaksiyaya getməmişəm, necə ola bilər bu? Dedim, səhv olar, sən dəyişik salmısan. Dedi, Vidadi Şıxlı sənsən, ya yox? Dedim, mənəm. Dedi, sənin şerlərin çıxıb da. İnanmırsan, yeməkxanada stolun üstündə həmin o “Smena” jurnalı var, get bax. Nəbi Xəzri ilə sonradan öyrəndik ki, sən demə, bir tərcüməçi gedib həmin o jurnaldan Azərbaycana. Cavan şairlərin şerlərini istəyib. O şerlərin içində, mənim də şerimi veriblər buna.

 

… Aspiranturada 2 il oxudum, sonra gördüm ki, yox, mənim həvəsim yoxdur dissertasiya müdafiə etməyə. Yaradıcılıq, şer məni daha çox cəlb edirdi. Gəldim Bakıya, onda da “Gəlin” povestini yazıb qurtarmışdım. Mənim ilk nəsr əsərim idi. İlyas Əfəndiyev və başqaları Bakıda oxumuşdular, bəyənmişdilər, bəzi xırda-para qeydlər etmişdilər. Mən də düzəldib gətirmişdim, çap olunmuşdu. Ondan sonra mən daha şerdən əl çəkdim, nəsrə başladım.

 

…”Vicdan susanda” əsərimi tənqid edib deyirdilər ki, Sovet adamının vicdanı susa bilməz. Bu bizim cəmiyyətə, Sovet quruluşuna ziyanlı bir əsərdir, şərdir, böhtandır. Bu adla mənim Kommunist Partiyasından çıxarılmaq məsələmi qoydular. Halbuki “Gəlin” povestindən sonra özləri məni partiyaya qəbul etmişdilər. Onda Əli Vəliyev rəhmətlik etiraz elədi, Süleyman Rüstəm durdu etiraz elədi o təklifə, Rəsul Rza, Osman Sarıvəlli etiraz elədilər ki, bu həm də bizim Yazıçılar İttifaqının adına ləkə gətirər. Məni müdafiə edənlərin fikri belə oldu ki, biz cavan bir yazıçını partiyadan çıxarırıq, demək, onun üçün bütün yollar bağlanır. Belə olmaz, gəlin bir az tərbiyə də verək, filan edək, bir az buna yüngül cəza verək. Mirzə müəllim bir az sərt danışdı. Partiya bileti cibimdə idi. Məni də hirs boğub. Cavan oğlan, bir az da çılğın. Onda mən bileti cibimdən çıxartdım, atdım Mirzə İbrahimovun üstünə. Bilet diyirləndi düşdü onun ayağının altına. Hamı mat qaldı, heç kəs belə şey gözləmirdi. Hər kəs donuq qaldı, dedim ki, bir partiya ki, ədaləti müdafiə eləmir, mən o partiyanın üzvü olmaq istəmirəm. Dedim və qapını çırpdım getdim.

 

…“Vicdan susanda” 2 kitabdan ibarətdir. Birinci və ikinci kitablar ayrı-ayrılıqda,  sonra hər iki kitab birlikdə Moskvada 4 dəfə çap olunub. Bir 1980-ci ildə, bir də 1981-ci ildə, iki il dalbadal 100 min tirajla.

 

6 roman yazmışam. “Vicdan susanda”, “Müqəddəs ocaq”, “Ömürlük cəza”, “Gizlinlər”, “Qəribə eşq”, bir də “Zəmanə adamı”. “Zəmanə adamı” sonuncu əsərimdir. 5 povest yazmışam. “Gəlin”, “Ayazlı gecələr”, “Həyat bizi sınayır”, “İnsaf nənə” və “Ana intiqamı”. “Ana intiqamı” da, bilirsiniz, Qarabağ müharibəsindən bəhs edən əsərdir. Leyla xanım Bədirbəyli, bizim gözəl aktrisamız, bunu qəzetdən oxuyub gəlib Həsənağa Turabovun yanına, Turabov da o vaxtı Azdramanın direktoru idi, gəlib deyib ki, əsərdə bir ana obrazı var, mən o ananı oynamaq istəyirəm.

 

Bir gün Həsənağa Turabov bununla bağlı axşam zəng elədi. Həmin o əsər  2-3 mövsüm Azərbaycan Dövlət Dram teatrında oynanıldı.

 

…Bilirsinizmi, vicdan ən böyük mənəvi keyfiyyətdir insanlıqda. Kimin ki, vicdanı var, o heç bir zaman nə paxıllıq bilir, nə bədxahlıq bilir, nə pis iş, nə də pis əməl. Onlar həmişə düzlüyə çalışırlar, həmişə vicdanın səsinə qulaq asırlar. Amma, çox təəssüf ki, çox zaman çox adamların vicdanı susur. Və o da cəmiyyətə böyük zərbələr vurur. “Vicdan susanda” əsərində də onu göstərmişəm ki, vicdansızlar hər şeyi əldə edə bilirlər, tapa bilirlər, amma, vicdanlı adamlar, çox zərbələrə məruz qalırlar. Həmişə belə olub, amma, Sovet dövründə bu daha ciddi idi, xüsusən, son dövrlərdə daha da şiddətlənmişdi.

 

… Sözümü həmişə demişəm, haqqı müdafiə etmişəm. Mən xarakterimi dəyişə bilmədim. Bəzən özüm özümü söydüm də, özümü danladım da: “Əşi sən niyə bu qədər çətinliklərə salırsan özünü?!… Olmazmı başqaları kimi sən də bir şey eləyəsən, yol tapasan. Mülayim hərəkət edəsən, adamlarla ünsiyyət bağlaya biləsən. Amma nə isə mən həmişə həqiqətpərəst olmuşam. Həqiqəti müdafiə eləmişəm. Ona görə də zərbələr almışam, istər əsərlərimdə, istərsə də həyatımda. Vaxtilə Mehdi Hüseynin əleyhinə, İsa Muğannanın əleyhinə çox tənqidlər edilirdi. Mən iclaslarda, partiya iclasında, başqa yerlərdə durub müdafiə edirdim onları və sonra da özüm zərbə altında qalırdım. İndi mən peşman deyiləm, deyirəm, nə yaxşı ki, mən elə mübariz olmuşam. Mən elə o yolu tutub gəlmişəm. Mən həmişə gəzməyə çıxanda, heç tanımadığım adamlar yaxınlaşır, hal-əhval tutur, bu mənim könlümü açır. Demək, mən həyatda düz yol tutmuşam, çətin, amma düz yol.

 

…Vallah bəzən insanlar qocalığı tərifləyir. Biz yazıçılar, şairlər də çox tərifləyirik qocalığı. Amma qocalıq, sən demə, elə bir şey deyilmiş. Adamın çox şeydən əlini kəsirmiş, işdən-gücdən qoyurmuş. Amma bir şey də var ki, o ömrü, Allah-Təalanın verdiyi ömrü sən axıra qədər, şərəflə yaşaya bilirsən. Bax o, adama fərəh gətirir. Adamı sevindirir. Çünki danlaq sahibi, qaxınc sahibi olmursan, haqqında olan-olmaz sözlər danışılmır, yayılmır və hər yerdə səni hörmətlə qəbul edirlər. Bu, adama fərəh gətirir, adamı sevindirir. Amma mən deyirəm ki, qocalıq olmasaydı, bəlkə, daha çox əsər yaza bilərdim.

 

…“Vicdan susanda”ya görə məni 4 il yarım işsiz qoydular. Heç yerdə işləyə bilmədim, əsər yaza bilmədim. Gedib oçerklər yazırdım “Bakı” qəzetinə, radiolara. Aldığım qonorarla ailəmi birtəhər dolandırırdım, çörəkpulu qazanırdım zorla. Hərdən yadıma düşəndə, bəzən, özüm də dəhşətə gəlirəm ki, mən nə təhər dözümlü adam olmuşam ki, ona dözmüşəm. Bir şerim var:

 

Bağladı dilimi zamanın zəhmi,

Yüzdə bir sözümü deyə bilmədim.

“Əyil, keç, dedilər saqqal altından,

Vüqarlı qəddimi əyə bilmədim.

 

Yəni mən o prinsipi cavanlıqdan tutmuşam və ondan da ömrümün axırına kimi əl çəkə bilmədim. İndi artıq qocalmışam, 89 yaşım var. Amma yenə həmin xarakterdəyəm.

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles