Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Rövşen Allahverdiyev: İslahatlar dalğası bank sektorunu da canlandıracaq

Rövşən Allahverdiyev: İslahatlar dalğası bank sektorunu da canlandıracaq

29/03/2016

14:00


29.03.2016 / 12:57 xeber –

 

 

– Rövşən müəllim, məlumdur ki, neftin ucuzlaşması nəticəsində Azərbaycanın gəlirlərinin kəskin azalması və ötən il milli valyutanın 2 dəfə devalvasiyaya uğraması bank sektoruna təsirsiz ötüşmədi. Mövcud iqtisadi şəraitdə “Kapital Bank”ın maliyyə durumu necədir?

 

– 2014-cü ilin yay aylarından bəri iqtisadi və geosiyasi səbəblərə görə neftin qiyməti təxminən 4 dəfə aşağı düşüb. İri neft hasil edən ölkələrin hasilatı artırmaları, qlobal, o cümlədən Çin iqtisadiyyatının ləngiməsi fonunda neftə tələbin azalması qiymətlərin sürətlə aşağı düşməsinə səbəb oldu. Xarici valyutada gəlirləri azalan qonşu dövlətlər, öz milli valyutaları ifadəsində gəlirlərini artırmaq üçün devalvasiyaya getdilər. Azərbaycan dünyaya inteqrasiya etdiyindən, açıq iqtisadiyyat qurduğundan və əsas gəliri neft satışından olduğundan xaricdə baş verən proseslərin ölkəmizə təsiri qaçılmaz idi. Təbii, yaranmış vəziyyət bank sektoruna da təsir etdi. Bankların gəlirləri azaldı, problemli kreditləri artdı, kapitalları aşağı düşdü və s.

“Kapital Bank”Azərbaycanın ən iri banklarından biridir. Bankın öz sərmayəsi kifayət qədər böyükdür və bu da bizə böhranın öhdəsindən gəlməyə imkan verir. 2015-ci ilin sonuna bankın cəmi kapitalı 286,8 milyon manatdır. Bu məbləğ Mərkəzi Bankın kapital tələbindən ən azı 5 dəfə çoxdur. “Kapital Bank”ın kifayət qədər kapital ehtiyatına malik olması məşhur “Moody’s” beynəlxalq reytinq agentliyinin son hesabatında da qeyd olunub. 1 yanvar 2016-cı il tarixinə Bankın kapital adekvatlığı əmsalı 19,5%;  likvidlik əmsalı 194% təşkil edib və  bu da Mərkəzi Bankın tələbindən 6,5 dəfə çoxdur. Qeyd edim ki, “Moody’s Investor Service” beynəlxalq agentliyi yerli kommersiya bankları arasında ən yüksək reytinqi məhz “Kapital Bank”a təqdim etmişdir. Beynəlxalq agentlik “Kapital Bank” ASC-nin hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) “b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini isə “Ba3” səviyyəsində təsdiqləyərək, dəyişilməz olaraq saxlayıb.

– Bu göstəricilər çox əhəmiyyətli uğurlardır. Necə hesab edirsiniz, bu inkişafda əsas hərəkətverici qüvvə hansı məhsul və xidmətlərinizdir?

– “Kapital Bank”ın yeni məhsullar təqdim etməsi, xidmət səviyyəsini yüksəltməsi, innovativ yenilikləri tətbiq etməsi bankın böyüməsinə səbəb olur. Ötən il “Kapital Bank”ın aktivləri 50%-ə yaxın artaraq, 2 milyard manatı ötüb. Nəzərə almaq lazımdır ki, “Kapital Bank”ın aktivlərinin xeyli hissəsi manatla ifadə olunub, yəni artım tamamilə dollarda ifadə olunmuş aktivlərin yeni məzənnə ilə qiymətləndirilməsindən yaranmayıb. Ötən il Bankın kredit portfeli 32%-dən çox artmışdır. Müştərilərə verilmiş kreditlər 1 milyard 200 milyon manata yaxındır, depozitlər isə ilk dəfə 1 milyard manatı aşıb.

Yəni, gördüyünüz kimi maliyyə vəziyyətimiz həm dayanıqlıq, həm də bank sektorunda mövqeyimizin artımı nöqteyi nəzərindən çox müsbətdir. Təsadüfi deyil ki, “Business Insight” şirkətinin son sorğusuna əsasən, “Kapital Bank” əhali tərəfindən ən güvənilən bank statusu alıb.

 

– Rövşən müəllim,  az öncə xidmət səviyyəsinin yüksəldilməsini qeyd etdiniz. Filialların yenidən qurulması, işçilərin peşəkarlığı, müştəri məmnuniyyəti istiqamətində hansı işlər görülüb?

– Fəaliyyətini müştəri yönümlü bank olaraq, davam etdirmək və xidmət səviyyəsini daha da təkmilləşdirmək məqsədilə “Kapital Bank”ın filialları yeni konsepsiya əsasında qurulur. Tamamilə yeni dizaynda olan filiallarda müştərilərin rahatlığı üçün lazımi şərait yaradılır. Yeni
filiallarda Bank qarşısında duran əsas vəzifə müştəri məmnuniyyətini yüksəltməkdir. Bu məqsədlə filialda növbə tənzimləyicisi, ödəniş aparatları, bir neçə bankomat, o cümlədən nağd pul qəbul edən bankomat yerləşdirilmişdir. Həmçinin, filiala daxil olan hər bir müştərini Bankın gülərüz personalı qarşılayaraq, onların suallarını cavablandırır və müvafiq istiqamətə yönləndirirlər.  Rahatlıqla yanaşı, əsas məqsədlərdən biri müştərilərin filialda qısa vaxt sərf etməklə keyfiyyətli bank xidmətlərindən yararlanmasını təmin etməkdir.

2015-ci ildə Bakı şəhərində 6 filialımız əsaslı şəkildə təmir olunaraq yeni konseptdə
müştərilərimizin ixtiyarına verilmişdir.
2016-cı ildə 10-dan artıq filialın yeni konseptdə qurulması nəzərdə tutulub. Təmir olunacaq filiallar arasında regionlarda yerləşən filiallar da var. Bundan başqa, Bakı şəhərində yeni filialın açılması da planlaşdırılır.

Həmçinin, filialların daha peşəkar kadrlarla əvəzlənməsi prosesi də davam etdirilir. Bu, bankın öz fəaliyyətini daha yüksək səviyyədə qurması ilə bağlıdır. “Kapital Bank”da yalnız gülərüz, nəzakətli, qayğıkeş, yardımçı və dürüst kadrlara yer vardır. Biz bu məsələyə kompleks şəklində yanaşırıq, çünki xidmət səviyyəsini yüksəltmək üçün yalnız müasir dizaynda təmir olunmuş ofislərin olması yetərli deyil. Bundan əlavə,  banka yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasını, müxtəlif təlimlər yolu ilə əməkdaşlarımızın bilik və bacarıqlarının təkmilləşdirilməsini də həyata keçiririk. İşçilərimizin bankçılığa aid son texnologiyaları dərindən mənimsəməsinə də diqqət yetiririk.

 

– İşçilərdən söz düşmüşkən, bir çox banklar kreditlərə olan tələbatın azalması ilə əlaqədar filiallarını bağlayır və kredit ekspertlərini ixtisar edirlər. “Kapital Bank”da kreditləşmə ilə vəziyyət necədir?

– Düşünürəm ki, bir sıra bankların kredit verilməsini azaltmasına səbəb dollarlaşma ilə bağlıdır. Məlumdur ki, devalvasiyadan sonra banklarda dollarlaşma 75%-ə çatıb. Banklar riskləri minimuma endirmək üçün dollarda cəlb etdikləri vəsaitlərini dollarla da kredit kimi vermək məcburiyyətindədirlər. Lakin dolların 2015-ci ildə bahalaşması insanları bu valyutada kredit götürməkdən çəkindirir.

“Kapital Bank” isə güclü kapitala və manatda xeyli depozit portfelinə malik olduğundan milli valyutada kreditlərin verilməsini davam etdirir. Devalvasiyadan sonra kreditlər üzrə illik faiz dərəcələrinə və komissiyaya heç bir dəyişiklik edilməyib. Ölkə üzrə yerləşən bütün filiallarımızda kreditlərin rəsmiləşdirilməsi həmişəki qaydada davam edir. Fiziki şəxslərə, korporativ müştərilərə, hökumət strukturlarına , büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyətli müştərilərə kredit vermək imkanlarımız var. Qeyd etdiyim üstünlüklərimizə baxmayaraq, tələb bir qədər azalsa da, xidmət və məhsullarımızın satışı davam edir. Onu da qeyd edim ki, hazırda perspektivli bir kart layihəsi üzərində çalışırıq və yaxın aylarda onu müştərilərimizə geniş formada təqdim edəcəyik.

Azərbaycan bankları onlayn platformalarını inkişaf etdirirlər və bankımız da bu istiqamətdə işlər görür. Artıq saytımız və ödəniş köşklərimiz ilə yanaşı, “Kapital Bank” “e-pul.az”, “hesab.az” və “kassam.az” onlayn xidmət portallarına, “MilliÖn” və “eManat” ödəniş sistemlərinə qoşulmaqla kredit ödəmə üsullarını genişləndirib. “Kapital Bank” müştəriləri Nağd pul kreditlərini, Təcili kredit xətti və Kapitalkart taksit kartı üzrə olan borclarını daha rahat və çevik şəkildə ödəyə bilirlər.

 

– İcazənizlə, bank sektorunda yaranmış mövcud vəziyyətlə bağlı söhbətimizi davam etdirək. Dolların bahalaşmasından sonra ödənməyən kreditlərin artması banklara böyük zərər vurdu. Bu baxımdan “KapitalBank”da vəziyyət necədir? Bankınızda dollarda kredit götürmüş müştərilərə güzəştlərin edilməsini nəzərdə tutursunuzmu?

– “Kapital Bank” tərəfindən kreditlər əsasən milli valyuta ilə verildiyi üçün məzənnə dəyişikliyi bizə çox da mənfi təsir etməyib. Düzdür, əksər kommersiya banklarında olduğu kimi, devalvasiya “Kapital Bank”da manatla götürülən bəzi kreditlərin qaytarılmasında ləngimələrə səbəb olmuş və problemli kreditlərin həcmi qismən artmışdır. Belə riskləri minimuma endirmək üçün kreditlərin rəsmiləşdirilməsi zamanı “Kapital Bank” Mərkəzi Bankın kreditlərin verilməsi haqqında qaydalara uyğun olaraq, borcalanın kredit ödəmə qabiliyyətini ətraflı təhlil etməklə yanaşı, bir sıra hallarda kreditin təyinatı üzrə xərclənib-xərclənilməməsini də araşdırır. Bu sahədə mövcud problemlərin həlli istiqamətində, kreditləri ödəyə bilməyən müəyyən müştəri kateqoriyası üçün hansısa güzəştlərin tətbiqini nəzərdən keçiririk. Bu, kreditin ödəniş müddətinin uzadılması, müştərinin imkanına uyğun yeni ödəniş qrafikinin tərtib edilməsi və başqa formalarda da ola bilər. Hər halda, hər bir məsələyə fərdi qaydada baxılır və lazımi qərar qəbul edilir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bank vəsaitləri həm yerləşdirən, həm də cəlb edən qurumdur. Yeri düşmüşkən qeyd edim ki, hazırda bankın əmanət portfeli kifayət qədər güclüdür, hətta bankın depozit sayı da artıb. Bu isə müştərilərin banka olan etimadını göstərir.

 

– Devalvasiyadan sonra ABŞ dollarına tələbatın artdığını müşahidə edirik, bəzi banklar xarici valyutanın satışını dayandırıb. “Kapital Bank” bu istiqamətdə hansı tədbirlər görür?

– Devalvasiya baş verən ölkələrdə xarici valyutaya tələbatın artması təbii haldır.Təəssüflər olsun ki, bəzən müəyyən şəxslər tərəfindən süni ajiotaj yaradılır. Nəticə etibarı ilə banklara verilən xarici valyutanın qısa zaman ərzində satılıb qurtarması sahibkar və hüquqi şəxslərin valyuta ehtiyaclarının ödənilməsində çətinliklər yaradır. Bundan başqa, bankların qarşısında uzun növbələr olur, filialların daxilində sıxlıq və qarışıqlıq yaranır. Belə bir vəziyyət isə müştərilərə digər bank əməliyyatları üzrə rahat və operativ şəkildə xidmətin göstərilməsinə maneələrə yol açır. Bütün bu məqamları nəzərə alaraq, xarici valyutanın satışına qısa müddətli müəyyən limitlər tətbiq olundu.Yanvarın ikinci yarısından isə xarici valyuta satışı tam bərpa olunub. 500 dollaradək məbləği adi qaydada, 500 dollardan yuxarı istənilən məbləği isə şəxsiyyət vəsiqəsini təqdim etməklə almaq olar.

Hökumətin və Mərkəzi Bankın gördüyü tədbirlər nəticəsində, artıq valyuta bazarında vəziyyət sabitləşib. Mərkəzi Bankın İdarə Heyətinin 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında sədr Elman Rüstəmov bildirmişdir ki, məzənnə siyasəti yeni rejimin tələblərinə uyğun olaraq məzənnədə kəskin tərəddüdlərin hamarlanmasına yönələcəkdir. Eyni zamanda hökumətlə birlikdə valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş əlavə tədbirlərin də görülməsi nəzərdə tutulur.

 

– Azərbaycanın bank sektorunda konsolidasiya prosesi başlayıb, həmçinin Mərkəzi Bank bir neçə kommersiya bankının lisenziyasını ləğv edib. Bəzi ekspertlər bu tendensiyanı düzgün hesab etmirlər. Mülahizələrə görə,  bankların sayının çox olması bu sahədə rəqabəti artıraraq, bank xidmətlərinin ucuzlaşmasına, kredit faizlərinin aşağı düşməsinə gətirib çıxaracaq. Sizin fikirinizcə, bankların sayı əhəmiyyətli amildirmi?

– Hazırda Azərbaycanda kredit faiz dərəcələrinin nisbətən yüksək olmasının başqa səbəbləri var. Kredit faizlərinə – cəlb edilən vəsaitlərin bahalığı, tələblərə cavab verən müştərilərin az olması, girov, şirkətlərdə korporativ idarəetmə səviyyəsi, şəffaf mühasibatlıq və s. təsir göstərir. Azərbaycanda nisbətən zəif bankların aktivlər, öhdəliklər, depozitlər üzrə bazar payı heç 5%-ə çatmır. Yəni, onların şərtlərə təsir etmək imkanları məhduddur. Rəqabət qabiliyyəti olmayan banklar ölkənin inkişafına kömək edə bilmir.

Ölkə daxilində güclü bankların olması yeni qurulan və ya böyümək istəyən şirkətlərin sərmayəni asan əldə etməsinə gətirib çıxarır. Layihələrin münasib şərtlərlə maliyyələşdirilməsi sayəsində ucuz həyata keçirilməsi də güclü bank sisteminin bir başqa faydasıdır. Sərmayənin asan və ucuz cəlb edilməsi yeni biznes təşəbbüslərinin sayının artmasında da rol oynayır.

Dövlət başçımızın dediyi kimi, “Tələblərə, meyarlara cavab verməyən, öz fəaliyyətini qura bilməyən, böyük nöqsanlar buraxan banklar bizim bank sektorumuzda fəaliyyət göstərə bilməz”. Bir neçə zəif bankın birləşərək daha güclü bank kimi yoluna davam etməsi iri banklar arasında rəqabəti artıracaq və bunun da ən böyük faydasını istehlakçılar hiss edəcəklər.

 

– Bugün bankların iqtisadiyyatın real sektoruna daha çox kredit resursları ayırmaları da əsas çağırışlardan biridir. Bu istiqamətdə “Kapital Bank” üzərinə düşən öhdəliyi necə yerinə yetirir?

– Tarixə nəzər salsaq, görərik ki, dünyada bir çox kəşflər və ixtiralar böhran şəraitində üzə çıxıb. Demək istədiyim odur ki, gərgin vəziyyətdə insan beyni daha operativ çalışmağa başlayır. Biz də, öz növbəmizdə iqtisadi çətinlikləri yeni imkanlara çevirməyi bacarmalıyıq. İlk olaraq, idxaldan asılılığı azaltmaq məqsədi ilə əhali üçün ən vacib olan məhsulların yerli istehsalına nail olmalıyıq və ümumiyyətlə, bir çox sahələrdə yerli istehsalatı stimullaşdırmaq lazımdır. Qeyri-neft sektorunun inkişafına dövlətlə yanaşı, banklar da öz dəstəyini əsirgəməməlidirlər. Kommersiya qurumu olaraq “Kapital Bank” hər zaman real sektora uzunmüdətli kreditlər ayırıb. Real sektora kredit qoyuluşunu biz ildən-ilə artırırıq. Banklar tərəfindən real sektora kreditlərin ayrılmasının vacibliyini dövlət başçısı da dəfələrlə çıxışlarında qeyd edib. Bu istiqamətdə “Kapital Bank”ın üzərinə düşən öhdəliyi yerinə yetirdiyini deyə bilərəm. Biznesin inkişafı üçün hər il “Kapital Bank” 500 milyon manatdan çox vəsait ayırır. Bu kreditlərin təyinatı üzrə xərclənməsinə əmin olmaq üçün biz vaxtaşırı yoxlamalar aparırıq və neqativ hallarla qarşılaşdıqda onlar dərhal aradan qaldırılır. Bununla bank həm də özünü risklərdən sığortalamış olur. Aydın məsələdir ki, biznesin qurulması məqsədilə götürülən kredit təyinatı üzrə xərclənməzsə, borcalan krediti geri qaytara bilməyəcək, çünki qurulmayan biznesdən gəlir almaq qeyri-mümkündür. Nəticə etibarı ilə bundan həm kreditor, həm borcalan, həm də indiki şəraitdə dövlət ziyan görəcək. Bu baxımdan, hesab edirəm ki, real sektorun inkişafını təmin etməkdən ötrü ayrılan kreditlərin təyinatı üzrə xərclənməsinə nəzarət gücləndirilməlidir. Bundan başqa, maliyyələşmə real sektorun müxtəlif sahələrini əhatə etməlidir. Bura istehsal sahələrinin yaradılması, kənd təsərrüfatı, sənayenin inkişafı, xidmət sektoru və digər sahələr də aid ola bilər. Kredit portfelinin diversifikasiyası digər tərəfdən mümkün risklərin azaldılmasına imkan verir. Məsələn, bu il mikro kreditlər üzrə yeni kredit məhsulunu təqdim etməyi planlaşdırırıq. Mikrokreditləşmə kiçik və orta biznesə dəstək olaraq təqdim olunacaq.

 

– İstərdim görülən işlərə qayıdaq. Ötən il “Kapital Bank”ın bankomat şəbəkəsinin genişləndirilməsi üzrə hansı nəticələr əldə olunub və bu istiqamətdə daha hansı yeniliklər gözlənilir?

– Ümumiyyətlə, ötən il bankomat şəbəkəsinin genişləndirilməsini müvəffəqiyyətlə davam etdirmişik. Ödənişlərin rahat həyata keçirilməsini təmin etmək məqsədi ilə paytaxtın müxtəlif ərazilərində 24 saat xidmət göstərən ödəniş terminalları və bankomatlar quraşdırılmışdır. Pensiya, müavinət və əmək haqqı kart sahiblərinin bankomatlardan rahat istifadə etmələri məqsədilə yeni quraşdırılan bankomatların sayı artırılmışdır. Hazırda ölkə üzrə xidmət göstərən bankomatlarımızın sayı 600-ə yaxınlaşır. Xidmət səviyyəsinin daha da yüksəldilməsinə yönələn analoji tədbirləri bu il də davam etdirməyi düşünürük.

Bilirsiniz ki, “Kapital Bank” sosial yönümlü bir bankdır və dövlətin həyata keçirdiyi sosial proqramlarda yaxından iştirak edir. Bizim müştəri qrupuna həm də həssas təbəqədən olan insanlar daxildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial müavinətlərin və təqaüdlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənişi xidmətlərinin satınalması üzrə ötən ilin may ayında elan edilmiş tenderin qalibi “Kapital Bank” seçilmişdir. Bu layihə çərçivəsində 400 minə yaxın vətəndaş qısa müddət ərzində yeni kartlarla təmin edildi. Eyni zamanda fiziki imkanları məhdud olan və buna görə filiallara gələ bilməyən şəxslərin rahatlığı üçün “Kapital Bank” tərəfindən avqust ayının əvvəlindən etibarən mobil qrup fəaliyyətə başladı. Qrupun yaradılmasında məqsəd, fiziki məhdudiyyəti olan müştərilərin kartlarını ünvanlarına çatdırmaq idi. Həmçinin bütün sənədləşmə işləri kart sahiblərinin yaşadıqları ünvanda aparıldı.

 

– 2015-ci ildə “Kapital Bank”ın korporativ sosial məsuliyyət fəaliyyəti hansı tədbirlərlə yadda qaldı və bu il hansı aksiyaların keçirilməsi nəzərdə tutulur?

– Azərbaycanda idmanın inkişafı, əhalinin sağlam həyat tərzinə yönləndirilməsi Bankın korporativ sosial məsuliyyət layihələrində hər zaman mühüm yer tutmuşdur. Xüsusilə, son illər ərzində biz bu istiqamətdə bir neçə uğurlu layihəyə imza atmışıq. Müstəqil Azərbaycanın tarixində mühüm hadisələrdən biri olan birinci Avropa oyunlarına rəsmi tərəfdaş olmağımız şərəfli bir addım oldu. Bu, özü-özlüyündə banka göstərilən böyük etimad idi ki, biz bunun öhdəsindən uğurla gəldik. Xatırladım ki, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə tərəfdaşlıq çərçivəsində “Kapital Bank” yarışların keçirildiyi obyektlərdə ATM və valyutadəyişmə aparatlarını yerləşdirməyi öz üzərinə götürmüşdür.

Bundan başqa,“Kapital Bank”ın Korporativ Sosial Məsuliyyət siyasətinə uyğun olaraq, bölgələrdə “Yaşıl Ölkəm” adlı genişmiqyaslı yaşıllaşdırma aksiyalarına da dəstək olub. Ağacəkmə tədbirlərini davamlı olaraq ölkəmizin müxtəlif bölgələrində təşkil etməyi nəzərdə tutmuşuq. Hesab edirik ki, ətraf mühitin mühafizəsi məsələsinə hər bir vətəndaş diqqətlə yanaşmalıdır, indiki və gələcək nəsillər naminə ekologiyanın qorunmasına hamı öz töhfəsini verməlidir.

Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində əvvəlki illərdə başlanan bir sıra xeyriyyə aksiyalarını bu il də keçirməyi planlaşdırırıq. Məsələn, bura bölgələrdə yaşıllaşdırma işləri, talassemiyadan əziyyət çəkənlər üçün qanvermə aksiyası, müxtəlif peşə sahibləri üçün güzəştli şərtlərlə kredit kampaniyalarının keçirilməsi aiddir. Bu il də çalışacağıq ki, əvvəlki illərdə qazandığımız uğurları təkrarlayaq və əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməyərək daim inkişaf edək.

Bu il həmçinin KSM çərçivəsində Təhsil Nazirliyi ilə məktəblilərə təhsil yönümlü layihə həyata keçiriləcəkdir. Bu haqda layihə elan olunduqda daha ətraflı məlumat verəcəyik. Lakin bircə onu qeyd edə bilərəm ki, savadlı gənclər ölkəmizin sağlam gələcəyidir və bu istiqamətdə ayrılan vəsaitləri daha çox gələcəyimizə investisiya kimi dəyərləndirirəm.

 

– Sonuncu sual. 2015-ci ildə bir çoxları gözləmə mövqeyində idi. Banklar və müştərilər sanki vəziyyətin sabitləşməsini gözləyirdilər. Hazırda da bu meyil qalmaqdadır. Siz 2016-cı ilin bank sektoru üçün necə bir il olacağını proqnozlaşdırırsınız?

– 2015-ci ildə xarici və daxili səbəblərdən bazarda qeyri-müəyyənlik mövcud idi. Ötən il ABŞ Mərkəzi Bankının Fed-in faizləri artıracağı gözləntisi ilə dollar xeyli bahalaşdı, neftin qiyməti isə 4 dəfə aşağı düşdü. Bir çox ölkələr milli valyutalarını ucuzlaşdırmaq məcburiyyətində qaldılar. 2016-ci ildə isə qeyri-müəyyənliyin nisbətən azalacağı gözlənilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin, başlıca istiqaməti neft amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu daha da inkişaf etdirməkdən ibarət olan yeni inkişaf modelinin ölkə iqtisadiyyatını yenidən canlandıracağını gözləyirik. Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər, ötən ilin sonlarında sahibkarlığın inkişafı ilə bağlı verilmiş mühüm qərarlar yeni mərhələnin başlanğıcıdır. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi, investisiyaların təşviqi, ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişaf etdirilməsi, əlavə valyuta tələbi yaradan, idxalı əvəzedən və ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması bank sektorunun da inkişafına təkan verəcək. 2016-cı ildə pensiya, müavinət, yardım və əmək haqlarının qaldırılması, maliyyə naziri cənab Samir Şərifovun bildirdiyi kimi, bu ilin büdcəsinin 2 milyard manat artırılmasının nəzərdə tutulması, maliyyə sistemində dövriyyənin artmasına gətirib çıxaracaqdır.  Yaxın vaxtlarda, həmçinin ipotekada yeni mexanizmin tətbiqinə başlanması, bu məqsədlə bazardan əlavə vəsaitlərin cəlb edilməsi müvəkkil bankların əlavə kredit ayırmalarına imkan verəcəkdir. Qısası, ölkəmizdə başlayan yeni islahatlar dalğası bank sektorunu da canlandıracaqdır.

Hazırda müşahidə edirik ki, insanlar pullarını evdə saxlamağa üstünlük verirlər. Milli Məclis tərəfindən qəbul edilmiş yeni qanun layihəsinə əsasən banklara qoyulan əmanətlərin məbləğindən asılı olmayaraq sığortalanması planlaşdırılır. Hesab edirəm ki, bu, dövlət tərəfindən atılan çox ciddi addımdır. Bu qanun qüvvəyə mindikdən sonra banklara manatla yatırılan əmanətlərin artacağını gözləyirik.

 

– Maraqlı müsahibəyə görə təşəkkür edirik.

– Sağ olun.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website