Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Ölüme terk edilmişler: Onları nece xilas edek? – ARAŞDIRMA

Ölümə tərk edilmişlər: Onları necə xilas edək? - ARAŞDIRMA

27/04/2016

12:08

27.04.2016 / 11:07 xeber –

 

 

“Beləliklə, əziz dost, bu gün “vəsiyyətnamə” yazdım və bəzi orqanlarımı bağışladım, həm də tam pulsuz, məndən bir hədiyyə olacaq köçürüləcək insanlara… 
 

Əgər bir gün hər hansı bir qəza keçirsəm və ölüm ayağında olsam və ya hər hansı bir xəstəlik nəticəsində artıq beyin ölümü prosesini yaşasam, heç bir tərəddüd etmədən başqa insanları yaşada bilmək adına orqanlarımı götürüb həyatla ölüm arasında olan və orqan nəqlinə ehtiyacı olan insanlara köçürə bilərlər. Bu, mənim dünya ilə vidalaşanda edə biləcəyim son faydalı iş olacaq… Son…"

 

***

 

Azərbaycanda meyitdən orqan və toxumaların götürülməsi üsulları hazırlanır.

 

Nazirlər Kabinetinin 2015-ci ilki fəaliyyəti haqqında hesabatına əsasən, Azərbaycan Səhiyyə Nazirliyi hazırda bu üsulların hazırlanması ilə məşğuldur.

 

Səhiyyə Nazirliyi meyitdən orqan və toxumaların götürülməsi zərurətinin nədən yarandığını da açıqlayıb: "Hazırda ölkədə orqan köçürülməsi ilə bağlı problem var. "İnsan orqan və (və ya) toxumlarının transplantasiyası haqqında" qanun qəbul olunub. Dünyasını dəyişmiş insanlardan orqanların köçürülməsi məsələsi qanunvericilikdə öz əksini tapsa da, hələ də bunun icra mexanizmləri yoxdur. Qanunun yerinə yetirilməsi, icra mexanizmlərinin tapılması önəmli məsələdir.

Lakin meyitdən orqanların götürülməsi ilə bağlı icazənin verilməsi yaxın qohumlar və ya qanuni nümayəndələr tərəfindən qətiyyətlə rədd edilir.

Problemin həlli üçün bu sahədə aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi və əhali arasında kütləvi informasiya vasitələri tərəfindən maarifləndirmə işlərinin gücləndirilməsi məqsədəuyğundur, – deyə hesabat sənədində bildirilib.

 

Bəs görəsən insan orqanlarına kifayət qədər ehtiyac olan Azərbaycanda meyitdən orqan götürülməsi mexanizmi necə olacaq? Dünyasını dəyişmiş yaxınının tibbi ekspertizasına belə icazə verməyən orta statistik azərbaycanlı onun yarılaraq orqanının götürülməsini necə qarşılayacaq?  Bu məsələyə dinin mövqeyi necədir?

 

Orqan nəqli nədir?

 

İnsanlar orqan nəqlinin nə olduğunu tam olaraq bilmirlər. Bəlkə də yanlış maarifləndiriliblər. Ölmüş şəxsin yaxınları elə düşünür ki, qohumunun orqanının götürülməsi onun cismani bütünlüyünü pozmuş olacaq.

Orqan nəqli insanın həyatda ikən özünün iradəsi ilə orqanlarının bir qismini və ya hamısını ölümündən sonra başqalarının müalicəsi üçün istifadəsinə icazə verməsidir. 18 yaşına çatmış, əqli-ruh sağlığı yerində olan hər kəs orqanını kiməsə bağışlaya bilər.

Orqan nəqli iki şəkildə icra edilir. Hazırda yaşayan, sağlam olan insandan insana və meyitdən (beyin ölümü gerçəkləşmiş insanlardan) edilən orqan nəqli. 

İnsandan insana orqan nəqli böyrək, qaraciyər kimi orqanlar üçün keçərlidir.

Meyitdən (beyin ölümü gerçəkləşmiş) orqan nəqli isə çox hallarda beyin qanaması, ağır baş travmaları, nəqliyyat qəzaları və. s başqa səbəblərdən süni tənəffüs aparatına bağlanan, “beyin ölümü” gerçəkləşmiş insanlardan götürülən orqanlarla həyata keçirilir.

