Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Tarixden gelen ses – Qaval daşı… – SƏSİN SEHRİ

Tarixdən gələn səs - Qaval daşı... - SƏSİN SEHRİ

18/04/2016

15:04

18.04.2016 / 14:00 xeber –

 

 

APA TV-də yeni layihə efir həyatına başlayır. Ülkər Qasımovanın müəllifliyi ilə hazırlanan “Səsin sehri” proqramı Azərbaycanın milli musiqi alətlərinə həsr olunub. Proqramda zərb, nəfəsli və simli musiqi alətlərimizin tarixinə, bu gününə göz atılır, alətlərin hazırlanması, bir-birindən fərqləndirici xüsusiyyətləri barədə məlumatlar verilir. Sənətşünasların, musiqi xadimlərinin qonaq olduğu layihədə zəngin musiqi tariximizin səhifələri bir-bir açılır, Azərbaycan musiqisinin dünya musiqisində yerinə aydınlıq gətirilir. Bədii-etnoqrafik üslubda hazırlanan layihənin rejissoru Əli Hüseynovdur. Tamaşaçılar “Səsin sehri” proqramını həftə içi hər gün saat 17.10-da APA TV-nin canlı efirində izləyə bilərlər.

 

…Bu səs Azərbaycan musiqi mədəniyyətinin, keçmişimizin səsidir. Bu səsi heç bir musiqi alətindən almaq mümkün deyil, yalnız Qaval daşına məxsusdur bu səs. Tarixən səsin sehri hesab olunan qaval daşı, dövrümüzdə beynəlxalq tədbirlərin əvəzedilməz musiqi alətinə, səhnə atributuna çevrilib.

 

…Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda Cingirdağın ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, "Qaval daşı” adlanan böyük bir qaya parçası da var. Bu qayanı əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə "Qaval daşı” adı ilə gəlib çatıb. Qaval daşı bu gün də zərb alətlərinə xas olan keyfiyyətlərini saxlamaqdadır.
 

…Qaval daşı ətrafında bir çox tarixçi-folklorşünaslar elmi-tədqiqatlar aparıb, yazılar çap etdiriblər. Tarixçi-tədqiqatçı Şakir Qabıssanlının araşdırmasına görə, dünyada ilk musiqi sədaları 10 min il bundan əvvəl qaval daşı ("qəbail” – "qəbilə daşı” deməkdir) ətrafında "Yallı” ilə başlayıb:" “Yallı” dediyimiz "yahu”, "yahu”, "yahu” – yəni ya Allah, ay Allah, aman Allah nidaları ilə əllər yuxarı qalxmaqla ilk sədalar ucalıb”. Tədqiqatçı bildirib ki, dünyada ilk musiqi aləti qaval daşı olub və bu fakt ilk musiqi alətinin məhz qaval daşı olmasına sübutdur.

 

…Azərbaycanda bu ecazkar səsə malik olan Qaval daşının ilk ifaçısı mərhum Çingiz Mehdiyev olub. Məhz onun bu daş da ifasından sonra, Qaval daşı dövrümüzün insanlarına daha da yaxın və doğma olub.  

 

…Dövrümüzdə Qaval daşının ifaçısı kimi tarixə düşən Natiq Şirinov bu qədimliyi özündə əsrlərlə daşıyan daşda ifa etməsi üçün çox çalışıb. Uzun müddət Qobustanda saxlanılan bu daşın yanına gəlib-getdiyini deyir ifaçı… Və deyir ki, qaval daşının səsi insana keçmişi xatırladır. Beynəlxalq tədbirlərdə daşın sehrini milyonlarla insana çatdırmağa müvəffəq olan Natiq Şirinov, bu daşda hər kəsin ifa edə biləcəyini deyir.

 

…Qaval daşının sirri onun görünüşündədir. İnsanın ağlına gəlməyən bir yerdən səs çıxanda o həmişə sirr kimi görünür. Sirri ondadır ki, bu daşdan belə səs gəlir. Hər bir daş bu səsi verə bilməz. Gördüyünüz kimi milyonlarla daş var, amma heç biri belə səs vermir. Natiq Şirinovun fikrincə, hər bir zərb aləti ifaçısı bu daşı tanımalıdır, çünki keçmişini bilməyən, gələcəyini də bilməz.

 

… Ondan sonra çox zərb aləti ifaçıları bu daşda ifa ediblər. Mənə də Allahdan eşq gəldi ki bu daşın yanına gəlim və tanıyım. Bu daşın yanına bir dəfə yox, illərlə gəlmişəm, çünki bu daş mənim üçün çox maraqlı olub. Bu daş mənim sənətimin ən ön vurğusudur, başlanğıcdır. Mənim ən böyük arzum idi ki, dünya bu Qaval daşını tanısın. Hər bir dövlətin, hər bir məmləkətin öz tarixi var. Nağaranın özü də əvvəllər saxsıdan, daşdan olub.

 

…Hər bir musiqi aləti zamandan asılı olaraq təkmilləşib. Amma qaval daşı dəyişməyib. O,  qədimliyi, tarixiliyi ilə möhtəşəmdir. Qaval daşının gözəlliyi ondadır ki, bunu heç kim düzəltməyib. Qaval daşı Azərbaycanın ən böyük nemətidir. Analoqu olmayan sözü bu daşa yaraşır. Dünyada bu daşdan yoxdur. Nağara püxtələşib gəlib bu dövrdə belə olub. Amma qaval daşından dünyada yoxdur. Bunu Allah özü yaradıb və Azərbaycan xalqına məxsus edir. Azərbaycan tarixinin, mədəniyyətinin başlanğıcı bu daşdır.

 

…Dövrümüzdə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə dünya ictimaiyyətini heyran edən Azərbaycanın tarixi qaval daşı musiqi mədəniyyətimizin əsasını qoyub. Bizim tariximiz və mədəniyyətimiz bu daşdan başlayır. Bu daş necə var idisə elə də qalır, nə düzəlib, nə inkişaf edib. Bu gün hər kəs gəlir bu daşa vurur, hərə bir cür, hər vuruşdan bir səs çıxır. Bu daş Allahın Azərbaycana bəxşidir. Öz keçmişi ilə Allah bu daşa nə şanslar verir. Qaval daşı Natiq Şirinovun əqlinə saldı ki, bu daşı səhnəyə çıxaracaqsan. Bu daş öz əzəməti ilə sübut etdi ki, nə qədər qədim, keçmiş olsam da hər anımda, hər günümdə müasirəm. Siz məndən gəlmisiniz, mənə qayıdacaqsınız, yenə də məni öyrənməlisiniz.

 

…Əcdadlarımızın yadigarı, keçmişin əks-sədasıdır qaval daşı. Təsadüfi deyil ki, bu səsin sehri, ecazkar ritmi bu gün bütün dünyanı heyran edir. 

 

…Qaval daşında ritm sonsuzdur. Bu daşda istər “Cəngi”, istər “Yallı”, dünyanın başqa ritmini vur. Bütün dünyanın ritmlərinin bu daşda yüz faiz səsi var. Bunu Allah yaradıbsa biz düşündüyümüzdən də artıq ritm var. Bu daşa diqqətlə baxdım və görüm ki, balıq qulaqları var. Bu daş balıq qulaqlarının toplanmış və bərkimiş vəziyyətidir. Bunun içində boşluqlar var və bu səsi verən həmin boşluqlardır. Bir neçə dəfə yoxlamışam, yağış yağanda su dolur və bu daş həmin bu səsi vermir.

 

…Qobustan açıq havada təbiətin yaratdığı möhtəşəm sənət əsəridir. Onun sorağı çox uzaqlara gedib çıxır. Əcdadlarımız bu ritmlərlə öz sevinclərinin, hiss və duyğularını ifadə ediblər. Tarixin daş yaddaşında əksi bu günə qədər qalan rəqslərin rəsmləri buna ən bariz nümunədir.

 

…Musiqişünas,  fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə deyir ki, Qobustandakı qaval daşı tək deyil, Naxçıvan bölgəsində və Şamaxıda da rast gəlmək olar, amma onların ölçüsü də, səslənməsi də fərqli və dəqiq desək daha zəifdir.

 

…İstər “Eurovision 2011” mahnı müsabiqəsində, istərsə Bakı –2015 I Avropa Oyunlarında dünya xalqlarını salamlayan qaval daşı, Azərbaycan musiqi mədəniyyətinin qədimliyini bir daha bəşəriyyətə bəyan etdi. Amma milyonların gözü önündə səslənən qaval daşı, böyük sənətkar Mir Teymur Məmmədovun mükəmməl əl işi idi. Heykəltəraş, tarixi qaval daşının səhnə variantını çıx qısa bir zamanda və ustalıqla hazırlamağa müvəffəq olmuşdu.

 

… Mirteymur Məmmədov deyir ki, Qaval daşının səhnə üçün hazırlanmış versiyasının əsası orqandır: “Qaval daşının edəndə mən düşünürdüm bunu necə edim ki, səsi də çıxsın. Bunu da ancaq konstruksiyanın qalınlığı ilə əldə etmək olardı. Qaval daşının iki versiyasını hazırlamışam. Biri “Eurovision” musiqi yarışmasında səhnəyə çıxarılan, digəri isə Natiq Şirinovun özü üçün, hansı ki bütün səfərlərdə özü ilə aparır və səhnəyə çıxarır”.

 

…Səhnə üçün heykəltəraşın hazırladığı qaval daşının tərkibi penoplast və  gipsdən ibarət idi. Mir Teymur Məmmədov deyir ki, tamaşaçıların çoxu səhnədəki  maketin Qobustandakı qaval daşı olduğunu zənn etmişdilər. İlk baxışdan qaval daşının eyni kimi görünən bu sənət əsərinin uzunluğu 2.75 metr, çəkisi 60 kiloqrama yaxın idi… Gecə-gündüz çalışmaqla cəmi 12 günə hazırlanan bu maket, insanları həm çaşdırmış, həm də heyrətə gətirmişdi.

 

…Bu gün tariximizi özündə yaşadan qaval daşı, həm də incəsənət abidəsi kimi ölkəmizə gələnləri heyran etməkdədir. Əsrlər keçəcək və onun ecazkar səsi hələ çox nəsilləri heyrətə gətirəcək. Əsas məsələlərdən biri odur ki, bu abidə qədim musiqi sənətimizdə bir sıra törəmə alətlərinin yaranmasına da təkan verib.  

 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles