02.05.2016 / 13:39 xeber –
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı prosesi aprelin 28-də başa çatıb.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin “jurnalistika” ixtisasını seçmək istəyən 812 abituriyent qeydiyyatdan keçib.
Bildirək ki, qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (esse) yerinə yetirəcəklər. Qabiliyyət imtahanını iyulun 29-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “jurnalistika” ixtisasını da seçə bilərlər.
mənbə :
lent.az
Şərh yaz.