Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Mayorun son döyüşü: “Gözle, qayıdacam…”” – ŞƏHİD HEKAYƏTİ

“Mayorun son döyüşü: “Gözlə, qayıdacam...”” - ŞƏHİD HEKAYƏTİ

14/04/2016

20:00

14.04.2016 / 18:56 xeber –

“Martın 31-i günorta idi. Dedi, Könül, evə gəlirəm, amma gedəsi olacam. Çantamı yığ. Qaçaraq gəldi və tələsik yeməyini yedi. Qəribə görünürdü. Soruşdum, nə olub? Dinmədi. Uşaqları çoxlu öpdü, iylədi və qalxdı. Dedi, tələsirəm. Çantasını da götürüb evdən çıxdı mənə söz verdi ki, qayıdacaq…” Şəhid mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə danışır…

 

 

Düşmən gülləsi Urfana vədini tutmağa imkan vermir. Aprelin 2-də Füzuli istiqamətində ikinci dəfə havaya qalxan Mİ-24 vertolyot vurulur. Vurulan zaman bortda 3 pilot olub: mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və Əbubəkir İsmayılov. Döyüş yoldaşları Könülə danışıb ki, uçuşdan əvvəl Urfan yoldaşları ilə zarafatlaşıb da: “Hər kəs öz yerində əyləşsin. Sonra tabutlarımız səhv düşər, mənimkilər səni, səninkilər məni ağlayar”. Zarafata salıb gülüblər, amma ürəklərində hər biri tapşırığın ciddiliyini və məsuliyyətini yaxşı bilirdi.

 

 

Vəlizadə Urfan 1978-ci il noyabrın 1-də Bakıda dünyaya gəlib. Məktəbi bitirən kimi Türk Hava Hərb Məktəbinə daxil olur. 5 il orda təhsil aldıqdan sonra 2001-ci ildə Azərbaycanda xidmətə başlayır. 8 ildən sonra sinif yoldaşı Könüllə təsadüfü görüş onun sevgisini təzədən alovlandırır və o, bu dəfə cəsarətlənib Könülə sevgisini etiraf edir. “Heç vaxt hərbçiylə ailə qurmaram”, – deyən Könül isə bu sevgiyə laqeyd qala bilmir. 3 sonra 26 iyun 2006-cı ildə Milli Ordunun yaranması, həm də Könülün doğum günündə evlənirlər. Bu evlilikdən Zehra və Betül adında iki qızı var. Ötən ayın 23-də Zehranın 8, 14-də Betülün 1 yaşı tamam olub. “İki qızım var. Üçüncüsü də olsa, lap xoşbəxt olaram!”. Bu sözləri Urfan hələ ötən ayın 23-də qızlarının birgə keçirdiyi doğum günün qonaqlığında demişdi.

 

 

– Onunla evli olduğum bu on il ərzində hərbçi arvadı olduğumu hiss etdirmədi mənə. Nə vaxt imkanı olurdusa, bizi gəzməyə aparardı, Zehranın dərsləri ilə məşğul olardı. Deyirlər, hərbçilər sərt olur. Urfan işində ciddi olsa da, ailəsinə qarşı heç vaxt sərt, kobud olmayıb. Hərdən deyirdim ki, Urfan, bir az uşaqlara acıqlan. Deyirdi, hələ uşaqdılar, nə vaxt böyüyərlər, onda. Mehriban ata, gözəl həyat yoldaşı olub Urfan. Kimsənin xətrinə dəyməzdi, incitməzdi. Uşaqlarını vətənpərvər böyüdürdü. “Çanaqqala” türküsü, “Qarabağ” şikəstəsini dinlədərdi. Çox danışmazdı, susub otursa bəs edirdi. Həmişə çalışırdı ki, mənim sevindirsin. Qızlarımız doğum günündə dedim, əlavə xərc eləmə, evdə qeyd edərik. Dedi, yox, sən dincəl, restoranda edəcəm. Həmin günü Urfan elə bil başqa adamıydı. O ki var yedi, içdi, danışdı, güldü. Hətta mənim üçün mahnı da oxudu. Çox sevinirdi. Axırda məndən soruşdu ki, Könül, xoşbəxtsən? Dedim, həm də çox!”

 

 

Könül xanım şəkərli diabetdən əziyyət çəkir. Gündəlik qəbul etdiyi dərmanlar bahalı olduğundan bəzən bitən dərmanı yoldaşından gizlədirmiş. Ailəsini daim qorumağa çalışan Urfan həyat yoldaşı üzülməsin deyə ona aldığı dərman qutularının üstünə “Bitanesin!”, “Çok Gözəlsən” kimi sözlər yazarmış. Bir zamanlar atmağı düşündüyü bu qutuları bu gün Könül xanımın ən dəyərli əşyalarındandır. Urfanı əzizləyirmiş kimi həmin qutuları sevgiliykən Urfanın ona yazdığı sevgi məktublarıyla birgə saxlayır. Ən böyük nigaranlığı Urfan Vəlizadə adlı qəhrəmanın unudulub getməsidir. Ailə albomlarını vərəqləyirik.

 

 

– Bu albomu qızlarıma tez-tez göstərəcəm ki, atalarını unutmasından. İstəyirəm Urfana Milli Qəhrəman adı verilsin. Xalq qəhrəmanını tanısın. Qızımız Zehra da bizim məzun olduğumuz 210 saylı məktəbdə oxuyur. O məktəbə Urfanın adını versələr, çox sevinərəm. Urfan öz xalqını, millətini sevən oğlanıydı. Deyirdi, gərək Qarabağ problemini həll edək. Biz şərəfsiz deyilik. Bu dərdi övladlarımıza buraxmayaq. Bu gün o sevdiyi torpaq uğrunda şəhid oldu.

 

 

Urfanın atası gəncəli, anası ağdamlıdır. Qarabağ müharibəsi zamanı yeniyetmə yaşında olan Urfanın həm ana, həm də ata tərəfindən şəhidlər verib. Ailənin növbəti şəhidi də 38 yaşlı Urfan oldu. Böyük qızı Zehrayla söhbətləşirik.

 

 

– Böyüyəndə nəçi olacaqsan?

 

 

– Pilot!

 

 

Anası kənardan müdaxilə edir:

 

 

– Sərnişin təyyarəsi sürəcək.

 

 

Zehra dərhal etiraz edir:

 

 

– Yox! Atam kimi hərbi pilot olacam!

 

 

Urfan Vəlizadə bu il hərbidən təqaüdə çıxmalıymış.

 

 

– Martın 30-da tibbi müayinədən keçdi. Qaydalara görə 1 həftə hospitalda yatmalıydı. Yatmadı. Evə gəldi. Dedim, bəs niyə qalmadın? Dedi, xahiş elədim, məni saxlamasınlar. Narahat olmayım deyə evdə müharibədən heç nə danışmazdı. Dedi, Könül, narahat olma, sabah bəlkə biz getdik. Gedəndə mənə dedi bir həftəlik gedirəm. Amma bəlkə arada gəldim. Həmişə mənə ümid verirdi. Dedim, tez get, tez də qayıt! Ayın 1-də evdə qonaq varıydı. Urfan zəng edəndə danışa bilmədim.

 

 

Bayaqdan bəri gözündə sıxıb saxladığı yaşlar yanağından süzülür.

 

 

– Özümü bağışlaya bilmirəm. Mən gərək o zəngə cavab verəydim. Görəsən, mənə nə deyəcəkdi? Nə sözü vardı? Mən ona nə vaxt zəng eləsəydim, cavablayırdı. Heç vaxt olmayıb ki, mən zəng edəm, o cavab verməyə. Şəkər xəstəsiyəm. Qızıma tapşırmışdım ki, birdən pis olaram, komaya düşərəm, atandan başqa heç kimə zəng eləmə. Atan harda olsa, özünü çatdıracaq. Səhəri, aprelin 2-si onun yarısı olardı zəng elədim ona. Soruşdum, Urfan, neynirsiz? Dedi, dərs keçirik. Soruşdum, sən keçirsən? Güldü. Dedi, yox, bu dəfə bizə dərs keçirlər.

 

 

Həmin gün Könülün anası Qətibə xalanın 65 yaşı tamam olurmuş.

 

 

– Nəsə narahat idim. Mamamın doğum gününə getmək istəmirdim. Dedi, Könül, siz gedin, bəlkə axşama gəldim. Bu sözdən sonra rahatlandım. Hələ evdən çıxmamışdıq ki, qonşu mənə dedi, xəbərin var, müharibə başlayıb? Ondan əvvəl Zehranın doğum günü üçün şirniyyat sifariş vermişdim. Onu götürməyə gedəndə orda da mənə demişdilər ki, müharibə başlayır. Məndə Urfanda dedim, yoxsa müharibəyə gedirsən? Güldü, soruşdu sənə bunu kim deyib? Heç mən özüm bilmirəm hara gedirəm, o hardan bilir?! Qonşumuz da deyəndən ürəyimə xal düşdü. Bilmədim doğum günün hardan gəlib, harda bitdi. Ürəyim Urfanın yanındaydı. Gecə evə gələndə baxdım ki, qızımın sinif yoldaşının anası mənə zəng gəldi. “Könül, Urfan!…”, deyə qışqırırdı. Bədənim əsdi. Evə qaçdım ki, internetdəki məlumatlara baxım. Qardaşım bizdəydi. Qışqırıram ki, planşeti ver, vermir. Eləcə deyir, iynəni vur, sonra (şəkərə qarşı). İynəmi vurdum, yalvardım ki, planşeti verin. Bir də baxdım qonşular bizə gəldi. Hamısı da mənə qəribə baxır. Mən də dəli kimi qışqırıram ki, nolub? Kimsə mənə heç nə demir. Bir qədər sonra bacısıgildən zəng gəldi…

 

 

Otağa sükut çökür. Bayaqdan bəri anasının qucağında bir dəqiqə dinc dayanmayan balaca Betülün belə səsi çıxmır.

 

 

– On gün mən onun yolunu gözlədim. Ziyarətə getdim, dua etdim, Allaha yalvardım. Birdən yağış yağdı. Elə bildim dualarım qəbul oldu, Urfanım sağ-salamat gələcək. Onun öləcəyinə inanmırdım. Çox qoçağıydı. İnanırdım ki, ölməyib, hardasa gizlənir. Yaralı olsa da, gələcək. On gün sonra Urfanın nəşini gətirdilər. Zehraya heç nə demədim, sadəcə 4 şəhidlə keçirilən vida mərasiminə apardım. Dedim, atasıyla o da vidalaşsın.

 

 

Zehra anasına tərəf sıxılır. Betül üstündə “atan hamıdan yaxşıdır” sözləri yazılan “soska”sını yerə salır və ağlamağa başlayır. Albomu vərəqləməyə davam edirik. Urfanla Təbrizin şəkli gəlir. Hansısa məclisdə çəkilib.

 

 

– 2014-ün yayında Urfangilə ölkədən çıxmağa icazə verdilər. Urfan bizi Türkiyəyə apardı. Ordan qayıdanda Gürcüstanda bizi Təbriz qarşıladı. Təbriz Urfanı yaman çox istəyərdi. “O mənim kumirimdi”, deyərdi. Bizi apardı Dmanisiyə, baba yurduna. Orda mən onun əmisi qızını gördüm. Çox xoşuma gəldi. Mənim də qardaşım subay idi. Gəldim evdə dedim. Onlar da bəyəndilər, qohum olduq. Qohum olmamışdan da əvvəl Təbriz bizə gəlib-gedirdi. Urfan kənardan acıqlı görünürdü. Təbriz danışırdı ki, Türkiyədən təzə gələndə, öz-özünə deyirmiş, necə qaraqabaqdı?! Zaman keçdikcə, bir-birini tanıdıqca, dost oldular. Gözləyirdi Urfan təqaüdə çıxsın. Deyirdi, Urfanın bütün paltarlarını mənə verərsən, mən geyinəcəm.

 

 

Övladlarını xoşbəxt, şəkər xəstəsi Könülü sağlam görmək istəyən Urfanın arzularından biri də anasının qəbrini düzəltdirmək olub. Bu arzusunu reallaşdırmağa nə zaman, nə də maddi vəziyyəti imkan izin vermədi.

 

 

Evlənəndən bir neçə dəfə kirayə mənzil dəyişən Urfanın ailəsi biz bu materialı hazırlayanda “Neftçilər” metro-stansiyası tərəfdə iki otaqlı təmirsiz evdə kirayə yaşayırdı.

 

 

Həmin kirayə evin eyvanından üç rəngli bayraq, bir də şəhid balası Zehra boylanırdı…

 

 

***

 

 

Material yayıma hazırlanarkən şəhid pilotlarımıza ölkə rəhbərliyi tərəfindən mənzil verildiyi barədə məlumat yayıldı…

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles