Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Şamançılıq: en qedim inanc sistemi haqqında bilmediklerimiz

Şamançılıq: ən qədim inanc sistemi haqqında bilmədiklərimiz

27/04/2016

21:00

27.04.2016 / 19:59 xeber –

 

 

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı ən qədim inanc sistemi olan şamançılığa həsr olunub. Verilişdə şamanizmin kökləri, formaları, türk inanc sistemində şamançılığın yeri və rolu, şamanizmi rəsmi din olaraq qəbul etmiş dövlətlər, islamda şamançılıq izləri kimi məsələlərə aydınlıq gətirilib. Sizləri proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin Dədə Qorqud irsində şamançılıq elementləri, şamanizmin əsas mərasimləri, bu sahədə aparılan tədqiqatlar barədə fikirləri ilə tanış olmağa dəvət edirik.

 

Şamançılıq: ən qədim inanc sistemi

 

Şamançılıq məsələsinə aydınlıq gətirmək üçün ilk növbədə dinin özünün yaranması məsələsinə və din tarixinə müraciət etmək lazımdır. Bununla bağlı iki cür baxış var: materialist və idealist. Materialistlər deyirlər ki, din insanın fiziki varlığının meydana çıxmasından sonra yaranan bir cərəyandır. Lakin ilahi nəzəriyyə tərəfdarları qeyd edirlər ki, din insanı yaradıb, yəni insanı yaradan ilahi varlıqdır. Materialistlər bəzən öz fikirlərindən çəkinməli olurlar. Çünki paleantropun (neandertal nəzərdə tutulur) özündə də dini inanclar olub. Yəni, materialistlərin qeyd etdiyi kimi, guya din “homo sapiens” yaranandan sonra meydana çıxıb fikri kökündən yanlışdır. Avropa ölkələrində, eləcə də Şərqi Avropada Latın dilində dinə “reliqiya” deyirlər. “Reliqiya” latın dilində “religiare” sözündən yaranıb, “əlaqə” deməkdir. Burada ilahi varlıqla insan arasındakı əlaqə nəzərdə tutulur. Dini inancların yaşı insanın yaşı qədər qədimdir.  Primitiv, yaxud ibtidai adlandırdığımız dini inancları müxtəlif kateqoriyalara ayırırıq. Burada totemçilik, anemizm, fetişizm əsas götürülür, sonra isə astral kultlar, aqrar kultlar və s. gəlir. Bunların hansının daha öncə yaranması mübahisə obyektidir. İnsan ilk növbədə heyvanat aləmindən ayrılıb. “Totemizm” hindu dilindən tərcümədə “onun nəsli” deməkdir.  Totemizm ayrı-ayrı insan qruplarının bu və ya digər heyvandan törəməsini nəzərdə tutan ibtidai din formasıdır. Fetişizm ayrı-ayrı material kultlara olan inancdır – büt, qaya parçası və s. Fetişizm portuqal dilində “fetişio” sözündən yaranıb, “kukla” deməkdir, yəni gəlincik. Anemizm isə “anema” ruh deməkdir, yəni ruhlara inama əsaslanır. Bunların hamısı kompleks şəkildə şamançılıqda birləşib.

 

Şamanlar: şeytanın qulluqçuları, yoxsa…

 

Bu kontekstdə bəzən dini formalardan üstün tutulan və bütün dinlərdə müşahidə edilən magiya anlayışına toxunmaq lazımdır. Təəssüf ki, magiya sözünü dilimizə dəqiq şəkildə tərcümə etmək mümkün deyil. Çünki onu cadugərlik kimi tərcümə etsək, onun türkəçarə dediyimiz müalicə magiyası mahiyyəti yaddan çıxmış olur. Eyni zamanda, şamanın mühüm funksiyalarından birini danışmamış olarıq. Şamançılıq lap ibtidai dövrlərdən yaranıb, hələ üst paleolit dövründən – “homo sapiens”in formalaşdığı dövrdən gələn din formasıdır. Şamanizm sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər var. Məsələn, şamanizmi ilk dəfə Sibir xalqlarında tədqiq edən Novitski onları şeytanın qulluqçuları adlandırırdı. Sonrakı dövrdə Sibir xalqlarında şamanizmi Pallas araşdırmışdı. Lakin sonradan məlum oldu ki, bu inanc, nəinki Sibir xalqlarında, demək olar ki, Yer kürəsinin bütün hissələrinə yayılmış dini cərəyanıdır. Şamanizmə istər Amerikada, istər Afrikada, istər Avstraliya aborigenlərində, istərsə də Avrasiyanın bütün hissələrində rast gəlmək olar. Sadəcə, bəzi xalqlarda şamançılıq qədim dövrlərdən olub, sonradan əhəmiyyətini itirib, yaxud da təkmilləşib. Şamanizmin itməsi mümkün deyil. İslamda da şamançılığın müəyyən xüsusiyyətləri var. Avropa mərkəzçiləri şamanizmə sanskrit dilində “çaramana”, yəni rəqs edən mənasını verir.

 

Maqlar şamandırmı?

 

Türk alimlərindən Əbdülqadir İnan hesab edir ki, şaman sözü “qam” sözündən götürülüb. “Qam” o zaman ağsaqqal demək idi. Bu sahəni araşdırmış görkəmli alimlərdən Findeyzen  və Eleade də onunla razılaşır, bu alimlər “qam” sözünü öncədən görə bilən insan kimi səciyyələndirir. Hətta Findeyzen daha dərinə gedərək deyir ki, Midiyada maqlar dediyimiz insanlar, əslində elə şamanlardır. Yəni, şamanlarla Midiya maqlarını bərabərləşdirir. Eyni zamanda qeyd edir ki, şamanların həyata keçirdiyi funksiyaları bəzən xalq üçün Midiyadakı maqlar həyata keçirirlər. Avropada şamançılığı çox zaman midiyaçılıq adlandırırlar. Bu da xüsusi tədqiqat obyekti olacaq mövzudur.

 

Ağ şaman, qara şaman, ağ molla, qara molla…

 

Şamanlar iki kateqoriyaya bölünürlər. Fikir verirsinizsə, dilimizdə belə bir deyim var: “Ağzını qara molla yusun”. Belə çıxır ki, mollanın ağı da, qarası da var. Bəs bu haradan gəlir? Bu, ilk növbədə, bir zamanlar əcdadlarımızın da pərəstiş etdiyi şamançılıqdan gələn ideyadır – ağ şaman və qara şaman. Qara şaman daha çox qarğış edən şamandırsa, ağ şaman dua edir, gələcəkdən xəbər verir. Hərçənd, bu xüsusiyyət qara şamanda da var. Sadəcə, ağ şaman Umay ana ilə, qara şaman isə Erliklə əlaqədə olan bir qüvvədir. Nəticədə, hər ikisi Tenqriyə, yəni Tanrıya bağlıdır. Tanrının funksiyaları haqqında danışanda, şaman demək olar ki, onun yer üzündəki təmsilçisi sayılır. Bir çox türk mətnlərindən görünür ki, məhz şamanlar fəaliyyətlərində Ürgən, Erlik və Umay ana obrazlarını canlandırırlar. Sanki qaranlıq dünya ilə işıqlı dünya arasındakı vasitəçi rolunu oynayırlar.

 

Dədə Qorqud şaman olub?

 

Kimlər şaman ola bilərdi? Məsələn, Eleade qeyd edir ki, şamanlar fiziki cəhətdən deyil, ruhi cəhətdən əsəbi olan, indiki dildə desək, “vergi verilən” insanlar ola bilərdilər. O şamanlar gələcəkdən xəbər verərdilər. Bu məqamda “Kitabi Dədə Qorqud”dan bir epizodu yada salmaq yerinə düşər. Dədə Qorqud necə təsvir edilir? “Haqdan dürlü xəbərlər söylərdi”. Aydın görünür ki, burada Dədə Qorqud obrazını islama uyğunlaşdırmaq cəhdi var. Əslində, söhbət Azərbaycan türklərindən gedirsə, bütün din tarixi mənbədə onların qədim inanclarını istiqamətlənməsində istənilən halda şamançılıq dayanır. Bugünkü mollanın funksiyasına baxaq – dua yazmaq, fala baxmaq… İslam dinində bunlar yoxdur. Bunlar şamançılıqdan gələn xüsusiyyətlərdir.

Şamançılıq bütün dini cərəyanların fövqündə duran bir fikir cərəyanıdır. Burada bütün ibtidai din formaları özünü yaşatmaqla yanaşı, üstəlik, şamançılığın özünün dünya dinlərinə transformasiyası məsələsi var. Burada təbii ki, etimologiya mühüm rol oynayır. Məsələn, “Kitabi Dədə Qorqud”da şaman kəlməsinə rast gəlinmir. Lakin bir epizodu yada salaq. Qazan xanın evini yağmalanandan sonra Qazan xanın öz yurduna qayıtması var. Və orada Qazan xanın dilindən deyilən bnir fikrə diqqət yetirək – “Qum qumlayım, quma yurdum”. Əslində isə, belədir: “Qam qamlayım, qama yurdum”. Qam müqəddəs, pak, saf mənasında işlənən bir termindir. Bizim dildə o “qam” formasında işlənir. Həmin söz bugünkü slavyan dillərində “kamlaniye”  formasında işlənir. “Kamlaniye” həm cəzbə gətirmək, ekstaza gətirmək mənasını ifadə edir, eyni zamanda insanın ruhi vəziyyətini özünə qaytarmaq, yaxud dua etmək, bədəndən şər qüvvələri çıxarmaq mənasında işlənir. Bu söz də rus dilinə türk dillərindən keçib.

 

Ən qədim mərasimlər: Şamanın qurban verilməsi

 

Azərbaycan tarixinə diqqət yetirsək, ilk növbədə klassik mənada şaman kəlməsi işlənmir. Təbii ki, Midiya tarixi Azərbaycan tarixində böyük bir dövrü əhatə edir. Əvvəldə də qeyd etdiyimiz kimi, Qərbi Avropada şamançılıq deyəndə elə midiyaçılıq başa düşülür. Hətta Midiyada mövcud olan 6 tayfadan biri olan maq tayfasını Findeyzen İsrail övladlarının “levi” tayfası ilə eyniləşdirir. Çünki yəhudilər içərisində levi tayfası dini inancların daşıyıcısı və icraçısı idisə, Şərqdə, yəni Midiyada isə bu funksiyanı maqlar yerinə yetirirdi. Azərbaycanda isə istər Eleade, istər Ru, istər  Pallas, istər Nearadze tərəfindən təsvir edilən şaman obrazına biz ilk dəfə Strabonun “Coğrafiya” əsərində Albaniya ilə bağlı bir epizodda rast gəlirik. Orada belə bir yazı gedir ki, albanlar içərisində qut verilən, özündən cəzbə gələrək dürlü xəbərlər söyləyən insanlar xüsusi seçilirdi. Lakin qəribəsi budur ki, sonradan bu adam qurban verilərdi. Eyni mənzərəni Çin mənbələri Sibirdə təsvir edir. Deyilir ki, İmo adlı hökmdarın dövründə xüsusi bir adət vardı: az tayfasından olan adamların edamı. Maqlar və azlar arasında olan bağlılığın kompleks araşdırılmasına ehtiyac var. Əgər Sibirdə az tayfasından olan adamlar qurban verilirdisə, Albaniyada isə şaman qurban verilirdi. Əlini qurbanlıq şamana vurub üzünə sürtən adam guya gələcəkdə xoşbəxtlik tapacaqmış.

 

Azərbaycanda xristianlığın təqibinə məruz qalan şamançılıq sistemi

 

Lakin sonrakı dövrdə nəyi izləyirik? Təəssüf ki, rus dilində “çaradeyi”, “volxvı” şəklində yazılır. Musa Kalankaytuklunun (ona Musa Qalakəndli də deyirlər), yaxud Musa Kaqan Katvadzenin əsərində Aqoen kilsə məclisindən sonra (xristianlıq Albaniyada rəsmi din elan olunandan sonra) qeyri-xristianlar təqib edilməyə başlayanda, təqib edilənlər arasında tez-tez türkəçarə işinə baxanların, cadugərlərin öldürülməsi səhnəsinə rast gəlirik. Onları çayda boğurdular, edam edirdilər. Bu da onu göstərir ki, Albaniyada, yəni Şimali Azərbaycanda zorla olsa da, bu cərəyanın kökünü kəsmək mümkün olmayıb. Çünki şamançılıq yeni dinlərin içərisində transformasiya olundu və dövrümüzə qədər gəlib çıxıb.

 

Şamançılıq yalnız türk inanc sistemidir?

 

Şamançılığı yalnız türk xalqları ilə bağlamaq fikri ilə razı deyiləm. Çünki Avstraliyada da şamançılıq, onun izləri var. Şimali Amerika hinduları arasında da şamançılıq geniş yayılıb. Afrika qəbilələrində şamançılığın izləri var. Bu da ilk növbədə, ruha inamla, fetişizm, totemizm ilə bağlıdır. Çünki dini kitabı olmasa belə, şamançılıq ibtidai dinləri özündə ehtiva etdiyinə görə, bütün yer kürəsində şamançılığın izlərinə rast gəlmək mümkündür. Vaxtilə marksistlər tərəfindən belə bir fikir irəli sürülmüşdü ki, nə qədər ki, tək hökmdar yox idi, monoteist dinlər də yox idi. Bu, kökündən yanlış fikirdir. Bu fikir vaxtilə Engels tərəfindən irəli sürülüb. Şamanlar dövlət içərisində uyğunlaşa bilirdilər. Məsələn, Firdovsinin əsərində belə bir epizod var. İran ordusu Turan üzərinə yeriyərkən İran ordusunu qarşılayan dodaqları altında zümzümə edən, müəyyən daş parçaları atan, uzun saçlı, əllərində qaval tutan adamlarla rastlaşıblar. Onlar şamanlardır. Çin mənbələrində qeyd olunur ki, Çin ordusu hunlar üzərinə yürüş edərkən hunlar içərisindən 3 nəfər çıxdı, qaval çalıb qarğış etdi, göy tutuldu, ildırım Çin ordusunu darmadağın etdi. Daha müasir dövrə yaxınlaşdıqca ərəb mənbəsində yazılanlara görə, indiki Dərbəndə yaxın bir yerdə birdən qayanın içərisindən 2-3 nəfər çıxdı, üzlərini görə tutub, qarğış etdilər və ərəb ordusu dumanın içərisində itib, batdı. Burada şaman yurdun qoruyucusu funksiyasını yerinə yetirir.

 

3, 7, 40 mərasimi, ehsan vermək, qurban kəsmək: İslam dinində şamançılıq izləri

 

İslamın qəbulundan sonra isə Dədə Qorqudu şaman kimi də görə bilərik. Çünki o həm elinin ağsaqqalıdır, həm gələcəkdən dürlü xəbərlər söyləyir, həm insanlara ad verir. Dədə Qorqud bütün bu xüsusiyyətləri özündə cəmləyir. Sonrakı dastanlarda həmin şamanlar aşıqlara, ozanlara çevrildilər. Fikir vermisinizsə, həmin ozanlar bütün dastanlarda Tanrıdan qut alırlar, kiminlə evlənəcəkləri onlara ayin olur. Sufilikdəki ilahi eşq də şamançılıqdan süzülüb gəlib. Din heç zaman itmir. Uzun müddət xalqın ruhunda, qəlbində yaşadığı bir kompleksi hansısa yeni dinin qəbulu ilə silib atmaq mümkün deyil. İslam dinində, şamançılıqda olduğu kimi, elə məqamlar var ki, bir-birinə qovuşur. Məsələn, monoteizmdə Tenqri, burada isə Allah. Digər tərəfdən şamançılıq müəyyən xüsusiyyətləri İslama oturda bildi. Bunu xüsusilə, dəfn mərasimlərində görmək olar, məsələn, 3,7, 40, hətta indiki 52 də mərasimləri… Düzdür, o zaman bu funksional xarakter daşıyırdı. Bilirik ki, 3 gündən sonra üzdə tükün uzanması dayanır, 40 gündən sonra əzaların sümükdən ayrılması prosesi başlayır. Hətta o zaman İslamı yenicə qəbul etmiş Volqa bulqarları içərisində olmuş ərəb səyyahları qeyd edirlər ki, 3 gün sonra mütləq şaman (hərçənd, ona şaman yox, molla deyilirdi) gələrdi ki, “mən rəhmətliyi yuxumda gördüm, dedi ki, mənim atımı mənim dalımca göndərin” . Nə demək idi bu? Yəni, at kəsilib, aş bişirilib, ehsan verilməli idi və tayfa üzvləri dua etməli idilər ki, həmin atın ruhu həmin insana qovuşsun. Belə olarsa, o, uçmağa gedəcək. Uçmaq isə şaman etimologiyasında “İslamın cənnəti” deməkdir. Sonradan mal qurban verilməsi, ehsan verilməsi əslində şamançılıqdan gələn kompleksin bugünkü yaşantısıdır.

 

Atillanın, Çingiz xanın, Hülakü xanın dini – şamançılıq

 

Şamançılıq hansısa dövlətin dövlət dini olubmu? Bəli. Konkret dövrü götürək. Çingiz xan dövrü. İstər Çingiz xan, istərsə də ondan sonrakı dönəmlərdə ayrı-ayrı şahzadələr arasında fərqli dinlər yaransa da, onlar şamançılığa uyğunlaşmışdılar. Hətta belə bir epizod var ki, Çingiz xan İslam alimini dəvət edir və həmin alim ona uzun-uzadı tək Allah haqqında danışır. Və Çingiz xan ona belə cavab verir: “Siz Tenqrinin tək olduğunu indimi bildiniz? Bunu sübut etmək üçün bu qədər danışmağa nə ehtiyac vardı? Yaxud Hülakü xan. Hülakü xan da Yaxın Şərqə hücum edəndə təbii ki, istər islam, istər xristian, istərsə də yəhudi dininə mənsub insanlar onu öz tərəfinə çəkmək istəyirdilər. Xristianların elçiləri Qaraqoruma daha tez getmişdilər. Lakin Hülakü xandan soruşanda ki, sən hansı dinə üstünlük verirsən? O demişdi ki, bütün dinlər əlimdəki barmaqlar kimidir. Yəni, bir dini digərindən üstün tutmaq yox idi. Hərçənd, davranışları göstərirdi ki, o daha çox ortodoks islama qarşı yönəlmişdi, hər halda, Hülakü xan dinlər arasında o qədər də fərq qoymurdu. Onun inancı Tanrıya idi. Bəlkə də buna görə bir çox türk xalqları islamı asanlıqla qəbul etdilər. Çünki şamançılıqda da, islamda da tək Tanrı inancı var idi. Məsələn, Atillanın Ön Asiyaya gəlişi zamanı xristianlar onu xristianlığa dəvət etsələr də, o demişdi ki, “əgər sizin dini kitablarınızda tək Tenqri  varsa, Allah təkdirsə, biz o dini qəbul edə bilərik”.

 

Şamanlar və sufilər

 

Şamançılığın sosial funksiyası var. B əs şamançılıq ayrı-ayrı sosial institutlar arasında necə əlaqə yaradırdı, bunu necə tənzimləyirdi? Məsələn, şamançılıqda çoxarvadlılıq o qədər də geniş yayılmayıb. Çünki deyilirdi ki, Tanrı təkdir, insanın da tək həyat yoldaşı olmalıdır. Bundan başqa, ata-oğul münasibətində Tenqri Allah idi. Bu gün dilimizdə qalıb. Belə bir deyim var: “Ata haqqı, Tanrı haqqıdır, ana haqqı Peyğəmbər haqqıdır”. İslam dinində bu yoxdur. Bu, şamançılıqdan gəlir. “Qurani-Kərim”in istənilən mənbəsində,  heç bir ayə və ya surədə bununla rastlaşmaq mümkün deyil. Böyüklərə sayğı, kiçiklərə qayğı şamançılıqdan gəlir. İslam yaranandan sonra nə qədər fikir, təriqətlər meydana çıxsa da, onun daha təmiz daşıyıcıları sufilər oldu. Şah Babanın gözəl bir deyimi var: Şahın imanını iqrar edənlər qazilər, əxilər, abdallar oldu. Bunlar İslam dini qəbul edildikdən sonra, 9-cu əsrdən süzülüb gələn sufilərin davamçıları idilər. Sufilər də şamanlar kimi tərki-dünya idilər. Hər ikisinin dünya malında gözü yoxdur. İslamda vəqf sistemi olsa da, şamançılıqda bu yoxdur. Çünki şaman maddi varlıq haqqında düşünmür. Şaman mənəvi qidaya üstünlük verir. Eynilə, sufilərdəki kimi. Sufilər bahalı paltar belə geymirdilər. Bu cür paklığı, saflığı, müsəlman dindarlığında, öz dindaşlarını az qala qırğına göndərən xristianlarda belə görmürük. 

 

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles