07.04.2016 / 16:09 xeber –
Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin rəisi Nazim Nərimanova və digər şəxslərə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, Hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə şikayət qismən təmin edilib və iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, Əli İnsanov Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin rəisi Nazim Nərimanov və icra şöbəsinin məmuru Ramin Muradova qarşı iddia qaldırıb. Sabiq nazir onların hərəkətlərinin qanunsuz olduğu tələbini qoyub. Əli İnsanovun şikayətinə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb. Məhkəmə sabiq nazirin şikayətini qismən təmin edib. Məhkəmənin qərarından Ramin Muradov apelyasiya şikayəti verib. Xatırladaq ki, Əli İnsanov səhiyyə naziri olub. Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.
mənbə :
lent.az
Şərh yaz.