13.04.2016 / 20:41 xeber –
İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüü olub.
APA-nın Türkiyə prezidentinin saytına istinadən verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti ərəfəsində R.T.Ərdoğan görüşlər keçirir.
Görüş Ulduz Sarayı Mabeyn İqamətgahında baş tutub
Qeyd edək ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gedib.
mənbə :
lent.az
Şərh yaz.