Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

"Əmr edin, Ali Baş Komandan, emr edin"-Prezidente yazırlar

"Əmr edin, Ali Baş Komandan, əmr edin"-Prezidentə yazırlar

06/04/2016

12:16

06.04.2016 / 11:11 xeber –

“Mən Ağdam rayonu 36 saylı məktəbin 11-ci sinif şagirdiyəm. Erməni təxribatlarının həmişə şahidi olmuşuq və mənfur düşmən indi də təxribatlarını davam etdirir. Son günlər Milli Ordumuzun erməni təxribatlarına tutarlı cavab verməsi hamımızı qürurlandırdı. Biz bu uğurlara ürəkdən sevinirik. İnanırıq ki, yaxın vaxtlarda işğal altındakı bütün rayonlarımız Sizin rəhbərliyiniz və qətiyyətinizlə azad ediləcək. Əminik ki, o gün uzaqda deyil. Biz Prezidentimizlə fəxr edirik. Vətənimiz uğurunda, Sizin uğrunuzda döyüşməyə hər an hazırıq. Biz Vətənimizin və Sizin müsəlləh əsgərinizik”. Lent.az president.az saytına istinadən xəbər verir ki, bu müraciətlə Bakıda məcburi köçkün həyatı yaşayan Yaşar Vəliyev çıxış edib. O, hərbi xidmət yaşının çatmamasına baxmayaraq hər an ölkəmizin müdafiəsinə, işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün döyüşə getməyə hazır olduğunu deyib.

 

Ümumiyyətlə son günlərdə ölkə başçısının saytına minlərlə belə müraciətlər daxil olur. Bakı şəhərində yaşayan Xəyalə Səmədova yazıb ki, düşmən üzərində qələbə qazancağımıza çox inanır: “Bu məktubu yazaraq Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu çətin vəziyyətdə Sizə və xalqımıza səbir arzulayıram. Biz Sizə inanırıq və əminik ki, düşmən üzərində qələbə çalacağıq. Allah Sizi var etsin”!

 

Rusiyanın Samara şəhərindən prezidentin saytına yazan Namiq Cəfərov isə qeyd edib: “Hörmətli cənab Prezident. Siz belə çətin günlərdə Azərbaycanımızın ayaq üstə durması üçün əlinizdən gələni əsirgəmirsiniz. Vətənimizin çiçəklənməsi üçün mən də öz köməyimiz göstərməyə hazıram. Son günlər cəbhədə baş verənlər barədə də məlumatlıyam. Ordumuzun qüdrəti başımızı ucaldır. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Cənab Ali Baş Komandan, tam əminik ki, Ordumuz zəfər çalacaq. Biz Rusiyada yaşasaq da əmrinizlə döyüşə getməyi səbirsizliklə gözləyirik”.

 

İsrailin Bat Yam şəhərində yaşayan Eyyub Eyyubov qeyd edib ki, ürəyi Azərbaycanla döyünür: “Mən İsraildə yaşamağıma baxmayaraq, Azərbaycanda baş verənləri mətbuat vasitəsilə diqqətlə izləyirəm. Bir azərbaycanlı kimi Vətəni qorumaq, Dağlıq Qarabağımızı işğaldan azad etmək mənim borcumdur. Özüm İsraildə olsam da ürəyim Azərbaycandadır.

 

Möhtərəm Prezident, inanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz bu müharibədən qalib kimi ayrılacaq və bayrağımız daim yüksəklərdə dalğalanacaq”.

 

Ali Baş Komandanın saytına qrup şəklində müraciət edənlər də çoxdur. Türkiyənin Ardahan şəhərindən president.az saytına birlikdə yazan Nəsirli Maarif, Xudaverdiyev Tural, Alxasov Qədir, Abdullayev Emin, İsayev Elvin, Əmirli Elçin, Abbaszadə Abas, Nəbiyev Məhəmməd və Nəsirov İsmayıl qeyd edib: “Hörmətli cənab Prezident. Allah Sizə və əsgərlərimizə kömək olsun. Azərbaycan Ordusunun cəbhədəki uğurları bizi çox sevindirir. Biz Türkiyədə təhsil alan tələbələr olaraq səfərbərlik əmrinizi gözləyirik. Böyük həvəslə cəbhədə gedən döyüşlərdə iştirak etməyə hazırıq. İnşallah, şanlı bayrağımızı Qarabağda dalğalandıracağıq. Qarabağ bizimdir və bizim olacaq”.

 

*****

 

19:45

 

"Silaha sarılmaq üçün Sizin bir əmriniz yetər"

 

"Mən Almaniyada yaşayıram və ölkədə gedən prosesləri izləyirəm. Hərbi xidmətimi 2010-cu ildə xüsusi təyinatlı batalyonda başa vurmuşam. Sizin qorxmazlığınız və mərdliyiniz bizə ruh verir, əgər lazım olarsa, Sizin komandanlığınız altında döyüşə qatılmağa hazıram. Xahiş edirəm, bizə imkan verin alını açıq, başı yuxarı gəzək. Qarabağsız bunu etmək olmur. Allah Sizi gorusun. Sizin bir əmriniz yetər gənclərin silaha sarılması üçün".

 

APA-nın president.az saytına istinadən verdiyi məlumata görə, bu məktubu Azərbaycan prezidenti İlham Əliyevə hazırda Almaniyada yaşayan Fərrux Zeynalov ünvanlayıb.

 

Prezidentin rəsmi saytında belə məzmunda yüzlərlə müraciət yerləşdirilib.

 

 

Füzuli rayonundan olan Qəhrəman Həsənov da Ali Baş Komandanın apardığı siyasəti dəstəklədiyini qeyd edib: "Ön cəbhəyə döyüşlərə getmək üçün Sizin əmrinizi gözləyirik. Bu qətiyyətlə, bu inamla biz qalib gələcəyik".

 

Rusiya Federasiyasının Novokuznetsk şəhərindən yazmış Anar Əzimov da Ali Baş Komandanı bəzi kəndlərimizin işğaldan azad olunması münasibətilə təbrik edib: " Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin ailələrinə Allahdan səbr diləyirəm. Bir şeyi unutmayaq. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Mən çox istərəm şəhid qardaşlarımızın qanı yerdə qalmasın. Torpaqlarımız erməni işğalından təmizlənsin. Bütün dünya şahiddir ki, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni etmişdir və etməkdədir. Cənab Ali Baş Komandan! Əmrinizi gözləyirəm".

 

Ehtiyatda olan döyüşçü, Ağdam rayon sakini Eldar Bəhramov da prezidentə minnətdarlığını bildirib: " Ehtiyatda olan döyüşçü kimi Qarabağda gedən bugünkü döyüşlərdə Azərbaycan Ordusunun ürək açan uğuruna sevinirəm və ordumuzun qələbəsinə inanıram. Cənab Ali Baş Komandan, mən də öz növbəmdə bir azərbaycanlı kimi döyüşə tam hazır vəziyyətdə Sizin əmrinizi gözləyirəm. 1993-cü ildə Ağdamda gedən döyüşlərdə könüllü vuruşmuşam və yenə də tam hazıram. Vətən uğrunda döyüşməyə və Vətən yolunda canımdan keçməyə hazıram.

Cənab Ali Baş Komandan, yaxşı ki, varsınız və Siz ordumuza ruh yüksəkliyi verirsiz. İnsallah Azərbaycan bayrağı Qarabağda – Ağdam, Şuşa, Xankəndi və digər rayonlarımızda dalğalanar. Mən fəxr edirəm ki, belə gözəl vətənimin belə gözəl əsgəri və əsgərimin başında belə qeyrətli Ali Baş Komandan var. Bir daha Sizə təşəkkürümü bildirirəm, şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə səbr versin, yaralılara da Allahdan şəfa diləyirəm".

 

Ehtiyatda olan hərbçi, Şahbuz rayon sakini Ədalət Rüstəm də Ali Baş Komandandan əmr gözlədiyini qeyd edib: "Qarabağ münaqişəsinin iştirakçısıyam. Azərbaycan Tibb Universitetinin auditoriyasından cəbhəyə getdim, bir ilə qədər döyüş bölgələrində könüllü xidmət etdim, gənc cərrah kimi yaralı əsgərlərimizin sağlamlığının keşiyində durdum. 22 ildir ki, Milli Ordumuzun, şanlı Silahlı Qüvvələrimizin qüvvətlənməsi, nizamlı, qüdrətli strukturlara, ən yeni hərbi-texnoloji silah-sursatlara, modern hərbi vasitələrə malik olacağını arzulamış və gözləmişəm. Həmin gün artıq yetişmişdir. Ən əsası nizamlı Milli Ordumuz Sizin birbaşa və məqsədyönlü siyasətiniz hesabına həmin səviyyəyə çatmış, inkişaf etmiş və aparıcı ölkələrin silahlı qüvvələri ilə yanaşı durmaq qüdrətinə yüksəlmişdir. Sülhməramlı qüvvələrin, antiterror koalisiyaların tərkibində Ordumuzun ayrı-ayrı hissələrinin uğurlu iştirakı, Qarabağ cəbhəsində düşmənə sarsıdıcı zərbələri sübutlarıdır. Belə Ordunun tərkibində, heç olmasa yanında olmağı, cərrahi təcrübəmi hərbi hospitallarda tətbiq etmək üçün Baş Komandanımızın əmrini gözləyirəm".

 

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Cavid Nəsirli də cəbhədəki uğurlu addımlara görə Prezidenti və xalqı təbrik edib: " Mən Rusiyada Qarabağ döyüşlərinin hər anını izləyir və ordumuza dua edirəm. Sankt-Peterburqda yaşayan həmvətənlərim adından səfərbərlik elan etməyinizi, Vətənimiz, Üç rəngli bayrağımız üçün son damla qanımıza qədər vuruşmaq istədiyimizi bildiririk. Bu həmrəyliyin qarşısında düşmən dayana bilməz".

 

Neftçala rayonundan olan Elgün Haqverdiyev də hazırda cəbhə xəttində gedən qızğın döyüşlərdə könüllü olaraq iştirak etməyə hazır olduğunu yazıb: " Yetər ki, Vətən sağ olsun, yetər ki, millətimiz sağ olsun".

 

Yardımlı rayonundan olan İlqar Həsənov da Ali Baş Komandandan əmr gözlədiyini bildirib: "Sizdən xahiş edirəm ölkəmizin, Vətənimizin bu günündə biz gəncləri könüllü olaraq öz istəyimizlə ordu sıralarına cəlb edəsiniz. Cəbhədə gedən döyüşlərdə vuruşan əsgər qardaşlarımızla bərabər döyüşmək, müqəddəs Vətənə olan borcumuzu yerinə yetirmək istəyirik. Əmrinizi gözləyirəm".

 

 

Azərbaycan prezidentinə müraciət ünvanlayanlar arasında Türkiyə Respublikasının da vətəndaşları var. Türkiyənin Şanlıurfa rayonundan Fatih Tümay bildirib: "Ermənilərə qarşı mən də Sizinlə bir olub, işğal olunmuş torpaqları azad etmək istərdim. Biz türk birliyinə inanırıq. İmkanım olanda Azərbaycana gəlib Sizləri ziyarət etmək, Mübariz İbrahimovun qəbrinə dualar oxumaq istəyirəm. Allah bizi bir dövlət, bir millət kimi qorusun. Sizlər üçün canımı verməyə hazıram".

Türkiyənin İstanbul şəhərindən olan Barbaros Erduran isə Azərbaycanın dövlət başçısına "Hörmətli Prezidentimiz" deyə müraciəıt edib: "Müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə qarşı apardığı əməliyyatlarda qazandığı zəfərin qürurunu və sevincini bizə yaşatdığınız üçün Sizə minnətdaram. Qıldığım hər namazdan sonra azərbaycanlı qardaşlarıma və şanlı Ordunuza dua edirəm. Qəlbim sizinlədir. Azərbaycan Ordusunun yeni qələbələrinin xəbərlərini eşitmək arzusundayam. Allahdan arzum budur ki, Azərbaycan Silahlı Qüvvələri tezliklə düşməni darmadağın edərək işğal altındakı torpaqları geri qaytarsın.

Möhtərəm Prezident, ehtiyac yaranarsa, Azərbaycan Ordusunun əsgəri kimi, ortaq Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşməyi özümə şərəf bilərəm".

 

"Mən Sizə Türkiyənin Konya şəhərindən yazıram. Bir türk olaraq Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanır. Qardaş Azərbaycan tək deyil. Biz daim Sizin yanınızdayıq.

Möhtərəm Prezident, mən özümə güvənən adamam, silahla davranmağı və təbiət şərtlərinə uyğunlaşmağı bacarıram. Əgər əmriniz olarsa, qardaşlarımızla çiyin-çiyinə vuruşmağı özümə şərəf bilərəm. Allah Sizi və Azərbaycan xalqını qorusun"-bunu isə Toklu Mustafa Abdulkadir yazıb.

 

 

"Sizin qarşınızda baş əyirəm, Sizinlə fəxr edirəm. Bu gün Azərbaycanın güclü və qüdrətli Ordusu var. Azərbaycanımızın Sizin kimi Prezidenti var. Cənab Prezident mən Laçın rayon sakini və ehtiyatda olan əsgər Elxan Əhməd oğlu Aslanov 1978-ci ildə Laçın rayonunda dünyaya gəlmişəm. 1992-ci ildən məcburi köçkünəm. 1998-ci ildə Naxçıvan şəhərindəki hərbi hissədə xidmət etmişəm. 2000-ci ildən ehtiyata buraxılmışam. Ehtiyatdakı əsgər kimi Sizin əmrinizi gözləyirəm. Hər an vətənim Azərbaycanım, Ali Baş Komandanım, xalqım üçün döyüşməyə hazıram. Bu gün iradəli Ali Baş Komandanımız və güclü Ordumuz var. Yaşasın Azərbaycan. Bu məsuliyyətli və ağır işdə uğurlar arzulayıram. Allah cənab Prezidentimizi, xalqımızı və Ordumuzu qorusun!". Bu isə  Aslanov Elxan Əhməd oğlu, ehtiyatda olan hərbiçi yazıb.

Birləşmiş Krallığın Edinburq şəhərində olan Cavid Məmmədli isə Prezidenti və Azərbaycan xalqını əldə etdiyimiz qələbə münasibəti ilə təbrik edib: "Mən də bir Azərbaycanlı kimi, ata yurdu işğal altında olan bir şəxs kimi müqəddəs missiyamızı yerinə yetirməyə hazıram və Sizin əmrinizi gözləyirəm".

 

Bakıdan olan Vəli Şükürov da Ali Baş Komandanın əmrini gözlədiyini yazıb: "Sizin əmrinizi gözləyirəm. Canımız bahasına Qarabağı işğaldan azad etməyə hazırıq. Sizin bir kəlməniz yetərlidir ki, minlərlə gənc orduya axın etsin. Səfərbərliyi gözləyirik. Sizin ətrafınızda sıx birləşmişik. Sizinləyik. Əmr edin, Ali Baş Komandan, əmr edin".

 

Prezident İlham Əliyevə məktub yazanlar, Ali Baş Komandandan döyüş əmri gözləyənlər arasında Azərbaycan qadınları da var. Beyləqən rayonunda yaşayan Vəfa Əliyeva yazıb: "Cənab Ali Baş Komandan! Biz Sizi daim dəstəkləyir, apardığınız siyasətinizi bəyənirik. Qarabağ uğrunda gedən döyüşlərdə Ali Baş Komandanımıza uğurlar arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə qüdrətli Ordumuz tezliklə işğal altındakı torpaqlarımızı azad edəcək. Biz Azərbaycan vətəndaşları olaraq hər an Vətənimizin keşiyində durmağa, onu qorumağa hazırıq".

 

"Ordumuzun bu uğurunu çoxdan gözləyirdik. Buna görə Ali Baş Komandan, Sizə təşəkkürümüzü bildiririk. Qələbələrimizin ardı-arası kəsilməsin! Cavanlarımızın ruh yüksəkliyi, döyüş əzmkarlığı, qələbə arzusu bizi sevindirir. Şəhidlərimizə görə kədərlənsək də, şəhidsiz Vətən olmaz. Mən də anayam. Yoldaşım da Qarabağ veteranı və ehtiyatda olan zabitdir. Gözümüzün ağı-qarası bircə oğlumuz var. Bu vətən uğrunda ailəlikcə vuruşa hazırıq. Hər zaman yanınızdayıq cənab Ali Baş Komandan. Sizə yalnız QƏLƏBƏ yaraşır". Bunu isə Bakıdan olan Məryam Fəhradova yazıb.

 

Litva Azərbaycanlıları Cəmiyyətinin prezident Əliyevə ünvanladığı məktubda isə  Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan Ordusunun atdığı bütün addımların birmənalı dəstəkləndiyi bildirilir.

"Ordumuzun irəliləməsini alqışlayır, ordumuza uğurlar arzulayır və bildiririk ki, istər döyüş əməliyyatlarında iştirak etməyə, istərsə də təbliğat və informasiya qovğasında Ordumuza Baltik ölkələrində hər cür dəstək verməyə, xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi indi də hazırıq".

 

İsmayıllı rayon ictimaiyyəti nümayəndələrinin prezidentə ünvanladığı müraciətdə isə qeyd edilib: "Möhtərəm Prezident, bütün xalqımız kimi biz ismayıllılılar da Sizinlə – milli təhlükəsizliyimizin qarantı ilə, rəşadətli Ordumuzla, Vətənin mənafeyini hər şeydən üstün tutan əsgərlərimizlə fəxr edirik. Təhlükəsizlik Şurasının iclasındakı nitqinizi dinlədikcə, xalqımıza müraciətinizdə dediklərinizi dərindən dərk etdikcə xoşbəxt sabahımıza inamımız daha da artır.

 

Bu gün keçirdiyimiz toplantıda Qarabağ müharibəsi əlilləri və veteranları, İkinci Dünya müharibəsi iştirakçıları, hüquq mühafizə orqanlarının əməkdaşları və veteranları, çoxsaylı gənclər iştirak edib. Dövlətimizin və Sizin qarşınızdakı məsuliyyətimizi, Vətənimizin bütövlüyü naminə cavabdehliyimizi dərindən dərk etdiyimizi hamılıqla, yekdilliklə bəyan edirik.

 

Möhtərəm cənab Prezident, yaşından, sosial statusundan, milli və dini mənsubiyyətindən asılı olmayaraq, ilkin gənclik yaşından yuxarı hər bir İsmayıllı sakini özünü ön cəbhədə, ordu sıralarda görür, ölkə Prezidenti və Ali Baş Komandan kimi hər bir Sərəncam və əmrinizi icra etməyə hazırdır".

 

Gəncədən prezidentə müraciət edən Kənan Əliyev ordumuzun müəyyən yüksəliklərini düşməndən azad etdiyinə görə sevindiyini bildirib: “Mən atasız gəncəm, lakin özümü yetim hiss etmirəm, ona görə ki, cənab Prezidentim mənim mənəvi atamdı. Allah Sizi bizim, Azərbaycan xalqının üstündən əksik etməsin. Azərbaycan Sizin düzgün, düşünülmüş, məqsədyönlü siyasətinizlə daha böyük uğur və qələbələr qazanacaq. Hər an Sizin əmrinizi gözləyirik”.

 

Rusiyanın Tolyatti şəhərindən yazan həmvətənlimiz Yaşar Məhərrəmov döyüşlərdə həm fiziki, həm də maddi cəhətdən fəal iştirak etməyə hazır olduğunu deyib: “Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasına yönələn hərbi əməliyyatların başlanması ilə əlaqədar Sizə öz minnətdarlığımı bildirirəm. Milyonlarla həmvətənimiz bu qətiyyətli addımı gözləyirdi. Vətənimin müdafiəsində həm fiziki, həm də maddi cəhətdən fəal iştirak etməyə hazır olduğumu bildirirəm. Mən Sizinləyəm, mən Vətənimləyəm”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçiləri də prezidentə müraciət edib: “Cənab Ali Baş Komandanımız. Hər birimiz, bütün Azərbaycan vətəndaşları Sizin siyasətinizi ürəkdən dəstəkləyirik! Bu xoş günləri, ilk Qələbə sevinclərini bizlərə yaşatdığınıza görə çox sağ olun, cənab Prezidentimiz! Allah Sizi bu Vətən, bu millət üçün qorusun! Biz Sizinləyik və Sizin hər bir əmrinizə hazırıq! Yaşasın Azərbaycan!”. Tovuzun Aşağı Quşçu kəndindən prezidentə məktub yazan İlqar Mansırlı hər zaman torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu deyib: “Cənab Ali Baş Komandan! Biz hər zaman hazırıq və Sizin əmrinizi gözləyirik ki, düşmənə daha ağır zərbələr endirək və şəhidlərimizin qisasını alaq. Düşmən özü də bizim gücümüzü yaxşı bilir və ilk zərbənin təsirində bunu bir daha hiss etmişdir. Elə buna görə də təşviş içindədirlər. Bizim gücümüz birliyimizdə və milli kökümüzə bağlılığımızdadır. Yaşasın Azərbaycan!”.

 

Abşeron rayonundan prezidentə məktub yollayan Sənan Vəliyev onunla qürur duyduğunu bildirir: “Biz hamımız Sizinlə qürur duyuruq. Allah Sizə can sağlığı, əliniz-qolunuza güc-qüvvət versin. Bu gücünüzlə, müdrik və uzaqgörən siyasətinizlə, elinizlə birlikdə düşmənə qalib gələcəyinizə inanırıq. Siz xalqımıza, xalqımız da Sizə dayaqdır!". 

 

Lerikdən Bəhruz Rzayev məktubunda cəbhədə gedən proseslərin içində olmaq istədiyini qeyd edib:  “Hörmətli Ali Baş Komandan! Bu günlər evdə televiziya və internet qarşısından məlumatlanmaq mənə çox ağır gəlir. Birbaşa cəbhədə gedən proseslərin içində olmaq istəyirəm. Mənfur düşmənlərimizə qarşı vuruşmağı özümə borc bilirəm. Bir Azərbaycan vətəndaşı kimi könüllü sürətdə cəbhə xəttinə yollanmaq fikrindəyəm. Əminəm ki, torpaqlarımızın düşmən tapdağı altında qalmasına tezliklə son qoyulacaq”.

 

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles