Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Xaricde tehsil üzre yeni Dövlet Proqramı neyi deyişecek? – RƏYLƏR

Xaricdə təhsil üzrə yeni Dövlət Proqramı nəyi dəyişəcək? - RƏYLƏR

18/04/2016

13:48

18.04.2016 / 12:42 xeber –

 

Təhsil naziri Mikayıl Cabbarov bloger  Vyaçeslav Sapunova müsahibəsində bildirib ki, gənclərin xaricdə təhsili üzrə birinci Dövlət Proqramının (2007-2015) həyata keçirilməsindən sonra toplanmış təcrübənin öyrənilməsi məqsədilə birillik fasilənin götürülməsinə dair qərar qəbul edilib. Lent.az-ın məlumatına görə, nazir bildirib ki, xaricdə təhsil almağa göndəriləcək tələbələr üçün (ilk növbədə magistr və doktorantlar) say kvotasının tətbiqi təklif olunur: “Məlumdur ki, 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə etdilər. Min beş yüzdən çox tələbə bu gün də təhsillərini davam etdirirlər. Əvvəlcədən bildirdiyimiz kimi, ikinci proqramın mahiyyəti xaricə tələbə göndərilməsindən ibarət deyil,  diqqət yerli ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialının möhkəmləndirilməsinə yönəldiləcək. Bunun üçün universitetlərimizdə dərs demək üçün qabaqcıl əcnəbi mütəxəssisləri dəvət etməyi planlaşdırırıq. Xaricdə təhsil almağa göndəriləcək tələbələr üçün (ilk növbədə magistr və doktorantlar) say normasının tətbiqi təklif olunur. Ali məktəblər də öz növbəsində xarici mütəxəssislərin cəlb edilməsindən daha çox fayda götürəcəyimiz istiqamətlər üzrə təkliflər təqdim edəcəklər".

 

Beləliklə, yeni proqrama uyğun olaraq xaricə,  əsasən, PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. Format dəyişikliyi dünyanın aparıcı ali təhsil ocaqlarından professor-müəllim heyətinin Azərbaycana dəvət edilməsinə də yol açacaq.

Mövzu ilə bağlı bir sıra tanınmış ekspertlərin, bu proqramdan faydalanaraq xaricdə təhsil alan, hazırda ölkəmizdə müxtəlif sahələrdə çalışan təqaüdçülərin fikirlərini sizə təqdim edirik: 

 

Fariz Hüseynli –Müəllim (ABŞ-ın Şimali Dakota Universiteti)

 

“Təhsil proqramı 2007-2015-ci illər üzrə nəzərdə tutulmuşdu deyə, iki variant var idi, ya avtomatik artırılmalı idi, ya da indiyə qədər aparılan araşdırma-qiymətləndirmənin nəticələrinə görə qərar verilməli idi. Büdcədən maliyyələşən istənilən proqram qiymətləndirilməli və nəticələri araşdırılmalıdır. Əlbəttə, ölkə daxilində təhsilin keyfiyyətini artırmaq prioritet olmalıdır, amma xaricdə təhsilin yerini tam doldura bilməyəcəyik, yəni yenə də müxtəlif sahələrdə yüksək ixtisaslı tələbələrə ehtiyac olacaq, amma gərək elə olsun ki, daxildə bu təhsili təmin etmə imkanı olmasın. Məsələn, magistratura və doktoranturaya köklənməni bu baxımdan düzgün hesab edirəm. Həmçinin, təkcə tələbə göndərmək yox, xaricdən müəllim və idarəçi gətirmək lazımdır. Xüsusən, idarəçilər orta və ali təhsildə müasir idarəetmə standartları gətirə bilərlər, daxildəki maraqlardan uzaq olarlar. Görünür, yeni qərar da məhz buna xidmət edəcək”.

 

Vüqar Yaqublu –Tədqiqatçı-(Almaniyanın Heydelberq Universiteti)

 

“Xaricdə təhsil proqramının dayandırılması haqqında xəbərləri görəndə bir qədər mütəəssir oldum. Amma dayanmayıbmış, formatı dəyişiblər. Ümid edirəm ki, tibb və digər sahələr dəki gənclərimiz, eləcə də digərləri xaricdə təhsil, elmi fəaliyyət imkanı əldə etməyə davam edəcəklər. Yeni inkişaf edən millətlərin təcrübəsi göstərir ki, məhz inkişaf etmiş dövlətlərdə işləmiş insanlar inkişaf prosesinə böyük töhfə veriblər. Bir qızıl bir dövr oldu, onlarla gənc tibb təhsili üçün təqaüd aldılar. Mənim təxmini hesablamalarıma görə,  uğur dərəcəsi 95%-in üzərindədir, yəni təqaüd verilən gənclərin əksəriyyəti gözəl mütəxəssis olma yolundadır, alman və türk tibb sisteminin parçası olublar. Bu bir daha gənclərimizin bacarıqlı olmasını, onlara sadəcə kiçik bir təkanın kifayət olmasının yetərli olduğunu göstərir. Xaricdə təhsilin maliyyələşdirilməsində dayanma və ya azalma olsa belə bu gün gənclərin bir üstünlüyü var, bu da onlar üçün saysız-hesabsız uğur tarixçələri və ən əsası da ənənələrin olmasıdır”.

 

Şahlar Əsgərov- təhsil eksperti

 

“Təhsil naziri Mikayıl Cabbarov bu günlərdə müsahibəsində qeyd etdi ki, yeni təhsil proqrama uyğun olaraq xaricə əsasən, PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. Belə qərarı uzun illərdi ki, gözləyirdim. Çünki belə olanda bakalavriatlardan fərqli olaraq həm magistrlər, həm də doktorlar vətənə dönəcəklər. Pul hədər xərclənməyəcək. Orta məktəbi Gəncədə, Şəkidə, Lənkəranda və ya digər şəhərlərimizdə qurtaran gənclər Bakıda ali təhsil almaqla bərabər, həm də dərindən Azərbaycan mədəniyyətini mənimsəyib, milliləşirlər. Ali təhsil müddətində muzeylərimizi gəzirlər, şəhərimizi bəzəyən heykəllərimizi, onların müəlliflərini tanıyırlar, milli musiqimizlə dərindən tanış olurlar və azərbaycanlılaşırlar. Xaricə bakalavr səviyyəsində təhsil almağa gedənlər müxtəlif xarici mədəniyyətləri mənimsəyərək bir qismi fransızlaşır, bir qismi almanlaşır və s. Sonra vətənə dönəndə onların burda yaşaması çətinləşir. Magistr və doktor səviyyəsində demək olar ki, bu hadisələr baş vermir. Bu səbəbdən də nazir Mikayıl Cabbarovun fikrini milli mənafeyə uyğun sayıram: əvvəlcə gənclərimizi milliləşdirək, sonra müasirləşdirək.

 

Qalib Toğrul – İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

 

“Xaricdə təhsillə bağlı Dövlət Proqramının monitorinqindən və xarici təcrübəni öyrəndikdən sonra bu təklifi hələ 2011-ci ildə vermişdik. Təklifimizi onunla əsaslandırmışdıq ki, təhsilin bu pilləsinə sərf olunan xərc yüksəkdir, eyni zamanda həmin pillədə qazanılan biliklər sonrakı – magistr, PHD səviyyələri ilə müqayisədə daha az yararlıdır. Sonuncu statistika göstərir ki, proqram çərçivəsində maliyyələşdirilənlərin 40 faizə yaxını bakalavrlardır. Bu, indiki böhran dövründə bizi xeyli əlavə xərcdən azad edər, yüksəkixtisaslı bakalavr kadrlarının hazırlanmasına təkan verərdi. İkincisi, humanitar ixtisaslar üzrə xaricdə təhsilin maliyyələşdirilməsinə son qoyulmalı və ya onların payı minimuma endirilməlidir. Texniki və tibb ixtisasları üzrə göndərilənlərin sayı artırılmalı, bütün hallarda üstünlük onlara verilməlidir. Daha sonra xaricə göndərilənlərlə bağlı tələblər sərtləşdirilməli, sənəd qəbulu sadələşdirilməlidir. Tələblərin sərtləşdirilməsi deyərkən, TOEFL, IELTS üzrə xarici biliklərin qiymətləndirilmə səviyyələrinin yüksəldilməsini nəzərdə tuturam. Buna sevinir və düşünürəm ki, 2007-2015-ci illərdə, nəzərdə tutulan sayda – 5 min gənc xaricə göndərilməsə də, mühüm işlər görülüb”.

 

Aqil Əzizov – Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunu, UNEC-in müəllimi

 

A.Əzizov hesab edir ki, yeni format da təqdirəlayiqdir. “Xaricdə PHD dərəcəsi almaq istəyən tələbənin bu mərhələyə qədər aldığı bakalavr və magistr təhsilinin nə səviyyədə olduğunu nəzərə almaq lazımdır. PHD tədqiqat aparmaq bacarığı tələb edir. Bizim təhsil sistemində bu sahənin inkişaf etdirilməsi üçün ilkin olaraq baza yaradılmalıdır və düzgün araşdırma aparmaq bilgiləri tələbələrə öyrədilməlidir. Bundan sonra isə tələbə PHD üzrə təhsilini davam etdirmək barədə düşünə bilər. Təqdirəlayiq hal odur ki, PHD üzrə qoyulmuş investisiya gələcəkdə bizim təhsil səviyyəsinin Avropa və dünya standartlarına gətirmək imkanı yarada bilər. Artıq PHD təhsilini başa vurmuş şəxslər oradakı təcrübəni daha yüksək səviyyədə ölkədə tətbiq edə bilər. Yaxşı olardı ki, dövlət proqramının digər təhsil pillələrinə də tətbiqi davam etdirilərdi. Amma təhsilini xaricdə davam etdirmək istəyən tələbə müxtəlif tələbə mübadiləsi proqramlarında iştirak edə bilər və ya hansısa universitetin təklif etdiyi təqaüd proqramlarından yararlana bilər”.

 

Nərgiz Eldarova- Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunu, Dövlət Neft Fondunun əməkdaşı

 

“Bir məqam şübhəsizdir ki, bu proqram son illərin ən uğurlu və uzunmüddətli nəticə göstərə bilən investisiyalarından biridir. Məncə, bu təcrübə əlbəttə ki, davam etməlidir və ölkəyə savadlı kadrlar əvvəlkindən daha da çox lazım olacaq. Ancaq biz anlamalıyıq ki, əgər bizim iqtisadi siyasətimizdə hər hansı bir dəyişiklik gözlənilirsə, yeni proqram, xüsusilə onun ixtisas istiqamətləri də buna uyğunlaşdırılmalıdır. Məsələn, kimya sənayesinin inkişafı prioritet olsa, minlərlə tələbənin məsələn, antropologiya üzrə oxumağa göndərilməsi təkcə bədxərclik deyil, həm də gələcəkdə potensial olaraq işsizliyin artması və lazımlı kadrların çatışmazlığı deməkdir. Belə perspektiv isə hazırkı vəziyyətdə böyük bir riskə çevrilə bilər. Bu baxımdan əgər yaxın gələcəkdə Dövlət Proqramı daha da səmərəli şəkildə davam etsə, fasilə götürüb bütün məqamları dərindən təhlil etmək düzgün seçimdir. Məncə, bizim gənclərin xaricdə təhsili yenə də əsas istiqamət olmalıdır, amma bununla yanaşı xarici müəllimlərin Azərbaycana gətirilməsi də müsbət bir əlavə ola bilər. Hətta bundan da artıq deyərdim – ən qabaqcıl universitetlərin administrasiyası ilə təcrübə bölüşmək də məqsədə uyğun olardı. Hər halda, 2007-ci və 2016-cı illərin tələbləri ilə yanaşı, göründüyü kimi, proqramın yeni istiqamət və formatı ilə bağlı təklif və fikirlər də fərqlənir”.

 

Etibar Əliyev –təhsil eksperti

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xeyli sayda gəncimiz xarici ölkələrin aparıcı universitetlərinin bakalavriat və magistratura pillələrində təhsil alıblar.

Mən bu proqramı uğurlu sayıram. Dövlət Proqramı qəbul olunduqdan sonra Azərbaycan vətəndaşlarının dünyanın aparıcı universitetlərinə üz tutmaq imkanları artdı. Ancaq onların ali məktəbləri bitirib ölkəyə qayıtmaları əsas məqsədlərdən biri olmalı idi. Çünki prioritetlər ölkədə sahələr üzrə mütəxəssis tələbatına uyğun şəkildə müəyyənləşdirilir. Azərbaycan hökuməti vətəndaşların keyfiyyətli təhsil almaları üçün bütün imkanlardan istifadə edir. Mən magistr səviyyəsində təhsillərini davam etdirmək istəyənlərin xarici ölkələrə göndərilməsinin tərəfdarıyam. Ali məktəblərdə  və digər sahələrdə elmi dərəcəsini xarici ölkələrin aparıcı universitetlərində almış gənclərə böyük ehtiyac var. Belə ehtiyac bakalavr səviyyəsində təhsil  alanlardan daha çoxdur. Dövlət Proqramı ilə xarici ölkələrə göndərilən Azərbaycan vətəndaşlarının təhsillərinin monitorinqini aparıb cəmiyyətə təqdim etmək lazımdır. Digər tərəfdən mənə belə gəlir ki, əsasən bakalavr səviyyəsində təhsilin dayandırılması müvəqqəti xarakter daşıyır. Bu proses nə vaxtsa bərpa oluna bilər. Çünki xaricdə təhsil istənilən ölkənin təhsil siyasətinin əsasını təşkil edir və fasiləsiz xarakter daşıyır”.

 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website