Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Son döyüşlərdə düşmənə ağır zərbə vuruldu: 17 ölü, 32 yaralı -Foto + Video

Son döyüşlərdə düşmənə ağır zərbə vuruldu: 17 ölü, 32 yaralı -Foto + Video

28/04/2016

00:34

cebhe1
Bu gecə qoşunların təmas xəttində baş verən atışmada daha 3 erməni əsgərinin yaralandığı rəsmən etiraf edilib. Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan açıqlayıb.
Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti olduqca ağırdır.
Erməni sosial şəbəkə istifadəçiləri isə 26-27 aprel tarixlərində Talış kəndi ətrafında baş verən və artilleriya atəşi ilə müşayiət olunan toqquşmada 17 erməni hərbçisinin öldüyünü, 32 nəfərin isə yaralandığını bildirirlər.
Qeyd edək ki, səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi 1996-cı il təvəllüdlü Ayk Minasyanın Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü təsdiqləmişdi.
Ermənistan Müdafiə Nazirliyinin 26 aprel tarixli rəsmi açıqlamasında iki muzdlu hərbçi – 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyanın cəbhədə öldüyü bildirilib. Həmçinin İcevandakı hərbi hissələrdən birinin kazarmasında bir əsgərin – Ohanes Petrosyanın güllə ilə öldürüldüyü də etiraf edilib.
Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin artilleriya atəşi nəticəsində mülki evlərin dağıldığını bildirib, itki olmadığını açıqlayıb. Ermənilərin itkiləri barədə MN açıqlama verməyib.
cebhe2
Azərbaycan Müdafiə Nazirliyi də bu gecə cəbhədə baş verənlərlə bağlı məlumat yayıb. Nazirlikdən bildiriblər ki, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq ermənilərin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
silah
Ermənistan əsgərinin silah-sursatı
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

duman
Azərbaycan Silahlı Qüvvələri ermənilərin ancaq hərbi obyektlərinə cavab zərbələri endirib.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır.

-->
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles