02.05.2016 / 12:32 xeber –
Daxili İşlər Nazirliyi Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala RPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış olub. Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.
mənbə :
lent.az
Şərh yaz.