13.04.2016 / 07:11 xeber –
Pakistanın Pencab əyalətində avtobus yük maşını ilə toqquşub, nəticədə 18 nəfər ölüb, 14 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Feysalabad şəhəri yaxınlığında baş verib. Sadiqabad şəhərinə gedən avtobusda qəza baş verən vaxt 50-dən çox sərnişin olub. Polisin məlumatına görə, qəzaya səbəb avtobusun yüksək sürətlə hərəkət etməsi olub.
mənbə :
lent.az
Şərh yaz.