01.05.2016 / 20:48 xeber –
İraqın cənubunda, Əs-Səməva şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 38-ə çatıb, 86 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 33 nəfərin öldüyü, 80 nəfərin yaralandığı bildirilirdi.
Bu gün Əs-Səməva şəhərinin mərkəzində iki minalanmış avtomobil partladılıb. Maşınlardan biri inzibatı bina, digəri isə avtobus dayanacağı yaxınlığında partlayıb.
Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.
mənbə :
lent.az
Şərh yaz.