Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“Heç kimden ne ad, ne rol istemişem” – Nureddin Mehdixanlı

“Heç kimdən nə ad, nə rol istəmişəm” - Nurəddin Mehdixanlı

29/04/2016

17:12

29.04.2016 / 16:05 xeber –

“Azərbaycan ədəbiyyatı nə gündədirsə, teatrı da o gündədir” 

 

Xalq artisti Nurəddin Mehdixanlının APA-ya müsahibəsi

 

– Nurəddin müəllim, otağınızda İlyas Əfəndiyevin şəklini görürəm. Söhbətə İlyas Əfəndiyevin həyatınızdakı rolundan başlayaq…

 

– Məni Azərbaycan tamaşaçısı İlyas Əfəndiyevin pyesi əsasında Tofiq Kazımovun quruluş verdiyi, sonradan Məmmədrza Şeyxzamanovun bərpa elədiyi “Unuda bilmirəm” tamaşasında Kamran obrazı ilə tanıyıb. Mənə aktyor vəsiqəsi bu rolla verilib. Ondan sonra İlyas müəllimlə şəxsən tanış olmuşuq. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatının çox dəyanətli kişilərindən biri idi. Sərt kişi idi. Sərt olduğu qədər də ürəyiyumşaq idi. Millətini, ölkəsini, dilini sevən adam idi. Bilmirəm, indi o adamlardan nə qədər qalıb. İlyas müəllimin adamlara münasibəti belə idi: kimdən xoşu gəlmirdisə, açıq göstərirdi ki, səndən xoşum gəlmir. Savadlı, zəhmətkeş, dilini, ədəbiyyatını sevən aktyordan xoşu gələrdi. Zəhləsi gedirdi artıq söz işlədən aktyorlardan. “Unuda bilmirəm” tamaşasında bir söz var idi: zənənəsifət. İlyas Əfəndiyevin zənənəsifət adamlardan xoşu gəlmirdi.

 

 

“Aktyor olduğuma görə, atam dünyasını dəyişənə qədər məni danışdırmadı”

 

– İstəyirəm şəcərənizdən danışaq. Səhv etmirəmsə, babalarınız Əhərdən gəlib…

 

– Bizə dəli Əhərli deyirlər. Əfşarıq biz. Cəlilabadın Ləkin və Musalı kəndlərindən kiçik bir çay keçir. Çayın o tayında Mehdixanlı ərazisidir. Babamın qəbri ordadır. Novruz bayramı vaxtı atam bizi Qazan Köşkünün yanına aparar, həmin kəndi göstərərdi. Mən də indi uşaqlarımı aparıram. Mehdi xan Əfşarların kökü Qasım xan xəttindən gəlir. Onun oğlu Kərbəlayi Fərzinin sözü at üstündə bir nəfərlə düz gəlməyib, adam güllələyib, köçüb gəlib bu taya. Doğulduğum Tahirli kəndində yurd salıblar, yaşayıblar. Anam tərəfdən də Qazaxıstana sürgün olunanlar olub. Sovet hakimiyyəti qurulanda əmilərim sürgün olunub, Səməd əmimi həyətdə güllələyiblər. O vaxt Səlimov adlı NKVD işçisi olub, Allah ürəyinə rəhm salıb, deyib, siz familiyanızı dəyişin, yoxsa sizin nəslinizdə başıpapaqlı qalmayacaq. Ondan sonra bizimkilər Quliyev familiyasını götürüblər. Qulu kimdir? Qulu bəy Əfşar Səfəvilər dövlətinin 4-cü şahı və I Təhmasibin oğlu Məhəmməd şah Xudabəndənin şah qvardiyasının rəisi olub. Mən İslamda sünni-şiə məsələsini qəbul edən adam deyiləm, amma onu da bilirəm ki, mənim babalarım sünni olublar, sonradan şiəliyi qəbul ediblər. Atam bir az başqa cür adam idi. Sözü bir dəfə deyirdi, kişilərin gülməyindən zəhləsi gedirdi. Həmişə anam onun arxasınca deyirdi ki, sünni oğlu sünni. (Gülür). Çox sərt, istəyini, sevgisini göstərməyən adam idi. Amma bilirdik ki, bizi o qədər istəyir ki, kimi desən, öldürərdi. Onun bəzi sözləri vardı, onlar mənim həyatımda xəritə çəkib. Məsələn, salam verəndə baş əyən adamlardan zəhləsi gedirdi. Deyirdi, kişinin başı bayrağıdır, onu hər gələnə əymək olmaz. Kişi öləndə başı əyilər. İkinci sözü bu idi ki, heç vaxt uşaqlarınızın boynunun dalından vurmayın, öyrəncəli olacaq, kim əlini qaldırsa, boynunu əyəcək.

 

– Atanız aktyor olmağınızı istəməyib? 

 

– Mənim böyük qardaşım o zaman Neft Kimya İnstitutuna qəbul olunmuşdu. Bir də eşitdik ki, İncəsənət İnstitutundadır. Sonra eyni şey mənim həyatımda baş verdi. Atam məni ya hüquqşünas, ya da hərbçi görmək istəyirdi. Bizdə hərbçilər çoxdur. Kişik qardaşlarım hərbçidirlər. Mən onun ümidlərini qırdım. 1974-cü ildə İncəsənət İnstitutuna qəbul oldum, atam dünyasını dəyişənə qədər məni danışdırmadı. Sonuncu dəfə görüşəndə pis danışdı. Dedi, nə vaxt ordan çıxarsan, bura gələrsən. Böyük qardaşım Qabil Lənkəranda işləyirdi, yayda gedib onlarda yaşayırdım. Və həmin yay atam rəhmətə getdi. Açığını deyim, əgər bilsəydim ki, axırda sənət, sənətə yaradıcı adamlar tərəfindən münasibət gəlib bu yerə çatacaq, gəlməzdim. İndi atama haqq qazandırıram. Çünki çox böyük işlər görə biləcəyim halda bunu edə bilmədim. Zaman, şərtlər buna imkan vermədi. Bizdə istedadlı adamları sevmirlər.

 

 

“Dövlətin sənətə münasibəti hər zaman yaxşı olub. Amma aşağıda yuxarılara yarınmaq üçün çox pis mübarizə gedib”

 

 

– Bunu bir az başqa cür deyirlər: bizdə istedadlı adamı bağışlamırlar…

 

– Bizdə ağıllı, xarakteri bütöv adamları xoşlamırlar. Bilirsən, bu sənətə Ədil İsgəndərovun timsalında vurulmuşam. Onun xoş münasibəti, atalıq göstərməsi, sənətə sevgisi bizi teatra yaxınlaşdırdı. Mənim heç vaxt aktyor olmaq fikrim olmamışdı. Həmişə deyərdi ki, qadam, böyük sənəti həmişə böyük kişilər yarada bilər. Dövlətin sənətə münasibəti hər zaman yaxşı olub. Amma aşağıda yuxarılara yarınmaq üçün çox pis mübarizə gedib. Yaltaq adamda vətən sevgisi ola bilməz. Onda hər gələn ağaya qulluq göstərmək anlayışı ola bilər, vəssalam.

 

– Ailədə 17 uşaqsınız…

 

– On bacı, yeddi qardaşıq. Və hamımız da Əzulla kişinin övladlarıyıq. O qadınlar, o kişilər ayrı idi. Bizim ailədə hərbçilər çoxdur. Ələddin hərbi təyyarəçidir, Əfqanıstan veteranıdır. Valeh quru qoşunlarda xidmət edib. Bu gün əmim uşaqları da hərbçidirlər.

 

– Qohum-əqrəbanızda sizə işi düşən olur? Yəni iş üçün, kimdənsə xahiş üçün…

 

– Təbii. Bakıda heç kim mənim əlimdən tutub, gedək sənin işini həll edim, deməyib. Çünki atamın qorxusundan heç kim mənə yaxın durmayıb. Bakıda 18 il tək yaşamışam. Qohum-əqrəbalarımdan vəzifədə olanları da olub. Amma bircəsi deyə bilməz ki, Nurəddinə bir dəftər almışam. Bütün həyatımı özüm qurmuşam. Demişəm, haqlı olaraq qatil olun, yanınızda olacağam. Amma nəslimizin adını ləkə gətirəcək hərəkət etsəniz, mənim adımı çəkməyin.

 

– Tələbəlikdə çətinliyiniz nə olub?

 

– Elə gün olub, iki gün yeməyə bir şey olmayıb. Yasamalda yataqxanada qalırdıq, Malakan bağının yanına piyada gəlib-getmişəm. Gündüz institutda oxuyurdum, gecə vağzalda yük boşaldırdım. Bəzən dərslərdə arxa sıralara keçib yatırdım. Lütfü Məmmədbəyov məni televiziya apardı, vağzaldakılar görəndən sonra dedilər, sən yük boşaltma, bizim çayımızı hazırla, bəsdir. Birinci kursun axırında radioda, televiziyada çalışırdım, başladım sənətimlə dolanmağa.

 

 

“Allahdan bir istəyim var: övladlarımı yerbəyer edim, ondan sonra Allah nə vaxt istəyir, məni aparsın”

 

 

– Maddi sıxıntılardan birdəfəlik nə vaxt can qurtardınız?

 

– Maddi sıxıntılardan insanın heç vaxt canı qurtarmır. Şərtlər, qiymətlər dəyişir …

 

– Dolların kursu qalxır…

 

– (Gülür). Dollar oynayır, manat ucuzlaşır və s. Şükür Allaha heç kimə möhtac deyilik. Allah heç kimi heç kimə möhtac eləməsin. Ev-eşik var, uşaqlarım təhsillidir, işləyirlər. Yoldaşım İqtisad Universitetində müəllimədir, qızım Ayturan bank işçisidir. Oğlum Ərturan dövlət qulluqçusu, kiçik qızım Alagöz tələbədir. Övladlarım üçün hər şey edə bilmişəmmi? Yox! Əlbəttə, onlar həyatın başlanğıcındadır. Allahdan bir istəyim var: onları yerbəyer edim, həmin gün deyim, İlahi, artıq nə vaxt istəyirsən apar! Onlar mənim qanımın daşıyıcılarıdır, nəslimin davamçılarıdırlar. Düzdür, anam bizə deyirdi, mənim balalarım sonsuz oldu. Bircə böyük qardaşımın uşaqlarının sayı çoxdur. Qalanında iki, üç, dörd uşaqdır.

 

– Dörd uşağa sonsuz deyirdi?

 

– Hə, inan. Deyirdi, mənim balalarım sonsuz oldu.

 

– Özünün 17 uşağı olub, ona görə belə deyib…

 

– Sənə bir şeyi də deyim: çox olmaq yaxşıdır. Bir-birinin hayında, harayında olursan. Övladın ruzisini Allah özü verir. Mən belə şeylərə inanan adamam. Millət olaraq da biz artmalı, çoxalmalıyıq. Bəziləri deyir, bir uşaq olsun, amma onun hər şeyini təmin edim, bəsdir. Elə deyil, tək olmaq Allaha məxsusdur.

 

– Pis çıxmasın, ilin-günün bu vaxtında Bakıda kiməsə dörd uşaq arzulamaq qarğış kimi səslənir…

 

– Şəhərin şərtləri ilə kəndin şərtləri fərqlidir. Mənim kiçik qardaşım kənddə yaşayır. Ondan böyük qardaşım kənddə yaşamaq istəmədi, gəldi Bakıya. Böyük mənada nə isə artırsınlar, yoxdur belə şey. Amma kənddə yaşayan qardaşım özünə təsərrüfat qurdu və bu gün heç kimə ehtiyacı yoxdur. Ona yeddi-səkkiz uşaq böyütmək, dolandırmaq çətin deyil. Hamının şəhərdə yaşamaq istəyi doğru deyil. Bakıda yaşamaq çox çətindir. Amma sizi inandırıram ki, rayonlarda yaşamaq daha rahatdır. Bu gün bazardan od qiymətinə aldığın şeyləri rayonda özün əkib-becərə bilirsən. Sadəcə, zəhmətə alışmaq lazımdır. Mənim bir qardaşım zəhmətə alışmaq istəmədi, gəldi Bakıya, o biri böyük çətinlik gördü, amma bu gün böyük təsərrüfatı var. Meşədən, altı kilometr məsafədən həyətinə bulaq suyu çəkdirib.

 

 

“Hər dəvəti qəbul etsəm, indikindən 20 dəfə artıq qazanaram”

 

 

– Şəhərdə bir neçə dəfə görmüşəm ki, insanlar sizə yaxınlaşır, şəkil çəkdirir, xoş sözlər deyir. Şöhrəti həyatınızda daha hansı şəkildə hiss edirsiniz?

 

– Şöhrət təzə-təzə gələndə o qədər şirin olur ki. Amma sonrakı illərdə adamı yorur. Bəzən bezdirici də olur. Hamının rahat olduğu yerlərdə sən rahat ola bilmirsən. Hətta maşın sürməyinə, park etməyinə fikir verməlisən. Çünki adi bir şeyi şişirdib o boyda edə bilərlər ki, sənin illər boyu qazandığın ada ləkə sala bilərlər. Açığını deyim, indi tək qalmağı daha çox xoşlayıram.

 

– Filmlərə, seriallara çəkilirsiniz. Qonorarınız normal olur?

 

– Mən özümə dəyər verən sənətçiyəm. Əgər hər dəvəti qəbul etmiş olsam, indikindən 20 dəfə artıq qazanaram. Amma belə olsa, o aktyorlardan olacağam ki, soyuducu açırsan, səsi ordan çıxır, qaz piltəsini açırsan, orda da səsi gəlir. Belə şeylər mənlik deyil. Bəzən aktyorlara deyirlər ki, niyə seriala çəkilir, toya gedirsən? Həmin aktyor məşqdən çıxandan sonra məsələn, Mehdiabada, Suraxanıya getməyə pulu olmur. Aktyoru qınayan adam gəlib onu maşını ilə aparır? Yox! Onda niyə qınayır? Mən də istəmirəm aktyor tamada olsun. Amma aktyor ora kefindən yox, ehtiyacından gedir. Gedib ləyaqətsiz adamların atmacalarını, istehzasını götürür. Amma oğurluq eləmir ki? Ailəsinə çörək qazanır. Sən onu qınaya bilməzsən. Sənəti o zaman tələb elə ki, aktyor ayda beş min manat qazansın. Heç olmasa, Gürcüstanda olduğu kimi 3000 dollar alsın. Sən kino çəkəndə xeyir ola, xaricilərə milyon verirsən? Gətir o aktyoru bizimkilərin qabağına, qoysun dizinin altına.

 

– Deyirlər, bizim aktyorlardan istədiklərini ala bilmirlər…

 

– Onu deyən gözünün içinə qədər yalan danışır. Hanı o milyonlar xərclənən filmlər? Hadisələr başlayan kimi telekanallar “Dolu”nu, “Cavad xan”ı göstərirlər. Bizim bəlamız odur ki, səhərdən axşama qədər bir-birimizə yalan danışırıq. Dünən məscid uçuranlar, bu gün din adamı olub Həccə, Məşhədə getmək dəbə çevrilib. Sabah ateistlik moda düşsə, olacağıq ateist. Heç kim kitab oxumur, istəyir heç nə oxumasın, amma nələrəsə sahib olsun. Sovet vaxtında ən çox kitab oxuyan ölkələrdən biri Azərbaycan idi. İndi necədir? O millət bədbəxtdir ki, onun cavanları kitab oxumur. Dünyada iki şey adama xəyanət etmir: kitab və Allah.

 

– Siz nə oxuyursunuz?

 

– Hər şeyi oxuyuram. Baxın mənim kitablarıma. Orda Martin Pajın da kitabı var, Əjdər Olun da, Ramiz Rövşənin də, Mirzə Cəlilin də, Məqsəd Nurun da. Sonuncu oxuduğum Dino Buzattinin “Tatar çölü” romanıdır. Ondan əvvəl Xalid Hüseyni və Steynbeki oxudum.

 

 

– “Siçanlar və adamlar”ı?

 

– Bəli. Unikal əsərdir.

 

 

– Gənc imzalardan kimi tanıyırsınız?

 

– Kimi tanımıram? İki cümlə yazan hər kəsi tanıyıram. Çox sevdiyim Aqşin Yeniseydir. Aqşin Azərbaycan ədəbiyyatında tamam fərqli mövqedə olan, sevdiyim  yazardır. Əlirza Həsrəti, Salam Sarvanı, Qisməti oxuyuram. Ramiz Rövşəni oxuyuram, Rüstəm Behrudi çox sevdiyim şairdir.

 

– Ədəbiyyat adamlarından kimlərlə dostluq edirsiniz?

 

– Hüseyn Abbaszadə ilə çox gözəl münasibətimiz var idi. İlyas müəllim bizim hamımızın dostu idi. Nəriman Həsənzadə ilə çox yaxın dostluğumuz var. İsa Hüseynov mənim idealcasına vurulduğum ədəbiyyat adamıdır. Onun “Məhşəri”, “İdeal”ı çox böyük romanlardır.

 

 

– “İdeal”ın əvvəlki variantı daha yaxşı idi…

 

– Yox, elə deyil. İsa müəllimin vaxtilə dediyi şeyləri dünya artıq qəbul edir. İsa Hüseynov zamanı qabaqlamağı bacarırdı. Sabir Rüstəmxanlı ilə uzun illərin dostuyuq, Xanəmirlə, Əjdər Olla çox gözəl münasibətimiz var.

 

– Əjdər Ol elə sahədə çalışır, ona hamının işi düşür. Dostların, qohumların xahişini etmisiniz?

 

– İlham Əsgərovun qızı Bakı Dövlət Universitetinin tələbəsidir. İlham dünyasını dəyişəndən sonra qızının bir məsələsi var idi, Əjdər Oldan xahiş elədim, iki günə ən yüksək səviyyədə həll elədi, iş düzəldi. Əjdər yoldaşlıqda çox səmimidir. Yəni vəzifə onu dəyişməyib. Tanıdığımız dostlar var idi, yamaqlı şalvarda gəzirdilər, indi Allah yetirib, boyunlarını o qədər dik tuturlar. Amma bilmirlər ki, boynu çox dik tutanda, onurğaya ziyanı var. Bu gün kifayət qədər ciddi postlarda olan dostlarım var. O insanlar dövlətini, millətini, dilini sevən adamlardır.

 

 

“Jurnalist gəlir müsahibəyə, soruşur ki, bu gün teatrda hansı verilişdə çıxış edirsiniz?”

 

– Sizi pafosa görə tənqid edirlər. Nə demək istəyirsiniz?

 

– Onu deyən adamdan soruşsan, pafos sözünün mənası nədir, bilməyəcək. Bəzən haqqımda o adamlar yazır ki, pyeslə ssenarinin fərqini bilmir, teatrdan yazır. Jurnalist gəlir müsahibəyə, soruşur ki, bu gün teatrda hansı verilişdə çıxış edirsiniz? Mənimlə söhbət etməyə gəlir, soruşur ki, “AzDrama” harda yerləşir? Pafoslu danışığımı qüsur kimi görən adamlara demək istəyirəm, mən ingilis kimi danışa bilmirəm, qardaşım, mən türkəm, azərbaycanlıyam, bu cür danışacağam. Mən üstünə mikrofon yapışdırıb səhnəyə çıxan aktyorlardan deyiləm. Biz çayxanada danışdığımız kimi səhnədə danışa bilmərik. Bizdə bilirsən nəyi səhv salırlar? Elə bilirik ədəbiyyatımız, rəssamlığımız, musiqimiz gedib aya çatıb, bircə teatrımız dala qalıb. Elə şey yoxdur. Bu gün Azərbaycan ədəbiyyatı nə gündədirsə, teatrı da o gündədir.

 

– Akademik Milli Dram Teatrında “Ölülər” tamaşası hazırlanır. Səhnənin Şeyx Nəsrullahı sizsiniz…

 

– İslam beşikdən qəbir evinə qədər öyrənmək, oxumaq deməkdir. Amma cəhalət, xurafat yenə var. Ona görə də bu gün din adına tüccarlar var. XXI əsrdə pirdən, ocaqdan övlad, vəzifə, pul istəyirlər. Akademik Milli Dram Teatrının “Ölülər”ə müraciət etməsinin zamanı və vaxtıdır. Biz Şeyx Nəsrullahların yenidən meydan oxumasına imkan verməməliyik. Təsəvvür et, insanlar dua yazdırırlar ki, xərçəngdən sağalsınlar…

 

– Oktyabrda 60 illik yubileyinizi qeyd edəcəksiniz. Nə gözləyirsiniz?

 

– Mən işimi görürəm. Edərlər də sağ olsunlar, etməzlər də. Heç vaxt heç kimdən nə ad, nə rol istəmişəm. Əgər doğrudan da vicdanla işini görəcəksənsə, səni görüb, dəyərini verəcəklər…

 

FOTO- Nicat Əlili © APA HOLDİNG

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles