03.05.2016 / 11:25 xeber –
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, paytaxtın şimal girişində, Bakı-Quba yolunun 21-ci kilometrliyində "Hyundai" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobili idarə edən 40-45 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az
Şərh yaz.