Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Uşaqlarda bedxasseli şişler: tam sağala bilermi? – DİQQƏT

Uşaqlarda bədxassəli şişlər: tam sağala bilərmi? - DİQQƏT

25/04/2016

21:36

25.04.2016 / 20:36 xeber –

"Səhər acqarına qusma, iki görmə, yeriyərkən müvazinəti itirmək beyin şişlərinin əlaməti sayılır”

 

"Leykozun ilkin əlaməti solğunluq, dalaqda böyümə, yuxusuzluq, hemoqlobin azlığıdır"

 

 

“Azərbaycanda hər il təxminən 300 uşaqda onkoloji problem aşkarlanır. Bütün dünyada xəstəliyə tutulma faizi ildən-ilə artır. Amma Azərbaycanda onkoloji xəstə uşaqların sayında elə böyük bir artım yoxdur”.

 

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Azərbaycan Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Onkologiyası şöbəsinin müdiri, tibb elmləri doktoru Reyman İsmayılzadə deyib.

 

 

Mütəxəssis bildirib ki, Azərbaycanda uşaq onkologiyası mərkəz olaraq 2012-ci ildə Milli Onkologiya Mərkəzində formalaşaraq fəaliyyətə başlayıb: “Ümumiyyətlə, uşaq onkologiyası cavan bir sahədir. Azərbaycanda bu mərkəz yaranmazdan əvvəl bu sahədə problemlər mövcud idi. Uşaqların əksəriyyəti Azərbaycandan kənarda, qonşu respublikalarda, ya da Azərbaycanın özündə qeyri-profilli şöbələrdə müalicə olunurdular.

Amma indi vəziyyət dəyişib və Milli Onkologiya Mərkəzinin nəzdində yaradılan Uşaq Klinikasında onkoloji problemlərdən əziyyət çəkən uşaqlar üçün yüksək şərait yaradılıb.

Burada həm kimya terapiyası, həm şüa terapiyası, həm cərrahi, həm də digər müalicələr tətbiq olunur. Bir sözlə, dörd il ərzində uşaq onkologiyası sahəsində böyük uğurlar əldə olunub. Mərkəzin bütün şöbələri ən müasir avadanlıqlarla təchiz olunub.

Bütün onkoloji problemlər, uşaq leykemiyaları istisna olmaqla, bizim mərkəzdə müalicə olunur. Uşaqlarda olan leykemiya, leykoz problemləri (xalq arasında buna ağqanlılıq deyilir) isə Elmi Tədqiqat Hematologiya İnstitutunda müalicə edilir.

 

Mənim üçün müqayisə aparmaq çətin deyil, çünki 30 il Belarusda çalışmışam, bir çox xarici ölkələrdə təcrübələr keçmişəm. Bizdə olan şərait, heç yerdə yoxdur.

Mərkəz ən son model tibbi avadanlıqla təmin olunub, dərman təchizatı da yaxşıdır.

Eləcə də kadr potensialımız barədə müsbət fikirlər söyləyə bilərəm. Amma həyat irəli gedir, biz üzərimizdə daha çox çalışmalı, müasir proqramları, protokolları mənimsəməliyik. Biz bu gün də bütün addımlarımızı beynəlxalq protokollara uyğun olaraq atırıq. Müayinələr, müalicələr beynəlxalq protokollara uyğun edilir.

Əldə olan nəticələr barədə isə optimist fikirlər söyləmək mümkündür”.

 

 

Mütəxəssis deyib ki, uşaq onkologiyası ilə böyük onkologiyası arasına bərabərlik işarəsi qoymaq olmaz, uşaqlarda və böyüklərdə aşkarlanan şişlər başqa-başqa tipli problemlərdir: 

 

“Uşaqlarda şişlər embrional xarakterlidir, yəni ana bətnində başlayır. Böyüklərdə olan şişlər, məsələn, böyrək, mədə, bağırsaq, ağciyər, dəri şişləri epitelyar şişlərdir, yəni onların biologiyası fərqlidir. Onların inkişafı da başqadır, burada kanseregen faktorlar mühüm rol oynanır, uzun zaman proses gedir və sonra xərçəngə çevrilir. Onları yaradan səbəblər də başqadır. Uşaqlarda isə hüceyrə genomasında baş verən dəyişikliklər, mutasiya nəticəsində, genlər arasında balans pozulanda şişlər yaranır. Elə hallar da olur ki, hələ uşaq ana bətnində olanda belə bir problem olduğu aşkarlanır.

Bəzən uşağın, qaraciyərində, böyrəyində, ya böyrəküstü vəzində törəmə olduğu görünür”.

 

 

R. İsmayılzadə deyib ki, statistikaya görə uşaqlar arasında onkoloji problemlərə doğulandan 4 yaşa qədər olan müddətdə çox rast gəlinir. Dörd yaşdan sonra rastgəlmə halları azalır, sonradan isə artım 14, 15, 16 yaşlarında qeydə alınmağa başlayır. Həmin dövrlərdə sümük, limfa şişlərinə daha çox təsadüf olunur. Amma nadir hallarda uşaqlarda da böyüklərdə olduğu kimi, böyrək, mədə, digər orqanların xərçənginə rast gəlinə bilər.

 

Onkoloji xəstəliklərin müalicəsində erkən diaqnostikanın mühüm əhəmiyyətinin olduğunu vurğulayan mütəxəssis deyib ki, problem nə qədər tez aşkarlansa, onun aradan qaldırılması bir o qədər asan olur: “Bu gün bizim əsas məqsəd pediatrların bu sahəyə olan diqqətini gücləndirməkdir. Ana öz uşağını birbaşa onkoloqun yanına, Milli Onkologiya Mərkəzinə gətirmir ki. Uşaqları pediatrlar nəzarətdə saxlayır. Problem olanda da birinci pediatra müraciət olunur. Pediatrlar bu sahə ilə bağlı məlumatlı olsalar, xəstəni düzgün yönləndirsələr, problem zamanında aşkarlanar və xəstəliyin müalicəsi də asan olar. Diaqnoz nə qədər tez qoyulsa, aparılan müalicənin effekti bir o qədər yaxşı olur.

 

Uşaq onkologiyasında diaqnoz zamanında qoyulanda təqribən 80 faiz hallarda tam sağalma ehtimalı var. Bu, təbii ki, müasir müalicələrin nəticəsində mümkün olur”.

 

Mütəxəssis deyib ki, problemin aradan qaldırılmasında şüa terapiyasının böyük rolu var: “Müasir cihazlar imkan verir ki, verilən şüa patologiya olan toxumalara düşsün, ətraf toxumalar isə çox şüalanmaya məruz qalmasın. Belə müalicə zamanı əlavə fəsadlar da olmur. Nəzərə almaq lazımdır ki, böyüməkdə olan orqanizm şüa terapiyasına qarşı çox həssasdır. Balans elə olmalıdır ki, aparılan müalicələr ağır fəsadlar verməsin. Müalicə etdiyimiz uşaq sonradan ailə, cəmiyyət üçün yük olmamalıdır. Şüanın, dərmanın hansı dozada və nə zaman verilməsi mühüm məsələdir. Müalicə etmək, sağaltmaq olar, amma uşaq intellektual inkişafdan qala bilər. Ona görə də maksimum diqqətli olmaq vacibdir. Xüsusilə qeyd edim ki, 3 yaşdan kiçik uşaqlarda ancaq lokal şüalanma aparıla bilər”.

 

 

R. İsmayılzadə bildirib ki, uşaqlarda ən çox rast gəlinən onkoloji problem leykemiyadır.

 

Onkoloqun sözlərinə görə, leykemiya ilə bağlı ilkin əlamətlər əsasən, uşaqda solğunluq, hemoqlobin, trombosit sayının azlığı, halsızlıq, zəiflik, tez yorulmaq, diş ətinin qanaması, dəridə səpgilərin yaranması, baş ağrıları, yuxusuzluq, qaraciyər, dalaq böyüməsi, sümüklərdə ağrılar ola bilər: “Pediatrlar ilk növbədə bu əlamətlərə diqqət etməlidirlər. Laborant özü belə qan analizinin nəticələrinə baxanda burada patologiya olduğunu asanlıqla görə bilir”.

 

Həkim bildirib ki, leykozla bağlı dəqiq diaqnoz qoymaq üçün Azərbaycanda bütün avadanlıqlar var: “Əvvəllər biz dəqiq nəticələr əldə etmək üçün analizləri Türkiyəyə göndərirdik, amma indi buna ehtiyac yoxdur”.

 

Leykozlardan sonra uşaqlarda ən çox beyin, mərkəzi sinir sistemi şişlərinə rast gəlindiyini deyən onkoloq bildirib ki, bu şişlərin ilkin əlaməti kəllədaxili təzyiqin qalxması ilə əlaqədar olaraq başgicəllənməsi, baş ağrıları, iki görmə, yerişdə səndələmə və səhər tezdən heç bir səbəb olmadan qusma olmasıdır: “Gözdə çəplik əlaməti, eyni zamanda göz bəbəyində həddən artıq parlaqlıq yaranması da (buna pişikgözlülük də deyilir) onkoloji problemin əlaməti, daha doğrusu retinada yaranan şişlə bağlı ola bilər. Onu da deyim ki, bu da yaxşı müalicə olunan problemlərdən biridir”.

  

 

R. İsmayılzadə onu da vurğulayıb ki, elə onkoloji problemlər var ki, onların həlli çox çətinidir. Onun sözlərinə görə, dünyanın hər yerində beyin kötüyünün şişi müalicəyə tabe olmur: “Beyin kötüyündə çoxlu mərkəzlər yerləşdiyinə görə, şişi kəsib götürmək mümkün olmur. Şüa terapiyası ilə onu kiçiltmək mümkündür, bununla isə çox az hallarda real nəticə əldə etmək olur və uzun yaşama ehtimalı yaranır. Bu da təbii ki, şişin növündən asılı olan məslədir”.

 

 

Mütəxəssis onlar üçün əsas problemlərdən birinin də valideynlərin onkoloji problemə olan münasibəti ilə bağlı olduğunu deyib: “Müalicə zamanı müəyyən irəliləyiş olan kimi müalicəni yarımçıq qoyub uşağı evə aparır və sonradan həkimə müraciət etmirlər. Və yaxud da onkoloqdan sonra digər ixtisas sahiblərinə müraciətlər olunur.  

Biz təbii ki, insanların xarici ölkələrə getmələrinin əleyhinə deyilik, bu, hər kəsin öz seçimidir. Amma dəqiq diaqnoz olmalıdır, müalicə düzgün aparılmalıdır.

İrana gedib, orada müalicə alıb qayıdanların əksər hallarda xəstəlik tarixçəsi olmur. Onkoloji problemlə bağlı iki il müalicə almış xəstə uşağın valideynindən soruşuram ki, hansı müalicələr olub, interval necə qurulub, şüa terapiyası nə zaman olub, deyirlər ki, bilmirik. Biz aparılan müalicələrlə bağlı heç bir sənəd əldə edə bilmirik. Hətta epikriz vermirlər valideynlərə. Müalicələrin proqram əsasında, standartlara uyğun aparılmadığının şahidi oluruq.

 

Xarici ölkələrin bir çoxu bu problemlə bağlı müalicələrin aparılması, xəstə cəlb etmək üçün reklam işi qurur. Amma həmin ölkələrdə müalicələr həddən artıq baha başa gəlir.

Əgər sümük iliyi köçürülməyibsə, leykozun müalicəsi üçün təxminən 80 min dollar vəsait tələb olunur.

 

Ölkəmizdə bütün imkanlar olduğu halda xarici ölkələrə müraciət etməyə ehtiyac yoxdur, Milli Onkologiya Mərkəzinin imkanları çox böyükdür.

 

Onu da deyim ki, Milli Onkologiya Mərkəzinin bazasında 2015-ci ildən başlayaraq Onkoloji Xəstələrin Registri (Kanser Registri) yaradılıb. Hansı rayondan gəlməsində asılı olmayaraq, bu problemlə bağlı müraciət edənlərin hamısı qeydiyyata düşür. Bölgələrdə də problem aşkarlandıqda bizə bu haqda məlumat verilir. Müəyyən müddətdən sonra biz ölkəmizdə olan xəstələrin dəqiq statistikasını açıqlaya biləcəyik.

 

Bəzi valideynlər ümumiyyətlə, uşaqlarında belə bir problem olduğunu gizlədirlər.

Onu da demək istəyirəm ki, vətəndaşlarımız pessimist olmasınlar. Vaxtilə onkoloji problemlərdən müalicə etdiyimiz insanlar bu gün bir çox sahələrdə mütəxəssis kimi çalışırlar, bu gün onlar ailə başçısı, valideyndirlər.

 

Dünyanın hər yerində onkoloji problemlərdən müalicə olunmaların arasında elm adamları, dövlət xadimləri də var. Bu gün uşaq onkologiyasında 80 faiz sağalma ehtimalı var, 30 il bundan qabaq bu rəqəm 40 faiz idi. Bu, zarafat deyil, böyük rəqəmdir. Ona görə də biz hər zaman deyirik ki, problem varsa, bunu gizlətmək olmaz, vaxtında mütəxəssisə müraciət etmək lazımdır.

 

Ümumdünya Uşaq Onkologiya Cəmiyyətinin bir şüarı var: Heç bir onkoloji xəstə uşaq dünyasını dəyişməməlidir. Bu, uşaq onkoloqlarının idealıdır. Biz də arzu edirik ki, Azərbaycanda hər bir onkoloji xəstə uşaq sağalsın. Ona görə də valideynlərə müraciət edirəm ki, uşaqlarda anormal, şübhəli hal olan kimi mütləq həkimə müraciət etsinlər”.

 

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles