Rusiya mediasının Vladimir Putinin kiçik qızı kimi qələmə verdiyi Katerina Tixonova
Məxfi olmayan sənədlərə istinad edən Reuters agentliyi rusiyalı oliqarx Arkadi Rotenberqin biznes partnyoru olan Qriqori Bayevskinin prezident Putinlə əlaqələndirilən bir neçə qadına bahalı əmlak verdiyini iddia edib.
Həmin qadınlar arasında Dövlət Dumasının keçmiş deputatı Alina Kabayevanın qohumları və Putinin ad günü üçün tərtib olunmuş təqvimə şəkillərini çəkdirmiş bir qızın olduğu bildirilir.
Rusiya mediasında Alina Kabayeva ilə Putin arasında məhəbbət yaşandığı iddia olunur.
Biznesmen Bayevskinin Putinin yaxın çevrəsilə əlqəsini jurnalist Roman Anin aşkara çıxarıb.
Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq araşdırmaları mərkəzi (Organized Crime and Corruption Reporting Project) üçün jurnalistin keçirdiyi tədqiqatın nəticələrindən Reuters agentliyi öz məlumatını hazırlayarkən istifadə edib.
Reuters-in yazdığına görıə, açıq dövriyyədə olan sənədlərə əsasən, Bayevski həmin qadınlara əmlakı ya verib və ya satıb.
Adı çəkilən daha bir qadın Rusiya mediasının Vladimir Putinin kiçik qızı kimi qələmə verdiyi Katerina Tixonovadır.
Məlumata görə, Bayevski həmin qadınlara Moskvanın dəbbədəli binlarında mənzillər satıb və ya verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Reuters-in məlumatına cavab olaraq deyib: “Bizm bu barədə, bu şəxs barədə heç bir məlumatımız yoxdur. Prezidentin də onunla tanışlığı yoxdur”.
Bazar ertəsi günü Peskov Rusiya prezidenti Vladimir Putin və onun ətrafına qarşı xaricdə informasiya təxribatının hazırlandığını bildirmişdi.
Yanvar ayında ABŞ-ın Maliyyə naziri Adam Shubin BBC-nin Panorama proqramına demişdi ki, ABŞ rəsmilərinin ehtimallarına görə, Putin korrupsiyalaşıb və əmlakının həqiqi miqyasını gizlədir.
Kreml o zaman bu iddianın böhtan olduğunu bildirmişdi. /BBC Azərbaycanca
Şərh yaz.