03.05.2016 / 12:20 xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq prokurorluq əməkdaşı Ələmşah Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər və şahidlər ifadə veriblər. Zərərçəkən şəxs oğlu Anar Məmmədova prokurorluğa düzəlmək üçün 14 min manat pul verdiyini deyib. Prosesdə şahid qismində 4 nəfər ifadə verib. Məhkəmə prosesi mayın 10-da davam edəcək.
Qeyd edək ki, Ələmşah Şükürov sabiq prokurorluq işçisidir. O, 2009-cu ildə prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və "Prokurorluq işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric edilib. Elə həmin il Ə. Şükürov barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədildikdə ) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sabiq müstəntiq xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq yararlanmaqla vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib və bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub. Lakin Ə.Şükürova irəli sürülən ittihamlar sübuta yetirilməyib. Məhkəmə qeyd olunan maddələrdə Ə.Şükürova bəraət verib. Ə.Şükürovu CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edərək, onun barəsində şərti cəza təyin edib və məhkəmə zalından azadlığa buraxılıb. Ondan Ələmşah Şükürov 2013-cü ildə dələduzluğu görə yenidən həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun əməlləri bununla da yekunlaşmayıb. Ə. Şükürov barəsində başqa epizod üzrə yenidən şikayət olunub. Şikayətə şəhər sakini prokurorluq orqanlarına qəbulla bağlı külli miqdarda pul alıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
mənbə :
lent.az
Şərh yaz.