 

Dünyada ilk orqan transplantasiyası macar əsilli cərrah Uilman tərəfindən Vyanada 1902-ci ildə heyvanlar üzərində böyrək nəqli ilə həyata keçirilib. Daha sonra ilk dəfə 1933-cü ildə Dr. Voronov tərəfindən ölü orqan transplantasiyası gerçəkləşdirilib.

Dünyada insandan insana ilk böyrək nəqli ilk dəfə 1947-ci ildə Bostonda, ilk ürək nəqli isə 1967-ci ildə həkim Kristian Bernard tərəfindən həyata keçirilib.

 

Azərbaycanda hansı orqanlar transplantasiya edilə bilər?

 

Nəzərinizə çatdıraq ki, ölkədə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" qanun 1999-cu ildə qəbul edilib. Bu qanunla orqan və ya toxumaların transplantasiyasının ümumi müddəaları, transplantasiya məqsədilə meyitdən və ya donordan orqan və ya toxumaların götürülməsinin qaydaları və bu barədə tibb müəssisələrinin və tibb işçilərinin məsuliyyəti müəyyənləşdirilib.

 

Həmçinin Nazirlər Kabinetinin 2000-ci il 13 sentyabr tarixli, 168 nömrəli qərarı ilə transplantasiya obyekti olan orqan və ya toxumaların siyahısı da təsdiq edilib. Bu siyahıya görə respublikada ürək, ağciyər, ürək – ağciyər kompleksi, qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi və gözün buynuz qişası transplantasiya edilə bilər.

 

Meyitdən orqan götürülməsi üçün əvvəlcə beyin ölümü təsdiqlənməlidir

 

Orqanın meyitdən alınması üçün beyin ölümünün təsdiqinin ən birinci və vacib şərt olduğunu vurğulayan millət vəkili Musa Quliyev Lent.az-a açıqlamasında bildirib ki, meyitdən orqan və toxumaların götürülməsi ilə bağlı üsulların hazırlanması birbaşa qanunvericiliyin göstərişidir.

 

M. Quliyevin sözlərinə görə,  "Orqan transplantasiyası haqqında" qanun var və bu qanuna görə də Azərbaycanda orqan köçürülməsi əməliyyatı həm canlı orqanizmdən, həm də meyitdən orqan götürməklə həyat keçirilə bilər: “Ümumiyyətlə, dünyada orqan köçürülməsi 85-90% hallarda dünyasını dəyişmiş şəxslərin orqanlarından istifadə etməklə həyata keçirilir. Dünya praktikasına nəzər salsaq, başqa ölkələrdə çox nadir hallarda canlı insandan orqan götürürlər. Amma Azərbaycanda meyitdən orqan ya toxuma götürülməsi işi bu günə kimi qurulmadığına görə, demək olar ki, bütün hallarda transplantasiya ancaq canlıdan orqan götürülməsi ilə bağlıdır”.

 

Millət vəkili qeyd edib ki, meyitdən orqan ya toxumaların götürülməsi üçün əvvəlcə həmin insanın beyin ölümünü təsdiqləyən protokollar hazırlanmalıdır: “Beyin ölümünün hansı şərtlər daxilində müəyyənləşdiyini Nazirlər Kabineti təsdiqləyəcək. Üsullar müəyyənləşdikdən sonra yəqin ki, bu işi həyata keçirəcək klinika da bəlli olacaq. Ondan sonra da Azərbaycanda orqan köçürülməsi işi genişlənəcək.  Orqan transplantasiyası daha çox meyitdən orqan götürməklə həyata keçiriləcək ki, bu da sağlam insanlardan orqan götürülməsinə ehtiyacı minimuma endirəcək”.

 

M. Quliyevin sözlərinə görə, meyitdən orqan götürülməsi sırf kliniki tibbi prosesdir. Bunu bir nəfər heç vaxt müəyyənləşdirə bilməz: "Bu işi mütləq komissiya həyata keçirməlidir. Komissiyanın tərkibi iki həkim ekspert, dövlət tərəfindən təyin olunmuş hüquqşünas, ölmüş şəxsin dininə uyğun din xadimi, ictimaiyyət nümayəndəsindən ibarət olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının da müəyyənləşdirdiyi qaydaya görə, bu iş mütləq komissiya şəkilində aparılmalıdır. Din xadimi həmin insanın həqiqətən də dünyasını dəyişməsinə dair şəhadətini verməlidir. İctimaiyyət nümayəndəsi  də beyni ölmüş şəxsin ailəsini təmsil edə bilər”, – deyə, M. Quliyev əlavə edib.

 

Dünya təcrübəsində də meyitdən orqan götürülməsi ancaq həmin xəstənin beyin ölümü təsdiqlənəndən sonra gerçəkləşdirilir. Belə ki, beyin ölümünün təsdiqinə  4 nəfərdən ibarət həkim heyəti qərar verir. Bu həkim heyətinə kardioloq, anestezioloq-reanimatoloq, nevroloq, neyrocərrah daxildir. Laborator müayinənin nəticələrinə əsasən, beyin ölümünün təsdiqi ilə bağlı rəsmi sənəd hazırlanır. Onu da bildirək ki, həmin heyətə daxil olan həkimlər xəstənin vəziyyəti ilə tanış olan, daimi həkimlər ola bilməz. 

Dünya təcrübəsində meyitdən orqan götürülməsi üçün beyin ölümünü təsdiqləyən protokolun olması, insanın sağlığında öz istəyi ilə orqanlarını bağışlaması haqqında sənədin olması, sənəd yoxdursa, yaxınlarının icazəsinin alınması şərtdir. Ölünün fiziki bütünlüyünü dəyişdirməyən orqanlar nəql üçün götürülə bilər.

 

İcbari Tibbi Sığorta orqan nəqlini sürətləndirə bilər

 

M. Quliyev qeyd edib ki, Azərbaycanda qaraciyər, böyrək, gözün buynuz qişası, sümük iliyi transplantasiyası neçə ildir həyata keçirilir: “Azərbaycanda artıq bir neçə klinikada həm böyrək, həm də qaraciyər köçürülməsi həyata keçirilir. Neçə ildir ki , böyrək köçürülməsi Səhiyyə Nazirliyinin xətti ilə Urologiya xəstəxanasında dövlət vəsaiti hesabına gerçəkləşdirilir.  Ancaq buynuz qişa yalnız meyitdən alındığına görə xaricdən alınıb gətirilir. Hətta İranda, Türkiyədə ehtiyac oldu-olmadı, buynuz qişa meyitdən götürülür, xüsusi şəraitdə onlar üçün nəzərdə tutulmuş banklarda saxlanılır. Ehtiyacı olan iranlı vətəndaşlara pulsuz, başqa ölkələrə isə pulla verilir. Bundan başqa, ürək və ağciyər köçürülməsi bizdə gerçəkləşdirilmir, çünki ürək və ağciyər ancaq meyitdən götürülə bilər. Bu mənada meyitdən orqan, ya toxuma götürülməsi çox vacibdir. Bu, dünyada çox geniş yayılıb”.

 

Orqan transplantasiyasının bahalı əməliyyat olduğunu vurğulayan millət vəkili deyib ki, gələn ildən Azərbaycanda icbari tibbi sığorta işə düşəcək. Bu tip əməliyyatların bir qismini sığorta qarşılayacaq, bir qismini də insanlar özləri ödəməklə sağlıqlarına qovuşa biləcəklər.

 

Dünyada hazırda “orqan mafiyası” təhlükəsinin davam etdiyini dilə gətirən M. Quliyev deyib ki, meyitdən orqan götürülməsi üçün Komissiya nəzarətinin təşkili məhz belə “orqan mafiyası” əməllərinin qarşısını almağa da kömək edər: “Bəzən insan ağır travma alır, amma onun həyata qayıtmaq şansı var. Ancaq çox hallarda beyin ölümü adı ilə belə insanların da orqanını götürüb, satırlar”.

 

Qaraciyər və böyrək xəstələri daha şanslıdır

 

Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, Dr. Mircəlal Kazımi Lent.az-a açıqlamasında deyib ki, Azərbaycanda orqan köçürülməsi 1971-72-ci illərdə akademik Mirməhəmməd Cavadzadə tərəfindən böyrək transplantasiyası ilə başlayıb və qeyri-müəyyən səbəblərdən bu proses dayanıb: “2000-ci illərin əvvəllərində professor Kamal Abdullayev iranlı mütəxəssislərin köməyi ilə böyrək transplantasiyası əməliyyatlarını icra edib. Lakin bunun da davamlı şəkildə icrası olmayıb. 2008-ci il  dekabrın 12-də Azərbaycanda və eləcə də regionda ilk dəfə olaraq canlı donordan qaraciyər transplantasiyasını Mərkəzi Neftçilər Xəstəxanasında mən icra etmişəm. Bu tarixdən etibarən Azərbaycanda transplantologiyanın əsası qoyulub və xarici dövlətlərdə təhsil almış sırf azərbaycanlı həkimlərdən ibarət komanda toplanıb. Və mənim rəhbərliyim altında 2011-ci ildə böyrək transplantasiyası əməliyyatlarına da start verilib".

 

M.Kazıminin sözlərinə görə, bu günə qədər Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən 85 qaraciyər və 289 böyrək transplantasiyası əməliyyatı icra olunub.

Ölkədə yüzlərlə insanın orqan köçürülməsinə ehtiyacı olduğunu deyən M. Kazımi də hazırda Azərbaycanda yalnız canlı orqan donorlarından istifadəni orqan transplantasiyası işində problem hesab edir: “Təəssüflər olsun ki, biz yalnız canlı orqan donorlarından istifadə edə bilirik. Bu isə o deməkdir ki, qaraciyər və böyrək xəstələri şanslıdır. Digər orqan çatmazlığı olan xəstələr isə sözün əsil mənasında ölümə tərk edilmiş vəziyyətdədirlər. Problem hələ də beyin ölümü kriteriyalarının işləməməsi və meyit orqanlarından istifadənin mümkün olmamasıdır”.

 

Səhiyyə Nazirliyi tərəfindən meyitdən orqan və toxumaların götürülməsi üsullarının hazırlanmasına toxunan M.Kazımi bildirib ki, ölmüş bədəndən götürülən orqan və toxumalar köçürülməsini maksimal dərəcədə tez bir zaman ərzində icra etmək lazımdır: "Meyitlərin orqanları dünyasını dəyişmiş adamın ürəyi dayandıqdan yarım saat, uzağı bir saat ərzində çıxardılmalıdır, əks halda istifadəsiz hala gəlir".

 

Həkim son olaraq bildirib ki, adətən ölmüş insanların hətta tibbi ekspertizası belə onun yaxın adamlarında ciddi etiraz yaradır: "Ölmüş insanlardan orqan götürülməsi üçün insanların maariflənməsi zəruridir. Əsas olan beyin ölümü kriteriyalarının, koordinatorlar sisteminin yaradılmasıdır. İnsanlar o halda  bu savab, dəyərli addımı atarlar".

 

Qeyd edək ki, qonşu ölkə Türkiyədə hər il 3000-4000 orqan nəqli edilir və bu orqan nəqllərinin 70%-i canlıdan, 30%-i ölüdən həyata keçirilir.

ABŞ-da isə orqan bağışlanmasını artırmaq məqsədilə xüsusi vergi endirimləri tətbiq olunur. 

 

Başqa bir insanın yaşamasına səbəbkar olmaq bəyənilən əməldir

 

Din xadimi Hacı Şahinin sözlərinə görə, insan öz orqanını kiməsə bəxş etsə, əslində ona ömür, həyat bağışlamış olur və bu, çox böyük savab əməl sayılır: “Quranda da qeyd olunub ki, hər kim bir insanı diriltsə, sanki bütün bəşəriyyəti dirildir. Yəni bu, din baxımından savab bir əməl hesab olunur. Müsəlman ölkələrində də belə bir praktika var. Dünyadan köçmüş  insanın sağlığında öz razılığı, ya öləndən sonra ailəsinin razılığı olarsa, onun bədən üzvü kiməsə verilə bilər. Din buna normal yanaşır və savab əməl kimi dəyərləndirir”.

 

Hacı Şahin bildirib ki, ümumiyyətlə, hər hansı bir əməl cənazənin təhqirinə rəvac vermirsə, bu əməli etmək olar və cənazə ilə bağlı dinin hökmü bundan ibarətdir: ”Bu işdə də təhqirdən söhbət getmir. Çünki insanın özünün, ya da ailəsinin razılığı olur. Başqa bir insanın yaşamasına səbəbkar olmaq bəyənilən əməldir”.

 

Din xadiminin fikrincə, insanların bu işi qəbullanması üçün əvvəlcə maarifləndirmə işlərinin aparılması doğru olardı: “Əlbəttə, bu, məcburi olmayacaq. Amma insanlar arasında maarifləndirmə işi aparılarsa, dinimizin də mövqeyi izah olunarsa, bu işin savab olduğu çatdırılarsa, insanlar zaman keçdikcə razılaşarlar".

 

“Bağışladım…Təki kimsə yaşasın…”

 

Xatırladaq ki, Azərbaycanın millət vəkillərindən biri də ölümündən sonra özünün bədən orqanlarının transplantasiya olunmasına razılıq verib.

Orqanlarının bağışlanmasını vəsiyyət edən millət vəkili Qənirə Paşayeva Lent.az-a açıqlamasında deyib ki, insan bununla həyata yenidən dönə bilmədiyi zaman başqa birinin yaşama davam etməsinə kömək edə bilər: “Əslində bu məsələ bir sıra inkişaf etmiş ölkələrdə normal qəbul olunan hadisədir. Orqan bağışlanması bir insanın ölümündən sonra orqanlarının başqa bir insan üçün istifadə edilməsinə icazə verməkdir. Çox təəssüf ki, bu sahə hələ Azərbaycanda inkişaf etməyib. Hələ də vətəndaşlarımız orqan köçürülməsi üçün xarici ölkələrə üz tuturlar və təbii ki, sadəcə zənginlər bundan yararlana bilir. Bu məsələni hüquqi cəhətdən tənzimləyən mexanizmlərin hələ qəbul olunmaması, əhali arasında bu istiqamətdə maarifləndirmənin demək olar, yox dərəcəsində olması əslində bəlkə də hər gün həyatını hansısa orqanın köçürülməsi ilə xilas edə biləcəyimiz birini ölümə tərk etmək deməkdir. Ona görə  də mən bu qərarımı hansısa hisslər altında deyil, düşünərək atdım və həyatımın ən doğru qərarlarından biri olduğuna da inanıram!”

 

Millət vəkilinin sözlərinə görə, məhz humanist insanların ölümlərindən sonra orqanlarının bağışlanması haqqında zamanında vermiş olduqları qərarlar (orqanlarını bağışlaması) hər il minlərlə insanı yenidən həyata döndürür: "Bu məsələnin dinimizlə də heç bir ziddiyyəti yoxdur. Orqan bağışlama ölkədə öz həllini tapmazsa, orqan köçürülməsi kimi önəmli bir sahə inkişaf edə bilməyəcək".

 

Son olaraq, millət vəkilinin vəsiyyətnaməsindən qısa bir xatırlatma vermək istəyirəm: “Beləliklə, əziz dost, bu gün “vəsiyyətnamə” yazdım və bəzi orqanlarımı bağışladım, həm də tam pulsuz, məndən bir hədiyyə olacaq köçürüləcək insanlara… 
 

Əgər bir gün hər hansı bir qəza keçirərsəm və ölüm ayağında olarsam və ya hər hansı bir xəstəlik nəticəsində artıq beyin ölümü prosesini yaşasam heç bir tərəddüd etmədən başqa insanları yaşada bilmək adına orqanlarımı götürüb həyatla ölüm arasında olan və orqan nəqlinə ehtiyacı olan insanlara köçürə bilərlər. Bu, mənim dünya ilə vidalaşanda edə biləcəyim son faydalı iş olacaq… Son… 

Ürəyimi, Qaraciyərimi, Ağciyərimi, Böyrəklərimi, Gözlərimi bağışladım. 
Pankreas vəzisini, sümük iliyini, bir sözlə, bağışlana biləcək, köçürülə biləcək bütün orqanlarımı… Bilirsinizmi, sadəcə bir insan orqanlarını bağışlamaqla bir çox insana yaşamaq şansını verə bilər. O zaman bu faydalı əməldən niyə qorxmalıyıq ki… 
Deyirəm, əgər kimsə yaşayacaqsa, bədənimin hər hansı bir hissəsini dərhal versinlər! Təki kimsə yaşasın. Təki kiminsə həyatını qurtarsın mənim canımın bir hissəsi…”

 

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles