30.03.2016 / 02:20 xeber –
AVRO-2017-nin seçmə mərhələsində U-21 millimizin də yer aldığı 7-ci qrupun iki matçı keçirilib. Apasport.az saytının məlumatına görə, öz meydanında yığma komandamızla bərabərliyə razılaşan Rusiya millisi bu dəfə də Almaniyaya məğlub olub – 0:2.
Qrupumuzdakı digər komandaların oyununda isə Avstriya Farer Adalarına minimal hesabla qalib gəlib.
Bu nəticələrdən sonra Almaniya millisi 7 oyunda 7 qələbə qazanaraq, maksimum nəticə ilə qrupda liderliyini davam etdirib. Avstriya seçmə komandası isə keçirdiyi 6 oyunda topladığı 15 xalla ikinci pilləyə yüksəlib.
Maraqlıdır ki, Avstriyanın qələbə qazanmasına qədər milli komandamızın qrupdan çıxmaq üçün kağız üzərində də olsa şansları var idi. Ancaq bundan sonra hesabında 7 xal olan Yaşar Vahabzadənin yetirmələri ehtiyatdakı iki oyununda da qələbə qazansa belə, 15 xallı Avstriya millisinə çata bilməyəcək.
Turnir cədvəli
Komandalar
O
Q
H
M
T-F
X
Almaniya
7
7
0
0
26-4
21
Avstriya
6
5
0
1
18-7
15
Finlandiya
5
3
0
2
6-6
9
Azərbaycan
8
2
1
5
7-18
7
Rusiya
6
1
1
4
7-13
4
Farer Adaları
6
0
0
6
1-17
0
mənbə :
lent.az
Şərh yaz.